Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

İslam memarlığı və inşaat

 

 



Nizami 

əsərlərində  doqquz  sərbəst 

kimyəvi  metal  elementdən  (qızıl,  gümüş,  mis, 

qalay,  dəmir,  almaz  (karbon)  və  s.)  söz  açır  və 

tikintidə bunlardan geniş istifadəni qeyd edir. 

Eyni  zamanda  şair  daşların,  mineralların 

həyatda və insan cəmiyyətinin inkişafında böyük 

rolu  olduğunu  göstərmişdir.  Bundan  əlavə, 

qiymətli daşlar öz təcəssümünü gövhər, daş-qaş, 

ləl-cəvahirat  sözlərində  qeyd  etmişdir:  “firuzə 

göylər”,  “firuzə  günbəz”,  “firuzə  naxış”  və  s. 

Bunlar  da  onun  səma  rəngində  olmasına  və 

cazibədarlığına  işarədir.  Şair  İslam  abidələrində 

bu rənglərdən geniş istifadə edilməsini göstərir. 

Firuzə  rəngindən  təsvir  və  sirli  məqsədlə 

istifadəyə misal olaraq “Yeddi gözəl”də Bəhram 

şahın  firuzə  rəngli  günbəzə  getməsi  fəslində 

verilmiş bu şer parçasına diqqət edək: 

 

Çərşənbə günündə qönçə açdı gül 

Firuzə rənginə döndü göy bütün 

Cahan firuzədən nur alan kimi, 

Firuzə rəng oldu şahın geyimi 

Firuzə günbəzə eylədi pərvaz. 

 

Süxurlardan  “Xəmsə”də  mərmər,  gilabi, 

təbaşir  və  kəcin  adlarına  təsadüf  edilir  və 

onlardan  müxtəlif  məqsədlər  üçün  istifadə 

olunması  haqqında  məlumat  vardır.  Kəcdən 

tikinti  işlərində  istifadə  olunduğuna  aid 

məlumatlara da rast gəlinir (“tikdiyi daşla gəcdən 

gümüş imarət”). 

Nizaminin  qeyd  etdiyi  süxur,  kimyəvi 

elementlər,  rənglərdən  İslam  abidələrində  çox 

geniş  istifadə  edilmişdir.  Gildən  döymə  gil 

tikililər üçün öz təbii şəklində, ya da qabaqcadan 

hazırlanan  və  qurulan  iri  pillələr,  yaxud  xırda 

hissələr  (kərpic-xammal)  şəklində  istifadə  edilir. 

Nizami “Yeddi gözəl”də yazır: “Sarı gil ən baha 



qiymətə  gedər”.  Ağardıcı  və  yüksək  uduculuq 

qabiliyyətilə  seçilən  gilabi  elmi  dildə  “betonit 

gili” adlanır. 

Abidələrdə bişmiş kərpic xüsusi yer tutur. 

Təbii rənginə görə o, divara boyakarlıq xarakteri 

verir.  Kaşı  çəkilmiş  kərpic  olduqda  memarlıq 

xüsusiyyətindən  başqa,  əhəngə  qənaət  etməyə 

imkan yaradır, binanın tez-tez və baha başa gələn 

təmirinə ehtiyac olmur. 

Daş  Azərbaycanda  geniş  yayılmış  tikinti 

materialıdır.  Ondan  türbələrin  tikilməsində 

istifadə  edilir.  Memarlıq  abidələrində  yapışdırıcı 

və  bərpaedici  material  kimi  əsasən  kəc  və 

əhəngdən istifadə edilmişdir. 

Kəc  adi  gildən  yüksək  plastikliyi,  az  su 

keçirməsi,  möhkəmliyi  və  bir  qədər  də 

suyadavamlılığı  ilə  fərqlənir.  Kəc  məhlulunun 

plastikliyi seysmik rayonlarda xüsusilə zəruridir. 

Bəzək-inşaat  materialları  kimi,  Nizami 

rəngləri,  şüşə,  kaşı,  mozaika  və  s.  qeyd  edir. 

Rənglər  kaşı  kimi  mühafizə  və  eyni  zamanda 

dekorativ əhəmiyyəti olan inşaat materialıdır. 

Metaldan  əvvəllər  daş  hörgüsü  üzərinə 

qurğuşun çəkilən tunc bərki dicilərdən (ankerlər, 

dilqəmlər)  istifadə  olunurdu.  İnşaatda  meşə 

materialları da geniş yer tuturdu. 

Memarlıq  abidələrində  oduncağı  çəhrayı-

qəhvəyi  rəngdə  olan  arcan  ağacından  tir  taxta 

kimi geniş istifadə olunurdu. 

Memarlıq  abidələrində  ələlxüsus,  İslam 

abidələrinin  bəzək-tamamlama  işlərində  qızıl, 

gümüş, 


ləl-cəvahiratdan 

(məscidlərin 

günbəzində, qapıların bəzədilməsində) çox geniş 

istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, Ağa 

Məhəmməd şah Qacar İmam Hüseyn türbəsinin 

günbəz  və  minarəsini  qızıla  tutdurmuş,  Əli-

Əkbərin qəbri üstü mərmər, fil sümüyü və başqa 

zinətlərlə  işlənmiş:  ətrafı  qızıl  və  gümüşdən 

düzəldilmiş şəbəkə ilə əhatə olunmuşdur. 

Həzrət Abbasın qəbrinin üstünü götürmək 

üçün  İranda  düzəldilmiş  günbəzə  2  tondan  çox 

gümüş, 400 kq qızıl və daş-qaş işlədilmişdir. 

Qeyd edilənlərdən məlum olur ki, Nizami 

adları  çəkilən  bütün  minerallara,  süxurun 

xassələrinə  və  istifadəsinə  öz  zəmanəsinə  görə 

mütəxəssis  səviyyəsində  bələd  olmuşdur.  Yeri 

gəldikdə isə onları şerlərində elmi əsaslandırılmış 

və çox gözəl bədii şəkildə istifadə edə bilmişdir. 

Qədim  dövrün  alimləri  kimi  Nizami  də 

insanın sağlam olub yaşamasında sağlam mühiti 

əsas  götürür, onun  təmiz  hava  alması,  təmiz  su 

içməsi və qidalanmasına böyük fikir verirdi. 

Hələ  eramızdan  əvvəl  2-ci  minillikdə 

azərbaycanlılar  ilahi  müqəddəs  ünsürü  (od,  su, 

torpaq  və  havanı)  çox  müqəddəs  bilirdilər. 

Torpağın  və  su  mənbələrinin  çirkləndirilməsi 

üstündə insanlar ən ciddi cəzaya və hətta ölümə 

məhkum edilirdilər. Ətraf mühitə bu cür yanaşma 

qədim İslam ölkələrində dinin əsası olmuş və bu 

qanuniləşdirilmişdi. 

Orta  əsrlər  dövründə  təbiətin  qorunması, 

heyvanlar  aləminə  və  yaşıllıq  vəsaitlərinə 

ehtiyatlı  münasibət,  vəhşicəsinə  ovçuluğun 



İslam memarlığı və inşaat

 

 



43 

məhdudlaşması  nəinki  alimləri,  hətta  yazıçı  və 

şairləri  də  çox  narahat  edirdi.  Bununla  əlaqədar 

Nizami də “İsgəndərnamə”-də humanist, “ideal” 

cəmiyyəti belə xassələndirmişdir və göstərmişdir 

ki,  ovçuluğu  məhdudlaşdırmaq  və  ehtiyac 

olmadıqda heyvanları qırmamaq. 

Nizami 


təbiət-iqlim 

problemlərini 

şəhərsalma ilə bağlı nəzərdən keçirərək qiymətli 

nəticələr çıxarır. Onun əsərlərində binalar tikmək, 

şəhərlər salmaq üçün konkret coğrafi, topoqrafik 

tələblər qoyulur. Binaların yaxşı iqlim şəraitində 

olması  ilə  yanaşı,  həm  də  inşaat  sahəsini 

çökəkdə, alçaqlıqda deyil, təpə üzərində, gədikdə, 

havası  təmiz,  quru  və  sərin  yerdə  ucaldılmasını 

məqsədəuyğun sayır (“İsgəndərnamə”, 233-250). 

Şəhərsalma  baxımından  dəniz  sahili  də 

yararlı sahələrdən sayılır (“İsgəndərnamə”, 102). 

Şeyx  tikinti  yerlərinin  bədii-estetik  və 

iqlim  xüsusiyyətləri  ilə  kifayətlənməyərək 

ərazinin  yükdaşıyıcı  xüsusiyyətlərinə  də  fikir 

verməyi tövsiyə edir: 

 

Torpağın ki, sinəsi boş oldu 

Onun üstündə bina qurmaq olmaz. 

 “Ġsgəndərnamə”, 547. 



 

Bununla  yanaşı  bünövrənin  özülünün  də 

qoyulmasına diqqətlə yanaşmağı vacib sayır: 

 

Süst binalar tez də uçub dağılar. 



 “Ġsgəndərnamə”, 277. 

 

O evin dörd divarı möhkəm olmaz ki, 



Əsası əvvəldən düzgün qoyulmamışdır. 

 “Ġsgəndərnamə”, 612. 

 

Bina, 


qəsr 

və 


qalaların  memarlıq 

xüsusiyyətinə gəldikdə isə şair onların ucalığını, 

möhkəmliliyini və əlverişliliyini vacib şərtlərdən 

sayır. O, bu fikri aşağıdakı misralarda qeyd edir: 

 

Şahanə sarayı çox ucadır. 

 “Ġsgəndərnamə”, 202. 

 

Gördü bir saray var göylərə çatır 



Zaman da dəmində onun qarşısında yer  

 öpür. 

 “Ġsgəndərnamə”, 203. 



 

Və yaxud: 

 

Qranit daşlardan bir günbəz ucaltdı 

Əfsun və rənglərlə onu bəzətdi. 

 “Ġsgəndərnamə”, 214. 

 

Nizaminin  fikrincə  memarlıqda  gözəllik 



keyfiyyəti əsərə sonradan əlavə olunmayıb, əsərlə 

üzvi şəkildə bağlıdır. 

 

Orada çox gözəl bir bina var idi 

Qranitdən tikilmişdi, bərli-bəzəkli idi. 

 “Ġsgəndərnamə”, 466. 



 

Yaxud: 


 

İki cür kərpicdən əzəmətli bir qəsr  

 tikilmişdi. 

 “Ġsgəndərnamə”, 549. 

 

Əqiqdən ayrıca bir köşk gördü 

Onda xalis qızıldan işıqlı bir günbəz 

Günəşin günbəzi kimi nur saçırdı. 

 “Ġsgəndərnamə”, 550. 

 

 

 

 

 

 

 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə