Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

İslam memarlığı və inşaat

 

 



15 

inkişafı o zaman Təbriz, Naxçıvan, Gəncə, Şama-

xı,  Beyləqan,  Marağa  kimi  bir  sıra  şəhərlərin 

çiçəklənməsinə səbəb oldu. 

13-cü  əsrin  əvvəllərində  yazılmış,  müəllifi 

bəlli olmayan “Əcaib əl-dünya” adlı əsərdə Naxçı-

vanın  şəhərsalma  quruluşu  və  durumu  haqqında 

maraqlı məlumat verilmişdir: “Naxçıvan Azərbay-



canda sıx  əhalisi olan böyük şəhərdir, uca yerdə 

salınmış və çox möhkəmləndirilmişdir. Çoxlu sa-

raylar, köşklər, məntəqəli eyvanlar tikmişlər, şəhər 

yanında daşdan qala və qalanın içərisində mədrə-

sə, məscidlər yerləşir. 

Qalada  yaxşı  bulaqlar  var.  Deyirlər 

bundan abad şəhər yoxdur”. 

Naxçıvani  yazır:  “Bağdad  və  Təbrizdən 



sonra  Naçıvan  kimi  gözəl  şəhəri  göz  görməmiş, 

qulaq eşitməmişdir”. 

Ərəb  coğrafiyaşünası  və  səyyahı  Şəmsəd-

din  Əbu  Abdullah  Məhəmməd  Əl-Müqəddəsi 

deyir: “Təbriz gözəlliklərinin intəhası yoxdur”. 

Eyni zamanda bir müddət Şah İsmayıl Xə-

tainin sarayında  yaşayıb,  fəaliyyət göstərmiş İran 

tarixçi-alimi  Xandəmar  (Xondamir)  Qiyasəddin 

Hümaməddin Əl-Hüseyn yazır: “Təbriz dünyanın 



¼  hissəsinin  məskunlaşdığı  abad  şəhərlərdən 

biridir”. 

Bağdad  haqqında  deyir:  “Onun  havası 



başqa  yerlərin  havasından  daha  mülayim,  suyu 

daha  şirin,  torpağı  daha  bərəkətli,  xəfif  yel  isə 

daha nəsimdir”. 

Ərdəbil  barədə  isə  bunları  deyir:  “Münbit 



torpaqlı,  iqlimi  sulu,  xoş  havalı  şəhərdir.  Orada 

çoxlu çay

 

axır, amma buna baxmayaraq, ətrafda 

meyvə ağacları yoxdur”. 

Orta  əsr  müəlliflərindən  Əbdül  Rəşid  əl-

Bakuvi Azərbaycanın bir çox şəhərlərinin iqlimini 

müsbət  qiymətləndirmişdir.  O,  Təbriz  haqqında 

belə yazır: “Sağlam iqlimi, münbit torpağı və suyu 

şirin olan yerdir. Orada çoxlu çaylar axır və şəhər 

bağlar içindədir”. 

Görkəmli  ərəb  alimi,  coğrafiyaşünas  və 

səyyahı Yaqut Əl-Həməvi isə Ərdəbil barədə belə 

deyir: “Mən Ərdəbildə olanda gördüm ki, o, geniş 



düzdə yerləşir. Üstündən və altından bol sulu bir 

neçə çay axır. Bununla belə, orada əsla bir dənə 

də  olsun  meyvə  ağacı  yoxdur  –  nə  şəhərin 

kənarında, nə də onun yerləşdiyi bütün düzdə”. 

Bakı haqqında isə belə deyir: “Bakının ha-



vası yaxşı, suyu şirindir. Bu şəhərin xüsusiyyətlə-

rindən  biri  də  odur  ki,  burada  gecə  və  gündüz 

külək əsir”.  

Bakının  ilk  memarı  olmuş  Qasımbəy 

Hacıbababəyovun  (1811-74)  şəhərin  abadlaşma-

sında  böyük  rolu  olmuşdur.  Onun  layihəsilə 

müxtəlif  relyefə  malik  olan  və  dağ  dönümündə 

pilləvari  şəkildə  salınmış  Bakı  Forştatı  (Bayır 

şəhər)  planı  hələ  o  dövrdə  rus  və  Avropa 

memarlarını heyrətdə qoymuşdur. 

Eynilə təcrübi olaraq bu cür də Məhəmməd 

Yusif Şirvani də öz fikrini söyləmişdir. 

Rus  memarı,  professor  Kim  N.  yazır: 

“Bakının  qala  divarları  və  başqa  abidələri  misli 

görünməmiş  memarlıq  nümunələridir.  Sizin 

əcdadlarınız öz ağlını, təfəkkürünü bu abidələrdə 

əbədiləşdirib,  elə  bil  ki,  nəyə  qadir  olduqlarını 

canlı  nümayiş  etdiriblər.  Onlar  hər  daşın,  hər 

kərpicin  üstündə  elə  məharətlə,  elə  ustalıqla 

işləyiblər ki, baxanda heyran olmaya bilmirsən”. 

O  ki  qaldı  seçilən  yerin  səhiyyə-gigiyenik 

təmizliyinə,  Əbu  İbrahim  Cürcani  (1045-1137) 

Xarəzmin  səhiyyə  vəziyyətini  tənqid  edərək 

yazırdi: “Havası ən sağlam, suyu ən şirin, iqlimi 

və şəraiti əlverişli olmağına baxmayaraq, burada 

eyni  zamanda  bir  çox  qeyri-əlverişli  amillər  də 

mövcuddur.  Şəhərin  natəmizliyi  və  çirkli  suyun 

buxarlanması  insanlara,  heyvanata,  məhsula 

zərərli təsir göstərir”. 

İbn  Sina  çirkli  suyun  zərəri  haqqında 

xəbərdarlıq  edərək  həmin  suyu  süzgəcdən 

keçirməyi,  daha  yaxşısı,  onu  buxarlandırıb, 

yenidən su halına salmağı məsləhət görmüşdü. 

İndi isə ayrı-ayrı mənzillərin yerləşdirilməsi 

və 

layihələndirilməsi 



qaydalarını  nəzərdən 

keçirək.  Orta  əsr  mənbələrinə  istinad  edərək 

yaşayış  sahələri  aşağıdakı  üç  şərtin  tələblərinə 

uyğun olmalıdır. 

Əvvəla,  binanı  yüksək,  açıq,  günəşli  və 

küləkli  yerdə  tikmək  yaxşıdır.  Otaq  yüksək 

tavanlı,  yəni  hündür  və  geniş  olmalıdır.  Binada 

çoxlu  pəncərə  (xüsusilə,  onun  şimal  və  şərq 

hissəsində) lazımdır.  

İkincisi,  seçilən  yer  iqlim,  ekoloji  və 

səhiyyə nöqteyi-nəzərindən müvafiq olmalıdır. 

Nəhayət,  şəhərə  hava  və  günəş  şüalarının 

daxil olmasını təmin edəcək müvafiq planlaşdırma 

verilməli,  həmçinin  şəhər  lazımi  qədər  tibbi 

obyektlərlə  təmin  edilməlidir.  Təmizliyi  və 

gigiyenası diqqətdə saxlanılmalıdır. 

Orta  əsr  Müsəlman  Şərqində  yaşayış 

məntəqəsinin  tikintisi  əvvəlcədən  hazırlanmış 

plana  əsasən  aparılırdı.  Bu  halda  onun  əhalisinin 

sağlamlığının  qorunması  məsələsi  də  nəzərə 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə