Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   2   3   4   5   6   7   8   9   ...   53

Dünya şöhrətli xanəndə, muğam ustası, xalq artisti Alim həmzə 

oğlu qasımov 14 avqust 1957-ci ildə Şamaxı rayonunun Nabur 

kəndində doğulmuşdur. 

o, 1978-1982-ci illərdə Asəf zeynallı adına musiqi texnikumunda 

və 1983-1989-cu illərdə Azərbaycan Dövlət incəsənət institutun-

da (indiki Azərbaycan Dövlət mədəniyyət və incəsənət universi-

teti) muğam dərsləri almışdır.

A.qasımov ilk çıxışını 1979-cu ildə Azərbaycan televiziyasında 

etmiş, 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qa-

libi olmuşdur. 1983-cü ildə özbəkistanın səmərqənd şəhərində 

keçirilən beynəlxalq musiqi simpoziumunda iştirak etmişdir.

1989-cu ildə moskva, paris, mone, köln, boxum, qərbi berlin, 

Frazburq, bazel, cenevrə, lie və Amsterdam şəhərlərində 

konsertlər vermiş və festivallara qatılaraq Azərbaycan musiqi 

mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir. 1991-ci ildən 

paris Şəhər bələdiyyə teatrının (“De-le-vill”) üzvüdür.

Alim qasımovun “love’s deep ocean” musiqi albomu 2000-ci 

ildə “Avropa Dünya musiqi xəritəsi”ndə 9-cu yeri tutmuş və 

50-dək ölkənin radiosunda səsləndirilmişdir. xanəndə həmin il 

Avropa Nadir səslər Assambleyasının üzvü seçilmişdir.

xanəndə 2012-ci il mayın 26-da bakıda keçirilən 57-ci “euro-

vision” mahnı müsabiqəsinin final mərhələsində Azərbaycan 

təmsilçisi səbinə babayeva ilə eyni səhnəni paylaşmışdır.

prezident ilham əliyevin sərəncamlarına əsasən, 2008-ci ildə 

“Şöhrət”, 2017-ci ildə “Şərəf” ordenləri ilə təltif olunmuşdur.

xanəndə hazırda Asəf zeynallı adına musiqi kollecində çalışır, 

Azərbaycan Dövlət opera və balet teatrının solistidir.

Mənbə: “Mədəniyyət” qəzeti

xx yüzilliyin ikinci yarısında Azərbaycan muğam ifaçılığının 

tanınmış nümayəndəsi, xalq artisti yaqub məhəmməd oğlu 

məmmədov 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan 

olmuşdur.

kiçik yaşlarından muğam sənətinə maraq göstərmiş, görkəmli 

xanəndələrin ifasını dinləyərək onlardan təsirlənmişdir. 1956-cı 

ildə bakıda keçirilən gənclərin ümumrespublika festivalına 

qatılan y.məmmədovun ifası münsiflər heyətində yer alan 

görkəmli sənətkarlar - həqiqət Rzayeva, xan Şuşinski, əfrasiyab 

bədəlbəyli və başqalarının diqqətini çəkmiş, o, festivalın lau-

reatı olmuşdur. həmin festivaldan sonra ustad tarzən əhməd 

bakıxanov y.məmmədovu radioya gətirmiş, öz ansamblının 

müşayiəti ilə onun ifasını lentə yazdırmışdır. 

Daha sonra y.məmmədovu Azərbaycan Dövlət Filarmoniyasına 

dəvət edirlər. Filarmoniyanın direktoru, unudulmaz bəstəkar 

soltan hacıbəyov onun səsini bəyənir. y.məmmədov 1958-ci 

ildən filarmoniyada çalışmaqla bərabər, A.zeynallı adına musiqi 

texnikumunda (indiki musiqi kolleci) muğamların sirrini ustad 

xanəndə seyid Şuşinskidən öyrənir. 

müəlliminin sevimli muğamı olan “Çahargah” onun yaradıcılı-

ğında xüsusi yer tutmuşdur. yüksək mədəniyyətə, fitri istedada, 

ifaçılıq qabiliyyətinə malik olan y.məmmədov bütün muğam 

dəstgahlarının, habelə klassik Azərbaycan poeziyasının mahir 

bilicisi idi. 

o, filarmoniyanın solisti kimi çoxlu konsertlərdə iştirak etmiş, 

qastrol səfərlərində olmuşdur. onun səsi yazılmış bir neçə 

qrammofon valı buraxılmışdır. xanəndənin ifasında səslənən 

“mənsuriyyə” muğamsevərlərin yaddaşına əbədi yazılmışdır. 

yaqub məmmədov 5 iyun 2002-ci ildə vəfat etmişdir.



Mənbə: “Mədəniyyət” qəzeti

MuğAM

MuğAM

ALİM QASIMOV

YAQuB MƏMMƏDOV


İLLİK HESABAT 2017

15

İDARƏETMƏ VƏ ŞƏFFAFLIQ

3.1. arDNf-NiN iDarə eDilməsi

MÜŞAHİDƏ ŞuRASI

ARDNF-nin fəaliyyətinə ümumi nəzarət dövlət orqanlarının və 

ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş müşahi-

də Şurası tərəfindən həyata keçirilir. Şura ARDNF-nin illik büd-

cə layihəsini, illik hesabat və maliyyə hesabatını auditor rəyi ilə 

birlikdə nəzərdən keçirir və rəy verir. müşahidə Şurasının üzvləri 

Azərbaycan  Respublikasının  prezidenti  tərəfindən  təsdiq  olu-

nur. müşahidə Şurasının fəaliyyəti ictimai (əvəzi ödənilmədən) 

əsaslarla həyata keçirilir. 

müşahidə Şurasının tərkibi aşağıdakı üzvlərdən ibarətdir:  

Artur rasi-zadə* 

Azərbaycan Respublikasının baş naziri 

valeh ələsgərov 

Azərbaycan Respublikasının milli məclis sədrinin müavini 

natiq əmirov

Azərbaycan Respublikası prezidentinin iqtisadi siyasət və

sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri

samir Şərifov 

Azərbaycan Respublikasının maliyyə naziri 

Şahin mustafayev 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

elman rüstəmov 

Azərbaycan Respublikası mərkəzi bankının idarə heyətinin sədri

2017-ci il ərzində müşahidə Şurası tərəfindən ARDNF-nin fəaliy-

yətinə dair bir sıra qərarlar qəbul edilmişdir. 

ARDNF-nin  müşahidə  Şurasının  01  may  2017-ci  il  tarixli  qərarı 

ilə Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-

cı  ildə  maliyyə  fəaliyyəti  haqqında  müstəqil  auditorun  (“prays 

voterhaus  kupers  Audit  Azərbaycan”  mmc)  hesabatı  məqbul 

hesab  edilmiş  və  ARDNF-nin  2016-cı  il  üzrə  büdcəsinin  icrası 

layihəsinin  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının 

prezidentinə təqdim olunması tövsiyə edilmişdir. 

“Azərbaycan  Respublikasının  2017-ci  il  üçün  dövlət  büdcəsi 

haqqında  Azərbaycan  Respublikasının  qanununda  dəyişiklik-

lər  edilməsi  barədə”  30  iyun  2017-ci  il  tarixli  Azərbaycan  Res-

publikasının  qanunu  ilə  dövlət  və  icmal  büdcə  xərclərində 

dəqiqləşdirilmə aparıldığını nəzərə alaraq Dövlət Neft Fondu-

nun  2017-ci  il  üçün  büdcəsində  dəqiqləşdirmənin  aparılması 

zərurəti  yaranmışdır.  bununla  bağlı  olaraq  ARDNF-nin  müşa-

hidə Şurasının 04 oktyabr 2017-ci il tarixli qərarı ilə ARDNF-nin 

2017-ci  il  büd cəsində  dəyişikliklər  edilmişdir.  Dəyişikliklərə 

əsasən, ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərinin ümumi həc-

mi 8 370 589,9 min manatdan 10 813 861,6 min manata qədər, 

ARDNF-nin büdcə  xərclərinin  ümumi  məbləği isə 14 483 856,0 

min  manatdan  15  242  928,0  min  manata  qədər  artırılmışdır. 

ARDNF-nin  büdcəsinə  dəyişikliklərə  dair  müvafiq  sənədlər 

müşahidə  Şurasının  rəyləri  ilə  birlikdə  təsdiq  olunmaq  üçün 

Azərbaycan Respublikasının prezidentinə təqdim edilmişdir.

25  dekabr  2017-ci  il  tarixində  ARDNF-nin  müşahidə  Şurasının 

iclası  keçirilmişdir.  müşahidə  Şurası  tərəfindən  ARDNF-nin 

2018-ci  il  üçün  büdcə  layihəsinə,  o  cümlədən  Fondun  idarə 

edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin icraçı direktoru tərə-

findən  təqdim  edilmiş  məlumatlara  baxılaraq,  büdcə  layihəsi, 

o  cümlədən  ARDNF-nin  vəsaitinin  istifadə  edilməsinin  əsas 

istiqamətləri  (investisiya  siyasəti  daxil  olmaqla)  və  ARDNF-nin 

idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul 

hesab  edilərək  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublika-

sının prezidentinə təqdim olunması tövsiyə edilmişdir. iclasda, 

eyni  zamanda  ARDNF-nin  mühasibat  uçotu  siyasətində  dəyi-

şikliklərin edilməsi barədə təqdim edilmiş məlumatlara baxıla-

raq təklif olunan dəyişikliklər məqbul hesab edilmiş və təsdiq 

olunması  üçün  Azərbaycan  Respublikası  prezidentinə  təqdim 

olunmasına qərar verilmişdir.  

3. İdarəEtmə Və ŞəFFaFlıQ

İCRAçI DİREKTOR

ARDNF-nin fəaliyyətinə operativ rəhbərliyi Azərbaycan Respub-

likasının prezidenti tərəfindən vəzifəyə təyin edilən icraçı direk-

tor həyata keçirir.

ARDNF-nin  icraçı  direktoruna  ARDNF-ni  qanuni  olaraq  təm-

sil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, 

ARDNF-nin işini təşkil etmək, Azərbaycan Respublikası prezidenti 

tərəfindən  təsdiq  olunmuş  qaydalara  uyğun  olaraq  ARDNF-nin 

vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam ver-

mək səlahiyyətləri verilmişdir. icraçı direktor ARDNF-nin illik büd-

cəsini, ARDNF-nin vəsaitinin istifadə edilməsinə dair illik proqra-

mını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası 

prezidentinə təqdim edir.

İCRAçI DİREKTORuN MÜAVİNİ

icraçı  direktorun  müavini  Azərbaycan  Respublikasının  prezi-

denti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. icraçı di-

rektorun müavini icraçı direktorun həvalə etdiyi vəzifələri yerinə 

yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır. 

Azərbaycan  Respublikasının  prezidenti  cənab  ilham  əliyevin 

23 iyul 2013-cü il tarixli 3014 nömrəli sərəncamı ilə israfil məm-

mədov ARDNF-nin icraçı direktorunun müavini vəzifəsinə təyin 

edilmişdir.

İCRAçI DİREKTORuN MÜŞAVİRİ

icraçı  direktorun  müşaviri  ARDNF-nin  icraçı  direktoru  tərəfin-

dən  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilir.  6  iyul  2017-ci  il  ta-

rixində  Nərgiz  Nəsrullayeva-müdüroğlu  ARDNF-nin  icraçı  di-

rektorunun müşaviri vəzifəsinə təyin edilmişdir.

ARDNF-NİN TƏŞKİLATİ STRuKTuRu

ARDNF tərəfindən həyata keçirilən xarici maliyyə bazarlarında 

investisiya  fəaliyyəti  ARDNF-nin  tərkibində  fəaliyyət  göstərən 

üç departament – investisiya departamenti, Risklərin idarə edil-

məsi departamenti və hesablaşmalar departamenti vasitəsi ilə 

aparılır. 



İnvestisiya departamenti 

investisiya  departamenti  maliyyə  bazarlarındakı  vəziyyəti  təh-

lil edərək investisiya strategiyasının hazırlanmasını və mövcud 

strategiyaya  uyğun  olaraq  sabit  gəlirli  qiymətli  kağızlar,  pul 

bazarı  alətləri,  səhmlər,  daşınmaz  əmlak,  qızıl  və  müxtəlif  val-

yutaların alqı-satqısını həyata keçirir. Departamentdə üç şöbə 

fəaliyyət göstərir:

• Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsi;

• Səhmlər və alternativ investisiyalar şöbəsi;

• Daşınmaz əmlak şöbəsi.

Risklərin idarə edilməsi departamenti 

Risklərin idarə edilməsi departamenti ARDNF-nin investisiya si-

yasətinin hazırlanması və bençmarkların seçilməsi ilə bağlı mü-

vafiq  təhlillərin  aparılması,  risk  limitlərinin  müəyyən  olunması 

və  təkliflərin  hazırlanması  işini  həyata  keçirir.  eyni  zamanda, 

ənənəvi və alternativ maliyyə alətləri üzrə risklərin qiymətləndi-

rilməsi və idarə edilməsi, gəlirliliyin və bençmarka nəzərən kə-

narlaşmanın hesablanması, ARDNF-nin investisiya fəaliyyətinin 

və  investisiya  portfelinin  müvafiq  qaydalara  uyğun  olmasına 

nəzarətin həyata keçirilməsi, investisiya siyasətinə uyğun olaraq 

investisiya portfeli üzrə müxtəlif bölgülərin nəzarət altında sax-

lanılması da bu departament tərəfindən həyata keçirilir. Depar-

tamentdə iki şöbə fəaliyyət göstərir: 

• Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsi;

• Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsi.

Hesablaşmalar departamenti

maliyyə və əməliyyatlar müdiriyyəti nəzdində fəaliyyət göstərən 

hesablaşmalar  departamentində  əqdlərin  müəyyən  edilmiş 

norma  və  qaydalara  uyğunluğu  yoxlanılır,  əqdlərin  verifikasi-

yası  və  icrası  təmin  edilir,  eləcə  də  hesabların  açılmasına  dair 

sənədləşmə işləri həyata keçirilir, nağd vəsaitlər və əqdlər bank 

çıxarışları ilə, xarici menecerlərin əməliyyatları kastodial bankın 

məlumatları ilə gündəlik və aylıq olaraq tutuşdurulur.  



Büdcə proqnozlaşdırma və layihələr departamenti 

büdcə  proqnozlaşdırma  və  layihələr  departamenti  ARDNF-nin 

gəlir və xərcləri haqqında proqnozların hazırlanması, ARDNF-nin 

büdcə  fəaliyyətinin  təşkili,  iqtisadi  təhlil,  strateji  araşdırma  və 

makroiqtisadi  modelləşdirmənin  aparılması,  ARDNF-nin  müşa-

hidə Şurasının fəaliyyətinin təşkili və ARDNF-nin vəsaiti hesabı-

na  həyata  keçirilən  layihələrin  maliyyələşdirilməsinin  təşkili  is-

tiqamətində fəaliyyəti həyata keçirir. Departamentin tərkibində 

iki şöbə fəaliyyət göstərir:

• Büdcə və proqnozlaşdırma şöbəsi;

• Layihələr şöbəsi.

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

14

* Azərbaycan Respublikası prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz məmmədov Azərbaycan Respublikasının 

baş naziri təyin olunmuşdur.




Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə