Araliq yolu məHƏLLƏSİ



Yüklə 157,5 Kb.
tarix19.10.2018
ölçüsü157,5 Kb.
#75157

ARALIQ YOLU MƏHƏLLƏSİ
Aralıq yolu(küçəsi) məhəlləsi – Kəndin mərkəzində olan Namazalı kəhrizindən başlayıb və Güney kəhrizə və Saqqızlı məhəlləsinə qədər cənuba uzanan yoldur(küçədir).

Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində aralıx sözü “hərtərəfi bağ ilə əhatə olunmuş yer” mənasını ifadə edir.



Aralıq yolundan (küçəsi) bir görünüş

Soldakı darvaza Əbilhəsən Allacovun, sağdakı darvaza isə Mösü Məhərrəmovundur.
Aralıq yolda, Namazalı kəhrizinin aşağı 50 metrliyində kənd hamamı (iki nömrəli, bir ümumi yerli) və ondan sonra keçmiş mazutla işləyən, kəndə elektrik işığı verən, gündüzlər isə taxıl üyüdən dəyirman var idi. Bu dəyirmanı bura bitişik daş binada XIX əsrin sonlarında və XX əsrin əvvəllərində yaşamış, varlı-karlı Nəriman Məmmədov tikdirib. Bundan başqa keçmiş Sovet idarə binası və kənd klubu Nərimana məxsus olmuşdur.

Namazalı kəhrizindən axan su Aralıq yolu ilə çəpər dibiylə çəkilən arxla yol ətrafı həyətlər suvarardılar. Aralıq yolunun sol və sağ tərəfləri Güney kəhrizə kimi həyətyanı evlərdir. Bu yol bax­dıqca göz oxşayırdı. Belə ki, yol ətrafında həyətyanı bağçalardakı ağacların budaqları baş-başa birləşmişdi.

N

Bahadur İmanov


amazalı kəhrizi tərəfdən Aralıq yoluna daxil olduqda sol tərəfdə İmanov Bahadurun evidir. Bahadur kişi – kənddə təftiş komitə­sinin sədri və briqadir kimi, səbrli, təmkinli fəaliyyətilə hörmət qazanıb. Ondan sonra İmanova Minişin evi və həyətyanı bağı vardı.

Sağ tərəfdə köhnə dəyirmanla divar-divara daş evdə Məmmədov Eyvaz İlyas oğlu ailəsilə birlikdə orda yaşayırdılar.

Onlardan aşağı sol tərəfdə Mösü Məhər­rəmovun göy rəngli dəmir­dən darvazası və iki mərtəbəli evi vardı. O, əməkdə göstərdiyi fəaliyyətinə görə Dövlət tərəfindən Sosiyalist Əməyi Qəhrəmanı adına layiq edilmiş, trakror briqadasının briqadiri, öz halal zəhmətilə, səmimi və dəqiq davranışı ilə kənd ağsaqqalı kimi tanınmışdır. Bunlardan başqa Mösü kişinin yaxşı bağban səli­qə­si və sahmanı da vardı. Öz həyətini əsl cənnət bağı kimi gülzara çevirmişdi.

Horadiz kəndində xurma ağaclarının əkilməsində onun böyük rolu olmuşdur. Belə ki, Gəncədən gətirdiyi xurma tinglərini çoxal­daraq paylamışdı. Onun həyətində hər cür meyvədən vardı. O, həm də peyvənd etməyi çox sevərdi. Bir gilənar ağacında bir qanadında sarı gilas, o birində qırmızı gilas, digərində isə gilənar calamışdı. Həyətdə olan yapon gavalısının iyi adamı valeh edirdi.

Onunla üzbə-üz ikimərtəbəli daş evdə Allacov Əbilhəsən öz ailəsilə yaşa­yırdı. O, traktorçu kimi işləyərək ailəsini dolandırıb, qeyri-adi xasiyyəti ilə, düzgünlüyün tərəfdarı olan ağsaqqal idi.

Nümunə: - Köhnə kişilər deyirlər ki, otuzuncu illər qonşu kənddən olan Horadizin Sovet sədri Alış atın üstündə ikən kənd qadınların yanında olduqca nalayiq söyüş söyür. Bu haqsızlığa dözməyən Əbilhəsən (heç bir qorxu bilmədən) Alışın yaxasından yapışıb ayağının altına salıb onu kötəkləyir. Sonralar şikayət olsa da kənd camaatı Əbilhəsənin haqlı olduğunu bildirərək, Alışı kənddən qovurılar.


Mösü kişinin cənnət bağında – 1982-ci il

Şəkildə soldan: Qəhrəman Şirinov, Əmir Namazalıyev, Abbas Abbasov, Məhərrəm Məhərrəmov, Nərgiz Məhərrəmova oğlu Namiqlə, Ərşad Məhərrəmov, Anar Cəfərov, Seylon Şirinova, Bəhlul Şirinov qızı Ruqiyyə ilə, Məzahir Əmirov, Fazil Nəcəfov və Bayram Hüseynov.


Əbilhəsən kişinin darvazasından aşağıda sağda – Məmməd

Hüseynovun həyəti və evi vardı. Lakin Məmməd özü

1960-cı ildən Bakıda yaşadığından kəndə az-az gələrdi,

elə ona görə də ev və həyət baxılmaz vəziyyətdə qalmışdı.

Ondan aşağı şərq istiqamətində olan ev­lərdə Quluyev

Ağamalının iki mərtəbəli evi və həyəti yerləşirdi. Ağamalı

kəndtoy şənlik­lərində toybaşçılıq edərdi və o

toy həmişə şən, həm də münaqişəsizkeçərdi.Sonralar Kənd

Məscidin yanında, köhnə Sovet idarəsinə bitişik binada

çayxana işlədirdi. Məmməd Hüseynov

A



ğamalının həyətyanı evi və həyətilə yanaşı, Qozluçayın sol

sahilinin yanında əmisi Calal Quluyevin evi və bağı yerləşirdi.

C.Quluyev kəndimizdə müxtəlif illərdə kolxoz sədri, pambıq

briqadiri işləyib. Sonralar qardaşı oğlu A.Quluyevlə birlikdə

kolxozda dülgər kimi xeyirxah işlə məşğul olurdu.Bu məhəllədə

Qozlu çay qırağı evlərdə Rüstəmov Əvəz Humay oğlu və

Novruzov Məhərrəm Alı oğlu ailəsi ilə yaşayırdı.

Bunlardan aşağıda ailəsilə yaşayan Əliyev Mehdi – kolxozda

pambıq və inşaat briqadiri işləyərək, yaxşı və xoş

xasiyyətilə hörmət qazanıb. Çox danışmaqda da ona çatan Ağamalı Quluyev

olmayıb. Bakılı Mütəllim Məcidov adlı çox danışan

və kənddə inşaat mühəndisi işləyirdi. O, Mehdi kişiylə yarışmaq üçün

onların evinə qonaq gəlir. Qonaqpərvər Mehdi kişinin evində

yeməkdən sonra, razılıqla Mehdi kişi danışmağa başlayir.

O, anası ilə Bakıya necə getmələrindən, onun üçün velosiped

almasından danışır və bir də görürlər səhər açılıb, amma Mütəllim

kişi ağzını açmağa macal tapmayıb. Mehdi kişi deyib ki, sabah arxasını danışaram.

M



Mehdi Əliyev
ütəllim kişi deyir ki, Mehdi qardaş sənki mənə səhərə qədər ağzımı açmağa imkan vermədin, daha mənim sənə sözüm yoxdur və sən qalib gəldin deyir və xuda­fizləşir.

Onlardan aşağı Quluyev Muradxan – kənd məktəbində təsərrüfat müdiri işləyirdi. Çox həmsöhbət və dünya görmüş şəxs idi.

Əliyev Mirzalı – kolxozda traktorçu – mexanizator kimi sadə iş adamı idi. Bundan başqa Mirzalı Fətalı oğlu kənd xeyir-şər məclislərində Hüseyn Zülfüqar oğlu ilə birlikdə aşbazlıq da edərdilər.

Məhərrəmov Əhməd Məmməd oğlu – kolxozda baytar həkim kimi fəaliyyət göstərib, kənd sakinlərin ev heyvanlarının sağlam­lığının keşiyində də durardı.

Məhərrəmov Turab Oruc öğlu – kənddə yük maşınında sürücü kimi gərəkli bir işlə xeyirə-şərə yarayan insan idi.

Quluyev Allahverən Tarış oğlu bu məhəllənin aşağılarında ailəsilə yaşayırdı.

Şükürov Aqil Abdulla öğlu – kolxozda traktorçu vəzifəsində ışləyərək ailəsini dolandırıb və sadə bir insan kimi yada düşərək xatırlanır.

Şükürov Aqilin qızı Zeynəb Əliyeva qabaqcıl pambıq briqadiri kimi, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.



Bu məhəllədə yaşayanlar müxtəlif nəsillərin nümayəndələridir: İmanovlar, Namazalılar, Cəfərovlar, Allaclılar, Hüseynovlar, Qulu­yevlər, Əliyevlər, Məhərrəmovlar, Şükürovlar var idi.

Aralıq yol məhəlləsinin şəhidləri:

  1. Quluyev İlqar Muradxan oğlu;

  2. Quluyev Məzahir Allahverdi oğlu.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yüklə 157,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə