Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   ...   41

İslam memarlığı və inşaat

 

 



 

ĠSLAMA ƏSASLANAN MEMARLIQ 

 

 

Elmin ilkin mənbəyi Allah-təala özüdür və 

peyğəmbərlərə  verdiyi  elm  və  təlim  də  onun 

özündədir. 

 

Dinin  və  ruhani  həyatın  səmərəliliyi,  onun 



tələblərinin reallaşma dərəcəsi baxımından İslamın 

“qızıl əsri” şübhəsiz Məhəmməd Peyğəmbərin (s) 

yaşadığı  və  bu  dinin  Mədinədə  möhkəmləndiyi 

dövr olmuşdur. 

Hindistandan  tutmuş  Əndəlusadək  böyük 

bir  ərazidə  əsrlər  boyu  müsəlman  xalqlarının 

mənəvi  dünyası,  elm  və  mədəniyyəti  “Qur’ani-

Kərim”in yüksək əqidəsindən qidalanmışdır. 

Allah-təalanın Məhəmməd Peyğəmbərə (s) 

ilk vəhyi nəticəsində o gecə “Allah və elm üsulu” 

yarandı və bəşər tarixinin qarşısında yeni yol açan 

Xatəmul-Ənbiya  (s)  özünü  “Elm 

şəhəri” 

adlandırdı. 

“Qızıl  əsr”də  Həzrəti  Peyğəmbərimiz  (s) 

elm  və  savadı  təşviq  etməklə  müsəlmanların  ən 

əzəmətli  İslam  mədəniyyətinin  əsasını  qoydu  ki, 

bu,  Yer  kürəsinin  yüksək  mükəmməlliyə  malik 

sonuncu ilahi mədəniyyəti oldu. 

Məlumdur  ki,  insanın  mənəvi  və  maddi 

yaşayışının  hansı  sahəsi  olursa  olsun  “Qur’ani-

Kərim”lə sıx əlaqəsi var. Elm öyrənmək barədə bu 

qədər  təşviq  və  təkidlər  ona  səbəb  oldu  ki, 

müsəlmanlar  bütün  dövrlərdə  elmi  axtarışlara, 

tədqiqat  işlərinə  başladılar.  İslam  mədəniyyətinin 

bir  qolu  kimi  İslam  memarlığı  və  inşaat  elmi  də 

yarandı  və  inkişaf  etməyə  başladı.  İslam 

dünyasında o vaxta qədər görünməmiş yeni İslam 

abidələrinin  –  məscid,  came,  mədrəsə,  türbə  və 

başqa 


tikintilərin 

inşası 


bu 

memarlığın 

yaranmasına və inkişafına səbəb oldu.  

İslam  memarlığı  təbiəti  etibarilə,  əxlaqi 

məzmun  daşımaqla,  müsəlmanda  gözəlliyə, 

kamilliyə, əxlaqi saflığa meyl yaradır, möminlərin 

baxışlarını vahid Allaha doğru yönəldir. 

Bununla  əlaqədar  olaraq,  müsəlmanlar 

Məscidi-Şərif,  Əl-Əqsa,  Kazimiyyə,  Abbas 

türbəsi,  Səlimiyyə,  Məscidül-Həram,  Əli  türbəsi 

kimi bənzərsiz yüzlərlə memarlıq abidələri, ibadət 

evi, yaratmışlar ki, bunlar da İslam memarlığının 

uca abidələridir. 

Came  və  məscidlərin  müqəddəsliyi  barədə 

“Qur’ani-Kərim”in  “Tövbə”  surəsinin  17-18-ci 

ayələrində buyurulur: “Allahın məscidlərini ancaq 



Ona və Axirət gününə iman gətirən, namaz qılan, 

zəkat  verən  və  Allahdan  başqa  heç  kəsdən 

qorxmayan  inşa  edər”.  Odur  ki,  ilk  müsəlman 

məscidini  də  ilk  İslam  memarı  Xatəmul-Ənbiya 

Məhəmməd Peyğəmbər (s) 623-cü ildə Mədinədə 

(Yəsribdə)  öz  evinin  yanında  tikdirmiş  və 

inşasında şəxsən özü də iştirak etdiyinə görə, tikili 

“Məscidi-Şərif” adlandırılmışdır. 

Müsəlman  həyat  tərzini  ən  ümdə  edən, 

əsasən insan və təbiətin əzəldən Tanrı məbədi olan 

təbiətin  harmonik  tarazlığının  saxlanılmasıdır. 

Məscid  də  mahiyyətcə  təbiətin  obrazıdır.  Bunun 

nə qədər əsaslı olduğuna inanmaq üçün müsəlman 

memarlığının  hər  hansı  əsərini  təsəvvür  etmək 

kifayətdir. 

İslam memarlığı Tanrının xəlq etdiyi təbiə-

tin insan əli ilə işləyən dünyanın davamıdır. Tanrı-

nın əli bütün əllərdən ucadır. Məscid isə ilahi lütfü 

sonradan  bütün  müsəlman  aləminə  səpələmək 

üçün toplayan linzadır. 

Məscidi  ilkin  təbiətin  davamı  edən  islam 

insandakı ilkin təbiəti təsdiq edir. 

İslam  onu  qəflət  yuxusundan  oyadaraq  ilk 

insanın  mahiyyətini  və  insan  həyatının  mənasını 

təşkil  edən  Tanrının,  Mütləqin  reallığını  dərk  et-

məyə çağıraraq bu cür təbiəti insanda dirçəltməyə 

və  möhkəmlətməyə  can  atır.  İslamın  came  və 

məscidlərinin  daxili  və  xarici  görünüşləri  insan 

oğlunun gözünü açır, qəlblərə bir rahatlıq gətirir. 

Bu məbədlərə daxil olanlar sıxıntısı yox olduğunu, 

yerinə isə mənəvi bir həzzin olduğunu hiss edirlər. 

Yeni məsciddə mömin bir fərd heç vaxt sırf seyrçi 

olmur. O, özünü bir növ evində hiss edir. O, dəstə-

maz  alaraq  çirkablardan  təmizləndikdən  sonra 

vəhy  olunmuş  kəlamı  oxuyaraq  simvolik  şəkildə 

Adəmin  dünyanın  mərkəzində  olan  “məqamına” 

qayıdır. Bunu nəzərə alan  müsəlman  memarı elə 

bir  mühit  yaratmağa  çalışmalıdır  ki,  özlüyündə 

tam sakitlik və rahatlığa malik olsun, onun bütün 

“dayanacaqlarında”  məkanın  xüsusiyyətləri  mak-

simum  təzahürünü  tapsın.  Onlar  bu  məqsədə  qə-

dim Mədinədə Fəxri-Cahan Məhəmməd Peyğəm-

bərin (s) iştirakı ilə tikilən Məscidi-Şərifdəki şaquli 

sütunlardan ibarət vestibüldən tutmuş Çindəki, bir 

mərkəzdə  birləşən  günbəzlərə  qədər  tikililərə 



İslam memarlığı və inşaat

 

 



müxtəlif  üsullardan  istifadə  etmək  yolu  ilə  nail 

olurdular.  Bu tikililərin  heç  birində  insan  hansısa 

müəyyən istiqamətə “çəkildiyini” hiss etmir, onla-

rın  fəza  hüdudları  da  adamı  “sıxmır”.  Doğru 

deyiblər ki, məscid memarlığı yerlə göy arasındakı 

hər çəkişməni aradan qaldırır. Bütün bunlar ondan 

irəli  gəlir  ki,  həmin  məbədlər  “Bismillahi-r-

rəhmani-r-rəhim”  deyərək  imanlı  memarlar  tərə-

findən layihələndirilmiş və  mömin ustaların əlləri 

ilə tikilmişdir. 

İslam  abidələrini  iri  ölçülü  yaratmaq 

zərurəti  ilə  abidələrin  örtük  konstruksiyalarının 

momentsiz  nəzəriyyəyə  əsaslanan  hesablanması 

meydana çıxdı. Örtük konstruksiyalara təsir edən 

xarici qüvvələr nəticəsində en kəsikdə həlqəvi və 

meridial qüvvələr yaranır ki, bu da məscid, türbə 

və məbədlərin möhkəmliyini və dayanıqlığını həll 

edir. Qeyd etməliyik ki, Əcəmi yaradıcılığında bu 

məsələnin  nəzəri  cəhətdən  həlli  və  təcrübi  cəhət-

dən həyata keçirilməsi harmoniya və mütənasiblik 

problemində ən başlıca sayılır. 

İslam memarlıq sənətinin bu səciyyəvi xü-

susiyyəti orta əsrlər Şərqinin ən görkəmli memar-

larından olan Şeyxül-mühəndisin Əcəmi Əbubəkr 

oğlu Naxçıvaninin  layihələndirdiyi  və tikdiyi  bü-

tün abidələrdə özünü bütün dolğunluğu ilə göstə-

rir.  Bu  cür  mürəkkəb  tərkibi  birləşmə  əsasında 

özünəməxsus səciyyəvi  mənalar daşıyan gözəllik 

anlamları – rəmzlər yaranırdı: “Cəmal” (ilahi, ka-

mil gözəllik) – məscid günbəzi; “cəlal” (ilahi əzə-

mət) – minarələr, “sifat” (ilahi keyfiyyətlər) – məs-

cidlərin  bayır  divarlarına  həkk  olunmuş  kitabələr 

(yazılar) və s. anlamlar bu qəbildəndir. Başqa söz-

lə,  məscidin  günbəzinin  ən  uca  nöqtəsi  Tanrının 

rəmzidir.  Günbəzin  özü  ruhudur,  oktaqonal  özül 

mələk rütbəsidir, dördguşəli binanın özülü isə Yer 

həyatının rəmzini  ifadə  edir. Boşluğun  isə  xüsusi 

mənası vardır. Hətta ən zəngin ornamentli məscid-

dəki boşluq ruhdakı boşluğu və ruhda mövcudlu-

ğunu  bildirir  ki,  bu  da  əlbəttə  Tanrının  vahidliyi 

barədə müsəlman təsəvvürlərindən irəli gəlir. Tan-

rı ilə ünsiyyətdə olmaq üçün müsəlmanın vasitəçi-

lərə ehtiyacı yoxdur. O, bu ünsiyyətdə özünü rəzil 

məxluq kimi deyil, Tanrının Yerdəki canişini kimi 

hiss edir. Bu zaman müsəlman Tanrı önündə məz-

lum  olduğunu  bir  an  da  unutmur.  Məscidin  da-

xilindəki  boşluq  isə  onu  bağlanışlardan  nə  yolla 

olursa-olsun  boyun  qaçırdığına  görə  qürur  hissi 

təlqin etmək üçündür. Beləliklə, məscidin memar-

lığında  müsəlmanla  bütün  kosmos  təcəssüm 

etdirilmişdir. 

Qeyd etmək lazımdır ki, sonsuz, mürəkkəb 

quruluşu olan kainatda heç bir nizamsızlıq yoxdur, 

kainat  bir  harmonik  qanuna  tabedir.  Allah-təala 

yaratdığı  gündən  insanı  harmoniya  qanunlarının 

dərkinə sövq etmişdir. Qədim yunan mütəfəkkirlə-

ri Pifaqor, Aristotel, Platon, Poliklit öz fəlsəfələrini 

bu  qanunun  üzərində  qurmuşlar.  Lakin  orta  əsr 

Şərqində islam dininin təsiri altında yeni və daha 

mükəmməl formada “orta əsr müsəlman intibahı” 

şəklində  üzə  çıxan  harmoniya  təlimi  öz  təcrübi 

həllini  mədəniyyətin və  incəsənətin bütün sahələ-

rində  yeni  yaranan  İslam  memarlığında  tapır.  İs-

lam  memarlığı  əsərlərinin  quruluşu,  başqa  sözlə, 

harmoniya və  mütənasibliyin kökü kainatın ümu-

mi  harmonik  nəzəriyyəsi  olan  “Qur’ani-Kərim”ə 

istinad edir və onun ayələri ilə açıla bilir. Beləliklə, 

orta  əsr  müsəlman  Şərqində  harmoniya  ideya 

təlimi  mərkəzi  yer  tutmuş,  İbn-Sina,  Əl-Biruni, 

Əl-Xarəzmi,  Əl-Bağdadi,  o  cümlədən,  orta  əsr 

Azərbaycan  intibahının  dahi  nümayəndələri  – 

Əcəmi Əbubəkr oğlu Naxçıvani, Nizami Gəncəvi, 

Bəhmənyar  əl-Azərbaycani,  Nəsrəddin  Tusi,  Fü-

zuli  və  bu  kimi  dahi  Şərq  ensiklopedistləri  tərə-

findən  inkişaf  etdirilərək  ən  yüksək  səviyyəyə 

çatdırılmışdır. 

Maddi varlıqlar və harmonik qanunlar əsa-

sında  qurulan  memarlıq  və  incəsənət  əsərlərinin 

dərki  harmoniyanın  prinsipləri  ilə  mütənasiblik, 

həndəsi  oxşarlıq,  simmetriya  ilə  mümkün  olur. 

Mütənasiblik  ədədi,  həndəsi,  orta  harmonik  və 

“qızıl  bölgü”  prinsipləri  olmaqla  dörd  yerə  bölü-

nür. Xarici aləmin dərki həndəsi oxşarlıq qanunu 

ilə  həyata  keçirilir.  Odur  ki,  maddi  varlıqlar 

mükəmməl  harmonik  quruluşa  uyğun  Allahın 

insanı  yaratdığı  zaman  ona  verdiyi  optik  alətlə  – 

göz vasitəsilə dərk edilir. 

İlk  dəfə  görmə  hadisəsinin  xaricdən  gələn 

şüalar  vasitəsilə  mümkün  olma  ideyasını  irəli 

sürən  və  beləliklə  də  “Optika”  elminin  təməlini 

qoyaraq  “Görüntülər  kitabı”nı  yazan  Həsən  ibn 

Heysəmdir.  Yeni  elm  öz  fikir  nəzəriyyəsini, 

görməni  işığın  gözdən  çıxaraq  zahiri  cismin 

üzərinə düşməsi ilə izah edən Aristotel nəzəriyyəsi 

yox,  məhz  İbn  Heysəmin  nəzəriyyəsi  üzərində 

qurmuşdur. 

Əl-Fərabinin orta əsr müsəlman harmoniya 

təliminin  bütün  sahələrinə  aid  son  dərəcə  zəngin 

irsi Ə.Büzkani, Əl-Bağdadi kimi riyaziyyatçıların 

yetişməsi  ilə  nəticələnir.  Orta  əsr  Şərq 

memarlığında Məhəmməd ibn Musa Xarəzminin 

“Əl-cəbr  və  müqabilə”  adlı  kitabı  mühüm  yer 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə