Ar qanunu üzrə: 20 17



Yüklə 6,32 Kb.

tarix01.09.2018
ölçüsü6,32 Kb.

background image
İnvestisiya təşviqi sənədi və təsdiqedici sənəd əldə edən hüquqi şəxs və ya fərdi 

sahibkarın əldə edəcəyi güzəştlər 

 

1. “Gömrük tarifi haqqında” AR Qanunu üzrə: 



 

20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış 

hüquqi  şəxslər  və  fərdi  sahibkarlar  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiqedici  sənədi 

əsasında  texnikanın,  texnoloji  avadanlıqların  və  qurğuların  idxalı  —  investisiya  təşviqi  sənədinin 

alındığı tarixdən 7 il müddətinə. (gömrük rüsumundan azaddır) 

 

2. “AR Vergi Məcəlləsi” üzrə: 



102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 

50 faizi - 7 il müddətinə; (gəlir vergisindən azaddır) 



106.1.17.  investisiya  təşviqi  sənədini  almış  hüquqi  şəxsin  həmin  sənədi  aldığı  tarixdən  əldə  etdiyi 

mənfəətin 50 faizi - 7 il müddətinə. (vergidən azaddır); 



164.1.26. investisiya təşviqi sənədini  almış  hüquqi  şəxslər və  fərdi sahibkarlar tərəfindən müvafiq icra 

hakimiyyəti  orqanının  təsdiqedici  sənədi  əsasında  texnikanın,  texnoloji  avadanlıqların  və  qurğuların 

idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə; (idxal ƏDV-dən azaddır); 

199.11.  İnvestisiya  təşviqi  sənədini  almış  hüquqi  şəxs  və  fərdi  sahibkar  həmin  sənədi  aldığı  tarixdən 

müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır; 



207.5.  İnvestisiya  təşviqi  sənədini  almış  hüquqi  şəxs  və  fərdi  sahibkar  həmin  sənədi  aldığı  tarixdən 

mülkiyyətində  və  ya  istifadəsində  olan  müvafiq  torpaqlara  görə  7  il  müddətinə  torpaq  vergisini 



ödəməkdən azaddır. 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə