Ar-da pensiya təminatının ümumi xarakteristikası və müasir vəziyyəti”


II Fəsil. Azərbaycan Respublikasında pensiya təminatı sisteminin vəziyyəti



Yüklə 74,77 Kb.
səhifə3/5
tarix16.04.2022
ölçüsü74,77 Kb.
#85525
1   2   3   4   5
AR-da pensiya təminatının ümumi xarakteristikası və müasir vəziyyəti kurs işi

II Fəsil. Azərbaycan Respublikasında pensiya təminatı sisteminin vəziyyəti

Azərbaycan Respublikasında tətbiq olunan sosial təminatın və sosial sığortanın növləri içərisində pensiya təminatı ən mü­hüm və əhəmiyyətli yerlərdən birini tutur. Ona görə ki, birincisi, pensiya təminatı çox geniş bır əhali təbəqəsini əhatə edir. Belə ki, respublikamızda hal-hazırda pensiya alanların sayı bir mil­yon iki yüz min nəfərdən çoxdur. Professor V.S. Andrcyevin sözləri ilə desək «pensiya təminatı çox geniş və kütləvi təminat növüdür». İkincisi isə, pensiya demək olar ki, pensiyaçıların ək­səriyyəti üçün əsas gəlir mənbəyi kimi çıxış edir,

Öz dövlət müstəqilliyini bərpa etmiş respublikamızda 1992-ci ildən başlayaraq pensiya təminatı haqqında qanunvericilik ta­mamilə yeniləşmişdir. Sosial təminat haqqında qanunvericiliyin bir hissəsi kimi pensiya qanunvericiliyi də həm mahiyyətinə, həm də formasına görə əsaslı surətdə dəyişikliklərə məruz qal­mışdır.

Azərbaycan Respublikasında pensiya islahatlarının keçiril­məsinin ilkin mərhələsi «Hərbi qulluqçuların pensiya təminatı haqqında» 29 aprel 1992-ci il tarixli və «Vətəndaşların pensiya təminatı haqqında» 23 sentyabr 1992-ci il tarixli qanunların qə­bul edilməsi ilə bağlıdır. 23 sentyabr 1992-ci il qanununun qəbul edilməsi ilə müstəqil büdcədənkənar maliyyə-kredit sistemi olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu (bir neçə ay həmin fond «Pensiya Fondu» kimi fəaliyyət göstərmiş­dir) yaradıldı. 23 sentyabr 1992-ci il tarixli pensiya qanununu dövlət pensiya təminatı sistemində sığorta prinsiplərinin praktiki olaraq reallaşdırılmasma cəhd olunan ilk sosial sığorta qanunu kimi qiymətləndirmək olar.

23 sentyabr 1992-ci il tarixli qanunun əsas başlanğıc ideyası ondan ibarət idi ki, ölkədə obyektiv səbəblərdən, hər şeydən əv­vəl isə qocalıqla əlaqədar olaraq ictimai istehsaldan ayrılan in­sanların layiqli həyat şəraitini təmin edə biləcək məcburi dövlət pensiya sığortası sistemi möhkəmləndirilsin. Belə bir sistemin mahiyyəti çox sadə olmaqla aşağıdakılarda ifadə olunur:


  • muzdla (əmək müqaviləsi ilə) işləyən hər bir vətəndaş özünün və işəgötürənin arzusundan və iradəsindən asılı olmadan məc­buri dövlət sosial pensiya sığortasına cəlb olunmalıdır. Başqa sözlə, bu, məcburi sığorta sistemidir. Məcburiyyət dövlət tərəfin­dən həyata keçirilir və bununla əlaqədar olaraq bir sıra ölkələr­də, o cümlədən Azərbaycan Respublikasında bu cür sistem döv­lət sistemi adlandırılır;

  • müvafiq sığorta sistemlərinin həyata keçirilməsinin norma və şərtləri pensiya təminatının norma və şərtləri kimi dövlət tərəfin­dən müəyyən edilir. Onlar əmək müqaviləsinin tərəflərinin razı­lığı ilə dəyişdirilə bilməzdi.

23 sentyabr 1992-ci il tarixli qanunun qəbul edilməsi ilə işçi­lərin məcburi pensiya sığortası əsasında pensiya təminatının hə­qiqi sistemi tətbiq edildi.

1992-ci ildə respublikamızda olduğu kimi keçmiş SSRİ-nin tərkibindən çıxaraq öz müstəqilliyini elan etmiş respublikalarda da məcburi dövlət pensiya sığorta sistemini nəzərdə tutan qa­nunvericilik aktları qəbul etdilər. Həmin dövrdə məcburi pen­siya sosial sığortası sisteminin tətbiqi səbəblərini sosial təminat hüququ sahəsində görkəmli alimlərdən olan M.L.Zaxarov və F.Q.Tuçkova daha dəqiq göstərmişlər. Onların fikrincə əsas sə­bəb sosial sığortanın mahiyyəti haqqında formalaşan ideologi­yanı yenidən nəzərdən keçirməyə, bərpa etməyə və başlıcası isə praktikada onun həqiqi mahiyyətini realizə etməyə olan obyek­tiv tələbatla bağlı idi.

Son on illiklər ərzində belə bir müddəa formalaşmışdır ki, guya dövlət sosial sığortası (pensiya sığortası da onun bir hissə­sidir) dövlətin hesabına həyata keçirilir. İnsanların şüuruna yeri­dilən bu ideya idarəçilik qərarlarının formalaşmasında istifadə olunurdu və hətta qanunvericilikdə ifadə olunmuşdu. Bütün işçi­lər üçün əmək haqqının çox aşağı məbləğini mərkəzləşdirilmiş qaydada almaqla dövlət, işçilərin əmək haqqının sığorta ödəniş­lərini ödəməkdən azad olunduğunu elan edir və bunu ən mühüm nailiyyətlərindən biri hesab edirdi. Sosial sığorta vəsaitləri də praktiki olaraq vergi ödənişləri ilə qarışırdı və digər büdcə gəlir­ləri ilə birlikdə dövlət büdcəsində toplanırdı. Sığorta ödənişləri kimi pensiya ödənişlərinə çəkilən xərclər əsasən dövlət dotasiya­ları hesabına maliyyələşirdi və bütün bunlar işçi qüvvəsinin real dəyərinin aşağı düşməsinə gətirib çıxarır və belə bir təəssürat ya­radır ki, pensiyaçıları işləyən və cəmiyyətin sərvətlərini yaradan­lar yox, dövlət özü saxlayır. Lakin 23 sentyabr 1992-ci il tarixli qanunun tətbiq edilməsi nəticəsində formalaşmış olan həmin müddəalar öz əhəmiyyətini itirdi və ölkədə həqiqi məcburi dövlət pensiya sığortası sistemi yaradıldı.

Sonra Azərbaycan Respublikasında pensiya təminatı siste­minin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası» təsdiq edildi. Əhalinin pensiya təminatı sistemində köklü dəyişikliklərin apa­rılması istiqamətində hazırlanmış mühüm hüquqi sənəd olan konsepsiyada pensiya islahatının həyata keçirilməsinin bir neçə mərhələsi təsbit edilmişdir.

Birinci mərhələ — pensiya islahatının həyata keçirilməsi və əhalinin pensiya təminatı üçün hüquqi bazanın yaradılması ilə bağlı olmuşdur. Bu qanunvericilik bazasının təkmilləşdirilməsi isə üçnövlü pensiya təminatı sisteminin (əmək pensiyalarının, sosial pensiyaların və qeyri-dövlət pensiyalarının) təşkilinə yönəldilməli idi.

İkinci mərhələdə pensiya sisteminin əsasını təşkil edən fərdi uçotun yaradılması üzrə işlərin aparılması, o cümlədən pensiya hesablamaları, vəsaitin yığımı və bütövlükdə pensiyaların müəy­yənləşdirilməsi sahəsində avtomatlaşdırılmış sistemin tətbiq edil­məsi nəzərdə tutulmuşdur.

Üçüncü mərhələdə fərdi uçotun yaradılması ilə bağlı əmək qabiliyyətli işçilərin gəlirləri və pensiyaların təyin edilməsi üçün lazım olan digər göstəricilər barədə məlumatlar toplanılmalı idi.

Dördüncü mərhələdə isə pensiyaların fərdi uçot sənədləri əsa­sında hesablanmasına başlanılması təsbit edilmişdir.

Konsepsiya təsbit edildikdən sonra bir sıra qanunvericilik aktları - «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» 27 noyabr 2001-ci il tarixli qanun, «Əmək pensiyaları haqqında» 7 fevral 2006-cı il tarixli qanun, «Sosial müavinətlər haqqında» 7 fevral 2006-cı il tarixli qanun, «Dövlət qulluqçularının pensiya təminatı haqqında» 1 iyul 2004-cü il tarixli qanun, «Azərbaycan Respublikasında dövlət pensiya təminatı sisteminin təkmilləşdi­rilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Preziden­tinin 4 avqust 2003-cü il tarixli Fərmanı və s. aktlar qəbul edil­mişdir.

Hal-hazırda respublikamızda pensiya təminatı ilə bağlı bütün qanunlar sosial həmrəylik prinsipini və məcburi yığım prinsipini özündə əks etdirən «Əmək pensiyaları haqqında» 7 fevral 2006- cı il tarixli qanunla əvəz edilmişdir. Həmin qanun əsasında res­publikamızda dövlət pensiya təminatı sistemi praktiki olaraq ləğv edilmiş və məcburi dövlət sosial sığortasını özündə əks etdi­rən vahid pensiya təminatı sistemi tətbiq edilmişdir. Məcburi dövlət sosial sığortası üzrə pensiya təminatı isə Azərbaycan Res­publikası Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına maliyyələşir və bu məcburi dövlət sosial sığortası tətbiq olunan şəxsləri və onların ailələrini əhatə edir.



Məcburi dövlət pensiya sığortası sistemi bəşəriyyətin mühüm kəşflərindən biri kimi qiymətləndirilir və bu sistemin mahiyyəti sadədir. O, praktiki olaraq bütün inkişaf etmiş ölkələrdə tətbiq olunur və mülkiyyətin müxtəlif formaları əsasında çoxukladlı iq­tisadi münasibətlərin yaranması və inkişaf dövrü üçün münasib­dir. Onun əsas məzmunu isə aşağıdakı mühüm meyarlarla müəy­yən edilir (baxmayaraq ki, müxtəlif ölkələrdə onların konkret tə­zahürü müəyyən dərəcədə fərqlənə bilər);

  1. Məcburi dövlət pensiya sığortası sisteminin mahiyyətini müəyyən edən iqtisadi meyar istehsal münasibətlərinə və işçi qüvvəsinin real dəyərinə əsaslanır. Aydındır ki, işçi qüvvəsinin dəyəri müəyyən edilə bilməz və artıq çoxdandır ki, inkişaf etmiş ölkələrdə bilavasitə istehsal prosesində «canlı» əməyin dəyəri müəyyən edilir. O, özündə digər ödənilən dövrləri, hər şeydən əv­vəl insanın pensiya aldığı dövrü, yəni qazandığı pensiyanın ödə­nildiyi dövrü əhatə edir;

  2. Məcburi dövlət pensiya sığortası sisteminin mahiyyətini müəyyən edən sosial meyar sığorta olunanların və işəgötürənlə­rin müxtəlif bölgələrdə, müxtəlif sahələrdə və təşkilatlarda işlə­yənlərin həmrəyliyində və ən başlıcası əmək qabiliyyətli şəxslərlə və pensiya yaşma çatmış şəxslərin (əmək qabiliyyəti olmayan şəxslərin) həmrəyliyində ifadə olunur;

  3. Bu meyarlar işəgötürənlər (mülkiyyət formasından asılı ol­mayaraq) və muzdlu işçilər tərəfindən onların arzusundan asılı olmayaraq məcburi qaydada ödənilən müvafiq sığorta ödənişləri sistemi vasitəsilə realizə olunur. Başqa sözlə, bu sistem məcburi­dir. Məcburiyyət isə dövlət tərəfindən həyata keçirilir, buna görə də bu sistem bir çox ölkələrdə, o cümlədən respublikamızda döv­lət sistemi adlanır. Bir qayda olaraq sığorta ödənişləri əmək haq­qına faizlə bərabər həcmdə və ya nisbətən böyük həcmdə işəgö­türənlər tərəfindən ödənilir. Lakin nəzərə almaq lazımdır ki, son nəticədə sığorta işçinin özünün hesabına həyata keçirilir, çünki işəgötürənin gəliri əsasən sığorta olunanların əməyinin nəticəsi əsasında formalaşır. Bununla əlaqədar olaraq işçi və işəgötürən arasında sığorta ödənişlərinin bölüşdürülməsi mühüm əhəmiyyət kəsb etmir;

  4. Sığorta ödənişləri məcburi sosial sığorta fondu adlanan mərkəzləşdirilmiş fondda (Dövlət Sosial Müdafiə Fondunda) toplanır. Onun vəsaitlərinin dövlət biidtəsi ilə heç bir əlaqəsi yoxdur. Həmin vəsaitlər əsasən sığorta olunanlar və onların ailə­lərinin pensiya təminatı üçün nəzərdə tutulub və heç bir halda digər məqsədlər üçün istifadə oluna bilməz. Bu fondun idarəçi­liyi dövlət tərəfindən həyata keçirilir;

  5. Pensiya sığorta ödənişlərinin ödənilmə şərtləri və norma­ları, o cümlədən pensiya təminatı normaları (əmək haqqına faiz­lə münasibətdə pensiyanın məbləği, pensiya almaq üçün tələb olunan staj, stajın və əmək haqqının hesablanması qaydası, pen­siyaçıların minimum və maksimum məbləğləri və s.) qanunla müəyyən edilir;

  6. Son nəticədə sosial sığorta sistemi üzrə pensiya təminatı­nın səviyyəsi birincisi, insanın neçə il işləməsi və ya onun neçə yaşının olması və onun işəgötürən tərəfindən sığorta ödənişləri­nin həyata keçirilməsi ilə, ikincisi isə, işçinin bu illər ərzində sı­ğorta ödənişləri hesablanan əmək haqqının həcmi ilə müəyyən edilir. Bu iki göstərici əsasən konkret muzdlu işçinin pensiya tə­minatının səviyyəsini və sığorta olunanların ailələrinin pensiya­larının məbləğində diferensiasiyanı müəyyən edir.

Pensiya təminatının səviyyəsi hər bir dövrdə pensiya sistemi və onun vəziyyətini xarakterizə edən mühüm göstəricilərdən biri kimi çıxış edir. Hüquq ədəbiyyatında pensiya təminatı səviyyəsi­nin bir-bir ilə sıx surətdə bağlı olan iki növü fərqləndirilir:

  1. pensiya təminatının nisbi səviyyəsi;

  2. pensiya təminatının mütləq səviyyəsi.

Pensiya təminatının nisbi səviyyəsi adətəıı bütün ölkə üzrə bütövlükdə və ayrı-ayrı bölgələr üzrə nəzərə alınır. Bunun üçün orta aylıq pensiya müvafiq olaraq ölkədə və ya müəyyən ərazidə onun hesablandığı orta aylıq əmək haqqına bölünür. Nisbi göstə­rici pensiyaçıların -pensiyada olan keçmiş muzdlu işçilərin həyat səviyyəsini işləməkdə davam edən və əmək haqqı hesabına yaşa­yan muzdlu işçilərin həyat səviyyəsi ilə müqayisədə xarakterizə edir. Nisbət nə qədər yüksək olarsa, inkişaf etmiş ölkələrdə əhali­nin əksəriyyətini təşkil edən bu iki qrup vətəndaşların həyat səviy- yəsindəki uyğunsuzluq bir o qədər az olar. Bu ilk baxışdan real əmək haqqı yüksək olan ölkələrdə pensiya təminatının nisbi səviy­yəsi müqayisədə yüksək deyil və əksinə əmək haqqı aşağı səviy­yədə olan ölkələrdə o, yüksəkdir. Bu çox sadə izah olunur: birinci göstərilən ölkələrdə pensiya təminatı səviyyəsi tutaq ki, 40-45% - dir, pensiyada olan vətəndaş aldığı pensiya hesabına özünün adi tələbatlarını (geyimə, yeməyə, müvafiq xidmətləri ödəməyə olan tələbatlar) ödəyə bilər. Belə ki, cəmiyyətin işləyən üzvü də bu məqsədlərə öz əmək haqqından eyni dərəcədə xərcləyir. Başqa öl­kələrdə gəldikdə isə onlarda insanın adi tələbatlarının ödənilməsi üçün əmək haqqının çox hissəsi xərclənir. Buna müvafiq olaraq da pensiya təminatının nisbi səviyyəsi yüksək olmalıdır. Əks hal­da pensiyaçı yoxsulluq səviyyəsində yaşamalı olur.

Pensiya təminatının mütləq səviyyəsi isə pensiyanın mini­mum həddindən maksimum həddinə qədər olan istehlak dəyəri­dir. Başqa sözlə bu göstərici pensiyaçının hansı həcmdə onun üçün zəruri olan istehlak mallarım əldə edə bilməsini, xüsusən də pensiyaçının lazımi həyat səviyyəsini təmin etmək üçün kifayət edəcəyini müəyyən edir.




Yüklə 74,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə