Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

İslam memarlığı və inşaat

 

 



alınırdı.  Misal  olaraq  Mahmud  Qazan  xanın 

(1295-1304) vəziri Rəşidəddin tərəfindən salınmış 

Rəbi-Rəşid  məhəlləsini  göstərmək  olar.  Məhəllə 

enli küçələri  və  meydanları, səhiyyə obyektləri – 

hamam, aptek, şəfaxana və s. olan düzgün həndəsi 

quruluşu ilə fərqlənirdi. 

İsti  iqlim  şəraitində  məntəqələrə  sərin 

havanın  daxil  olması  məsələsinə  ən  böyük 

əhəmiyyət  verilirdi.  Əhalinin  səhhətini  qorumaq 

məqsədilə şəhərin su ilə təchizatı məsələsi də eyni 

zamanda çox böyük əhəmiyyət kəsb edirdi. 

Həyat şəraitinin nisbətən primitiv olmasına 

baxmayaraq,  Şərqin,  o  cümlədən  Azərbaycanın 

orta  əsr  şəhərləri  abadlığına  görə  Şimali 

Avropanın o dövrdəki şəhərlərini geridə qoyurdu. 

12-13-cü  əsrlərdə  Azərbaycan  şəhərləri  (Bərdə, 

Gəncə, Qəbələ, Təbriz və s.) inkişaf etmiş saxsı su 

kəməri sisteminə malik idi. 

Orta  əsrlərdə  şəhərin  su  ilə  təmin  edilmə-

sində kəhrizlər və ovdanlar saxsı borulardan ibarət 

su kəmərindən az əhəmiyyət daşımırdı. 14-cü əsr 

tarixçisi  Həmdullah  Qəzvini  Təbrizdən  bəhs 

edərək  yazırdı:  “Təbriz  şəhərində  çoxlu  bağlar 

var.  Səhənd  çayından  başlanan  Miranduz  çayı 

buradan axır. Varlı adamların çəkdiyi 900 kəhriz 

də  buradan  keçir.  Bunların  hamısının  suyu 

bağlara axır, ancaq yenə də su çatmır”. 

Hələ 


9-10-cu 

əsrlərdə 

Azərbaycan 

şəhərlərində  saxsı  və  metal  borularla  yeraltı  su 

kəmərləri  mövcud  idi.  Məntəqələrə  su  həmçinin 

yeraltı  kəhrizlərlə  də  gətirilirdi.  Təbrizdə  onların 

sayı 900-ə çatırdı. 

Bundan əlavə, yeraltı və qrunt suları xüsusi 

ovdanlara  yığılırdı  ki,  əhali  ondan  istifadə  etsin. 

Ən  böyük  ovdan  Bakı  şəhərinin  Şirvanşahlar 

sarayında,  Nardaranda  və  digər  məntəqələrdə 

tikilmişdi.  Şəhərlərdə,  həmçinin  subölüşdürücü 

məntəqələr də mövcud idi. 

Orta  əsrlərdə  yaşayış  məskənlərinin  və 

eləcə  də  şəhərin  suya  olan  tələbatını  ödəyən  ov-

danlar və kəhrizlər maddi mədəniyyət baxımından 

orijinal  abidələrdir.  Ustad  sənətkarların  yaratdıq-

ları  bu  memarlıq  abidələri  ötən  yüzilliklərdə 

Azərbaycanda mühəndis fikrinin inkişaf səviyyəsi 

haqqında fikir yürütməyə imkan verir. 

Orta  əsrlərdə  Yaxın  Şərqdə  hazırlanan 

texniki  layihələrdə  su  enerjisindən  istifadə  edilən 

tikililərə  xüsusi  əhəmiyyət  verilirdi.  Hər  çayın, 

yaxud  bulağın  imkanlarını  öyrənən  mühəndislər, 

adətən onun üzərində neçə dəyirman quraşdırma-

ğın mümkünlüyünü də hesablayırdılar. 

İslam dünyasında ilk xəstəxana 707-ci ildə 

müsəlman  hökmdarlarından  Vəlid  ibn  Əbdülmə-

lik tərəfindən qurulub. Xəstəxananın bütün xərclə-

ri dövlət tərəfindən ödənilmişdir. 850-ci ildə İslam 

dövlətinin müxtəlif yerlərində 34 xəstəxana vardı. 

Hələ  13-14-cü  əsrlərdə  Cənubi  Azərbaycanın 

şəhərlərində  67  xəstəxana  mövcud  idi.  Təbrizin 

saray  xəstəxanasında  eyni  zamanda  1000  nəfər 

müalicə  olunurdu.  Kasıb  və  imkansız  insanların 

müalicələri  xüsusi  evlərdə  həyata  keçirilirdi  ki, 

bunun  da  xərci  feodal  və  dini  müəssisələrin 

hesabına olurdu. 

Onu da qeyd etmək lazımdır ki, İslam dün-

yasında ilk seçilmiş şəhərlərdən İraqın cənubunda 

körfəz olan Bəsrə şəhəridir. Onun əsası 635-ci ildə 

qoyulmuşdur.  Açıq  rəngli  daşlardan  tikilmiş  bu 

şəhər  uzaqdan  ağardığına  görə  ərəb  dilində  “ağ” 

mənasında olan “Bəsrə” adını almışdır. 

 İkincisi  isə,  İraqın  paytaxtı  olan  və  Dəclə 

çayı sahilində yerləşən Bağdad şəhəridir. Abbasi-

lər  dövründə  (762-ci  ildə)  əsası  qoyulmuşdur.  O 

vaxt  “Mədinət  əs-Salam”  (yəni  “sülh  şəhəri”) 

adlanırdı. 

Azərbaycanın  yaşayış  mənzərəsi də zəngin 

və rəngarəngdir. Burada müxtəlif regionların təbii 

iqlim şəraiti, bu və ya başqa inşaat materiallarının 

mövcudluğu  və  inşaat  texnikasının  səviyyəsi  öz 

əksini  tapmışdır.  Maraqlı  yaşayış  binalarının 

nümunələri Təbriz, Ərdəbil, Marağa, İrəvan, Şəki, 

Quba, Ordubad, Şuşa, Gəncə, Dərbənd, Abşeron 

və başqa rayonlarda qalmaqdadır. 

15-ci  əsrdə  Təbrizdə  dörd  –  Qara  Yaqub, 

Xəlifə  Mütəvəkkil,  Sultan  Uzun  Həsən  və 

Zübeydə  xanım  imarət  şəfaxanaları  fəaliyyət 

göstərirdi. 

İslam  dünyasında  şəhərsalma  məsələsində 

ən  böyük problemlərdən  biri  insanların sağlamlı-

ğının qorunmasında  bağların  və  bağçaların salın-

ması, onların su ilə təchiz edilməsi idi. İmam Əli 

(ə)  bunu  dərindən  başa  düşərək  İslam  dövlətinə 

rəhbərlik  etdiyi  dövrdə  yaşıllıq  və  abadlıq  işləri 

həyata  keçirmişdir.  Risalət  əsrində  və  ondan 

sonrakı dövrdə İmam Əlinin (ə) məşğuliyyətlərin-

dən biri də əkinçilik və ağac əkmək idi. O Həzrət 

(ə)  öz  xidmətlərinin  və  qazanclarının  çoxunu  bu 

yolla  yerinə  yetirirdi.  Peyğəmbəri-Əkrəm  (s) 

müharibə və qan tökülmədən müsəlmanların ixti-

yarına  keçən  məntəqələrdən  bir  bölük  torpağı 

Əlinin  (ə)  ixtiyarına  vermişdi.  Həzrət  (ə)  orada 

kəhriz  qazdı  və  adını  Yənbu  qoydu.  Bu  kəhrizin 

bol  suyu  oranın  əhalisinin  şad  olmasına  və 



İslam memarlığı və inşaat

 

 



17 

gözlərinin  işıqlanmasına  səbəb  oldu.  Elə  indinin 

özündə də Məkkə-Mədinə  yolu üstündə Beri-Əli 

(Əli quyusu) adlı məntəqə var. 

Həzrət Əli (ə) eyni zamanda İran memarları 

tərəfindən  hamamların  tikilməsinə  də  nail 

olmuşdu. 

İslam ölkələrində bağ-parkların, yəni bağça-

ların inkişafı şəhərlərin yüksəlməsi ilə əlaqədar idi. 

Ərəb tarixçi və coğrafiyaşünaslarının adlandırdığı 

kimi, 8-ci əsrdə xəlifənin ən varlı ölkəsi olan Azər-

baycanda  təsərrüfat  həyatının  yüksək  inkişafı  və 

bağ-park sənətinin çiçəklənməsi nəzərə çarpırdı. 

Orta  əsrlərdə  Azərbaycanda  bir  neçə 

memarlıq  məktəbi  nəzərə  çarpır.  Bunlardan  ən 

erkəni  –  Bərdə,  Şəmkir,  Beyləqan  və  Gəncədə 

formalaşmış  Aran  məktəbi,  12-15-ci  əsrlərdə 

Naxçıvan,  Şirvan-Abşeron,  13-cü  əsrdən  isə 

Təbriz  memarlıq  məktəbləri  öz  bədii-estetik 

keyfiyyəti ilə seçilirdilər.  

Azərbaycan  memarlarının  yaradıcılığı qon-

şu ölkələrin də diqqətini cəlb edirdi. Onları İrana, 

Türkiyəyə,  Orta  Asiyaya  və  başqa  diyarlara 

işləməyə dəvət edirdilər. 

Naxçıvanda  12-ci  əsrdə  Möminə  xatun  və 

Yusif Küseyir oğlu kimi çox gözəl türbələri tikmiş 

Əcəmi  Əbubəkr  oğlunun  adını  tarix  saxlamışdır. 

Möminə  xatun  türbəsi  haqda  akademik  M.V. 

Alpatov  belə  demişdir:  “Bu  illərdə  Orta  Avropa 

memarlığında forma hissiyyatının belə inkişafına, 

kompozisiyasının  tamlığı  və  icra  kamilliyinə  rast 

gəlmək olmur. Naxçıvan məqbərəsindən Şərqin ən 

yaxşı  nümunəvi  ədəbi  əsərlərində  –  Firdovsinin 

“Şahnamə”-sində  (9-10-cu  əsrlər),  yaxud 

Nizaminin  “Leyli  və  Məcnun”unda  (12-ci  əsr) 

olduğu kimi insaniyyətlik saçılır”. 

 

 

 

Bakıda Şirvanşahlar sarayı Şirvan-Abşeron 

məktəbinə xas cəhətləri özündə əks etdirir. Təbriz 

məktəbinin isə ən səciyyəvi nümunəsi Sultaniyyə-

dəki Ölcaytu türbəsi və Təbrizdəki Göy məsciddir. 

Neft  sənayesinin  inkişafı  Bakının  sürətlə 

böyüməsinə  gətirib  çıxarır.  Hələ  19-cu  əsrin 

əvvəllərində  cəmi  21,5  ha  sahədə  yerləşən  İçəri 

şəhər  qala  divarlarından  çıxaraq  ətraf  sahələri 

tutur. 


Yerli memarlardan Qasımbəy Hacıbababə-

yov, Mirzə Qafar İsmayılov, Zivərbəy Əhmədbə-

yov, Məhəmməd Həsən Hacınski və başqaları ilə 

yanaşı  İ.V.  Qoslavski,  İ.K.  Ploşko,  N.A.  fon  der 

Nonne və başqaları da Bakının memarlıq simasını 

müəyyənləşdirən,  onun  qızıl  fonduna  daxil  olan 

tikintilər yaradırdılar. Bu, şəhər bələdiyyəsi binası 

(1904), H.Z. Tağıyevin Qızlar gimnaziyası (1898-

1901,  İ.V.  Qoslavski),  İsmailiyyə  (1907-13), 

Azərbaycan  Respublikası  EA  Rəyasət  Heyəti 

binası  və M. Muxtarovun sarayı (1912-14), şəkil 

qalereyası  binası  (İ.K.  Ploşko),  çoxlu  yaşayış 

binası və başqalarıdır. 

Sənayenin  inkişafı  və  əhali  axını  şəhərdə 

onsuz da çətin olan yaşayış şəraitini daha da çətin-

ləşdirirdi.  Birinci  və  ikinci  dünya  müharibələri 

dövründə,  tikintinin  tam  dayandırıldığı  və  didər-

ginlərin  Bakıya  axını  artan  vaxtlarda  vəziyyət 

xüsusilə kəskinləşdi. 

 

 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə