Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   ...   41

İslam memarlığı və inşaat

 

 



var,  darvazaları  da  iki  kiçik  “minarə”  maketi 

bəzəyir.  Darvazanın  timsalında  möminlər  ilahi 

maketi,  içəridəki  məscidin  timsalında  isə  bu 

maketin  həyətə  keçib  məscidə  çevrilməsini 

görməlidirlər  –  yəni,  burada  damla  ümmana, 

maket məscidə, mikro makroya çevrilir. Memarlıq 

baxımından  da  gözəl  bir  tapıntı  olan  bu  hadisə 

Bakının baş məscidinin gözəgörünməz sirlərindən 

biridir.  Həmin  gizli  aləm  bizi  kiçikdən  böyüyə, 

damladan  ümmana,  bəndədən  Allaha  doğru 

yönəltmək istəyir.  

Bakı  şəhərində  Ağa  Cavad  məscidinin 

üzərində  məhz  “Əl-Fətr” (“Zəfər”) surəsinin 1-ci 

ayəsinin  (“Biz  sənə  zəfər  yolu  göstərdik”)  həkk 

olunması təsadüfi olmamış və sifarişçi tərəfindən 

“Qur’ani-Kərim”dən  ixtibas üçün onun seçilməsi 

dərin  fəlsəfi  məna  daşımışdır.  Məscidin  ümumi 

memarlıq forması ilə həmahəng olan bu yazı, bir 

tərəfdən,  gündə  bir  neçə  dəfə  buradan  keçərək 

ibadətə  gedən  möminlər  üçün  darvazanın  piştağı 

(portalı)  bir  növ  “Zəfər  tağı”na  çevrilmiş  olur. 

Digər  tərəfdən  də,  süls  xətti  ilə  gözəl  xəttatlıq 

nümunəsi şəklində verilən “Qur’ani-Kərim” ayəsi 

və  bir-birinə  nəfis  kimi  hörülməni  xatırladan  və 

yeddi  dəfə  təkrarlanan  “Bismillahir  rəhmanir 

rəhim”  kəlamı  insanları  haqqın  qələbəsinə 

möhkəm  inam  bəsləməyə,  nikbin  olmağa  və 

mübarizəyə səsləmiş olur. 

Odur  ki,  müsəlman  memar  və  ustalarının 

dünya duyumunu din təşkil edir, onların sənəti də, 

əməlləri  də  dindən  bəhrələnirdi.  Odur  ki, 

müsəlman  memarları  və  ustaları  özlərinin 

yaradıcılıq məharətlərini nümayiş etdirməyə deyil, 

yalnız öz sənətlərini ulu Tanrıya təqdim etməkdən 

razılıq,  məmnunluq  duyurdular.  Bu  mövqe 

“Qur’ani-Kərim”in aşağıdakı ayələrinin inikasıdır: 

“Hansı  tərəfə  baxsanız,  Allahın  təzahürünü 

görəcəksiniz.  Allah  hər  yeri  bürümüşdür  və  hər 

şeyi bilir”. 

Beləliklə, 

İslam 

memarlığı 



əslində 

Tovhiddən  –  Allahın  birliyini  tanımaq  və  onu 

intuitiv yolla dərk etməkdən doğmuşdur. 

Hüseyn Cavidin “Dinsizlik ilə kəsb olunan 



bir  mədəniyyət,  vəhşiliyin  qorxulu  səhrası 

deyilmi?”  sözləri  bir  daha  təsdiq  edir  ki,  insan 

həyatının  hər  hansı  bir  sahəsi  olursa-olsun,  onun 

inkişafında din ilə elm vəhdət təşkil etməlidir. 

 

 

 



İslam memarlığı və inşaat

 

 





 

ĠSLAM ABIDƏLƏRININ YARANMASINDA INġAAT SƏNƏTI 

 

 



Sənət,  insan  və  dünya  barədə  ayrı-ayrı 

cəhətləri aydınlaşdıran, insanlara faydalı, zəruri və 

bəyənilmiş  halları  göstərən  yaradıcılıq  qüdrətidir 

və daimi bir həqiqətdir. 



“Bu  işlər,  bu  fikri  əql  sahibləri  edirlər. 

Onlar  kainatın  yaranışında  olan  kamilliyi, 

gözəlliyi,  ahəngdarlığı  yaxşı  başa  düşürlər  və 

onun  yaradanına  təzim,  təkrim,  pərəstiş  edirlər” 

(Ali-İmran, 189-191). 

Ayrı-ayrı 

tikililərin, 

həmçinin 

iri 


ansamblların yüksək memarlıq keyfiyyəti orta əsr 

inşaatçılarının  biliyini,  qurğuların  tikintisinin 

mütənasibliyini  və  ahəngliyinin  əsas  prinsiplərini 

göstərir. Bizi maraqlandıran məsələlərdən biri olan 

orta  əsrlərdə  inşaatın  təşkili  və  iş  prinsiplərinin 

texnikası haqqında Şərq miniatürləri təsvir verir. 

Ən  qədim  dövrlərdən  memarlıq  abidələri-

nin inşası üçün böyük icraçılar birliyi və mürəkkəb 

iş  təşkili  tələb  edilirdi.  Bu  zaman  birliyə  yüksək 

ixtisaslı  şəxslər  –  memarlar və  mühəndislərlə  ya-

naşı,  müxtəlif  texniki  icraçılar  (sex  fəhlələri), 

ümumiyyətlə, işçi qüvvəsi lazım idi. Əlavə etmək 

lazımdır ki, tikintidə çox vaxt heyvan qüvvəsindən 

də geniş istifadə edilirdi. Hətta Osmanlı hökmdarı 

Sultan  Süleyman  Qanuni  Sultaniyyə  məscid-uni-

versitetini tikdirərkən yük daşıyan heyvanlar üçün 

bir  cədvəl  tutaraq  onların  yem  və  istirahətlərini 

təmin etmişdi. Bu qaydalar daxilində  heyvanların 

da halları nəzərə alınmışdı. İnşaat işlərinin yerinə 

yetirilməsinin  göstərilən  birliyi  ixtisaslaşdırılmış 

tətbiqçi  və  əmək  bölgüsü  onun  daha  keyfiyyətlə 

yerinə  yetirilməsinə  səbəb  olurdu.  İslam  abidələ-

rinin  tikintisində  memar,  bənna,  usta,  bəndkir, 

nəqqaş  və  s.  sənətkarlar  iştirak  edirdilər.  Bu  eyni 

zamanda ixtisaslı ustaların vahid yaradıcılıq birli-

yində  birləşməsinin təşkilati  formasının  yaranma-

sına səbəb olurdu. Belə birlik üzvlərinin nəinki hü-

ququnu və mənafeyini müdafiə edir, eyni zaman-

da  onların  ixtisaslarının  artırılmasında  köməklik 

göstərirdi.  Sexlərdəki  şagirdlik  qaydası,  eləcə  də 

çox  zaman  bir  sənətin  nəsildənnəslə  keçməsi 

peşəkarlığı,  ustalığın  mükəmməlləşməsini  təmin 

edirdi. Sex quruluşu və sənətin nəsildən-nəslə keç-

məsi  peşəkarlıq  vərdişlərinin  öyrənilməsini  təmin 

etməklə bərabər, inkişaf etmiş memarlıq və texniki 

vərdişlərin,  ənənələrin  davam  etməsini  də  təmin 

edirdi. 

Müsəlman Şərqində, o cümlədən Azərbay-

canda sənətkar təşkilatlarının həyatında, ilk növbə-

də isə təşkilat üzvlərinin əxlaq və davranış qayda-

larının  tənzimlənməsində  islamın  rolu  risalələrdə 

əks olunmuşdur. Mənbələrdə və tarixi ədəbiyyatda 

“əsnaf”,  “həmkar”  və  “sex”  kimi  təqdim  edilən 

sənətkar təşkilatları 11-16-cı əsrlərdə şifahi şəkildə 

yayılan fütüvvətnamələr əsasında idarə olunurdu. 

Bu  dövrlərdə  müxtəlif  əsnaflarda  birləşən 

sənətkarlar  və  tacirlər  özlərini  ilk  növbədə  dini 

icmanın üzvü hesab edirdilər. Bu icmalarda isə o 

şəxslər  yüksək  qiymətləndirilirdi  ki,  onlar  hər 

hansı  sənət  sahəsində  kamilliyə  çatmaqla  yanaşı 

həqiqətpərəst, həmişə köməyə gəlməyə hazır olan, 

əliaçıq və xoşrəftar olsun. Sənətkarustalar şagird-

lərə ilk növbədə islamın əsas müddəalarını öyrədir 

və  onların  mənəvi-əxlaqi keyfiyyətlərini ön plana 

çəkirdilər. 

Hər bir əsnafın özünün risaləsi var idi. Buna 

misal  olaraq  dəmirçilərin  (Risaleyi-əhəngəri), 

dülgərlərin  (Risa-leyidodukəri)  və  s.  risalələrini 

göstərmək olar. 

Sexlərin  əksərinin  öz  bayrağı  və  xüsusi 

nişanları  da  mövcud  olub.  Bayraqlar  adətən 

qırmızı  parçadan  tikilərək  naxışlarla  bəzədilir  və 

üzərində uyğun əsnafların işlətdikləri əmək alətləri 

təsvir edilirdi. 

 İnşaat  alətlərinin  inkişafında  istehsal 

proseslərinin  təşkili  böyük  əhəmiyyət  kəsb  edir. 

Məlumdur  ki,  artıq  15-ci  əsrdə  Yaxın  Şərq 

ölkələrində  inşaat  işlərinin  təşkili  düzgün  tərtib 

olunmuş  istehsal  sistemi  üzərində  qurulmuşdur. 

Böyük dövlət tikililəri xüsusi təşkilatlar tərəfindən 

idarə  olunurdu  və  bütün  inşaat  işləri  (nəzərdə 

tutulan  xərclərin  hesablanmasından  və  layihə 

tapşırığından  başlayıb  işin  keyfiyyətini  yoxlayıb 

qurtarmasınadək) ciddi qaydalara salınırdı. 

Tarixçi  Rəşidəddin  yazır  ki,  tikilişin 

gedişatı,  lazımi  tikinti  materiallarının  düzgün 

hesablanması  və  işlənməsi  müvafiq  məbləğin 

ayrılması  və  xərclənməsi,  bunların  daim  nəzarət 

altında  olması  və  ustaların  işə  dəvət  edilməsi 

vəzifəli şəxslərə tapşırılırdı. 

Binanın  tikinti  layihəsinin  müəllifi,  eyni 

zamanda  inşaat  işlərinin  rəisi  olan  memar  nəinki 

inşaat  işlərini,  eyni  zamanda  zəlzələyə  məruz 

qalan 


yerlərdə 

binaların  möhkəmliyi  və 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə