Ardnf haqqinda



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix17.09.2018
ölçüsü2,31 Mb.
#69061
1   2   3   4   5   6   7   8   9   ...   53

İLLİK HESABAT 2017

23

böhranın ilkin şoku keçəndən sonra yanacaq ixracatçıları olan bir sıra ölkələr tərəfindən enerji sektorundan asılılığı azalda biləcək 



iqtisadi islahatları özündə əks etdirən orta və uzunmüddətli planlar hazırlandı. qazaxıstanın 2015-ci ildə qəbul etdiyi “100 konkret 

addım” adlı proqram iqtisadiyyatın şaxələndirilməsinə təkan vermək, rəqabət qabiliyyətliliyi və şəffaflığı artırmaq məqsədlərini da-

şımışdır. müxtəlif ölkələrdə bu istiqamətdə atılan addımlara əmək bazarının çevikləndirilməsi, xarici investisiyalara dəstək, kapital 

investisiyalarının genişləndirilməsi və ümumi biznes çərçivəsinin təkmilləşdirilməsi daxildir. Fars körfəzi regionuna daxil olan neft 

ölkələrinin 5% əlavə dəyər vergisini tətbiq etmək qərarı isə onları qeyri-neft sektorundakı gəlirlərinin artımına hədəfləmişdir. həm-

çinin 2014-2016-cı illər ərzində inkişaf etməkdə olan neft ixracatçısı ölkələrinin yarısından çoxu enerji subsidiyalarını azaltmışdır. bir 

sıra ölkələrdə hazırda gedən islahatlar zamanı həmçinin yoxsul təbəqələrin hiss etdiyi mənfi təsirlərin qarşısını almaq məqsədilə 

sosial sığorta mexanizmləri gücləndirilmişdir (əlcəzair, Anqola, səudiyyə ərəbistanı).

Resurs asılılığına qarşı tədbirlər arasında səudiyyə ərəbistanının “saudi vision 2030” planı öz strateji yanaşması ilə seçilir. krallığı 

qlobal investisiya nəhənginə çevirmək məqsədini daşıyan bu proqrama əsasən, ölkənin suveren fondu dünyada nömrə bir olmalı, 

ən qabaqcıl və innovativ texnologiyalar tətbiq olunmalı və dövlət qulluğu və xidmətləri dərindən islah olunmalıdır. “saudi vision” 

dövlət xərclərinin keyfiyyətinə xüsusi önəm verir. hazırda mövcud investisiya xərcləri, onların təsdiqolunma mexanizmləri və real iq-

tisadi faydası təhlil olunmaqdadır. hökumət dövlət qurumlarının fəaliyyətini “performansın ölçülməsi” üsulları ilə qiymətləndirmək 

üçün layihə menecmenti üzrə xüsusi idarələr yaratmışdır.

qlobal  artımla  bağlı  Db-nin  proqnozları  artım  göstəricisinin 

növbəti bir neçə ildə dayanıqlı olacağını və hətta  resurs ixracat-

çılarında baş verə biləcək sıçrayış hesabına sürətlənə biləcəyini 

istisna  etmir.  bununla  yanaşı,  gələcəkdə  artımla  bağlı  ümumi 

mənzərə  iqtisadi  artımın  əhəmiyyətli  dərəcədə  geriləyə  bilə-

cəyi riskinin də mümkünlüyünü qeyd edir və buna səbəb kimi 

azalan  məhsuldarlıq,  maliyyə  və  aktivlər  bazarlarında  kəskin 

dəyişikliklər və fiskal dayanıqlığının olmaması göstərilir. Db sö-

zügedən geriləmənin aradan qaldırılması, potensial artımın tə-

min edilməsi və yaşayış standartlarının yüksəldilməsi üçün əsas 

diqqətin struktur siyasətinə verilməsini tövsiyə edir.

Db 2018-ci ildə dünyada iqtisadi artımın 3,1% olacağını (aparıcı 

iqtisadiyyatlarda  2,2%,  inkişaf  etməkdə  olan  ölkələr  qrupunda 

4,5%) proqnozlaşdırır. beynəlxalq valyuta Fondu (bvF) isə daha 

optimist  yanaşaraq  qlobal  artımın  3,9%  səviyyəsində  (aparıcı 

iqtisadiyyatlarda  2,3%,  inkişaf  etməkdə  olan  ölkələr  qrupunda 

4,9%)  olacağını  güman  edir.  həmçinin,  Db  Azərbaycan  iqtisa-

diyyatında  iqtisadi  artımın  2018-ci  ildə  0,9%  olmasını  (bvF-yə 

görə 1,3%) və bu göstəricinin 2020-ci ildə 2,6%-ə qədər artaca-

ğını proqnozlaşdırır.



Ölkə iqtisadiyyatı və ARDNF. 2017-ci ildə qarşısına qoyulmuş 

məqsəd  və  vəzifələrin  icrasına  uyğun  olaraq  ARDNF  tərəfin-

dən neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlə-

rin  gələcək  nəsillər  üçün  toplanması  və  idarə  edilməsi  təmin 

edilmişdir. belə ki, ötən il ərzində xam neftin orta satış qiymə-

tinin proqnoza qarşı yüksək olması, digər tərəfdən ARDNF-nin 

büdcə xərclərinin təsdiq olunan büdcəyə nisbətən aşağı icrası 

sayəsində Fondun büdcəsinin profisit ilə yekunlaşmasına şərait 

yaranmış,  yığımın  və  ARDNF-nin  aktivlərinin  artırılmasına  nail 

olunmuşdur.

Azərbaycan  Respublikası  mərkəzi  bankı  (ARmb)  tərəfindən 

elan  edilmiş  “tənzimlənən  üzən  məzənnə  rejimi”,  xam  neftin 

qiymətləri  və  ölkənin  tədiyyə  balansının  göstəriciləri  2017-ci 

ildə  manatın  məzənnəsinə  təsir  edən  əsas  amillər  sırasında 

olmuşdur.  AbŞ  dollarının  manata  qarşı  rəsmi  məzənnəsi  ilin 

əvvəlində  1,77  manat  səviyyəsindən  yanvar  ayının  sonlarında 

1,92 manata qalxmış, lakin bundan sonra qısa zamanda enərək 

ilin əksər hissəsi ərzində 1,70-1,72 manat intervalında olmuşdur. 

orta illik inflyasiya göstəricisi 12,9% təşkil etmiş, üDm-in həcmi 

2017-ci  ildə  nominal  rəqəmlərdə  70  135,1  milyon  manata  qə-

dər, real ifadədə isə 0,1% artmışdır (müqayisə üçün, 2016-cı ildə 

üDm 3,1% azalmış, 2015-ci ildə isə 1,1% artmışdır). 

2017-ci ildə adambaşına düşən üDm-in dəyəri 7 205  manat ol-

muş, 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 0,9% azal-

mışdır.  eyni  zamanda,  bvF-nin  qiymətləndirməsinə  əsasən, 

alıcılıq qabiliyyəti nəzərə alınarkən hesablanan üDm-in adam-

başına düşən payı 17 492 AbŞ dolları təşkil etmişdir.

əhalinin gəlirləri əvvəlki il ilə müqayisədə nominal ifadədə 8,3% 

artaraq, 49 162,9 milyon manata qədər yüksəlmişdir. Adambaşı-

na düşən gəlirin məbləği 7,2% artaraq 5 050,5 manata, orta aylıq 

nominal əmək haqqı isə 6,2%

* artaraq 525* manata çatmışdır. 

bütün  icbari  və  könüllü  haqlar  ödənildikdən  sonra  əhalinin 

sərəncamında  əvvəlki  ilin  müvafiq  məbləğindən  nominal  ifa-

dədə 8,5% çox və ya 44 983,3 milyon manat səviyyəsində vəsait 

qalmışdır.  ölkədə  istehsal  edilən  üDm-in  62,8%-lik  payı  qey-

ri-neft sektorunun payına düşmüşdür.



* 2017-ci ilin yanvar-noyabr ayları üzrə

Nəhayət, böhran nəticəsində resurs ölkələrinin fiskal siyasətindəki zəifliklər üzə çıxmışdır. misal üçün, resurs tsikllərinin iqtisadi ak-

tivlik və dövlət büdcəsinə təsirini azalda biləcək fiskal qaydalar inkişaf etməkdə olan neft ixracatçısı ölkələrinin təxminən 25 %-də 

mövcud olmuşdur. bundan əlavə, bəzi ölkələr öz fiskal qaydalarına uyğun siyasət apara bilməmiş (məsələn, Nigeriya) və ya Rusiya 

kimi ölkələr bu qaydaları xərcləri artırmaq məqsədilə dəyişdirmişdir. beləliklə, uzunmüddətli büdcə davamlılığını təmin etmək üçün 

daha dayanıqlı və işlək fiskal çərçivələrə ehtiyac yaranmışdır. 



Mənbə: “Oxford Economics” və “Haver Analytics”

fArs körfəzi ölkələrinin qeyri-neft sektorunun Artım proqnozlArı

BƏHREYN

KÜVEYT


OMAN

QƏTƏR


SƏUDİYYƏ 

ƏRƏBİSTANI

BƏƏ

FARS KÖRFƏZİ 



ÖLKƏLƏRİ

2017

2018

2019

0

2



4

6

% ÜDM



ÖLKƏ İQTİSADİYYATI VƏ ARDNF

AzərbAycAn respublikAsı

Dövlət neft fonDu

illik HesAbAt 2017

22



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə