Argentina



Yüklə 383,65 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü383,65 Kb.
#64422

background image
 

1 səhifənin 1-ci səhifəsi 

 

ABŞ Əmək Nazirliyinin  2013-cü İldə 



 

 

 



 

 

Azərbaycan 

Uşaq Əməyinin  Ən Pis Formaları  Üzrə Hesabatı  

 

Azərbaycan 

 

Azərbaycan 2013-cü  ildə uşaq əməyinin ən pis formalarının aradan qaldırılması ilə bağlı səylərdə 



mötədil inkişaf qeyd etmişdir. Prezident insan alverinin qurbanı ola biləcək uşaqların daha yaxsi  

qorunmasi  və insan alverində iştirak edən şəxslərə verilən cəzaları artırmaq məqsədilə Cinayət 

Məcəlləsi və Azərbaycan Respublikasının Qanununda bir neçə düzəlişə qol çəkmişdir. Əmək və 

Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Ailə, Qadın və Uşaq Məsələlələri Üzrə Dövlət 

Komitəsi də (AQUÜDK) Uşaq Əməyinin İstismarının aradan Qaldırılması üzrə bir Müştərək 

Fəaliyyət Planı (2013-2015)  imzalamışdır. Buna baxmayaraq Azərbaycanda uşaqlar yenə də həm 

kənd təsərrüfatı sektoru həm də küçə işlərində işləməyə davam edir. Tədqiqat uşaq əməyindən 

istifadə edilən sektorlarda bu sahədə  hökumət proqramlarınının  olmasına  dair məhdud dəlil 

müəyyənləşdirmişdir. 

 

Əldə edilən məlumata əsasən, Azərbaycanda, ən pis formaları da daxil olmaqla uşaq əməyinin 



istismarının aradan qaldırılması sahəsində inkisaf üçün tövsiyələr müəyyənləşdirilmişdir: 

 

Sahə

 

Tövsiyə Edilən Fəaliyyət  

Tövsiyə Edilən 

İl(lər)

 

Qanunlar 

Qoruma fəaliyyətlərinin qanunla işləməsinə icazə verilmiş və yazılı iş 

müqavilələri olmadan işləyən uşaqları da əhatə etməsinin zəmanət 

altına alınması. 

2011 – 2013 

Tətbiq Etmə 

Qabaqcadan xəbər verilməyən joxlamalar da daxil, əmək 

yoxlamalarının izlənmə və monitorinqi üçün bir sistemin tətbiqi.  

2011 – 2013 

 

Yoxlamaların  uşaq əməyindən istifadə olunan sektorları hədəf alıb-



almamağı və necə hədəf almağının bildirilməsi. 

2011 – 2013 

Sosial Proqramlar 

Siyasət və proqramlara məlumat vermək üçün, tikintilərdə işləyən 

uşaqların gördükləri işləri müəyyənləşdirmək məqsədilə tədqiqat 

aparılması.  

2013 

 

Kənd təsərrüfatı kimi sahələrdə uşaq əməyinin ən pis formalarında 



işləyən uşaqlar ilə onların ailələri barədə  xüsusi proqramlara daha çox 

diqqət yetirilməsi. 

2009 – 2013 

 

Proqramın genişləndirilməsinin kənd təsərrüfatı sahəsindəki uşaq 



əməyinin fahişəlik və dilənçiliyə   məcbur qalmasına mühüm təsiri olub-

olmayacağını müəyyənləşdirmək məqsədilə sosial qorunma 

proqramlarının təsirinin qiymətləndirilməsi.    

2011 – 2013 



 

 

Yüklə 383,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə