37
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
dəyişdirməsi yolverilməzdir. Bunu etmiş şəxsə ən ağır cəza verilirdi. XII
əsrdə yaşamış salnaməçi Yusif Təvasi «Müdrik fikirlər xəzinəsi» əsərində
görkəmli sufi mütəfəkkiri Xoca Əhməd Yəsəvinin ailəsi ilə bağlı bir faciəli
hadisəni xatırladaraq qeyd edir ki, onun 15 yaşlı oğlu icmadan xəbərsiz,
xəlvəti olaraq bəndi açıb arxın suyunu öz əkin sahəsinə yönəltdiyi üçün
edam edilmişdi.
Cənubi Qafqazda və Mərkəzi Asiyada geniş yayılmış «mirab»
(farsca: su ağası) vəzifəsini daşıyan mötəbər və əhali arasında etibar
qazanmış şəxs müasir terminologiya ilə desək, «su ombudsmanı»,
«su müfəttişi» funksiyalarını yerinə yetirir, sudan istifadə qaydalarının
icrasına, su mənbələrinin təmizliyinə və qorunmasına ciddi nəzarət
edir, tarla, bostan və bağın sahəsinə görə suvarma normalarını
müəyyənləşdirir, su münaqişələrini tənzimləyirir, su şəriəti qaydalarını
pozanları cəzalandırırdı. Salnamələrə əsasən, Xarəzmşah Məmun böyük
mütəfəkkir Əbu Reyhan Birunini ölkənin bütün sularının mirabı təyin
etmişdi.
3. Transsərhəd su axarları dövlətlərarası münaqişə
mənbəyi kimi
Bu gün dünyanın bir sıra regionlarında müxtəlif cəlbedici adlar
altında
(«əlvan inqilablar», «ərəb baharı» və s.) tətbiq edilən
İdarəolunan Xaos Nəzəriyyəsinə əsasən, qapalı və ya yarımqapalı dövlət
sistemlərində məqsədli şəkildə yeni attraktorların - «qıcıqlandırıcı
mərkəzlərin» yaradılması həmin ölkədə və ya regionda sosial gərginliyin
şiddətləndirilərək sosial aqressiya həddinə çatdırılmasında, kütləvi
itaətsizliyin, süni münaqişələrin təzahüründə mühüm rola malikdir.
Bu gün bir sıra ölkələrdə şirin su çatışmazlığının sürətlə sosial-siyasi
problem xarakteri alması onu belə mərkəzlərin sırasına daxil edir. Qərb
tədqiqatçılarından S.Hsianq, M.Burk və E.Migel şirin su ehtiyatlarının
sosial-siyasi münasibətlərin kəskinləşməsinə, cəmiyyətdaxili sosial
gərginliyin və eləcə də dövlətlərarası münaqişələrin yaranmasına birbaşa
təsir göstərdiyini, ölkədə, regionda sosial sabitliyin şirin su təminatı kimi
zəruri amildən də əhəmiyyətli dərəcədə asılılığını riyazi metodlarla sübuta
yetirmişlər. Mütəxəssislər müxtəlif dövrlərə aid arxeoloji, kriminoloji,
iqtisadi, coğrafi, tarixi, politoloji və psixoloji materiallar əsasında
qlobal iqlim dəyişməsi, su ehtiyatlarının azalması ilə cəmiyyətdaxili
38
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
proseslər arasında riyazi müntənasibliyi müəyyənləşdirə bilmişlər.
Çoxillik müşahidələr nəticəsində belə bir qənaətə gəlmişlər ki, iqlim
göstəricilərinin, məsələn havanın orta temperaturunun normadan hətta
bir dərəcə yüksəlməsi, sel və daşqınlara səbəb olan aramsız yağışların
yağiması və ya quraqlıqla müşayət edilən ciddi şirin su çatışmazlığı sosial-
siyasi münasibətləri kəskinləşdirərək onları idarəolunmaz həddə çatdırır.
Yəni, zaman və məkan fərqindən asılı olmayaraq, dünyanın bir sıra
regionlarında sosial-siyasi və iqtisadi problemləri daha da dərinləşdirərək
cəmiyyətdə natamamlıq kompleksinin dərinləşməsində, dövlət və
hakimiyyət orqanlarına etimadsızlığın təlqin olunmasında, sosial
aqressiyanın kütləvi ixtişaşlar, o cümlədən müxtəlif bəhanələr altında
(dini, siyasi, etnik) münaqişələr şəkilində təzahüründə su çatışmazlığı
amili mühüm rol oynamaqdadır. Bu zaman insanlar arasında zorakılıq
hallarının 4%, cəmiyyətdaxili qarşıdurmaların intensivliyinin və sosial
aqressiyanın isə 14% yüksəlməsi müəyyən edilmişdir. Belə olan təqdirdə,
2050-ci ilədək Yer üzündə havanın temperaturunun əlavə olaraq, 2-4
dərəcə artması su qıtlığının münaqişəyaradıcı funksiyasını artıracaq,
ayrı-ayrı fərdlər, sosial, etnik, dini, siyasi qruplar və dövlətlər arasında
münasibətlərə təsirsiz ötüşməyəcək, son nəticədə qarşıdurmaları silahlı
toqquşmalar həddinə çatdıracaqdır.
28
Şirin su çatışmazlığı məsələsinin
sosial-siyasi problemlərə transformasiyası ehtimalları ilə bağlı digər faktları
da gözdən keçirək: ABŞ hökumətinin rəsmi məlumatına görə, yaxın
illərdə ölkənin 36 ştatı su çatışmazlığı problemi ilə üzləşəcəkdir. Bədbin
proqnozlara əsçasən, ABŞ-nin Kaliforniya ştatında cəmi 20 illik su ehtiyatı
qalmışdır. Nyu-Meksika ştatının kənd təsərrüfatı və sənaye sahələri isə
on ildən sonra susuz qalacaqdır. Hazırda quraqlıq Texas ştatı ərazisinin
81%-ni əhatə etmişdir. Birləşmiş Ştatlardakı çayların 40%-i, göllərin isə
46%-i sənaye və məişət tullantıları ilə o dərəcədə çirkləndirilmişdir ki,
onların sularından nə balıqçılıq, nə də kommunal təsərrüfatda istifadə
olunması mümkün deyildir. Böyük Göllərin sahillərində yerləşən səkkiz
ştat isə su qıtlığı probleminin qarşısını almaq məqsədilə göl sularının
kənar bölgələrə ixracını qadağan edən müqavilə imzalamışlar. Təbii ki,
bu müqavilə digər ştatların əhalisinin ciddi narazılığına səbəb olmuşdur.
Aparıcı neft ixracatçısı olan Səudiyyə Ərəbistanı su çatışmazlığı
üzündən kənd təsərrüfatının taxılçılıq sahəsindən imtina etməyə
28 S.Hsiang, M.Burke, E.Miguel. «Quantifying the Influence of Climate on Human Conflict»,
http://www.sciencemag.org/content/early/2013/07/31/science.1235367.short
39
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
məcbur olmuşdur. Nəticədə, 2016-cı ildə ölkədə istehlak olunan taxıl
bütövlüklə xarici ölkələrdən idxal olunacaq, zəngin neft ölkəsi ərzaq
asılılığına düşəcəkdir. Çinin Şimal hissəsində qrunt sularının səviyyəsinin
hər il bir metr aşağı düşməsi böyük ərazilərin səhralaşmasına, kənd
təsərrüfatı sahələrinin sürətlə azalmasına, işsizliyə və ərzaq məhsullarının
qiymətlərinin yüksəlməsinə səbəb olacaqdır. Bəzi statistik məlumatlara
görə, Çin çaylarının 80%-i o dərəcədə çirkləndirilmişdir ki, bu sularda
ümumiyyətlə həyat əlaməti yoxdur. Belə suların məişətdə işlədilməsi
əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Hindistanın isə
yerüstü sularının 75%-i hazırda çirkab və kənd təsərrüfatı tullantıları ilə
çirkləndirilmişdir. İnkişaf etməkdə olan Asiya, Afrika, Latın Amerikası
ölkələrində çirkabın və sənaye tullantılarının 90%-i təmizlənmədən su
mənbələrinə axıdılır və onları istifadə üçün tamamilə yararsız vəziyyətə
salır.
29
2012-ci ildə İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi Dünya
İqtisadi Forumu ərəfəsində yayılmış «Qlobal risklərə dair Hesabatda»
(Global Risks Report) sülh və beynəlxalq təhlükəsizliyə qarşı yönəldilən
50 təhdidin başvermə ehtimalları təhlil olunmuş və proqnozlar
verilmişdir. Dünyanın yüzlərlə eksperti – alimlər, iri iş adamları və
siyasətçilər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, maksimal
bal toplayaraq bəşəriyyətin gələcək inkişafına mənfi təsir göstərə biləcək
beş «mümkün neqativ effekt» müəyyən olunmuşdur. Onların arasında
şirin su qıtlığı problemi də vardır:
sistemli maliyyə böhranı- 4,8 bal
şirin su çatışmazlığı – 3,99 bal
ərzaq böhranı – 3,93 bal
dünya ölkələrində xroniki büdcə kəsiri – 3,87 bal
enerji daşıyıcıları və ərzaq məhsulları qiymətlərinin ifrat dəyişkənliyi –
3,81 bal
30
.
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat Departamentinin 2012-ci il mart
ayının 22-də yaydığı bədbin məlumatda da bildirilir ki, bəşəriyyət
yaxın on il ərzində silahlı münaqişələrin yeni tipi - hidromüharibələrlə
üzləşəcəkdir. Departamentin proqnozlarında o da qeyd edilir ki,
«terror məqsədlərinin ödənilməsində su amilindən geniş istifadə
29 http://anvictory.org/blog/2011/09/21/25-priznakov-priblizheniya-uzhasayushhego-
vodnogo-krizisa-globalnogo-masshtaba/
30 http://www.forbes.ru/sites/default/files/Riski-2012.pdf
Dostları ilə paylaş: |