Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   10   ...   41

İslam memarlığı və inşaat

 

 



Şəhərsalma sahəsinə Azərbaycanın beynəl-

xalq  miqyasda  dəyərli  qatqılarından  biri  mərkəzi 

şəhər meydanlarıdır. Fuksiya rəngarəngliyi Təbri-

zin quruluşunda çoxfunksiyalı mərkəzin yaranma-

sına səbəb olmuşdu. Bu meydan iri ölçülü ictimai 

və işgüzar müqavilələrin, hərbi parad və  manevr-

lərin aparılmasını təmin edir, təntənəli bayram və 

dini  mərasimlərin,  müxtəlif  tamaşa  və  idman 

yarışlarının keçirilməsinə imkan verirdi. Təbrizdə 

əsası  Elxanilər  zamanı  qoyulmuş  Sahibabad 

(Sahibülmər)  meydanı  Səfəvilər  dövrünədək 

inkişaf edərək bitkin şəhər mərkəzinə çevrilmişdi. 

Bu düzbucaqlı meydanın ətrafında şəhərin inziba-

ti, dini, mədəni və ticarət mərkəzləri yerləşirdi. Bu 

şəhərsalma üsulunu Səfəvi şahları 16-cı əsrin ikin-

ci  yarısında  yeni  paytaxt  Qəzvinə  (Şah  meydanı 

adı  ilə),  17-ci  əsrin  əvvəllərində  isə  İsfahana 

(Meydani-Şah)  aparmışlar.  Bunlardan  indiyə 

ancaq məşhur İsfahan Şah meydanı qalmışdır. 

Azərbaycanın yaşayış memarlığı da zəngin 

və rəngarəngdir. Burada müxtəlif regionların təbii-

iqlim şəraiti, bu və ya başqa inkişaf materiallarının 

mövcudluğu  və  inkişaf  texnikasının  səviyyəsi  öz 

əksini tapmışdır. 

İslam  dünyasının  iri  mərkəz  şəhərlərinin 

əhalisini  ərzaq  və  geyim  ilə  təmin  etmək  üçün 

inkişaf etmiş kənd təsərrüfatı və təchizat sistemləri 

lazım  idi.  Bu  isə  öz  növbəsində  əkin  sahələrinin 

suvarma və yetişdirilməsi, məhsulun emalı texno-

logiyasından  asılı  idi.  Bunu  nəzərə  alaraq,  İslam 

dünyasında  şəhərsalma  yerinin  düzgün  seçilməsi 

və  bina  qurğularının  layihələndirilib  düzgün  yer-

ləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi. Yaşayış 

üçün  tikilən  binanın  yerinin  seçilməsində  yerin 

iqlim  və  relyefi,  ətraf  mühitin  təmizliyi  (havası, 

suyu), yerin səhiyyə  vəziyyəti kimi şərtlər nəzərə 

alınmalıdır.  İqlim  şəraiti  nəzərə  alınarkən  ilk 

növbədə havanın hərarəti, nəmliyi, su ehtiyatı və s. 

kimi amillərə daha böyük əhəmiyyət verilmişdir. 

Məhəmməd  Yusif  Şirvani  “Tibb-namə” 

əsərində  binanın  harada  tikilməsi  məsələsinə 

toxunaraq  yazır:  “Daşlı  relyefi  olan  dağlıq 



yerlərdə  hava  daha  az  zərərli,  iqlimi  isə  sağlam 

olur.  Əgər  dağlıq  yerdirsə  və  tikilmiş  bina  şərq 

tərəfdə  yerləşibsə,  orada  yaşayan  insanlar  bir 

qayda  olaraq  qüvvətli,  uzunömürlü  və  çox  gözəl 

səsə malik olurlar”. 

Məhəmməd  Yusif  Şirvani  binanın  necə 

tikilməsi  barədə  belə  yazırdı:  “Kimsə  bir  yerdə 

məskunlaşmaq  və  orada  yaşayış  binası  tikmək 

istəyirsə,  bina-otaq  uca  olmalı,  pəncərə  və 

qapıları  şərqə  tərəf  yönəlməlidir.  Həmçinin 

pəncərə  və  qapıları  şimal  tərəfə  də  açmaq  olar. 

Lakin ora günəş şüaları düşməlidir. Tavan hündür 

olmalıdır  ki,  bu  insanların  yaxşı  və  səmərəli 

yaşaması üçün sərfəlidir”. 

Xacə  Nəsrəddin  Tusi  “Əxlaqi-Nasir” 

əsərində  yazır:  “Yaşayış  yerinin  binalarının 

üstünlüyünə  gəldikdə  bünövrələri  möhkəm, 

tavanları yüksək, qapıları geniş olmalıdır ki, şey-

şüy daşındıqda və ya başqa bir iş olanda çətinlik 

əmələ  gəlməsin”.  O,  daha  sonra  yazır:  “Ev 

seçərkən aşağıdakılar nəzərə alınmalıdır: sahənin 

böyüklüyü,  tavanın  ucalığı,  buxarının  genişliyi, 

ətrafının  sıxlığı,  məhəllənin  əmin-amanlığı, 

şəraitin münasibliyi”. 

Orta  əsr  Azərbaycan  müəllifləri  öz 

əsərlərində  yaşayış  yerlərini  seçmək  üçün  İbn 

Sinanın  göstərdiyi  bu  meyarlara  istinad  edirdilər: 



“İlk  növbədə  orada  torpağın  necə  olduğunu 

müəyyənləşdirməli, sahənin aşağı və ya yuxarıda 

olması,  onun  açıq  və  ya  qapalı  olma  vəziyyəti, 

oradakı suyun keyfiyyəti və s. nəzərə alınmalıdır. 

Eyni zamanda seçilən ərazidə əhalinin sağlamlıq 

cəhətdən vəziyyəti öyrənilməlidir”. 

16-cı əsr Azərbaycan şairi Marağalı Əvhədi

 

yaşayış  yerinin  seçilməsilə  əlaqədar  özünün  əsas 



tələblərini qeyd etmişdir: “Tikinti üçün ilk növbə-

də  səmti  şərqə  olan  ən  yaxşı  yer  seçilməli,  sahə 

içməli su, yerli tikinti materialları (kəc, gil, mis), 

əkin yeri ilə təminatlı olmalıdır. Seçilən yerin isti 

iqlimdə,  yüksəklikdə  yerləşməsinə  baxmayaraq, 

əgər  mülayim  külək  əsməklə  ora  günəş  şüaları 

düşürsə, ora isti, küləkli dərədəki yerdən daha saf, 

sağlam,  əlverişli  yerdir”.  Bu  onunla  izah  olunur 

ki,  isti  hərarətli  yerdə  tez-tez  malyariya  epidemi-

yası  və digər keçici  xəstəliklər  meydana gəlir ki, 

bunu  orta  əsr  müəllifləri  “tabadi”  adlandırırlar. 

Azərbaycanda  ilk  Şamaxı  Akademiyasını  təşkil 

edən məşhur Azərbaycan alimi Ömər Osman xa-

rici mühitin amillərinə, insan fiziologiyası və pato-

logiyasının

 

öyrənilməsinə çox geniş yer verirdi. 



10-cu  əsrdə  yaşamış  Əbu  İshaq  Əl-İstəxri 

Bərdə  haqqında  bunları  yazır:  “O  ki  qaldı 



Bərdəyə, bu o məskəndir ki, çox yaxşı iqlimi, çoxlu 

münbit  əkini,  meydança  və  meyvə  bağları  olan 

yerdir”. 

9-10-cu əsrlərdə Yaxın Şərqdə görünməmiş 

inkişaf  dövrü  keçirən  şəhərlər  11-12-ci  əsrlərdə 

daha  da  genişlənir  və  yeni  memarlıq  növləri  ilə 

zənginləşir. Azərbaycanın əlverişli coğrafi mövqe-

yi, məhsuldar qüvvələrin və feodal münasibətlərin 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə