Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
21 
 
-  Paho...  Deyirsən,  yəni  bu  gün  mən  bunların  hamısına  cavab 
verməliyəm. 
Yaranmış vəziyyətdən məni Əkbər Babayev xilas etdi: 
- Ustad, vacib deyil bu gün bütün suallara cavab verəsiniz. Aqşin hələ 
Moskvada çox qalacaq.  
Şair razılaşdı. Elə bu vaxt qapının zəngi çalındı. Hündür boylu bir rus 
gənci qapı ağzında göründü. Nazim Hikmətlə köhnə tanışlar kimi görüşdü. 
Hal-əhvaldan  sonra,  məqaləsi  haqqında  rəyini  bilmək  istədi.  Söhbət 
əsnasında  məlum  oldu  ki,  o,  türk  dili  tədqiqatçısıdır,  Asiya  Xalqları 
İnstitutunda  işləyir.  Əkbəri  də  yaxşı  tanıyırdı.  Nazim    yazı  masasının 
üstündəki  məqaləni  götürüb  ona  qaytaranda  gəncin  sifəti  bulud  kimi 
tutuldu. 
- Ustad, bəs Sizin... rəyiniz? 
Nazim sərt şəkildə cavab verdi: 
- Bu şəkildə rəyim olmayacaq. Sənin məqalənin adı nədir? - deyə şair 
sınayıcı nəzərlərlə gəncə baxdı. 
Gənc belə cavab verdi: 
- "Nazim Hikmət və türk dilinin saflığı". 
Nazim  bir  müəllim  təmkini  ilə  sözə  başladı,  amma  sonra  olmadı, 
əsəbiləşdi: 
-  Türk  dilinin  saflığı  məsələsini  və  bu  uğurda  mübarizəni  mənim 
adımla bağlamaq qətiyyən doğru deyil. Dərinə gedin, keçmişlərə baş vurun. 
Türk  dili  xalq  ədəbiyyatında  daha  saf  olub.  Sonra  da,  Yunis  İmrə 
yaradıcılığını  oxuyun.  Lap  elə  Mehmet  Emini  oxuyun.  Türk  dilinin 
saflığını qoruyanların birincisi mən deyiləm. Aydın oldumu? 
- Oldu, ustad, - dedi gənc, - Sağ olun. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
22 
 
Nazim Hikmət elə bil peşman olmuşdu. Ona görə də bir neçə kəlmə ilə 
gənci təriflədi: 
-  Amalın,  məqsədin  yaxşıdır.  Mənim  dediklərimi  nəzərə  alsan,  çox 
gözəl  bir  məqalə  alınacaq.  Mən  də  sənə  yaxşı  bir  rəy  verəcəyəm.  İndi  bir 
çayımızı iç, sonra gedərsən. 
Stola  çay  gəldi  və  ilk  dəfə  Nazimin  Vera  Tulyakova  adlı  xanımını 
gördüm. Nazimdən xeyli cavan idi. Yanaqlarından qan damırdı. 
Cavan  oğlan  bizdən  qabaq  getdi.  Sonra  Nazim,  Əkbər  və  mən  bir 
yerdə  evdən  çıxdıq.  Nazim  Hikmət  teatra  getməli  idi.  Əkbərin  maşınında 
mən  arxada  oturmuşdum.  Ancaq  onların  söhbətlərinə  qulaq  asırdım.  Nəsə 
soruşmaq istəyəndə də utanırdım. Özüm hiss eləyirdim ki, bu, bir fürsətdir 
əlimə  düşüb,  maraqlandıqlarımı  soruşmalıyam.  Amma  heç  nə 
soruşmurdum. Elə bil ürəyimdəkiləri Nazim başa düşdü və dedi: 
- Sən darıxma. Lap elə günü sabah, səhər 11-də səni gözləyirəm. Gəl, 
söhbətimizə davam edək. 
Ürəyim təskinlik tapdı. Ustada təşəkkürümü bildirdim. 
Sonrakı  görüşümüz  ertəsi  gün  oldu.  Saat  11-də  Nazim  Hikmət 
geyimli-kecimli  idi.  Əkbər  Nazimdən  danışanda  bir  dəfə  demişdi  ki,  o, 
həmişə  səhər  yuxudan  duran  kimi  üzünü  qırxır,  səhər  yeməyindən  sonra 
qəzetlərə baxır, yazı masasının arxasına keçir və qələmə sarılır.  
Nazim Hikmət məni görən kimi dedi: 
- Hə, qoçaq, keç, otur, qəzetlərə bax, mən süd alıb gəlirəm. 
Yadımdadır, lap balaca uşaq kimi Nazimə yalvardım: 
- Olar mən də gedim Sizinlə? 
Gülə-gülə dedi: 
- Evdə tək qalmaqdan qorxursan? 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
23 
 
Hər  ikimiz  güldük.  Daha  bir  söz  demədi.  Razılaşdı.  Əslində  onunla 
süd  almağa  getməyim,  bu  görüşün  hər  anından,  hər  dəqiqəsindən  istifadə 
etməklə  bağlı  idi.  Nə  qədər  Nazimlə  çox  söhbət  etsəydim,  bir  o  qədər 
istəyimə çatacaqdım. 
Liftin  qarşısına  çıxdıq.  Dar  pillələr  yuxarı  və  aşağı  gedirdi.  Liftə 
mindik. Dörd nəfərlik olsa da, iki nəfər güclə sığırdı bu liftə. Sonralar mən 
Nazimin  "Bizim  avludanmı  (həyətdən)  qalxacaq  cənazəm..."  şeirini 
oxuyanda şairin yaşadığı evin dar pillələrini, balaca liftini xatırlayacaqdım. 
Və şairin "Necə endirəcəksiz məni üçüncü qatdan?" sualını təkrarlayıb dar 
pillələri, "tabutun sığa bilməyəcəyi lift"i yadıma salacaqdım. 
Bu, Nazim Hikmətlə ilk görüşlərim idi. Sonra bu görüşlərin sayı artdı. 
Hər dəfə də istər Moskvada, istər Bakıda onun çıxışlarını lentə alırdım. İndi 
həmin  müsahibələr  Azərbaycan  radiosunun  “Qızıl  fondu”nda  saxlanılır. 
Televiziya və radio verilişlərində həmin çıxışlardan tez-tez istifadə edirlər. 
1963-cü  ilin  əvvəllərində  artıq  mənim  dissertasiya  işim  hazır  idi. 
Nazim  Hikmət  demişdi:  “Sənin  müdafiəndə  mütləq  iştirak  edəcəyəm.” 
Sevincimin  həddi-hüdudu  yox  idi.  Xəyalən  namizədlik  dissertasiyamı 
müdafiə  edirdim,  Nazim  Hikməti  də  Universitetdə  ,  Rəyasət  heyətində 
görürdüm.  Çıxış  edəcəkmi?  –  düşünürdüm  –  söz  alsa,  nə  deyəcəkdir? 
Xəyalımda yaratdığım o anlar ömrümün-günümün mənası idi. Atalarda bir 
söz var, deyir: “Sən saydığını say, gör fələk nə sayır.”  
1963-cü  il  iyun  ayının  3-də  Nazim  Hikmət  dünyasını  dəyişdi. 
Yadımdadır,  uşaq  kimi  ağladım.  Atam,  anam,  həyat  yoldaşım  mənə 
təəccüblə  baxırdılar.  Amma  burada  təəccüblü  heç  nə  yox  idi.  Mən  üç  il 
müddətində  tanıdığım,  yaxın  olduğum,  nəfəsi  ilə  qızındığım  əziz  bir 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
24 
 
adamımı  itirmişdim.  Mən  Türk  dünyasının  böyük  oğlu  Nazim  Hikməti 
itirmişdim. 
Düz  dörd  il  əlim  işdən  soyudu,  yalnız  1967-ci  ildə  Nazim  Hikmətə 
həsr  olunmuş  namizədlik  dissertasiyamı  müdafiə  etdim.  Müdafiəmdə 
Nazim Hikmətin müəllimi hesab edilən Zəkəriyyə Sərtəl də iştirak etdi. O 
vaxt  o,  həyat  yoldaşı  Səbihə  xanımla  Bakıda  yaşayırdı.  Səbihə  xanım  tez 
bir  zamanda  dünyasını  dəyişdi,  mətbuat  üçün  onun  haqqındakı  nekroloqu 
da mən yazdım. 
Sonra  Cümhuriyyət  dövrü  türk  dramaturgiyasına  həsr  olunmuş 
doktorluq  dissertasiyamı  müdafiə  etdim,  əsərimin  bir  hissəsi  də  Nazim 
Hikmət haqqında idi. Şair haqqında yazdığım kitablarımdan biri “100 yaşlı 
Nazim  Hikmət”  adlanır.  Burada  Nazim  haqqında  bildiklərimi,  Nazimin 
Azərbaycanla  bağlı  qırılmaz  tellərini  əks  etdirməyə  çalışmışam.  Mən  bu 
kitab haqqında uzun-uzadı danışmaq istəmirəm. Ancaq bir şeyi qeyd etmək 
istəyirəm ki, Nazimin ölümündən sonra keçən dövr ərzində çox sular axıb, 
çox  hadisələr  olub.  Türkiyədən  yazıçılar,  şairlər,  sənət  adamları 
Azərbaycana  gəlib,  gedib.  Nazimin  həyat  yoldaşı  Münəvvər  oğlu 
Mehmetlə  və  birinci  ərindən  olan  qızı  ilə    bərabər  Bakıda  olub.  Bacısı 
Samiyə  xanım  Bakını  ziyarət  edib.  Bütün  bu  gəliş-gedişlərdə, 
görüşlərimizdə sözümüz-söhbətimiz, təbii ki, Nazim Hikmət olub. 
Sizə  bir  faktı  deyim.  Nazimin  ölümündən  sonra  azərbaycanlı 
heykəltəraş,  vaxtilə  Nazim  Hikmət  Moskvada  yaşadığı  illərdə  onunla 
görüşən Münəvvər Rzayevanın evində hər il yanvar ayının 20-də şairin ad 
günü qeyd edilirdi. Mən də bu ad günlərində olmuşam. Zəkəriyyə Sərtəl və 
Səbihə  Sərtəl  də  Bakıda  yaşadıqları  illərdə  bu  ad  günlərində  iştirak 
edirdilər. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə