Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
17 
 
şeirini  xatırlayırdım.  Universitet    tələbələri,  xüsusən  gənc  şairlər  Nazim 
Hikmətə  həsr  etdikləri  şeirlərini  oxuyur,    böyük  sənətkara  məhəbbətlərini 
bildirirdilər.  Axırda  Nazim  Hikmət  söz  aldı  və  çox  gözəl  bir  nitq  söylədi. 
Mənim arxivimdə həmin lent yazısı var. 
Nazim  Hikmət  1957-ci  ildə  Bakıda  olarkən    "30  ildən  sonra"  adlı  bir 
şeir  yazdı.  O,  bu  əsərində  1927-ci  illə  1957-ci  il  arasında  baş  verən  
yeniliklərdən, hadisələrdən söz açır, Azərbaycana və azərbaycanlılara olan 
dərin məhəbbətini şirin duyğularla əks etdirirdi.  Söz yox ki,  o vaxt  tələbə 
olan mən  ağlıma da gətirə bilməzdim ki, gün gələcək, bu böyük sənətkarla 
onun  evində  üzbəüz  oturub,  söhbət  edəcəyəm,  sonra  da  onun 
yaradıcılığından əsər yazacağam. 
Moskvaya  gəlməkdə  məqsədim  Nazim  Hikmətlə  görüşmək  idi. 
Şeirlərini  sevə-sevə  oxuduğum,  hələ  məktəbli  ikən  "Nazim  Hikmətə 
azadlıq!"  tələbi  ilə  mətbuat  səhifələrində  çıxış  edən  sənət  adamlarımızın 
böyük  şairə  məhəbbəti    xatirimdə  idi.  1938-ci  ildən  1950-ci  ilə  qədər 
həbsxanada  yatan,  sonra  isə  Moskvanı  ümid  yeri  bilib  Sovetlər  ölkəsinə 
gələn  bu  nadir  sənətkarla  görüşmək  dissertasiya  işimi  yazmağa 
başlayandan  bəri  ən  böyük  arzum  idi.  Amma  nə  üçünsə  buna  inana 
bilmirdim. Yəni mən Nazim Hikmətlə görüşə biləcəyəmmi? Onu gözlərim 
önünə  gətirir,  xəyalən  sual  verir,  cavab  alırdım.  Suallarımı  ayrıca  bir 
bloknotda qeyd etmişdim ki, unutmayım. 
Əkbər Babayevlə görüşəndə bu sualları ona oxudum. Əsasən bəyəndi. 
Sonra  biz  Əkbər  Babayevlə  bərabər  Asiya  Xalqları  İnstitutuna  getdik.  O, 
Nazim Hikmətin evinin telefon nömrəsini yığa-yığa mənə dedi: "Xaricdən 
təzəcə gəlib. Adətən o, belə hallarda iki-üç gün istirahət edir. Yəqin ki, bu 
gün səni qəbul edə bilməyəcək. Danışarıq sabaha, ya o birisi günə. Arzuna 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
18 
 
çatarsan." Bu sözləri deyib Əkbər müəllim sifət dolusu gülümsündü və elə 
həmin  dəqiqə  də  telefona  gələn  xanımı  ilə  danışdı,  sonra  telefona  Nazim 
Hikmət gəldi.  
Əkbər Babayev Nazim Hikmətə mənim barəmdə məlumat verdi.  Və 
gözləmədiyim  halda  uca  səslə  "geliyoruz"  dedi.  Dəstəyi  yerinə  qoyandan 
sonra təəccübünü gizlətmədi: 
–  Görünür,  ustad  Azərbaycan  üçün  darıxıb.  "Azərbaycan"  kəlməsini 
eşidən kimi  "haydı, gəlin" dedi. – Getdik, Aqşin! 
Həsrətində  olduğum  böyük  bir  insanla  görüşə  gedirdim.  Nazim 
Hikmətin  evinə  Əkbər  məni  öz  maşınında  apardı.  Ürəyim  çırpınırdı, 
həyəcanımı  heç  cür  gizlədə  bilmirdim.  Nəhayət  ki,  gözlənilən  dəqiqələr 
gəlib  çatdı.  Əkbər  Babayev  qapının  zəngini  basmışdı,  ikimiz  də  müntəzir 
şəkildə  dayanmışdıq.  Qapı  açıldı.  "Mavi  gözlü  dev"  göründü.  Şəkillərdə 
gördüyümdən  fərqli  idi.  Alov  kimi  sapsarı  saçları,  mavi  gözləri  vardı. 
"Buyurun, buyurun" dedi. 
Ürkək-ürkək  dəhlizə  girdim.  Ayaqqabılarımı  çıxardım,  ev 
başmaqlarını geyinib Əkbərlə bərabər içəri keçdim. 
Nazimin  evi  təmtəraqlı  deyildi,  amma  çox  səliqəli  idi,  zövqlə 
bəzədilmişdi.  İlk  növbədə  nəzərimi  müxtəlif  fiqurlar  cəlb  etdi.  Görünür, 
fiqurlara  çox  baxdığıma  görə,  Nazim  Hikmət  də  çevrilib  kitab  şkafının 
yanındakı fiqurlara nəzər saldı və dedi: "Bunları xaricdən gətirmişəm. Hər 
xarici ölkədən bir fiqur." 
Əlini kiçik bir eşşək fiqurunun üstünə qoyub dedi: 
- Dünyanın ən zavallı məxluqudur bu. Dinməz-söyləməz gecə-gündüz 
işləyir, çalışır. 
Bunu deyib güldü və üzünü mənə tutdu: 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
19 
 
-  Əvvəlcə,  de  görüm,  Azərbaycanda  nə  var,  nə  yox?  Rəsul  Rza 
necədir?  Süleyman  Rüstəm  neyləyir?  Əkbər  mənə  dedi  ki,  sən  radioda 
işləyirsən.  Demək,  Zəkəriyyə  Sərtəli  tanıyırsan.  Necədir  onlar?  (“Onlar” 
deyəndə  həm  də  Zəkəriyyə  bəyin  ömür  dostu  Səbihə  xanımı  nəzərdə 
tuturdu.) 
Bu  suallara  ətraflı  cavab  verdikdən  sonra,  türk  kommunisti  İkmek 
Affanı soruşdu. 
- O da bizimlə çalışır, - dedim. 
Nazim Hikmət köks ötürdü. 
- O zavallının başına nə oyun qalmadı gəldi. Sibirə sürgün etdilər. Elə 
Zəkəriyyə bəyin taleyi də onunku kimi oldu. Mətbəəsini dağıtdılar. Əli hər 
yerdən üzüldü, ölkədən didərgin düşdü.  
Nazim  Hikmətin  əllərinə  baxdım.  Çilli  idi.  Şairin  "Sağ  əlim"  şeiri 
yadıma  düşdü.  Misralar  qulaqlarımda  səsləndi.  Sonra  söhbət  Arif 
Məlikovun  “Məhəbbət  əfsanəsi”  baletindən  düşdü.  Ürək  dolusu  danışdı. 
(Bu haqda Arif Məlikov oçerkində söz açmışam). 
Nazim Hikmət  10 il idi vətənindən ayrılmışdı. Bu 10 il ona yəqin ki, 
əlli il kimi gəlirdi. Amma qəribədir ki, şairlə bu ilk görüşümdə mən onun 
sözündə,  söhbətində,  simasında  kədər  görmürdüm.  Ürək  infarktı  keçirmiş 
Nazim,  elə  bil  ömründə  xəstəlik  görməmişdi.  Geyimi,  kecimi,  şuxluğu 
onun  nikbinliyindən  xəbər  verirdi.  Həyatın  hər  üzünü  görən,  "ayrılıqların 
çeşidini  bilən"  Nazim  polad  kimi  idi.  (Sonradan  bildim  ki,  bu,  zahirən 
beləymiş.) 
Bloknotumu  açdım.  Suallara  başlamaq  istəyirdim  ki,  şair  özü  məni 
qabaqladı: 
- Deyirlər məndən dissertasiya işi yazırsan. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
20 
 
- Bəli, Sizin dram yaradıcılığınızdan, - deyə sevinclə dilləndim. 
Gözləmədiyim halda şair dedi: 
- Çox nahaq yerə! 
Dedi və güldü. Mən pərt olmuşdum.  Şair bu pərtliyi hiss etdi. 
- Axı niyə məhz mənim dram yaradıcılığımdan yazmaq istəyirsən? 
Özümə bəraət qazandırmağa, fikirlərimi sübut etməyə çalışdım: 
-  Dram  əsərlərinizdə  novatorluq  var.  Həm  də  bu  novatorluq 
mübahisəlidir.  Həm  Türkiyədə,  həm  Rusiyada  olan  bəzi  teatrşünaslar  bu 
novatorluğu  qəbul  etmirlər.  Mən  də  bir  tədqiqatçı  kimi  istəyirəm  onlara 
sübut edim ki, Sizin dram yaradıcılığınızdakı yenilikçilik qəbul edilməlidir 
və  bunu  faktlarla,  konkret  dəlillərlə  sübut  edəcəyəm.  Axı  Sizin 
poeziyanızda da... 
- Hə, - dedi Nazim Hikmət, - poeziyada da mənim başım bəlalı olub. 
Mən  sərbəst  şeirlər  yazanda,  bədxahlarım  hay-küy  salmışdılar.  Biri  də 
yazmışdı:  "Yəhya  Kamaldan  sonra  gələn  Nazim  Hikmət  aləmi  bir-birinə 
qarışdırdı.  Sərbəst  vəzn  Türk  ədəbiyyatına  yabançıdır  və  sairə."  Sərbəst 
vəzn Türk ədəbiyyatına yabançı deyil. Bu yanlış fikirdir. 
Deyəsən  sənətkarı  yavaş-yavaş  razı  sala  bilirdim.  Şairlə  fikir 
mübadiləsindən sonra, Nazim Hikmət dedi: 
-  Sözümün  canı  budur  ki,  novatorluqdan  yazanda  belə  çıxmasın  ki, 
türk  dramaturgiyasında  yenilikçilik  mənim  adımla  bağlıdır.  Sən  türk  xalq 
tamaşalarını  əldə  et,  oxu.  "Qaragöz"ü,  "Orta  oyunu"nu,  "Məddah"ı.  Onda 
bilərsən ki, türk dramaturgiyası öz qaynağını hansı mənbələrdən alır. Sonra 
İbrahim Şinasini, Namiq Kamalı, Əbdülhəq Hamidi yaxşı öyrən. 
Şair əlimdəki bloknota nəzər saldı: 
- Neçə sualın var? 
- Otuzdan çoxdur, - dedim. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə