Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə88/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   80   81   82   83   84   85   86   87   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
310 
 
yarpaq tökümü” misraları ilə başlayan şeiri M. Rəfilinin vəfatı münasibətilə 
yazılmışdı.  
 
Nazim  Hikmət  Səməd  Vurğun  poeziyasını  çox  bəyənirdi.  1957-ci 
ildə  Nazim  ikinci  dəfə  Bakıya  gələndə  S.  Vurğun  həyatda  yox  idi, 
əbədiyyətə qovuşmuşdu. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər 
yazdı.  Onlardan  biri  də  “Otuz  il  sonra”  adlanır.  Həmin  əsərdə  Nazim 
Hikmət  1927-ci  illə  1957-ci  ili  müqayisə  edir,  Azərbaycanı  yenidən 
gördüyünə  çox  sevinirdi.  Bu  yerdə  də  S.  Vurğunun  adını  çəkirdi: 
“Azərbaycan şeiri vardı, amma Səmədinkilər yoxdu”.  
 
Aqşin  müəllim  yazır  ki,  N.  Hikmət  Bakıda  olduğu  vaxt  Opera  və 
Balet  Teatına,  Musiqili  Komediya  Teatrına,  Azərbaycan  Dövlət 
Filarmoniyasına  gedir,  musiqi  sənətimizin  inciləri  ilə  tanış  olur,  sonra  da 
mətbuat  üçün  ürək  sözlərini  qələmə  alırdı.  Bülbülün,  Xan  Şuşinskinin, 
Şövkət  Ələkbərovanın,  Tofiq  Quliyevin  mahnılarını  və  səslərini  çox 
bəyənirdi. O, Azərbaycan Opera Teatrında baxdığı Qara Qarayevin “ Yeddi 
gözəl” baletini yalnız Sovet İttifaqında deyil, bütün dünyada ən gözəl balet 
musiqisindən  biri  kimi  qiymətləndirir,  Fikrət  Əmirovun  “Sevil”  operasına 
da böyük bir zövqlə qulaq asdığını fərəhlə xatırlayır. 
Bütövlükdə 
o, 
Azərbaycan  musiqisini  obrazlı  şəkildə  kökləri  Azərbaycan  torpağının, 
xalqının  dərinliklərində,  gövdəsi  dostluq,  nikbinlik,  ümid  kimi  sağlam 
yekparə  ulu  çinara  oxşadır.  Aqşin  müəllim  yazır  ki,  N.  Hikmətin  heyran 
olduğu  əsərlərdən  biri  də  dünya  şöhrətli  bəstəkarımız  Arif  Məlikovun 
“Məhəbbət əfsanəsi” baleti idi. Məlum olduğu kimi,  “Məhəbbət əfsanəsi” 
Nazim Hikmətin “Bir aşk masalı” pyesinin əsasında yaradılmışdır.  
 
Kitabdakı  ən  maraqlı  oçerklərdən  biri  sənətkarın  mənəvi  övladım 
dediyi  heykəltəraş  Münəvvər  Rzayeva  ilə  N.  Hikmət  haqqındadır. 
Münəvvər  xanım  şairin  çox  istədiyi,  bəyəndiyi  sənət  xadimi  idi.  M. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
311 
 
Rzayeva  onun  büstünü  və  heykəlini  yaratmışdı.  Aqşin  müəllim  belə  bir 
faktı  da  deyir  ki,  Münəvvər  xanım  şairin  vəfatından  sonra  hər  il  yanvar 
ayının  20-də  Nazim  Hikmətin  ad  gününü  evində  qeyd  edir,  o  da  bu  ad 
günlərinə qatılırmış.  
 
Aqşin Babayev Nazim Hikmətin gözəl şair, mahir dramaturq, realist 
nasir  olmaqla  yanaşı,  həm  də  bir  kinossenarist  kimi  məşhur  olduğunu, 
ömrünün  sonuna  qədər  Azərbaycanın  kino  xadimləri  ilə  yaradıcılıq 
əlaqələri  saxladığını  qeyd  edir.  Onun  əsərləri  əsasında  çəkilmiş  “Bir 
məhəlləli  iki  oğlan”,  “Məhəbbətim  mənim,  kədərim  mənim”  və  başqa 
filmlərin geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazandığını vurğulayır. 
 
Nazim 
Hikmətlə 
Azərbaycanın 
bağlılığının 
unudulmaz 
səhifələrindən biri də N. Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu 
əsərlərin səhnə taleyidir.  
N.  Hikmət  yaradıcılığının  poetik  nümunələri  Azərbaycanda  1928-ci  ildən 
başlayaraq  bu  günə  qədər  vaxtaşırı  nəşr  edilməkdədir.  Aqşin  müəllim 
sənətkara dair məqalələrinin birində böyük qürur hissi ilə qeyd edir ki, bu 
nəşrlərin  ən  mükəmməli  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin  müvafiq  sərəncamına  əsasən  Nazim  Hikmətin  2006-cı  ildə  latın 
qrafikası ilə nəşr edilmiş “Seçilmiş  əsərləri”dir. İyirmi beş min tirajla çap 
olunmuş    bu kitaba sənətkarın şeir və poemaları, habelə  “Kəllə”,  “Qəribə 
adam”, “Damokl qılıncı” pyesləri daxil edilmişdir. (Kitabın tərtibçisi Aqşin 
Babayevdir.) 
 
Kitabda  N.  Hikmətin  dünya  teatrları  tərəfindən  səhnəyə  qoyulmuş 
20-dən artıq pyesindən söhbət açılır. Azərbaycanda müəllifin “Kəllə” pyesi 
bütün  başqa  dram  əsərlərindən  daha  əvvəl  radio  tamaşası  kimi  efirə 
verilmişdi.  “Qəribə  adam”,  “Şöhrət  və  ya  unudulan  adam”,  “Kəllə”, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
312 
 
“Türkiyədə”,  “Damokl  qılıncı”,  “Bayramın  ilk  günü”  pyesləri 
Azərbaycanda  Adil  İsgəndərov, Tofiq  Kazımov, Məhərrəm  Haşımov  kimi 
görkəmli  rejissorlarımız  tərəfindən  uğurla  səhnəyə  qoyulmuş,tamaşaçılar 
tərəfindən böyük rəğbətlə qarşılanmışdı. 
 
Kitabın  ən  maraqlı  və  həcmli  bölümlərindən  birini  N.  Hikmət 
yaradıcılığının  Azərbaycanda  tədqiqi  məsələsinə  dair  Aqşin  müəllimin 
fikirləri  təşkil  edir.  Aqşin  müəllim  qədirbilən,  Anadolu  türklərinin  “vəfa 
borcu”  dediyi  nəcib  duyğularla  yaşayan  alimdir.  O,  kitabda  N.  Hikmət 
yaradıcılığı  ilə  bağlı  olan  bütün  elm  adamlarını,  nazimşünasları  və 
nazimsevərləri  tək-tək  xatırlayır,  əsərlərini  təhlil  və  şərh  edir, 
nazimşünaslıqdakı xidmətlərini obyektiv şəkildə qiymətləndirir.   
 
2007-ci  ildə  dərc  olunan  “Mövlana  və  Nazim  Hikmət”  adlı 
məqaləmizdə  yazmışdıq  ki,  mütəfəkkir-şair  hələ  gəncliyində,  marksizmə 
yiyələnmədən  mövləviliyi,  təsəvvüf  fəlsəfəsini  yüksək  qiymətləndirmiş, 
sonralar da bütün yaradıcılığı boyu böyük Hikmətə - Kamil insana inanmış, 
bu  mərtəbəyə  bəşər  övladını  ucaldan  Eşqə  sadiq  qalmışdır.  Fərq  yalnız 
burasındadır  ki,  həsrətdən    doğulan,  ayrılıqdan  fəryad  edən,  daim  vüsala 
doğru yürüyən Nazim Hikmət iyirmi yaşından sonra öz Yaradanına heç bir 
zaman asi olmadan xoşbəxtliyi Yaradanda axtarmışdır. 
 
Burada kiçik bir haşiyə çıxaraq Nazim Hikmətin poeziyasının mənim 
üçün  də  doğma  olduğunu  vurğulamaq  istəyirəm.  Sadəcə,  türk  ədəbiyyatı 
mütəxəssisi  olduğum  üçün  yox,  həm  də  ona  görə  ki,  mənim  də,  tələbəlik 
illərini  eyni  qrupda  paylaşdığımız  ömür-gün  yoldaşımın  da  universiteti 
bitirərkən nazimşünas Yusif Şirvanın elmi rəhbərliyi ilə yazdığımız diplom 
işləri sənətkarın məşhur “İnsan mənzərələri” iri həcmli epopeyasındakı iki 
poemanın  (“Zoya”  və  “Moskva  simfoniyası”)  ədəbi-tənqidi  təhlilinə  həsr 
olunmuşdu.   


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
313 
 
 
Aqşin  müəllim  ildə  ən  azı  iki  dəfə  (sənətkarın  doğum  və  anım 
günlərində)  Nazim  Hikmət  haqqında  məqalə  çap  etdirir,  onu  yad  edir, 
ruhunu  yaşadır.  Və  hər  səfərində  bunu  qeyd  etməyi  unutmur  ki,  Nazim 
Hikmətin  son  illərində  onun  vətən  həsrəti  ilə  çırpınan  yaralı  ürəyinin 
yeganə  təsəllisi  Azərbaycan  idi.  Azərbaycan  da  onu  həmişə  öz  doğma 
övladı  kimi  qəbul  edirdi.  Yalnız  onu  yox,  onun  doğmalarını  da  xalqımız 
həmişə mehribanlıq və qayğıkeşliklə qarşılayırdı. Şairin ölümündən  sonra 
Bakıya qonaq gələn xanımı Münəvvər və oğlu Mehmet, sonralar ölkəmizi 
ziyarət  edən  bacısı  Samiyə  xanım  da  Nazim  Hikmət  kimi  xalqımıza  çox 
doğma, çox əzizdir.  
 
Biz buraya qədər məqalənin sərlövhəsindəki nazimşünasdan və onun 
Türkiyədə  nəşr  olunan  kitabından  bəhs  etdik.  Bir  neçə  kəlmə  də  Ceviz 
ağaçı, Çinar və rapsodiya haqqında. Türk dünyası poeziyasında ceviz ağacı 
deyincə,  ağla  ilk  gə-  lən  Nazim  Hikmət  və  onun  Vətən  həsrətli  məşhur 
şeiridir  (bu  sətirləri  yazarkən  tanınmış  estrada  müğənnisi  Cem  Qaracanın 
bu şeirə bəstələyib oxuduğu mahnı qulaqlarımda cingildəyir): 
Ben bir ceviz ağacıyım Gülhane Parkında, 
    Ne sen bunun farkındasın, ne polis farkında. 
Yarpağı doğma Azərbaycanımızın xəritəsinə oxşayan ulu çınar ağacı 
isə türkçülər arasında hər zaman ölkəmizin rəmzi sayılıb.  
 
Rapsodiya  kəlməsi  isə  məlumdur.  N.  Hikmətin  yurdumuzla 
münasibətləri, ədəbiyyatımız, incəsənətimiz və elm adamlarımızla əlaqələri 
o  qədər  çoxşaxəli,  irimiqyaslı  və  müxtəlifyönlüdür  ki,  haqqında  ancaq  bu 
şəkildə-epik parçalardan, miniatür etüdlərdən ibarət bütöv bir monumental 
əsər formatında söz açmaq mümkün idi.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
314 
 
 
Kitabın ön sözündə Aslan Kavlak yazır ki, vaxtilə N. Hikmət onun 
haqqında  Moskvada  yaşayan  məşhur  azərbaycanlı  türkoloq-nazimşünas 
Əkbər  Babayevin  qələmə  aldığı  ilk  monoqrafiyanı  oxuduqdan  sonra  ona 
hədiyyə  etdiyi  kitablardan  birinə  belə  bir  avtoqraf  yazıb  imzalamışdı: 
“Məni  mənə  tanıdana...”  Məncə,  Ustad  sağ  olub,  Aqşin  müəllimin  bu 
kitabını oxusaydı, eyni avtorafı təkrarlardı. Bəlkə də sənətkar belə yazardı: 
“Məni mənə, doğma Azərbaycanıma və Türkiyəmə tanıdana... ”     
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
315 
 
AqĢin Babayevin Nazim Hikmətə həsr etdiyi əsərləri 
KĠTABLAR 
AZƏRBAYCAN DĠLĠNDƏ 
1. “Nazim Hikmət”. Bakı, İşıq, 1978. 
2. “Dünya vəfalıdır”. B., Yazıçı, 1984.(“Kitabsatan” hekayəsi) 
3  .“Dünyanın  axırı”.  B.,  Gənclik,  1992.  (“Ceviz  ağacı”.  Sənədli 
povest) 
4. “Başımıza gələnlər”. B., Azərnəşr, 1994.(“Nazim Hikmət”. Portret-
oçerk) 
5.  “Azərbaycan  və  türk  dünyası”.  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı,  B, 
1998. (Nazim Hikmətə həsr olunmuş hissə) 
6.  “Müasir  türk  dramaturgiyası”.  “Qanun”  nəşriyyatı,  B.,  1998. 
(“Nazim Hikmət” bölümü) 
7.  “Yanan  zürafə”.  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı,  B.,  1999.(Nazim 
Hikmət ilə bağlı xatirələr) 
8.  “Kino...Kino...”.  Nəşriyyat  Poliqrafiya  Mərkəzi,  B.,  1999.(“Kino 
sənəti və Nazim Hikmət”) 
9. “100 yaşlı Nazim Hikmət” . “Təhsil” mərkəzi, B., 2000. 
10.  “Azərbaycan  kino  sənətində  ədəbi  əsərlərin  təcəssümü”.  (Aydın 
Kazımzadə  ilə  birlikdə).  “Mütərcim”  Nəşriyyat-Poliqrafiya  mərkəzi, 
B,2000. (“Nazim Hikmət” bölümü) 
11. “Türkiyə ədəbiyyatı müntəxəbatı”. “Təhsil” mərkəzinin nəşriyyat- 
poliqrafiya müəssisəsi, B, 2001.( “Nazim Hikmət” bölümü) 
12.  “İşıqlı  bir  iz”.  “Borçalı”  nəşriyyatı,  2009  (“Nazim  Hikmət” 
bölümü)  
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
316 
 
 
RUS DĠLĠNDƏ 
1.  «Социальные  мотивы  в  современной  турецкой  драматургии». 
.(“Социально-политические проблемы в пьесах Назыма Хикмета”) Б., 
«Елм».1982 
 
 
     TÜRK DĠLĠNDƏ 
1.“Nazim  Hikmət  və  yaşamı”,  türkcələşdirəni  və  redaktoru  Yüksəl 
Kaya, Federal Almaniya, Berlin, 1989. 
2.”Nazim və Azərbaycan”. Türkiyə.”Zeus” nəşriyyatı, 2012. 
 
MƏQALƏLƏR 
1.  “Mən  yanmasam”.  (Nazim  Hikmətin  anadan  olmasının  60  illiyi 
münasibəti ilə). “Azərbaycan gəncləri”, 1962, 24 yanvar. 
2.  “Nazim  Hikmətin  dramaturgiyasında  kapitalizmin  ifşası”.  “Azərbaycan 
gəncləri” qəzeti, 1962, 27 iyun. 
3.  “Nazim  Hikmət  dramaturgiyasında  sülh  mövzusu”.  Elmi  əsərlər,  ADU, 
Bakı, 1965. N 5. 
4.  «Несколько  слов  о  драматургии  Назыма  Хикмета».  Журнал 
«Литературный Азербайджан», 1965, №1 (rus dilində). 
5.“Türk  dramaturgiyası  və  Nazim  Hikmət”.  Azərbaycan  Dövlət 
Universitetinin elmi xəbərləri. Dil və ədəbiyyat seriyası, 1965, №2. 
6. “Nazim Hikmət novator dramaturq kimi”. “Aspirantların elmi  əsərləri”. 
(Elmi konfransın materialları) Azərbaycan Dövlət Universiteti, Bakı, 1966. 
7. «Nazim Hikmət və Azərbaycan». “Elm və həyat” jurnalı, 1966, N 2. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
317 
 
8.  “Nazim  Hikmət  Türkiyədə”. “Ədəbiyyat  və incəsənət” qəzeti, 1966, 10 
oktyabr. 
9.  «Nazim  Hikmət  inqilabi  ideyaları  tərənnüm  edir».  “Ədəbiyyat  və 
incəsənət”, 1970, 4 yanvar. 
10.  «Vətən  həsrətli  gözlər».  (Nazim  Hikmətin  anadan  olmasının  70  illiyi 
münasibətilə). “Ədəbiyyat və incəsənət” qəzeti, 1972, 22 yanvar. 
11.  «Cümhuriyyət  dövrü  türk  dramaturgiyasının  mövzu  dairəsi». 
(N.Hikmətə  aid  hissə)  Türk  filologiyası  məsələləri,  II  buraxılış.  “Elm” 
nəşriyyatı, Bakı, 1980. 
12.  «Cümhuriyyət  dövrü  türk  dramaturgiyasının  bəzi  məsələləri». 
(N.Hikmətə  aid  hissə)  Gürcüstan  Elmlər  Akademiyasının  elmi  xəbərləri. 
Tbilisi, 1981, N 1, (gürcü və rus dillərində.) 
13.“Nazim Hikmət”. Azərbaycan Sovet Ensiklopediyası, 1983. VII cild.  
14.  “Üç  cür  yaşamaq  var”.  Nazim  Hikmətin  “Yaşamaq  gözəl  şeydir, 
qardaşım” kitabına ön söz. Bakı, Yazıçı, 1983. 
15. “Mavi gözlü dev”in dostu”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1987, 11 
dekabr. 
16.  «Dünyalar  mənim  oldu».  Nazim  Hikmətin  90  illiyi  qarşısında. 
“Ədəbiyyat qəzeti”, 1991, 6 sentyabr. 
17. «Bir daha Nazim haqqında». “Ədəbiyyat qəzeti”, 1992, 28 yanvar. 
18. “Nazim Hikmət – 90”. “Qobustan” jurnalı, 1992, N 1-2. 
19. “Geriyə dönməyi sevməm...” “Şəhriyar” qəzeti, 1997, 23-29 oktyabr. 
20.  “Kapadı  kitabı Münəvvər”. (Nazim  Hikmətin həyat  yoldaşı  Münəvvər 
Andaç haqqında). “Ədəbiyyat qəzeti”, 1998, 29 may. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
318 
 
21.«Azərbaycan-türk  ədəbi  əlaqələri  və  yeni  poeziyanın  təşəkkülü» 
(N.Hikmət haqqında).  “Elmi əsərlər”, V buraxılış, Bakı, “Elm” nəşriyyatı, 
1999. 
22.  «Türk  kino  sənəti  və  onun  səciyyəvi  xüsusiyyətləri»  (N.Hikmətə  aid 
hissə). “Ulduz” ədəbiyyat və sənət jurnalı, 2000, N 1. 
23. «Türk kino sənətinin inkişaf mərhələləri və görkəmli simaları» (“Nazim 
Hikmət” bölümü). “Təfəkkür”jurnalı, 2000, N 2. 
24.
 
“Nazim  Hikmət  -  əsrlərə  sığmayan  türk  şairi”.  “Ədəbiyyat”  qəzeti, 
2000, 10 mart. 
25.
 
«Üfüqdə  göy  gözlərin  sarı  həsrəti».  “Ədəbiyyat  qəzeti”,  2000,  21 
aprel. 
26.
 
“Türk ədəbi tənqidində Nazim Hikmət şəxsiyyəti”. “Ulduz”, 2001, N 
1.  
27.
 
“Nazim  Hikmət”.  Elmi  konfransın  materialları,  Bakı  Dövlət 
Universiteti, Bakı, 2001. 
28.
 
«Nazim Hikmət taleyi.” “İki sahil” qəzeti, 2001, 16 may. 
29.
 
«Nazim  Hikmətə  bağlı  ömrüm».  “Yazıçı”  (“Oğuz  eli”  qəzetinin 
xüsusi buraxılışı). 2002, yanvar. 
30.
 
“Bu dünyaya gəlməyə dəyərdi...” “Nazim Hikmət-100”. “Ədəbiyyat 
qəzeti”, 2002, 8 fevral. 
31.
 
Nazim  Hikmət.  Altay  Məmmədovun  “Nazim  Hikmət  Gəncədə” 
kitabına “Ön söz”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 2002. 
32.
 
“Azərbaycan  -  Nazim  Hikmət  dünyasında”.  “Azərbaycan”  jurnalı, 
2002, N1.  
33.
 
 “Damokl 
qılıncı”  pyesi  Bələdiyyə  teatrının  səhnəsində. 
“Azərbaycan” qəzeti, 2002, 21 fevral. 
34.
 
“Bu dünyadan Nazim keçdi” . “Vəfa” jurnalı, 2004, N 6. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
319 
 
35.
 
“Aqşin  Babayevə  on  üç  sual”  (“N.Hikmətə  aid  hissə”.)  “Vəfa” 
jurnalı, 2005, N 11-12. 
36.
 
 “Ağlı-qaralı dünya...” “Qobustan” jurnalı, 2005, N 1. 
37.
 
Vilayət  Cəfərin  “Qürbətdə  yaranan  dostluq”  kitabı  haqqında. 
(N.Hikmətlə  Ə.V.Əl-Bəyatinin  dostluğu  haqqında).  “Ədəbiyyat  qəzeti”, 
2006, 26 may. 
38.
 
«Nazim  Hikmət  pyeslərinin  nəşri  və  səhnə  taleyi».  Azərbaycan 
Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  elmi  əsərləri,  Bakı,  2008 
№3-4.. 
39.
 
“Nazim  Hikmət.  Kərəm  kimi”    (Anarın  Türkiyədə  nəşr  olunmuş 
kitabı haqqında). “Ədəbiyyat qəzeti”, 2009, 2 dekabr. 
40.
 
“Başım  üstündə  bir  çinar  olursa”(Nazim  Hikmət  haqqında). 
“Ədəbiyyat qəzeti”, 2011, 8 aprel . 
41.
 
“Məni  mənə  tanıdana”(Nazimşünas  Aslan  Kavlak  haqqında). 
“Ədəbiyyat qəzeti”, 2008, 11 aprel.   
42.
 
“Nazimi yaşadanlar”. “525-ci qəzet”, 2011, 22 may. 
43.
 
“Dünyada  Nazim,  Nazimdə  dünya”.  “Ədəbiyyat  qəzeti”,  2013,  17 
may. 
44.
 
“Bilinsin ki, mənəm baxan” “525-ci qəzet”, 2014, 22 may. 
 
 
 
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
320 
 
Kitabın içindəkilər 
Azər Turan. Dünya poeziyasının türk şahzadəsi (Ön söz)  
(professor  Aqşin  Babayevin  “Nazim  Hikmət  qalaktikası”  kitabını 
oxuyarkən) 
Nazim Hikmətə bağlı ömrüm 
Nazim Hikmətin 100 illiyi 
Nazim Hikmətin Türkiyə vətəndaşlığı 
Nazim Hikməti sevənlər və sevməyənlər 
Nazim Hikmət yaradıcılığının tədqiqi davam edir 
    Nazim Hikmətə bağlı insanlar 
“Kapadı kitabı Münevver...” 
Zəkəriyyə Sərtəl 
Rəsul Rza 
Nazim Hikmət və Rəsul Rza haqqında düşüncələr 
“Mavi gözlü dev”in dostu Əkbər Babayev 
Anar: “Kərəm kimi” 
“Məni mənə tanıdana” 
Arif Məlikov özü bir əfsanədir 
Münəvvər Rzayeva 
Əkrəm Cəfər Nazimi çox sevərdi 
“Bu dünyaya gəlməyə dəyərdi” 
“Gelsene dedi bana...” 
Melih Günəş 
Ağlı-qaralı dünya 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
321 
 
Nazim Hikmətə həsr etdiyim 
məqalə və müsahibələrdən seçmələr 
Mən yanmasam... 
(Nazim Hikmətin anadan olmasının 60 illiyi münasibətilə) 
Nazim Hikmətin “Kəllə” pyesi 
Türk dramaturgiyası və Nazim Hikmət 
“Türkiyədə” pyesi haqqında düşüncələr 
Nazim Hikmət Türkiyədə 
Nazim Hikmət novator dramaturq kimi 
Vətən həsrətli gözlər 
(Nazim Hikmətin anadan olmasının 70 illiyi münasibətilə) 
“Üç cür yaşamaq var...” 
Gün kimi şəfəq saçdı... 
(Nazim Hikmətin 80 illiyi münasibətilə) 
Əsrimizin böyük sənətkarı 
(Nazim Hikmətin 90 illiyi qarşısında) 
Evimizdə türk klassik ədəbiyyatının ruhu hakimdi... 
(Nazim Hikmətin  90 illiyi qarşısında Aqşin Babayevlə müsahibə)  
Nazim Hikmət - əsrlərə sığmayan türk şairi (Müsahibə) 
Nazim Hikmət və kino 
Azərbaycan Nazim Hikmət dünyasında 
“Damokl qılıncı” pyesi Bələdiyyə Teatrının səhnəsində 
Bu dünyadan Nazim keçdi 
Qürbətdə yaranan dostluq 
Nazim Hikmət pyeslərinin nəşri və səhnə taleyi 
“Başım üstündə bir çinar olursa... ” 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
322 
 
Nazimi yaşadanlar 
Dünyada Nazim, Nazimdə dünya 
(Nazim Hikmətin vəfatının 50 illiyi münasibətilə) 
Səbr daşı 
(Nazim Hikmətin xatirə günü münasibətilə) 
Bu həsrət bizim ! 
(Nazim Hikmətin doğum günü münasibətilə) 
Əsgər Rəsulov. Görkəmli nazimşünasın “Ceviz ağacı” və “Çinar” 
rapsodiyası (Son söz əvəzi) 
 
 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə