Aqşin Babayev_______________________________________________
86
ki, mən pyeslərimi ancaq pul qazanmaq üçün yazıram. Onun dram əsərləri
reportaj kimi bir şeydir. Nazim Hikmət şairdir, dramaturq deyil.
Təsəvvür edin mənim halımı. Mövzum
“Nazim Hikmətin
dramaturgiyası”, çıxış edən də Nazim Hikmətin müəllimi.
Çox adam etiraz etdi Zəkəriyyə Sərtələ. Axırda mən danışdım. Onun
yazdığı essedən “Nazim şair olaraq dahi, dramaturq olaraq ustaddır”
cümləsini dedim. Hamı güldü. Zəkəriyyə pərt oldu. Mən də öz aləmimdə
elə bildim ki, qələbə çaldım. Demə bu işin sonrası varmış. Moskvada
stenonoqrammanı oxuyub əsərimi əlavə rəyə verdilər: məşhur türkşünas
Leyla Alkayevaya. Buna “qara opponent” deyirlər. O da oxuyub yaxşı bir
rəy yazdı. Təsdiqimi, diplomumu aldım. Amma Zəkəriyyənin hərəkətini
heç cür başa düşmədim. Müdafiədən sonra banket verdim. Banketə
əvvəlcədən Zəkəriyyə və Səbihə Sərtəlləri dəvət etmişdim. Dallarıyca adam
da göndərmişdim maşınla. Gəlməmişdilər. Məclis başlanmışdı.
Ürəyim dözmədi. Zəkəriyyəni zorla gətirdim. Taksidə heç nə
danışmadıq. Düşəndə dedi:
– Sən məndən incimə. Müdafiədən qabaq poliklinikaya getmişdim.
Orda məni çox gözlətdilər. Əsəbi idim. Həm əsəbi, həm də ac. Nahaq çıxış
etdim.
Heç nə demədim. Alt-üst oldum. Bu nə deməkdir? Kaş elə əvvəlki
sözünün üstündə dayanaydı, mübahisə edəydik.
Aramızda bir soyuqluq yarandı. Amma qısa müddətlik oldu bu. Nazim
Hikməti yaxşı tanıyanlardan biri-heykəltəraş Münəvvər Rzayeva özü də
bilmədən bu soyuqluğu bir su içimində aradan qaldırdı. Demə Münəvvər
Rzayeva hər il Nazim Hikmətin doğum gününü qeyd edirmiş. Bu dəfə mən
də dəvətliydim. Gəldim gördüm ki, Sərtəllər də burdadır. Çox unudulmaz
_______________________________________________
Nazim Hikmət qalaktikası
87
görüşlər idi. Hər kəs Nazimlə bağlı xatirəsini danışırdı, onun şeirlərindən
nümunələr söyləyirdi. Münəvvər xanım Nazimi belə yaşadırdı.
Zəkəriyyə və Səbihə iştirak edən məclislərdə əvvəlcə hamı susardu.
Ancaq Sərtəllər danışırdı. Bir-birinin sözünü kəsir, bir- birini tamamlayır,
Nazim haqqında heç kəsin bilmədiyi hadisələri danışırdılar. Münəvvər
xanım da onlara qoşulurdu. Sonralar Münəvvər xanımın və Səbihə Sərtəlin
xatirələri “Azərbaycan” jurnalında çap olundu. Zəkəriyyə Sərtəl isə çoxdan
yazmağa başladığı “Mavi gözlü dev” əsərini tamamladı və günlərin birində
mənə dedi:
–Mən istəyirəm ki, bu kitabı Azərbaycan dilinə sən tərcümə edəsən.
Özü də çox tez! Bir aya. Sizin Mərkəzi Komitənin katibi Cəfər Cəfərovla
danışmışam.
“Mavi gözlü dev”i oxudum. Gözəl əsərdi. Amma bir aya çatdıra
bilməzdim. Fikrimi Zəkəriyyəyə deyəndə narazı qaldı və dedi:
–Eybi yox. Amma başqa adama verməyəcəyəm.
Nəhayət, çox böyük çətinliklə tərcümə başa çatdı. Həyat yoldaşım
Müzəyyən xanım bu əsəri dilimizə çevirdi, makinada da özü yazdı. Mən də
oxudum. Bunu Zəkəriyyəyə dedim və əlavə etdim ki, tərcümə
yoldaşımındır. Təbii ki, onun imzası getməlidir.
Zəkəriyyə bəy etiraz etmədi.
Bu əsnada Səbihə xanım xəstələndi, yatağa düşdü.
Səbihə mələk kimi qadındı. Əqidəli, sözübütöv, mülayim, səxavətli bir
insandı. Gözəl də qələmi vardı. Ən yaxşı əsəri “Roman kimi”ydi. Bu
maraqlı və oxunaqlı əsər Səbihənin ömür kitabıydı. Bu kitabın ön sözündə
Səbihənin dediklərinə – nəvəsi Dənizə müraciətinə nəzər salaq:
“Nəvəm Dənizə.
Aqşin Babayev_______________________________________________
88
Sən 8 yaşında bir uşaqdın. İstanbulda dəniz kənarındakı evin
balkonunda, sənə rəngarəng, zəngin xəyallarla dolu Şərq əfsanələrini
söyləyirdim. “Leyli və Məcnun” , “Fərhad və Şirin”, “Əsli və Kərəm”. Sən
bunları böyük bir diqqətlə dinləyərdin, mavi gözlərində alovlar yanardı.
Əfsanə bitər- bitməz yerindən qalxar:
–Haydı, nənəcan, bunu səhnədəki kimi oynayaq,- deyərdin.
Əfsanəni, usta bir rejissor kimi “səhnəyə qoyar” , mənə öz rolumu
verər, öz rolunu da həyəcan və zövqlə oynayardın.
Sənin xəyal zənginliyinə , sənət əlamətlərinə baxaraq anana:
–Bu çocuq ya aktyor, ya da rejissor olacaq. Çocuğun bu istedadına
diqqət edin. Baxın, korlanmasın- dedim.
İllər keçdi. İndi Amerikada teatr səhnələrində Şekspiri uğurla
oynadığının sədası gəlir qulaqlarıma. Mən səhnədə deyil, həyatda kiçicik
bir rol oynadım. Sənə və oxucularıma bunu yenə bir əfsanə kimi, roman
kimi söyləyəcəyəm.
Qürbətdəki həyatımı anlatmanın sırası gəldiyi zaman, əgər yaşasam,
sənə və oxucularıma bunun da əfsanəsini söyləyəcəyəm. Savaş dolu bir
həyatın hekayəsini”.
Kitabda Səbihə Sərtəlin Nazim sənəti haqqında fikirləri çox maraqlıdır.
Səbihə xanımın sözlərini bu dəfə dilimizə uyğunlaşdırmadım. Olduğu kimi
verdim:
«Nazım realist bir şairdir. Bu realizmi şiirlerində bir dahi üstatlığı ilə
inceledi. Mistik, romantik edebiyata karşı cephe aldı. Nazım, yalnız kendi
memleketinin insanlarının değil, dünya ölçüsündə ezilen insanların
savuncusu idi. Onu milletlerarası bir şair haline getiren, insana, insanlığa,
ezilenlerin kurtuluşu için duyduğu heyecan ve beslediyi fikirlerdi. Şiirleri,
kelimeleri yalnız sadelik bakımından değil, heyecanlarını , duygularını ,
Dostları ilə paylaş: |