Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
31 
 
dinlədim. İndi həmin vaxtdan neçə il sonra Bakıda, Mirzə Fətəli Axundov 
adına  Opera  və  Balet  Teatrında  "Koroğlu"  tamaşasına  baxdım.  Bülbülün 
oyununu da gördüm." 
Nazim  Hikmət  Bülbülün  səsini  çox  bəyənirdi.  Bu  gün  Bülbülün  ev 
muzeyində Nazim Hikmətin dəsti-xətti ilə göndərilmiş iki fototeleqram hifz 
olunur: 
"Sovet insanlarına və bütün insanlığa gözəl şərqilərini uzun illər boyu 
şakı Bülbülüm, şakı. 
Nazim Hikmət." 
 "Səhər  vaxtı  quş  səsi,  rüzgarda  qayın  ağacı  yarpaqlarının  səsi, 
sevgilinin  ovucundan  tökülən  su  səsi,  makinaların  səsi,  kaman  səsi,  tar 
səsi... Amma məncə, səslərin ən gözəli, ən dərini, ən ulusu – İnsan səsidir. 
İnsan səsi insanları ölümə də çağıra bilər, həyata da, kinə də, sevgiyə də. 
Sənin  səsin,  sevgili  qardaşım,  bütün  ömrün  boyunca  insanları  gözələ, 
doğruya, haqqa, ümidə çağırdı. Mən sənə ölümsüz gənclik diləyirəm. 
Gözlərindən öpürəm. 
Nazim Hikmət." 
Bu  teleqramlar  Nazim  Hikmətin  Bülbül  sənətinə  necə  böyük  qiymət 
verdiyinə  misaldır.  Öz  xatirələrində  Nazim  Hikmət  Qara  Qarayevdən, 
Fikrət  Əmirovdan,  Səid  Rüstəmovdan  və  başqa  sənət  xadimlərindən 
məhəbbətlə söz açaraq yazırdı: 
"Azərbaycan Opera Teatrında Qara Qarayevin "Yeddi gözəl" baletinə 
də  baxdım.  Onun  da  musiqisini  əvvəllər  eşitmişdim.  Bu,  məncə,  yalnız 
Sovet İttifaqında deyil, bütün dünyada ən gözəl balet musiqisindən biridir. 
Fikrət Əmirovun "Sevil" operasına da böyük bir zövqlə qulaq asdım. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
32 
 
Bakıda  kəşf  etdiyim  ən  gözəl  şeylərdən  biri  də  Musiqili  Komediya 
Teatrı  oldu.  "Məşədi  İbad"ı,  o  ölməz  əsəri,  sonra  Səid  Rustəmovla 
Süleyman Rüstəmin "Durna"sını gördüm. Ömrümün ən nəşəli iki gecəsini 
keçirdim. Rejissor Şəmsi Bədəlbəyliyə, artist Lütfəliyə və Qafarlıya, aktrisa 
Nəsibə Zeynalovaya pərəstiş edənlərin içində indi mən də varam...” 
Nazim  Hikmətin  heyran  olduğu  əsərlərdən  biri  də  dünya  şöhrətli 
bəstəkarımız  Arif  Məlikovun  "Məhəbbət  əfsanəsi"  baleti  idi.  "Məhəbbət 
əfsanəsi"  Nazim  Hikmətin  "Bir  aşk  masalı"  pyesinin  əsasında 
yaradılmışdır. 
Arif  Məlikov  neçə  illərdən  bəridir  ki,  Nazim  Hikmətin  "Yusif  və 
Züleyxa"  pyesi  üzərində  işləyir.  İnanıram  ki,  onun  qəlbindən  süzülən 
musiqi  şairin  eyni  adlı  əsəri  əsasında  bir  baletə  çevriləcək  və  bu  əsər 
dünyanın hər yerini gəzəcək. İstanbulda da tamaşaya qoyulacaq. O zaman 
Türkiyənin  əbədi  sakini  olan  Ceviz  ağacı,  yəni  Nazim  Hikmət  sevinəcək, 
onun pak ruhu şadlanacaq. 
Çoxşaxəli  yaradıcılıq  diapazonuna  malik,  təkcə  Türkiyədə  deyil, 
dünyanın  əksər  ölkələrində  tanınan  Nazim  Hikmət  gözəl  şair,  mahir 
dramaturq  olmaqla  yanaşı,  həm  də  bir  kinossenarist  kimi  məşhurlaşmışdı. 
Əlamətdar  haldır  ki,  Nazim  Hikmət,  yaradıcılığının  ilk  dövründən 
başlayaraq kino sənəti ilə məşğul olmuşdur. 
Nazim  Hikmət  ömrünün  sonuna  qədər  Azərbaycanın  kino  xadimləri 
ilə də bağlı olmuşdur. Onun ssenariləri əsasında çəkilmiş "Bir məhəlləli iki 
oğlan",  "Məhəbbətim  mənim,  kədərim  mənim"  və  başqa  filmlər  geniş 
tamaşaçı kütləsinin böyük rəğbətini qazanmışdır. 
“Nazim  Hikmətdə  Azərbaycan”  və  “Azərbaycanda  Nazim  Hikmət” 
məfhumları  bir-birilə  elə  sıx  tellərlə  bağlıdır  ki,  bunları  ayırmaq,  sadəcə, 
mümkün  deyildir.  Bu  bağlılığın  unudulmaz  səhifələrindən  biri  də  Nazim 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
33 
 
Hikmət poeziyasının, dram əsərlərinin nəşri və bu əsərlərin səhnə taleyidir. 
Nazim  Hikmət  yaradıcılığının  poetik  nümunələri  Azərbaycanda  1928-ci 
ildən  başlayaraq  bu  günə  qədər  nəşr  edilməkdədir.  Moskvada  yaşadığı 
illərdə şairlə görüşümdə o, kədərlə dedi: “Şeirlərim bütün dünya dillərində 
çap  olunur,  türk  dilindən  başqa.  Pyeslərim  bir  çox  dünya  səhnələrində 
nümayiş  etdirilir,  türk  səhnəsindən  başqa.”  Cəsarət  edib  ona  belə  bir  söz 
dedim:  “Sizin  şeirləriniz,  pyesləriniz  Azərbaycanda  azəri  türkcəsi  ilə 
müntəzəm  nəşr  edilir,  tamaşaya  qoyulur.    Biz  də  türkük  də.”  Bu  sözlərin 
müqabilində Nazim Hikmət gülümsündü. Gözlərində kədər vardı. Bilirdim, 
o,  Türkiyə  türkcəsini  nəzərdə  tuturdu.  Mən  sırf  təsəlli  üçün  dedim  bu 
sözləri.  
...Nazim  Hikmət  dramaturgiyası  öz  orijinallığı  və  sanbalı  ilə  seçilir. 
Sənətkarın  20-dən  artıq  pyesi  bir  çox  dünya  teatrları  tərəfindən  səhnəyə 
qoyulmuşdur.  Azərbaycanda  müəllifin  "Kəllə"  pyesi  bütün  başqa  dram 
əsərlərindən daha əvvəl radio tamaşası kimi efirə verilmiş və dinləyicilərin 
böyük rəğbətini qazanmışdı. 
Nazim  dramaturgiyasında  nəzəri  xüsusilə  cəlb  edən  bir  cəhət  var. 
Onun bir çox pyeslərində obrazların adları ya onların sənətinə uyğun, ya da 
şərti  şəkildə  verilmişdir.  Məsələn,  "Damokl  qılıncı"nda  surətlər  A.B., 
Boksçu, Arxitektor, Komissar və sair adlandırılmışdır. Bundan məqsəd bu 
və ya digər bir pyesdə hadisələrin təkcə Türkiyəyə, yaxud başqa bir ölkəyə 
aid  olmadığını  göstərməkdir.  Bu,  Nazim  Hikmət  dramaturgiyasının 
bəşəriliyini  əks  etdirən  xüsusiyyətdir.  Onun  pyeslərinin  mövzu  dairəsi  də 
bəşəri səciyyəyə malikdir. Zəka sahibinin ehtiyac içində yaşaması, pul, var-
dövlət  üstündə  gedən  ölüm-dirim  mübarizəsi,  bu  gün  məşhurlaşan,  sabah 
unudulan insanların acı taleyi, düz adamların çəkdiyi əziyyətlər, insanların 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə