96
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
etirazlar, «su qiyamları» rəsmi Tehranı hidrosiyasi oyunlara fəal
şəkildə qoşulmağa sövq etmişdir
106
Lakin, təbii hidroloji imkanlarının
məhdudluğuna baxmayaraq, son onillikdə fəal hidrosiyasət yürüdən
və xüsusilə Türkiyənin regionda iqtisadi-siyasi təsirini azaltmağa səy
göstərməklə Ermənistanla həmrəylik nümayiş etdirən Tehran su
nəqliyyat dəhlizlərinin tikintisində təşəbbüsü ələ almaq məqsədilə
alternativ və daha iddialı layihə irəli sürmüşdür. 2012-ci il avqust ayının
əvvəllərində İranın energetika naziri Məcid Namcu Xəzər dənizini İran
körfəzi ilə birləşdirəcək
«Şimal-Cənub» kanalının tikintisinə ilin
sonunadək başlanılacağı barədə məlumat vermişdir. Onun sözlərinə
görə, uzunluğu təqribən 600 kilometr, ümumi smeta dəyəri təqribən
7 milyard ABŞ dolları olan su nəqliyyat dəhlizi Baltik dənizi və Qara
dənizdən keçməklə Şimal buzlu okeanı sahillərini Hind okeanı ilə
birləşdirəcəkdir. Əlbəttə, bu gün İran ətrafında cərəyan edən proseslər
kanalın tikintisini ciddi şübhə altına alır. Lakin, nəzəri də olsa, «Şimal-
Cənub» kanalının istifadəyə verilməsi ilk növbədə Türkiyənin əsas
nəqliyyat arteriyalarından olan Bosfor boğazının strateji əhəmiyyətini
xeyli azaldaraq, bu ölkənin iqtisadiyyatına ciddi zərbə vuracaqdır. Qeyd
etmək lazımdır ki, təkcə 2011-ci ildə Bosfor boğazından təqribən 95 min
müxtəlif təyinatlı gəmilərin, xüsusilə neft tankerlərinin keçməsi Türkiyə
büdcəsinə milyardlarla dollar gəlir gətirmişdir. Bu isə rəsmi Ankara
və Tehran arasındakı soyuq münasibətlərə hidrosiyasi çalarlar əlavə
edəcəkdir. Hazırda Çin, Yaponiya, Pakistan, İsveç və Norveç şirkətləri
kanalın tikintisinə ciddi maraq göstərirlər. Bu layihənin pərdəarxası
məqamları onun arxasında Moskvanın geosiyasi maraqlarının
dayanmasını, Rusiya Federasiyasının da layihəyə qoşulacağını istisna
etmir. Belə ki, hələ ötən əsrin 60-cı illərində İran şimal qonşusu SSRİ
ilə birlikdə «Xəzər dənizi-İran körfəzi» kanalının inşası barədə məsələ
qaldırmış, hətta onun ilkin layihəsini hazırlamışdır. Sovet İttifaqı həmin
layihənin gerçəkləşməsinə xüsusi maraq göstərirdi. Birincisi, onun
vasitəsilə dünya bazarına yeni çıxış imkanları əldə edir, eyni zamanda,
«soyuq müharibə» şəraitində Yaxın və Orta Şərq regionlarında hərbi-
siyasi fəallığını əhəmiyyətli dərəcədə artırırdı. Lakin, ABŞ İranın şah
rejiminə təzyiq edərək, bu planın həyata keçməsinə mane olmuşdu.
Digər tərəfdən, su nəqliyyat dəhlizinin layihəsində Volqa-Don, Volqa-
Baltik kanallarının inşaat metodlarının, istismar texnologiyalarının və
iş prinsiplərinin əsas götürülməsi də burada Rusiya amilinin mühüm
106 Н.Мосаки. «Иран в водной геополитике региона», http://www.centrasia.ru/newsA.
php?st=1184018520)
97
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
rol oynadığını təsdiqləməkdədir
107
. Bundan başqa, beynəlxalq hüquqa
əsasən, bu tipli meqalayihənin gerçəkləşməsi üçün qonşu dövlətlərin, ilk
növbədə Xəzərin sahilyanı dövlətlərinin razılığı
tələb olunduğu halda,
Rusiya Federasiyası hələ də ona münasibətini bildirməmişdir.
İranın qlobal hidrolayihələri bununla kifayətlənmir. 2007-ci ilin
iyun ayında İran hökumətinin prezident Mahmud Əhmədinejatın
sədrliyi ilə keçirilmiş səyyar iclasında Kiçik Zab çayı üzərində
Kulese
Su Elektrik Stansiyasının tikintisi barədə qərar qəbul olunmuşdur.
Qeyd edək ki, Kiçik Zab çayı Dəclə çayının sol qoludur və İranın Qərbi
Azərbaycan vilayətindən keçərək İraq ərazisinə daxil olan transsərhəd su
axarıdır. İlkin smeta dəyəri təqribən 342 milyon ABŞ dolları məbləğində
müəyyənləşdirilən kompleksə daxil olan su bəndindən
(600 milyon
m
3
) elektrik enerjisi istehsalından savayı, kənd təsərrüfatı sahələrinin
suvarılmasında da istitfadə ediləcəkdir. Lakin həmin layihənin təhlükəli
məqamlarından biri onun Tehran və Bağdad arasındakı münasibətləri
gərginləşdirə bilməsi ehtimalıdır. Məlumdur ki, Kiçik Zab çayı İraqın
hidroenergetikasında və kənd təsərrüfatında xüsusi əhəmiyyətə malikdir.
Bəndin istismara buraxılması nəticəsində çayda suyun səviyyəsinin
azalması Dukan Su Elektrik Stansiyasının dayanmasına, Kərkük
vilayətində irriqasiya sisteminin sıradan çıxmasına səbəb olacaqdır.
Bütün bunlardan başqa, İran İslam Respublikasının hidrosiyasətində
Azərbaycana qarşı yönəldilmiş təhdidlər - Araz çayı üzərində
Qaraçılar
və Mehri su elektrik stansiyalarının tikintisi layihəsi (Ermənistanla
birlikdə), qurumaqda olan Urmiyə gölünə Araz çayından kanal çəkilişi
layihələri hələ də aktuallığını saxlamaqdadır.
5. Azərbaycanın su ehtiyatları. Reallıqlar, geosiyasi
çağırışlar və təhdidlər
Azərbaycan Respublikasının su ehtiyatları və onların istifadəsi ilə
bağlı yaranmış vəziyyət həssas olsa da, çıxılmaz deyildir. Reallıqda
ölkə şirin su mənbələrinin həcmi və onların istismarı baxımından
müəyyən çətinliklərlə üzləşən dövlətlər sırasındadır
. Arid zonada
yerləşən, ərazisinin hər kvadratkilometrinə və hər nəfərə düşən yerüstü
su ehtiyatlarına görə, Azərbaycan Respublikası Cənubi Qafqazın digər
dövlətlərindən və qonşu Rusiya Federasiyasından xeyli geridə qalır. Belə
107 (А.Балиев. «Каспийское море будет впадать в Персидский залив», «Российская
газета”, http://www.rg.ru/bussines/rinky/132.shtm)
Dostları ilə paylaş: |