Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   ...   41

İslam memarlığı və inşaat

 

 



tutur. Bu əsər İslam memarlığının yaranması üçün 

mükəmməl  harmoniya  ideyası  nəzəriyyəsini 

özündə əks etdirir. 

İslami  bina və  qurğuların  layihələndirilmə-

sinə ilk dəfə olaraq fəlsəfi konsepsiya həllini gəti-

rən  Əl-Fərabi  olmuşdur.  O  göstərir  ki,  bu  proses 

insanın  yaşayış  tərzinə  uyğun  ağıllı  prinsiplərlə 

insan  bədəninin quruluşu və  kosmik  vahidlik qa-

nunlarına əsasən qurulur. Bu o deməkdir ki, layi-

hələndirmə  üçün  tabe  olduğu  kosmik  vahidliyin 

harmonik  qanunu  dərk  edilməlidir.  Yaranmış  bu 

nəzəriyyə  daha  mükəmməl  memarlıq  forma  və 

əməliyyatlarının meydana gəlməsinə imkan verdi. 

Əl-Fərabinin  “Əlverişli  həndəsi  əməliyyat-

lar”  əsəri  ilahi-gözəl  memarlıq  nümunələrinin 

həndəsi əsasını təşkil etmişdir ki, memar Əcəmi də 

bundan bəhrələnmişdir. 

Məhəmməd Peyğəmbər (s) buyurur: “Allah 



hər bir şey üçün gözəllik müəyyən edib”. Hər bir 

şeyin  gözəlliyi  onun  Tanrını  tərif  və  həmd 

etməsində  gizlənmişdir.  Başqa  sözlə,  hər  bir  şey 

İlahi  tərəfindən  atributların  təzahür  etdirildiyi 

dərəcədə  gözəlliyə  malikdir.  Deməli,  gözəlliyi 

yalnız  Tanrının  keyfiyyətlərinə  güzgü  tutan 

şeylərdə  aramaq  lazımdır  və  bunu  memarlıqda 

görmək  olar.  Memarlığın  məhsulu  bina,  qurğu, 

abidə və sairədir.

 

 



 

Məlumdur ki, bina, qurğu və abidələrin bü-

növrəsini  memar  layihələndirir,  bənna  hazırlayır. 

Təbii  ki,  o  bir  elm  kimi  həndəsə  ilə  əlaqədardır. 

Ənənəvi  memarlıqda  həndəsə  müasir  mühəndis-

likdən fərqli olaraq, onun yalnız kəmiyyət və fiziki 

parametrləri ilə bağlı deyildir. Həndəsə tənasüblük 

qanunlarında təzahür edən bir keyfiyyət xassəsinə 

malikdir  ki,  onun  sayəsində  müəyyən  bir  bina 

bənzərsiz vəhdət və ahəngdarlıq qazanır. Tənasüb 

qanunları  adətən,  dairənin  onun  çevrələdiyi  mü-

nəzzəm  formalara  bölünməsi  yolu  ilə  əldə  edilir. 

Beləliklə, hər hansı binada mövcud olan bağlılıq-

lar  prinsip  etibarilə  dairədən  doğur  və  bu,  açıq-

aşkar  varlığın  vəhdətinin  (vacibul-vücudun)  sim-

voludur.  Çoxtərəfli  bünövrələr  üzərində  ucalan 

günbəzlər məhz bu simvoldan söz açır. Bu isə Əl-

Kindi tərəfindən  əsası qoyulan,  Əl-Fərabi tərəfin-

dən  daha  da  inkişaf  etdirilərək  bir  sistem  halına 

salınan həndəsi mütənasibliyin  əsasını təşkil edən 

çevrənin  bərabər  hissələrə  bölünməsi  nəticəsində 

yaranan  düzgün  çoxbucaqlar  sistemi  Əcəmi  me-

marlıq  formalarının  (kvadrat,  düzgün  altıbucaqlı, 

düzgün beşbucaqlı, ilahi mütənasiblik, qızıl bölgü) 

həndəsi  əsasıdır  və  memarlıqda  (mötərizədə 

göstərildiyi  kimi)  həndəsi  mütənasiblik  növləri 

ortaya  çıxır.  Odur  ki,  orta  əsr  müsəlman  Şərq 

fəlsəfəsində  düzgün  həndəsi  quruluşa  malik  olan 

abidələrin  yaranmasında  həndəsi  mütənasiblik 

prinsipləri  yeni  formada  təzahür  edərək  Əbu  Əl-

Rəhman Əbu Zeyd ibn Xəldun tərəfindən “haqqı 

batildən,  doğrunu  yanlışdan  ayıran”  dəlil  kimi 

qiymətləndirilir.  Kainatı  təşkil  edən  dörd  ünsür  – 

torpaq,  su,  od,  hava  arasındakı  qanun  ilahi 

mütənasiblik qanununun “qızıl bölgü” prinsipidir. 

İslam  memarları  ilahi  mütənasiblik  qanununun 

“qızıl  bölgü”  prinsipinə  əsaslanmış  və  ölməz 

abidələrini yaratmışlar. 

Əcəminin  fəaliyyəti  dövrü  bütün  Şərq 

ölkələrində, o cümlədən Azərbaycanda riyazi elm-

lərin, həndəsənin yüksək inkişaf etdiyi dövr idi. 

Ömər Xəyyamın 12-ci əsrin əvvəllərinə aid 

riyazi  risalələri  məşhurdur.  12-ci  əsrdə  böyük 

Azərbaycan  alim-astronomu  Nəsrəddin  Tusinin 

riyazi əsərləri, onun yaratdığı Marağa rəsədxanası, 

əlbəttə  ölkədə  riyaziyyat  elminin  daha  əvvəl 

inkişafı zəminində yetişmişdi. 

Riyazi  biliklərin  tətbiqi  sahələrindən  biri 

memarlıq idi. Odur ki, Əcəmi memarlıq məktəbi 

dəqiq  riyazi  hesablama  metodlarına  əsaslanırdı. 

Abidələr dəqiq hesablama və ölçmələr, planlaşma, 

yerləşmə,  ornamentlərin  və  kitabələrin  dəqiq  dü-

zülməsi əsasında tikilirdi. Məscidlərin və digər bi-

naların  divarlarında  “Qur’an”  kitabələrinin  bollu-

ğu  belə  bir  gerçəklikdən  xəbər  verir  ki,  müsəl-



İslam memarlığı və inşaat

 

 



manın həyatı bütün ölçülərdə “Qur’an” ayələri ilə 

çulğalaşır  və  o,  “Qur’an”ı  oxumaqla,  habelə 

namaz,  dua  və  münacat  vasitəsilə  mənəvi  dayaq 

və  sabitlik  əldə  edir.  Abidələrin  modul  sistemi, 

mütənasiblik  sxemləri,  tağların  və  günbəzlərin 

quruluşu, səkkizkünc səthlərin dəqiq ölçüsü riyazi 

hesablamasız  mümkün  deyildi.  Bu,  Qeysəddin 

Kaşinin  “Riyaziyyatın  açarı”  adlı  risaləsində 

görünür. Bu əsərin bir fəsli memarlıq ünsürlərinin 

ölçülməsi və qurulması üsullarına ayrılmışdır.  

Əcəmi dərin riyazi biliyi sayəsində abidələ-

rin mütənasibliyi, tağ, günbəz, ornament və bəzək-

lərin  mürəkkəb  strukturu  problemlərini  zərgər 

dəqiqliyi ilə həll edirdi. 

İslam mədəniyyətinin yayılması və bərqərar 

olması ilə Azərbaycanda tətbiqi sənətin ən qədim 

sahəsi  olan  memarlıq  və  tikintidə  yeni  keyfiyyət 

dəyişiklikləri  əmələ  gəldi.  Dini  abidələr  üzərində 

salınan sonsuz  nəbati  və həndəsi  naxışlar  insanla 

Allah, bu dünya ilə Axirət aləm arasındakı vəhdə-

tin memarlıq və tikintidə əks etdirilməsini nəzərdə 

tutur,  yeni  mənəvi  dəyərli  mənimsənilməsinə 

kömək edirdi. 

İslam  mədəniyyəti  özünün  ənənəvi  forma-

sında  dünyaya  vahid  mənəvi-ruhani  münasibətin 

qorunub  saxlanması  üçün  son  dərəcə  yüksək 

səylər  göstərmişdir.  Bu  ruhani  ölçü  həmçinin, 

İslam memarlığında mürəkkəb layihələr üslubun-

da özünü büruzə verir. Bu üslub “Qur’an”ın əsas 

müddəalarından  qaynaqlanan  ilahi  vəhdətin 

inikası kimi yaranmışdır. Məhəmməd Peyğəmbər 

(s) “Qur’an”ın belə bir müddəasını vurğulamışdır: 

“Allah gözəldir və gözəlliyi sevir”. 

Sovetlər İttifaqında yetmiş il ərzində müsəl-

man  respublikalarının  memar  və  bu  sahə  üzrə 

alimlərin  memarlıq  və  inşaatda  dinlə  elm,  maddi 

dünya ilə müqəddəslik duyğusu arasındakı əlaqə-

lərin qırılması çox zaman kor-koranə ruhi sağlam-

lıq  axtarışlarına,  sağalma  prosesinin  bütövlük  və 

sirrini anlamaqda acizliyə gətirib çıxarmışdır. Hə-

min  memar  və  konstruktorlar  layihələdikləri 

birtipli, standart binalarda, xüsusilə, yaşayış otaq-

larının, əksər hallarda, sahələrinin az, onların hün-

dürlüklərinin alçaq olması, yataq otaqlarında inter-

yerin düzgün planlaşdırılmaması, divar rənglərinin 

düzgün seçilməməsi, eyni olması, təarətxanaların 

islami-müsəlman  qaydasına  uyğun  yerləşdirilmə-

məsi,  fəza  hüdudları  insanı  sıxaraq,  onun  əhval-

ruhiyyəsinə mənfi təsir göstərməyə bilməzdi. 

İslam  memarlığı  isə  bunun  əksinə  olaraq 

azad  fəza  yaradır,  dünyanın  bütün  iztirablarını, 

cilovlanmaq  bilməyən  istəklərini  aradan  qaldırır 

və  onun  əvəzində  ahəngdarlıq,  saflıq  və  rahatlıq-

dan xəbər verən bir nizam meydana gətirir. Sanki 

Xaliqin  barmaq  izlərini  hifz  edən  bakirə  təbiətin 

gözəlliyi memarlıqda reallaşır. Əlbəttə, bu reallaş-

ma başqa bir səviyyədə – insan şüuru və idarəetmə 

mərtəbəsində və deməli, daha məhdud bir çərçivə-

də  baş  verir.  Lakin  hər  halda  o,  maddi  istək  və 

maraqlardan xali olur. 

Böyük  tarixçi  İbn  Xəldun  anlamışdı  ki, 

şəhər həyatı ilə mənəvi rahatlıq arasında sıx əlaqə 

sivilizasiyanın zəruri təməlidir. Bəli, bu gün ruhla 

materiyanın ayrılmasının faciəli nəticələr doğurdu-

ğu  əsas  sahə  memarlıq  üslubudur.  Bu  ayrılıq 

ultramüasir memarlıq üslubunun daxilindəki zəif-

likdən  zəruri  ruhi  xüsusiyyətləri,  kosmik  bir  har-

moniyanı əks etdirən ənənəvi prinsipləri dərk edə 

bilməməkdən  irəli  gəlir.  Həmin  ənənəvi  prinsip-

lərə  görə  insanlar  yaşadıqları  binalarda  rahatlıq 

duymalı, orada ömür sürməyi sevməlidirlər. 

İslam  mədəniyyətinin  həlledici  təsiri  ilə 

Azərbaycanda  maddi  və  mənəvi  mədəniyyətin 

inkişafında  yeni  tarixi  dövr  açılmışdır.  Azərbay-

canlılardan  bir  çoxları  təhsil  məqsədilə  ərəb 

məmləkətlərinə  gedərək  orada  fəlsəfə,  məntiq, 

psixologiya,  ilahiyyat,  riyaziyyat,  astronomiya, 

coğrafiya və s. elmləri öyrənir, tədris ocaqlarında 

dərs deyir və hüquq sahəsində qazilik edirdilər. Bu 

zaman  həyatın  bütün  sahələrində  -  elm,  fəlsəfə, 

məişət  tərzi,  geyim  formaları,  ailə,  əxlaq,  hüquq, 

mülkiyyət,  memarlıq,  nəqqaşlıq,  musiqi,  kaşı 

bəzəkləri  inkişaf  etməklə  İslam  mədəniyyəti 

formalaşır.  Nəticədə,  Azərbaycan  mədəniyyəti 

sistemində  miniatür  sənəti,  kaliqrafiya,  şəhərsal-

ma,  məscidlərin  tikintisi,  memarlıq  və  s.  daha 

yüksək səviyyələrdə tərəqqi edir. 

Bu  dövrdə  Azərbaycanda  memarlıq  sənəti 

İslam inşaat mədəniyyətinin ən yüksək zirvəsində 

dayanır.  İslam  inşaat  mədəniyyətinin  özülündə 

yerlə  göy,  insanla  Allah  arasındakı  əlaqənin 

möhkəmləndirilməsinə  xidmət  etmək  durur. 

Nəticədə,  qeyd  etmək  lazımdır  ki,  müsəlman 

memar  və  ustaları  öz  əsərlərində  dini  olanla 

dünyəvi  olanın  vəhdətini  bədii,  yəni  müsəlman 

memarlıq üslubunda ifadə edə bilmişlər. Məsələn, 

Bakıdakı  Təzə  Pir  məscidinin  memarı  Zivərbəy 

Əhmədbəyov  İslam  memarlığına  əsaslanaraq 

layihələndirmədə öz məharətini göstərə bilmişdir. 

Məscidin 

divarlarının  darvazaları  öz 

memarlıq  üslubu  ilə  həyətin  içindəki  məscid 

binasının kiçik maketidir. Məscidin də iki minarəsi 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə