Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   ...   45   46   47   48   49   50   51   52   53

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

147

146


prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 7.

Ali idarəedici orqan sF-in məqsədlərini müəyyən 

etməli, aydın şəkildə müəyyən olunmuş prosedurlara 

əsasən Fondun idarəetmə orqan(lar)ının üzvlərini 

təyin etməli və sF-in əməliyyatları üzərində nəzarəti 

həyata keçirməlidir.

ARDNF-nin təsis olunmasının məqsədləri Azərbaycan Respublikası 

prezidenti tərəfindən təsdiq edilmiş “ARDNF-nin əsasnaməsi”ndə aydın 

şəkildə müəyyən edilmişdir. 

5-ci və 6-cı prinsiplərə verilən rəylərə də bax.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

prinsip 8.

idarəetmə orqan(lar)ı sF-in maraqları çərçivəsində 

fəaliyyət göstərməli və öz funksiyalarını həyata keçir-

mək üçün aydın şəkildə müəyyən olunmuş mandata, 

müvafiq səlahiyyət və səriştəyə malik olmalıdır.

Azərbaycan Respublikası baş nazirinin sədrlik etdiyi müşahidə Şurasının 

heyət üzvlərini Azərbaycan Respublikası maliyyə naziri, mərkəzi bankın 

sədri, iqtisadiyyat naziri, milli məclis sədrinin müavini və  prezidentin 

iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi təşkil edirlər. mü-

şahidə Şurasının öz funksiyalarını yerinə yetirməsi üçün aşkar təyinatı, 

müvafiq vəzifə və səlahiyyətləri vardır. müşahidə Şurasının bütün vəzifə 

və öhdəlikləri müvafiq normativ qanunvericiliklə tam şəkildə müəyyən 

olunmuşdur. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

prinsip 9.

sF-in əməliyyat idarəetməsi onun strategiyalarını 

müstəqil əsasda və aydın şəkildə müəyyən olunmuş 

öhdəliklərə uyğun olaraq həyata keçirməlidir.

“ARDNF-nin əsasnaməsi”, “Azərbaycan Respublikası Dövlət Neft Fon-

dunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi 

haqqında qaydalar” (bundan sonra “investisiya qaydaları”) və “ARDNF-nin 

büdcəsinə dair qaydalar” icraçı direktorun rol və öhdəliklərini aydın şəkil-

də müəyyən edir.

bu rol və öhdəliklərə müvafiq olaraq, icraçı direktor ARDNF-nin əməliy-

yat idarəetməsində müstəqilliyə malikdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/az/content/25/156

ƏLAVƏ

prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 10.

sF-in əməliyyatlarına dair hesabatlılıq sistemi müvafiq 

qanunvericilik, nizamnamə, digər təsisat sənədləri və 

ya idarəetmə razılaşmasında aydın şəkildə müəyyən 

olunmalıdır. 

ARDNF-də hesabatlılıq sistemi “ARDNF-nin əsasnaməsi”, “investisiya 

qaydaları”, “ARDNF-nin büdcəsinə dair qaydalar” və “büdcə sistemi 

haqqında qanun”da aydın şəkildə müəyyən olunmuşdur. Fondun fəa-

liyyətini əks etdirən rüblük hesabatlar və audit olunmuş illik hesabat-

lar müntəzəm olaraq hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin 

fəaliyyətinə dair bütün məlumatlar ARDNF-nin daimi yenilənən rəsmi 

internet səhifəsində mövcuddur. ARDNF həmçinin vaxtaşırı olaraq mət-

buat konfransları təşkil edir.

5-ci prinsipə verilən rəylərə də bax.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154 

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/az/content/25/156

http://www.oilfund.az/uploads/Budget_system-1_AZ.pdf  

prinsip 11.

sF-in əməliyyatları və fəaliyyəti üzrə illik hesabatı 

və onu müşaiyət edən maliyyə hesabatları nizamlı 

şəkildə tanınmış beynəlxalq və ya milli mühasibat 

standartlarına uyğun olaraq hazırlanmalıdır.

ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar və onu müşayiət edən 

maliyyə hesabatlarını hazırlamışdır.

ARDNF-nin bütün maliyyə hesabatları maliyyə hesabatının beynəlxalq 

standartlarına (mhbs) uyğun olaraq hazırlanır. Fondun bütün illik 

hesabatları və onu müşayiət edən maliyyə hesabatları ARDNF-nin rəsmi 

internet səhifəsində yerləşdirilir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://www.oilfund.az/az/account

prinsip 12.

sF-in əməliyyatları və maliyyə hesabatları beynəlxalq 

və ya milli audit standartlarına uyğun olaraq ardıcıl 

surətdə illik audit olunmalıdır.

ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu müstəqil audit şirkətləri tərə-

findən audit olunur. Auditorun seçilməsi prosesi Azərbaycan Respub-

likasının “Dövlət satınalmaları” haqqında mövcud qanunvericiliyinə 

müvafiq qaydada təşkil edilmiş açıq tender vasitəsilə müəyyən olunur. 

2016-2018-ci illər dövrü üçün ARDNF-nin maliyyə hesabatlarının auditi 

“price Waterhouse coopers” şirkətinə həvalə olunmuşdur. 

ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar və onu müşayiət 

edən maliyyə hesabatları ARDNF-nin rəsmi internet səhifəsində yerləş-

dirilir.

ARDNF-də eyni zamanda müntəzəm olaraq daxili audit hesabatlarını 

hazırlayan daxili auditor fəaliyyət göstərir. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

http://tender.gov.az/new/docs/q1.doc 




AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

149

148


prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 13.

peşəkar və etik standartlar aydın şəkildə müəyyən 

olunmalı, sF-in idarəetmə orqanının, rəhbərliyinin və 

işçi heyətinin üzvlərinə bildirilməlidir.

Davranış və etik standartlar “investisiya qaydaları”nda aydın şəkildə 

müəyyən olunmuşdur. 

Fondun vəzifəli şəxsləri və əməkdaşlarının peşə davranışı beynəlxalq 

maliyyə bazarları Assosiasiyasının (Aci, paris) Davranış məcəlləsi ilə təsbit 

edilmiş etik normalara və davranış qaydalarına, həmçinin “ARDNF-nin 

əməkdaşlarının etik davranış qaydaları”na uyğun gəlməlidir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/az_AZ/about_found/etik-davranis-qaydalari.asp

prinsip 14.

sF-in əməliyyatlarının idarə olunması məqsədi ilə 

üçüncü tərəflərlə qurulmuş bütün münasibətlər 

maliyyə və iqtisadi əsaslara söykənməli, eyni zamanda 

aydın qayda və prosedurlara əsaslanmalıdır.

Fondun üçüncü tərəflərlə əlaqəli fəaliyyəti maliyyə və iqtisadi əsaslara 

söykənir. Fondun “investisiya qaydaları” və “investisiya siyasəti” üçüncü 

tərəflərlə münasibətlərini tənzimləyir.

xarici menecerlərlə əlaqəli bütün məsələlər Fondun fəaliyyətinə dair 

müvafiq sənədlərdə təfərrüatlı və aydın şəkildə müəyyən olunmuşdur. 

xarici menecerlərin təyin olunması “Dövlət satınalmaları” haqqında 

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq 

həyata keçirilir. xarici menecerlər menecerin kredit reytinqi, idarə etdiyi 

aktivlərin həcmi, aktivlərin idarə edilməsi sahəsində təcrübə, təklif 

olunan gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş norması və s. kimi 

meyarlar əsasında seçilir. xarici menecerlərin investisiya fəaliyyətinin 

onların müvafiq mandatına uyğunluğu gündəlik əsasda, portfellərinin 

gəlirliliyi isə aylıq əsasda yoxlanılır.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf

prinsip 15.

sF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi ölkələ-

rin bütün normativ qaydalarına və şəffaflıq tələblərinə 

riayət etməlidir.

ARDNF əməliyyat və fəaliyyətlərini həyata keçirdiyi ölkələrin bütün mü-

vafiq normativ qaydalarına və şəffaflıq tələblərinə riayət edir.

prinsip 16.

sF-in idarəetmə strukturu, məqsədləri, eləcə də

sF-in ali idarəedici orqandan əməliyyat müstəqilliyi 

ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin idarəetmə strukturu, məqsədləri və əməliyyat müstəqilliyi 

müvafiq qanunvericilikdə aydın şəkildə müəyyən olunmuşdur.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/content/25/154

ƏLAVƏ

prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 17.

sF, beynəlxalq maliyyə bazarlarında sabitliyin təmin 

edilməsinə dəstək vermək, eləcə də investisiya etdiyi 

ölkələrdə etibarını artırmaq zəminində öz fəaliyyətinin 

iqtisadi və maliyyə istiqamətlərinə dair müvafiq maliy-

yə məlumatlarını ictimaiyyətə açıqlamalıdır.

Fondun illik olaraq hazırlayıb, ictimaiyyətə açıqladığı hesabatlarda 

eyni zamanda audit olunmuş maliyyə hesabatları da yer alır. Rüblük 

hesabatlar və Fondun fəaliyyətinə dair bütün digər maliyyə məlumat-

ları Fondun rəsmi internet səhifəsində yerləşdirilir. Fondun vəsaitinin 

ümumi məbləği, vəsaitlərinin bölüşdürülməsi, seçilmiş bençmark, illik 

gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə məlumatlarına daxildir.  

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account

http://www.oilfund.az/az/content/20/249

C.

 investisiya və riskin idarə olunmasının



əsasları

prinsip 18.

sF-in investisiya siyasəti aydın, eyni zamanda ali 

idarəedici orqan və ya idarəetmə orqan(lar)ı tərə-

findən müəyyən olunan Fondun məqsədlərinə, risk 

dözümlülüyünə, investisiya strategiyasına uyğun ol-

malı və fundamental portfel idarəetməsi prinsiplərinə 

əsaslanmalıdır. 

Alt-prinsip 18.1. 

investisiya siyasəti sF-in maliyyə risklərinin səviyyə-

sini  və borclanmadan mümkün istifadəni müəyyən 

etməlidir.

Alt-prinsip 18.2.  

investisiya siyasəti daxili və (ya) xarici investisiya 

menecerlərindən hansı dərəcədə istifadə olunma 

səviyyəsini, onların fəaliyyət və səlahiyyət çərçivələrini, 

eyni zamanda onların seçilməsi və icrasına nəzarət 

prosesini təyin etməlidir.

Alt-prinsip 18.3.  

sF-in investisiya siyasətinin məzmunu ictimaiyyətə 

açıqlanmalıdır.

ARDNF-nin vəsaitlərinin idarə edilməsinin əsas istiqamətləri və 

investisiya qərarlarının şəffaflığının təmin olunması məsələləri “inves-

tisiya qaydaları” və “investisiya siyasəti” vasitəsi ilə tənzimlənir. Digər 

məsələlərlə yanaşı, bu sənədlər vəsaitlərin strateji bölgüsü, investisiya 

portfelinin valyuta tərkibi, bençmark, risk meyarları üzrə limitlər, Fondun 

xarici menecerləri üçün müəyyən olunmuş minimal tələblər, investisiya 

istiqamətləri üzrə tətbiq edilən limitlər, həmçinin Fondun tərəf müqa-

billərinin (kastodial bankların, müxbir bankların və s.) kredit göstəriciləri 

üzrə limitləri müəyyən edir.

Derivativlər (svop, forvard, fyüçers və s.) yalnız mümkün riskin minimu-

ma endirilməsi (hedcinq) və ya investisiya portfelinin valyuta tərkibinin 

və aktivlər strukturunun optimallaşdırılması məqsədi ilə istifadə oluna 

bilər.


ARDNF-nin xarici menecerlərin fəaliyyəti ilə bağlı rəhbər tutduğu qayda 

və prosedurlar üçün 14-cü prinsipə verilmiş rəyə baxa bilərsiniz.

“investisiya qaydaları” və  “investisiya siyasəti” ARDNF-nin rəsmi internet 

səhifəsində yerləşdirilmişdir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf 

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf



AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

illik HesAbAt 2017

151

150


prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 19. 

sF-in investisiya qərarları Fondun investisiya siyasətinə 

uyğun olaraq risklər nəzərə alınmaqla gəlirlərin mak-

simallaşdırılmasına istiqamətlənməli, eləcə də maliyyə 

və iqtisadi əsaslara söykənməlidir.

Alt-prinsip 19.1.  

əgər investisiya qərarları iqtisadi və maliyyə əsasları-

na malik olmazsa, bu qərarlar, investisiya siyasətində 

aydın şəkildə əks olunmalı və ictimaiyyətə açıqlanma-

lıdır. 

Alt-prinsip 19.2. 



sF-in vəsaitlərinin idarə edilməsi bu sahədə özünü 

doğrultmuş, qabaqcıl prinsiplərə əsaslanmalıdır.

“investisiya siyasəti”nə əsasən ARDNF-nin investisiya qərarları risklər 

nəzərə alınmaqla gəlirliliyin maksimumlaşdırılması məqsədinə əsasla-

nır. Fondun bütün investisiyaları vəsaitlərin idarə olunması sahəsində 

qabaqcıl təcrübəyə əsasən sırf iqtisadi və maliyyə qərarlarına söykənir.

həmçinin 18-ci prinsipə verilən rəyə bax.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf

prinsip 20.

sF, özəl qurumlarla rəqabət şəraitində ikən hər hansı 

xüsusi əhəmiyyətli informasiyadan və ya dövlətin təsir 

vasitələrindən faydalanmamalıdır.

“ARDNF-nin əsasnaməsi”nə əsasən Fond daxili bazarda investisiya edə 

bilməz. “investisiya qaydaları”na əsasən ARDNF öz investisiya qərarlarını 

tam müstəqil şəkildə qəbul edir. ARDNF-nin təşkilati və hüquqi əsasları 

onun hər hansı xüsusi əhəmiyyətli informasiyadan istifadəsinin qarşısını 

alır.


Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/az/content/25/154

prinsip 21.

sF səhmdar mülkiyyət hüquqlarını onun səhmlərə 

investisiya dəyərinin əsas elementi hesab edir. sF öz 

səhmdar hüquqlarından istifadə etdikdə, bunu sF-in 

investisiya siyasətinə uyğun şəkildə, investisiyaların 

maliyyə dəyərinə ziyan vurmadan həyata keçirməlidir. 

sF, onun səhmdar hüquqlarından istifadəsini müəy-

yən edən əsas meyarlar da daxil olmaqla, səsvermə 

hüququna sahib, katirovka olunmuş qurumların 

səhmlərinə  ümumi yanaşmanı ictimaiyyətə açıqla-

malıdır.


ARDNF səhm bazarlarında investisiya fəaliyyətinə 2012-ci ildə  başlamış-

dır və hazırkı mərhələdə öz səhmdar mülkiyyət hüququndan istifadə 

etməmək qənaətindədir.

ƏLAVƏ

prinsiplər/Alt-prinsiplər

Cavablar

prinsip 22.

sF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri müəyyən 

edən, qiymətləndirən və idarə edən struktura malik 

olmalıdır. 

Alt-prinsip 22.1.

Risklərin idarə edilməsi sistemi etibarlı informasiyaya 

və müntəzəm hesabatvermə sistemlərinə əsaslanmalı 

və bunlar da öz növbəsində müvafiq risklərin məqbul 

hesab olunan ölçü və səviyyələrdə, nəzarət və həvəs-

ləndirmə mexanizmləri, davranış kodeksləri, biznesin 

davamlı planlaşdırılması və müstəqil audit funksiyası 

çərçivəsində monitorinqi və idarə edilməsinə imkan 

verməlidir.

Alt-prinsip 22.2.

sF-in risklərin idarə edilməsi sisteminə ümumi yanaş-

ması ictimaiyyətə açıqlanmalıdır.

ARDNF-nin maliyyə əməliyyatları risklərinin müəyyən edilməsi, ölçül-

məsi və idarə olunması Fondun ümumi idarəetmə sistemində xüsusi 

yer tutur. müvafiq normativ sənədlər (“investisiya qaydaları”, “investisiya 

siyasəti” və s.), risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bölmə (Risklərin 

idarə edilməsi departamenti), daxili və xarici audit funksiyaları, eyni za-

manda “Riskmetrics”, “Riskmanager 4” kimi alətlər və daxildə hazırlan-

mış modellər  ARDNF-də risklərin idarə edilməsi sistemini dəstəkləyir.

“investisiya qaydaları” və “investisiya siyasəti” risklərin idarə edilməsinin 

əsas istiqamətlərini müəyyənləşdirir, bazar, kredit, konsentrasiya və 

likvidlik riskləri üzrə əsas risk limitlərini təyin edir. bununla yanaşı, risk 

limitləri gündəlik əsasda gəlirlilik və risk hesabatları vasitəsilə nəzarətdə 

saxlanılır. “investisiya qaydaları” və  “investisiya siyasəti” sənədlərində 

bəhs olunan amillərə əlavə olaraq, bazar riskinin müntəzəm olaraq 

daha təfsilatlı təhlili və nəzarəti aparılır. təhlil prosesində faiz dərəcəsi 

həssaslıq təhlili (bir ödəmə müddəti üzrə faiz dərəcəsi dürasiyası (key 

rate duration), pv01 və s.), konsentrasiya riski (qruplar üzrə dürasiya, 

qruplar üzrə riskə məruz dəyər (RmD), marjinal RmD və s.), az ehtimallı 

hadisələr (şərti RmD, stress test) və ssenari üzrə təhlil kimi metodlardan 

istifadə edilir.

ARDNF-nin əməliyyat  riskləri daxili prosedur və qaydalar, eləcə də iş 

fəaliyyətinin davamlılığı əsasında idarə olunur. 

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/uploads/Inv_QAY.pdf

http://www.oilfund.az/pub/tiny_upload/Inv_policy.pdf

prinsip 23.

sF-in vəsait və investisiyalarının gəlirliliyi (bençmark-

dan istifadə olunduğu təqdirdə, mütləq və benç-

markla nisbətdə) aydın müəyyən olunmuş prinsip 

və standartlara uyğun olaraq hesablanmalı və bu 

informasiya hesabat şəklində Fondun ali idarəedici 

orqanına göndərilməlidir.

ARDNF-nin vəsaitləri ilə bağlı ətraflı məlumatlar (investisiya portfelinin 

xarici valyutalar üzrə bölgüsü, kredit reytinqləri, yerləşdirilmə müddəti 

və coğrafi regionlar üzrə təsnifata dair məlumatlar daxil olmaqla) rüblük 

pres-relizlər vasitəsi ilə ictimaiyyətə çatdırılır. ARDNF-nin investisiyaları-

nın gəlirliliyi bu sahədə mövcud olan ən yaxşı təcrübə əsasında hesab-

lanır və illik hesabata daxil edilir. illik hesabatlar və rüblük məlumatlar 

ARDNF-nin rəsmi internet səhifəsində yerləşdirilir.

Daha ətraflı məlumat üçün bax:

http://www.oilfund.az/az/account

prinsip 24.

üqpN-nin tətbiqi sF və ya onun verdiyi səlahiyyətlər 

əsasında başqa bir qurum tərəfindən müntəzəm 

olaraq nəzarətdə saxlanılmalıdır.

bu hesabat ilk dəfə ARDNF-nin rəsmi internet səhifəsində 2011-ci ilin 



aprel ayında yerləşdirilmişdir və illik əsasda nəzərdən keçirilir.



2 0 1 8

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə