Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
  1   2   3   4   5   6   7   8   9   ...   60


AZƏRBAYCAN  RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
HİDROBÖHRAN, 
HİDROMÜNAQİŞƏLƏR VƏ 
HİDROSTRATEGİYA
BAKI-2013
ARAZ QURBANOV


2        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Baş məsləhətçi:      
Ramiz Məmmədov
AMEA-nın müxbir  üzvü, Azərbaycan
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, professor
Məsləhətçilər:     
Musa Qasımlı, siyasi elmlər  doktoru, professor
Rövşən Xəlilov,  fizika-riyaziyyat elmləri doktoru
Vüsal Qasımlı,  iqtisadiyyat üzrə fəlsəfə doktoru
Elmi redaktor:        
Tahirə Allahyarova,  fəlsəfə elmləri doktoru
Redaktorlar: 
Zaur Vəliyev, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Azad Qəribov
Texniki redaktor: 
İqrar Məmmədli
Dizayner:   
İntiqam Məhəmmədli


       3
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Kitabın içindəkilər
 Ramiz Məmmədov. 
 Ön söz əvəzi. H2O haqqında bir də düşünmək imkanı  ............................. 7
 Giriş  ...................................................................................................................12
1.  Qlobal su çatışmazlığı problemi. Ümumi mənzərə  ..............................15
2.  Su ehtiyatları və beynəlxalq hüquq ..........................................................25
     İslam dinində su hüququ. Su şəriəti  .........................................................35
3.  Transsərhəd su axarları dövlətlərarası münaqişə mənbəyi kimi  ........... 37
4.  Geosiyasətdə su ehtiyatlarının rolu  .........................................................49
5.  Azərbaycanın su ehtiyatları
 Reallıqlar, geosiyasi çağırışlar və təhdidlər  .................................................97
 Nəticə ...............................................................................................................152
 Təkliflər  ...........................................................................................................156
 İstifadə olunmuş ədəbiyyat  .........................................................................163


4        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA


       5
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«Bütün dövrlərdə daim su qıtlığı yaşanmışdır və in-
sanlar  bir  növ  buna  öyrəşmişdilər.  Halbuki,  bu  qeyri-
normal  vəziyyətdir,  içməli  su  daim  olmalıdır.  Biz  bu 
problemi köklü şəkildə həll etmək əzmindəyik».
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti 


6        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA


       7
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Ön söz əvəzi
H
2
O haqqında bir də düşünmək imkanı
Əziz oxucu!
Diqqətinizə  təqdim  edilən  bu  kitab  təkcə  mütəxəssislərə  –  coğ-
rafiyaşünaslara,  hidroloqlara,  melioratorlara,  su  təsərrüfatı  ilə  əlaqəli 
məmurlara, siyasətçilərə deyil, yaşından, cinsindən, sosial mövqeyindən 
və intellektual səviyyəsindən asılı olmayaraq hər birimizə ünvanlanıb. Ki-
tabın məqsədi Tanrının bizə verdiyi ən dəyərli nemətin – adi şirin suyun 
qədrini bilməyə, ən azı ona özümüz qədər sayğı və hörmətlə yanaşma-
ğa sövq etməkdir. Çünki, su nə coğrafi, nə milli, nə siyasi, nə də mənəvi 
sərhədlər tanıyır. Su biosferin, canlı aləmin ən vacib elementidir. Susuz 
üzvi təbiət, eləcə də bəşəriyyət mövcud ola bilməz. Fransız yazıçısı An-
tuan  de  Sent-Ekzüperinin  təbirincə  desək,  «Su,  sən  həyatın  mənbəyi 
deyilsən. Sən həyatın özüsən!». Su mənim, sənin, onun, birlikdə isə ha-
mımızındır. Onun qıtlığı qarşısında hər birimiz bərabərik. 
Orta  məktəb  dərsliklərindən  hər  birimizə  məlumdur  ki,  insan  or-
qanizminin  üçdə  iki  hissəsi  sudan  ibarətdir.  O  da  müəyyən  edilib  ki, 
insan  qidasız  dörd  həftə,  susuz  isə  maksimum  yeddi  gün  yaşaya  bilər. 
Orqanizmin normal fəaliyyəti üçün hər birimizə gün ərzində azı 2-3 litr 
su lazımdır. Bir çox alimlərin fikrincə, insanın yaşayışı mahiyyət etiba-
rı ilə «su uğrunda mübarizə» üzərində qurulub. Planetin əhalisi sutka 
ərzində nə az, nə də çox – təqribən 8 milyard ton sudan istifadə edir. Və 
o da yaxşı məlumdur ki, əgər bəşəriyyət sudan səmərəli, şüurla istifadə 
edərsə, onu çirkləndirməzsə, mənbələrini qoruyarsa, bu nemət hələ nəvə-
nəticələrimizə də gen-bol çatar. Təəssüf ki, hər il böyük miqdarda çirkab, 
sənaye, kənd təsərrüfatı tullantıları təbiətə axıdılaraq şirin su mənbələrini 
– çay və gölləri, yeraltı yataqları çirkləndirir. Əli hər yerdən üzülən işğalçı 
Ermənistan davamlı olaraq zərərli kimyəvi maddələri Azərbaycana doğ-
ru səmt götürən transsərhəd çaylara axıdır, bizi süni sel və daşqınlarla, 
quraqlıqla  təhdid  edir,  iradəmizi  sındırmaq,  xalqımızı  su  ilə  imtahana 
çəkmək istəyir. Digər tərəfdən, qlobal iqlim dəyişməsi, Yer üzündə şirin 
su ehtiyatlarının azalması, mənbələrin sürətlə çirklənməsi, israfçılıq, bir 
sıra dövlətlərin «su hegemonluğu» iddiaları və s. gələcəkdə Azərbaycan 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə