Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
86 
 
ki, mən pyeslərimi  ancaq pul qazanmaq üçün yazıram. Onun dram əsərləri 
reportaj kimi bir şeydir. Nazim Hikmət şairdir, dramaturq deyil. 
Təsəvvür  edin  mənim  halımı.  Mövzum 
“Nazim  Hikmətin 
dramaturgiyası”, çıxış edən də Nazim Hikmətin müəllimi. 
Çox adam etiraz etdi Zəkəriyyə Sərtələ. Axırda mən danışdım. Onun 
yazdığı  essedən  “Nazim  şair  olaraq  dahi,  dramaturq  olaraq  ustaddır” 
cümləsini  dedim.  Hamı  güldü.  Zəkəriyyə  pərt  oldu.  Mən  də  öz  aləmimdə 
elə  bildim  ki,  qələbə  çaldım.  Demə  bu  işin  sonrası  varmış.  Moskvada 
stenonoqrammanı  oxuyub  əsərimi  əlavə  rəyə  verdilər:  məşhur  türkşünas 
Leyla Alkayevaya. Buna “qara opponent” deyirlər. O da oxuyub yaxşı bir 
rəy  yazdı.  Təsdiqimi,  diplomumu  aldım.  Amma  Zəkəriyyənin  hərəkətini 
heç  cür  başa  düşmədim.  Müdafiədən  sonra  banket  verdim.  Banketə 
əvvəlcədən Zəkəriyyə və Səbihə Sərtəlləri dəvət etmişdim. Dallarıyca adam 
da göndərmişdim maşınla. Gəlməmişdilər. Məclis başlanmışdı. 
Ürəyim  dözmədi.  Zəkəriyyəni  zorla  gətirdim.  Taksidə  heç  nə 
danışmadıq. Düşəndə dedi: 
–  Sən  məndən  incimə.  Müdafiədən  qabaq  poliklinikaya  getmişdim. 
Orda məni çox gözlətdilər. Əsəbi idim. Həm əsəbi, həm də ac. Nahaq çıxış 
etdim. 
Heç  nə  demədim.  Alt-üst  oldum.  Bu  nə  deməkdir?  Kaş  elə  əvvəlki 
sözünün üstündə dayanaydı, mübahisə edəydik. 
Aramızda bir soyuqluq yarandı. Amma qısa müddətlik oldu bu. Nazim 
Hikməti  yaxşı  tanıyanlardan  biri-heykəltəraş  Münəvvər  Rzayeva  özü  də 
bilmədən  bu  soyuqluğu  bir  su  içimində  aradan  qaldırdı.  Demə  Münəvvər 
Rzayeva hər il Nazim Hikmətin doğum gününü qeyd edirmiş. Bu dəfə mən 
də  dəvətliydim.  Gəldim  gördüm  ki,  Sərtəllər  də  burdadır.  Çox  unudulmaz 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
87 
 
görüşlər  idi.  Hər  kəs  Nazimlə  bağlı  xatirəsini  danışırdı,  onun  şeirlərindən 
nümunələr söyləyirdi. Münəvvər xanım Nazimi belə yaşadırdı. 
Zəkəriyyə  və  Səbihə  iştirak  edən  məclislərdə  əvvəlcə  hamı  susardu. 
Ancaq  Sərtəllər  danışırdı.  Bir-birinin  sözünü  kəsir,  bir-  birini  tamamlayır, 
Nazim  haqqında  heç  kəsin  bilmədiyi  hadisələri  danışırdılar.  Münəvvər 
xanım da onlara qoşulurdu. Sonralar Münəvvər xanımın və Səbihə Sərtəlin 
xatirələri “Azərbaycan” jurnalında çap olundu. Zəkəriyyə Sərtəl isə çoxdan 
yazmağa başladığı “Mavi gözlü dev” əsərini tamamladı və günlərin birində 
mənə dedi: 
–Mən  istəyirəm  ki,  bu  kitabı  Azərbaycan  dilinə  sən  tərcümə  edəsən. 
Özü də çox tez! Bir aya. Sizin Mərkəzi Komitənin katibi Cəfər Cəfərovla 
danışmışam. 
“Mavi  gözlü  dev”i  oxudum.  Gözəl  əsərdi.  Amma  bir  aya  çatdıra 
bilməzdim. Fikrimi Zəkəriyyəyə deyəndə narazı qaldı və dedi: 
–Eybi yox. Amma başqa adama verməyəcəyəm. 
Nəhayət,  çox  böyük  çətinliklə  tərcümə  başa  çatdı.  Həyat  yoldaşım 
Müzəyyən xanım bu əsəri dilimizə çevirdi, makinada da özü yazdı. Mən də 
oxudum.  Bunu  Zəkəriyyəyə  dedim  və  əlavə  etdim  ki,  tərcümə 
yoldaşımındır. Təbii ki, onun imzası getməlidir.  
Zəkəriyyə bəy etiraz etmədi. 
Bu əsnada Səbihə xanım xəstələndi, yatağa düşdü. 
Səbihə mələk kimi qadındı. Əqidəli, sözübütöv, mülayim, səxavətli bir 
insandı.  Gözəl  də  qələmi  vardı.  Ən  yaxşı  əsəri  “Roman  kimi”ydi.  Bu 
maraqlı və oxunaqlı əsər Səbihənin ömür kitabıydı. Bu kitabın ön sözündə 
Səbihənin dediklərinə – nəvəsi Dənizə müraciətinə nəzər salaq: 
“Nəvəm Dənizə.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
88 
 
Sən  8  yaşında  bir  uşaqdın.  İstanbulda  dəniz  kənarındakı  evin 
balkonunda,  sənə  rəngarəng,  zəngin  xəyallarla  dolu  Şərq  əfsanələrini 
söyləyirdim. “Leyli və Məcnun” , “Fərhad və Şirin”, “Əsli və Kərəm”. Sən 
bunları  böyük  bir  diqqətlə  dinləyərdin,  mavi  gözlərində  alovlar  yanardı. 
Əfsanə bitər- bitməz yerindən qalxar: 
–Haydı, nənəcan, bunu səhnədəki kimi oynayaq,- deyərdin. 
Əfsanəni,  usta  bir  rejissor  kimi  “səhnəyə  qoyar”  ,  mənə  öz  rolumu 
verər, öz rolunu da həyəcan və zövqlə oynayardın. 
Sənin xəyal zənginliyinə , sənət əlamətlərinə baxaraq anana: 
–Bu  çocuq  ya  aktyor,  ya  da  rejissor  olacaq.  Çocuğun  bu  istedadına 
diqqət edin. Baxın, korlanmasın- dedim. 
İllər  keçdi.  İndi  Amerikada  teatr  səhnələrində  Şekspiri  uğurla 
oynadığının  sədası  gəlir  qulaqlarıma.  Mən  səhnədə  deyil,  həyatda  kiçicik 
bir  rol  oynadım.  Sənə  və  oxucularıma  bunu  yenə  bir  əfsanə  kimi,  roman 
kimi söyləyəcəyəm. 
Qürbətdəki  həyatımı  anlatmanın  sırası  gəldiyi  zaman,  əgər  yaşasam, 
sənə  və  oxucularıma  bunun  da  əfsanəsini  söyləyəcəyəm.  Savaş  dolu  bir 
həyatın hekayəsini”. 
Kitabda Səbihə Sərtəlin Nazim sənəti haqqında fikirləri çox maraqlıdır. 
Səbihə xanımın sözlərini bu dəfə dilimizə uyğunlaşdırmadım. Olduğu kimi 
verdim: 
«Nazım realist bir şairdir. Bu realizmi şiirlerində bir dahi üstatlığı ilə 
inceledi. Mistik, romantik edebiyata karşı cephe aldı. Nazım, yalnız kendi 
memleketinin  insanlarının  değil,  dünya  ölçüsündə  ezilen  insanların 
savuncusu  idi.  Onu  milletlerarası  bir  şair  haline  getiren,  insana,  insanlığa, 
ezilenlerin kurtuluşu için duyduğu heyecan ve beslediyi fikirlerdi. Şiirleri, 
kelimeleri  yalnız  sadelik  bakımından  değil,  heyecanlarını  ,  duygularını  , 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə