Arif Rəhimoğlu



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76469
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   61

 
44 
ləhcələrimiz  ədəbi  dili  etgiləmə  baxımından  bir-birinə  qarşı  yox,  daha  çox  ədəbi  dildəki 
yabançı dil faktına qarşı daha uğurla durmaq baxımından önəm daşıyırlar. 
 
Bir  daha  vurğulayaq  ki,  bölgəsəl  özül  Azərbaycan  türkcəsi  ədəbi  dilini  yaratmadı, 
sadəcə,  daha  öncədən  var  olan  Azərbaycan  türkcəsi  ədəbi  dilində  milliliyin  güclənməsinə, 
ədəbi  dilin  daha  da  zənginləşməsinə  nədən  oldu.  Bu  milliləşdirici  və  zənginləşdirici  görəvi 
Azərbaycanın  həm  quzeyi,  həm  də  güneyi  siyasi  və  coğrafi  bölünməyə  baxmayaraq,  XX 
yüzilin  başlarınadək  birgə  sürdürdü  (Bəzən  irəli  sürülən  “1828-ci  ildə  siyasi  və  coğrafi 
bölünmə  ilə  yanaşı,  dilimiz  də  bölündü”,  yaxud  “elə  xanlıqlar  dövründən  dilimiz  də 
bölünübdür” kimi iddialar yanlış dəyərləndirmələrdən və dillə, dil tarixi ilə bağlı ciddi bilgisi 
olmayan adamların gerçəklikdışı uydurmalardan başqa bir nəsnə deyil). Yalnız son dönəmdə, 
özəlliklə  1920  –  1970-ci  illər  arasında  sovet  dəmir  pərdəsinin  güclənməsi,  rus  şovinizminin 
antitürk  sərsəmləmələri,  fars  Pəhləvi  rejiminin  milli  varlığımıza  qarşı  üzdəniraq  qanlı 
cinayətləri  və  o  sıradan,  dilimizə  qarşı  vəhşilikləri  səbəbinə  Azərbaycanın  güneyində  ədəbi 
dilimizin işlənməsinin  ortadan  qaldırılması,  hətta  dilimizin  varlığının  danılması,  sonrakı  fars 
molla rejiminin də dilimizə qarşı bu üzdəniraq siyasəti başqa variantlarla davam etdirməsi vb. 
nədənlərdən  dolayı  Azərbaycanın  güneyindəki  bölgələrimizin  çağdaş  Azərbaycan  türkcəsi 
ədəbi  dilini  zənginləşdirmə  imkanı  nisbətən  sınırlandırıldı.  Ancaq  bu  sınırlandırma 
qıpçınmaları  Azərbaycanın  güneyinin  təsir  gücünü  tam  durdura  bilmədi  və  özəlliklə, 
M.H.Şəhriyarın,  B.Q.Səhəndin  milli  ədəbi  dilimizə  etgisi,  ədəbi  dilimizdə  millililiyin 
güclənməsi  yönündə  göstərdikləri  başarı  bunu  açıqca  sərgiləməkdədir.  Günümüzdə  isə  artıq 
minillik  ədəbi  dilimizin  son  dövr  olumsuz  rus  etgisini  azaltmaq  və  ədəbi  dilimizi  öz  milli 
imkanlarımız  hesabına  daha  da  zənginləşdirmək  üçün  Azərbaycanın  güney  bölgələrindən 
yararlanma  sürəci  güclənməkdədir.  Bu  sürəc  Azərbaycanın  güneyində  qorunmuş  milli  dil 
faktları səbəbinə milli ədəbi dilimizi daha da arındırma və zənginləşdirmə yönündə çox böyük 
imkanlar ortaya qoymaqdadır.     
 
O  biri  yandan  isə,  milli  ədəbi  dilimizin  tədrisə  yaxın  buraxılmaması,  qəzet,  dərgi  və 
kitab  çapı  ilə  bağlı  acınaqaqlı  durum,  fars  şovinizminin  on  illər  boyu  dilimizə  yönəlik 
yürütdüyü  və  yürütməkdə  olduğu  aşağılama,  yasaqlama  siyasətləri  vb.  üzdəniraq  əməllər 
nədənilə Azərbaycanın güneyində minillik ədəbi dilimizin işlənməsi ilə bağlı bəlli bir aralıq, 
qopuqluq yaranmış və gələnək pozulmuşdur. İndi bu gələnəyin bərpasına yönəlik işlər gedir 
və  minillik  ədəbi  dilimizin  Quzeydə  olduğu  kimi,  Güneydə  də  önündəki  əngəllərin  ortadan 
qaldırılması və milli kökə söykənərək standartlaşdırılıb normaya çevrilmiş bir milli ədəbi dil 
düzeyinə yüksəlməsi uğrunda addımlar atılır. Təbii ki, bu sürəcdə sorunun dildışı faktorlara 


 
45 
yönəlik  yönünü  unutmamaqla  yanaşı,  həm  də  ən  önəmli  məsələlərdən  biri  kimi  ədəbi  dildə 
standartlaşdırma və normalaşdırma  məsələsi üzərində ayrıca durulmalıdır. 
Ədəbi dil normaları sisteminin tərkibi 
 
Bu  gün  Azərbaycan  türkcəsi  ədəbi  dili  bütövləşmə  sorununu  yaşayır.  Yuxarıda 
dediyimiz kimi, Azərbaycanın birliyi uğrunda mübarizənin uğurla başa çatması yolundakı ilk 
işimiz  ədəbi  dildə  bütövləşməni  gerçəkləşdirməkdir.  Ədəbi  dildə  bütövləşmə  standart  ədəbi 
dil  normalarının  birgəliyi,  vahidləşməsi  və  Bütöv  Azərbaycan  üzrə  eyni  cür  işlədilməsi  ilə 
ortaya  çıxır.  Təbii  ki,  standart  ədəbi  dil  normaları  dedikdə,  hər  nəsnədən  öncə,  ədəbi  dil 
normaları  sisteminin  tərkibi  aydınlaşdırılmalı  və  buraya  hansı  amillərin  daxil  olması 
bilinməlidir. 
 
Standart ədəbi dil normaları sistemində iki önəmli alan var: 
 
I.  Dilin  quruluĢ  göstəriciləri  alanı.  Burada  dilin  səs  (fonetik),  söz  (leksik),  deyim 
(frazeoloji),  qrammatik,  imla  –  düzgün  yazı  (orfoqrafik)  və  düzgün  deyiliş    (orfoepik) 
qaydaları işlənib hazırlanır və standartlaşdırılaraq normalaşdırılır. 
 
Quruluş  göstəriciləri  alanı  üzrə  Azərbaycan  türkcəsi  çağdaş  dünyanın  gəlişmiş 
dillərindən  biridir.  Ancaq  burada  önəmli  sorunların  olması  da  unudulmamalıdır.  Özəlliklə, 
xalqımızın  uzun  sürədən  bəri  öz  bağımsız  dövlətinin  olmaması  və  boyunduruq  altında 
yaşaması istər-istəməz dilimizi də dərindən etgiləmişdir. Elə buna görədir ki, ədəbi dilimizin 
leksik  sisteminə  –  söz  dağarcığına  bəlli  siyasətlər  nədənilə  bir  sıra  gərəksiz  alınma  sözlər 
doldurulmuş  və  aşağılıq  duyğusu  aşılayan  “dilimizdə  söz  yetərsizliyi”  təsəvvürü 
yaradılmasına  çalışılmışdır.  Ona  görə  də,  ədəbi  dilimizin  bu  cür  gərəksiz  alınmalardan 
arıdılması qaçılmazdır və birdən-birə olmasa da, yavaş-yavaş bu iş görülməlidir (təbii ki, biz 
gərəkli alınmalardan danışmırıq). 
 
O  biri  yandan  isə,  quruluş  göstəriciləri  alanı  üzrə  standart  normalar  sistemi  nə  qədər 
gəlişsə  də,  Azərbaycanın  həm  quzeyində,  həm  də  güneyində  yaranan  yeni  durumun  ortaya 
qoyduğu  bütövləşmə  sorunu  Azərbaycan  türkcəsi  ədəbi  dilinin  standart  normalar  sisteminə 
yenidən göz gəzdirilməsini gərəkdirir. Özəlliklə, burada düzgün deyilişi düzənləyən orfoepik 
qaydalar  sonraya  saxlanıla  bilsə  də,  düzgün  yazını  düzənləyən  orfoqrafik  qaydalar  sonraya 
saxlana  bilməz  və  indidən  araşdırılıb  öyrənilməli,  kəsir  yönləri  bəlirlənməli  və  bu  kəsirlərin 
cilalanmasına çalışılmalıdır.    
 
II.  Dilin  üslubi  rəngarəngliyi  və  xidmət  alanı. Burada düşüncə yöndəmini bəlirləmə 
biçimlərinə  görə  fərqlənən  çeşidli  üslublar  normaya  salınır  və  dilin  işlənmə  çevrəsinin 
genişliyinə, toplumsal yaşamın bütün sahələri üzrə ünsiyyət vasitəsi olmasına diqqət yetirilir.  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə