Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
28 
 
Rəfibəylinin  yaradıcılığında  xüsusilə  bariz  şəkildə  öz  təcəssümünü 
tapmışdı. Adlarını  çəkdiyim  bu  şairlərin  hər  birinin  yaradıcılığında  Nazim 
poeziyasının  ətri  duyulur.  Amma,  ədalət  naminə  deyək  ki,  bu  şairlərin 
içərisində Rəsul Rzanın özünəməxsus yeri vardır. 
Türkiyədə  Nazim  Hikmət  şeirləri  top-tüfənglə  qarşılandığı  kimi, 
Azərbaycanda  da  Rəsul  Rza  poeziyası  bir  vaxt  hücumlara  məruz 
qalmışdı.Yalnız  neçə  illər  sonra  ədəbi  tənqidimizin  nümayəndələri  başa 
düşdülər  ki,  Rəsul  Rza  təkcə  bu  günün  deyil,  həm  də  sabahın  şairidir. 
(“Sabahın şairidir” kəlamı N. Hikmətə aiddir ) 
Nazimin  şeirlərini  Azərbaycan  dilinə  bir  çox  şairlərimiz  çevirmişlər. 
Bunların içərisində Rəsul Rzanın adını ayrıca qeyd etmək lazımdır. Mənim 
səs  arxivimdə  Nazim  Hikmətlə  bir  müsahibə  var.  Həmin  müsahibədə 
Nazim  Hikmət  Rəsul  Rzadan  söz  açır  və  belə  deyir:  "Şeirlərimi 
Azərbaycan dilinə mənim əziz dostum Rəsul Rza çevirmişdir. Bu şeirləri o, 
bir az daha gözəlləşdirmişdir." 
Rəsul  Rza  Nazim  Hikmətin  ən  gözəl  şeirlərini  dilimizə  çevirmişdir. 
Bunların  içərisində  "Ceviz  ağacı",  "Mən  həbs  olunandan  bəri", 
"Həbsxanada  yatmalı  olanlara  bəzi  öyüdlər",  "Laylay",  "Yapon  balıqçısı", 
"Nağıllar  nağılı",  "Pəncərələr"  şeirləri,  "İnsan  mənzərələri"nin  birinci 
hissəsi, "Qurtuluş savaşı dastanından"  adlı  poemanın tərcüməsi  xüsusi  yer 
tutur. "Rənglər" silsiləsində Rəsul Rza  "Üfüqdə göy gözlərin sarı həsrəti" 
deyərkən  Nazim  həsrətini  nəzərdə  tuturdu  və  bir  sıra  başqa  şeirlərində  də 
Nazimlə bağlı poetik duyğularını oxuculara çatdırırdı. Nazimin: "Karşı kıyı 
(qarşı  sahil)  məmləkət,  eşidirsənmi,  Mehmet!"  çağırışına  Rəsul  Rza  belə 
əks-səda vermişdi: "Nazim, çağırma Mehmeti." Nazimin Vətən, Münəvvər 
və  Mehmet  həsrətini  Rəsul  Rza  öz  şeirlərində  qəlb  ağrısı  ilə,  məhrəm 
duyğularla əks etdirmişdir.  


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
29 
 
Bu  iki  sənətkarın  -  Nazim  Hikmətin  və  Rəsul  Rzanın  yaradıcılıq 
dostluğu  haqqında  hələ  bundan  sonra  neçə-neçə  əsərlər  qələmə  alınacaq. 
Ümid edirəm ki, hətta ayrıca bir tədqiqat işi də yazılacaqdır. 
Nazim  Hikmətin  1928-ci  ildə  Bakıda  nəşr  olunan  "Günəşi  içənlərin 
türküsü"  kitabının  redaktoru  Süleyman  Rüstəm  olmuşdur.  1927-ci  ildə  25 
yaşlı Nazim Hikmət Bakıya qədəm basanda onu qarşılayanlardan biri də 21 
yaşlı Süleyman Rüstəm olmuşdu. Bu iki gənc o zaman tanınmış şairlər idi. 
Süleyman Rüstəm Azərbaycanda, Nazim Hikmət isə Türkiyədə. 
1950-ci ildə Nazim Hikmət həbsxanadan azad olunduqdan sonra onun 
48, Süleyman Rüstəmin isə 44 yaşı vardı. Yenə qardaşcasına görüşdülər və 
onların dostluğunun ikinci mərhələsi başlandı. Bu mərhələ 3 iyun 1963-cü 
ilə qədər davam etdi. Sonra S. Rüstəm də dünyasını dəyişdi. Bu iki böyük 
insanı  bir-birinə  bağlayan  tellər  əbədiyyətə  döndü,  ürəklərdə,  xatirələrdə 
yaşadı və bu gün də yaşayır. 
Nazim  demişdi:  "Süleyman  Rüstəm  bütöv  şəxsiyyətdir.  Onun  sənəti 
ilə insanlığı bir vəhdət təşkil edir." 
Nazim  Hikmətlə  dostluq  edən  qələm  ustalarımızdan  biri  də  Mikayıl 
Rəfili  idi.  O  da  Nazim  Hikmətin  təsiri  ilə  şeirlər  yazmışdı.  "Gülən  adam" 
təxəllüsü  ilə  Azərbaycan  poeziyasında  tanınan  Mikayıl  Rəfili  Nazim 
Hikməti  çox  sevərdi.  "Sərbəst  şeir  haqqında  ilk  söz"  adlı  məqaləsində 
Mikayıl  Rəfilinin  Nazim  haqqında  fikirləri  onun  bu  böyük  şəxsiyyətə  və 
onun sənətinə olan rəğbətini, məhəbbətini bütün aydınlığı ilə göstərir. 
Nazim Hikmət də Mikayıl Rəfili haqqında həmişə xoş sözlər deyərdi. 
Onu  çox  bəyənərdi.  Bloknotumda  Nazimin  bu  sözləri  var:  "Mən  Mikayıl 
Rəfilini  axıra  qədər  də  professor  kimi  qəbul  edə  bilmədim.  O,  təpədən-


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
30 
 
dırnağa  şair  idi.  Bu  dünyadan  şair  olaraq  da  köçdü.  Elə  bilirdim  ondan 
əvvəl gedəcəyəm. Tərsinə oldu. Taleyin işini bilmək olmur." 
Nazim  Hikmətlə  Səməd  Vurğun  arasında  da  möhkəm  dostluq 
olmuşdur.  1957-ci  ildə  Nazim  ikinci  dəfə  Bakıya  gələndə  artıq  Səməd 
Vurğun  yox  idi,  dünyasını  dəyişmişdi.  Nazim  Azərbaycana  həsr  olunmuş 
bir  çox  şeirlər  yazdı.  Onlardan  biri  "Otuz  il  sonra"  adlanır.  Həmin  əsərdə 
Nazim Hikmət 1927-ci illə 1957-ci ili müqayisə edir, Azərbaycan xalqının 
qazandığı uğurlara sevinirdi. Bir yerdə də Səməd Vurğunun adını çəkirdi: 
"Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu". 
Nazim  Hikmət  Azərbaycan  incəsənətinin  vurğunu  idi.  Xüsusən 
musiqimizə  heyrandı.  Bakıda  olduğu  vaxt  Opera  və  Balet  Teatrına, 
Musiqili  Komediya  Teatrına,  Azərbaycan  Dövlət  Filarmoniyasına  gedir, 
musiqi  sənətimizin  inciləri  ilə  tanış  olur,  sonra  da  mətbuat  üçün    ürək 
sözlərini qələmə alırdı. Həmin ürək sözlərindən nümunələr: 
" Mən Azərbaycan xalq mahnılarını da, muğamatı da çox sevirəm. Bu 
mahnılar,  bu  musiqi,  yəni  muğamat  musiqisi  təkcə  Azərbaycanın,  təkcə 
Şərq  ölkələrinin  deyil,  məncə,  bütün  dünya  musiqi  xəzinəsinin  ən  dəyərli 
inciləridir.  O  gecə  Filarmoniyada  xalqın  musiqi  sənətkarlarına  göstərdiyi 
sevginin heyranı oldum. Aşıq Ələsgərin qoşmalarını eşitdiyim zaman mən 
də özümü unutdum, mən də "sağ ol!" deyə səsləndim. 
Tarixi yadımdan çıxıb, bundan bir neçə il əvvəl İstanbulda bir dostun 
evində  yığışmışdıq.  Radioda  Bakını  axtarırdıq.  Bakı  dalğasını  tutduq. 
Gözəl bir musiqi verirdilər. O günə qədər bənzərini eşitmədiyim bir musiqi 
çalındı, gözəl bir səs azərbaycanca oxumağa başladı. Ürəklərimiz, az qala, 
yuvasından  uçacaqdı.  Bunun  nə  qədər  sürdüyü  yadımda  deyil.  Diktor 
"Koroğlu" operasından bir ariya dinlədiyimizi xəbər verdi. Oxuyan Bülbül 
idi. İlk böyük Azərbaycan operasını, Üzeyirin şah əsərini mən ilk dəfə belə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə