Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

mək  ədalətsizlik  etməkdən  yaxşıdır43,  çünki,  birinciyə  daha 
ədalətli  adam  üstünlük  verə  bilər,  Çox  xoş  olan  da  az  xoş 
olandan yaxşıdır, çünki, hamı məmnuniyyət dalmca qaçır və 
məmnuniyyəti onun özünə görə əldə etmək istəyir, biz nemət 
və  məqsəddə  belə  cizgilər  müəyyən  etdik.  Iki  xoş  olan  şey- 
dən  daha  çox  xoş  olanı  az  acısı  (alypoteran)  olan  və 
uzunmüddətli  məmnunluq  verənidir.  Daha  çox  gözəl  olan 
da daha az gözəl olandan xoşdur,  ona görə ki, gözəl olan ya 
пэ isə xoşagəbndir, ya da özlüyündə arzuolunandır.  Insanla- 
rın böyük həvəslə özləri üçün, ya da öz dostları üçün etdiklə- 
ri də böyük nemətdir,  amma,  insanların özləri və ya dostları 
üçiin  qətiyyən  etmək  istəmədikbri  şey  isə  böyük  pislikdir. 
Uzun  müddət  davam  edən  nemətlər  qısamüddətli  olan  ne- 
mətbrdən  yaxşıdır,  eynib,  möhkəm  olan  az  möhkəm  olan­
dan yaxşıdır,  çünki,  birincibr  vaxta  görə,  ikİııcibr  isə  istək- 
brinin  yerinə  yetirilməsi  münasibətində  üstündürlər:  bizdə 
ıstək  yaranan  zaman  bizim  möhkəm  nemətdən  istifadə  et- 
mək imkanımız daha  böyükdür.  Eləcə də,  bir anlayışın dəy- 
ərbndirilməsi  ib  həmin anlayışla qohum olan, ya da həmin 
anlayışda  ifadə  olunmuş  sözün  başqa  forması  ilə  ifadə 
olunmuş  anlayışm da dəyəri  müəyyən olunur,  məsələn, əgər 
“mərdcəsinə”,  “mülayimcəsinə”dən  daha  gözəl  və  arzuolu- 
nandırsa,  mərd olmaq da mülayim olmaqdan daha çox arzu 
olunandır.  Hamının  üstün  tutduğu  şeybr,  az  adamın  üstün 
tutduğu  şeybrdən  üstündiir,  ebcə  də  insanların  çox  hissəsi- 
nin  üstün  tutduğu  şeybr  də,  insanlarm  az  hissəsinin  üstün 
tutduğu şeylərdən üstündür,  beb  ki,  biz  neməti hamının can 
atdığı  bir  şey kimi müəyyən etmişdik,  buna görə də insanla­
rm  ən  çox  can  atdığı  şey  həm  də  эп  böyük  nemət  hesab 
olunmahdır.  Bizim  düşmənlərimizin,  ya  da  rəqiblərimizin, 
ya  da  hakimlərin,  ya  da  hakimlərin  seçdikbrı  vasitəçibrin 
üstünlük verdikbri  şeybr daha yaxşıdır,  çünki,  birinci halda 
biz  bütün  insanlarm  şərik  olduğu  fıkirbrb,  ikinci  halda  isə 
bilikli  və  səriştəli  insanların  fıkirləri  ib   üzbşirik.  Hammın 
əlaqədar  olduğu  şey  daha  yaxşıdır,  çünki,  beb  şeylə  əlaqə-
38
dar  olmamaq  ayıbdır,  bəzən isə  heç  kəsin  və  ya  azlığın  əla- 
qədar olduğu  şey də  ayıb olan  şeydir,  çünki,  beb  şeybr  çox 
nadir  hallarda  olur.  Tərifəlayiq  olan  şeybr  də  qiymətlidir, 
çünki  daha  gözəldir;  eyni  qaydada,  böyük  hörmətə  səbəb 
olan  şeybr  də  yaxşıdır,  çünki,  hörmət  bir  növ  qiymətdir. 
Böyük  cəzaya  səbəb  olan  şeylər  isə  əksinə  olaraq  pisdir. 
Böyük  kimi  qəbul  olunmuş  və  ya  beb  görünən  şeylərdən 
yüksəkdə  duran  şeybr  də  daha  yaxşıdır;  eyni bir  şeyi  onun 
tərkib  hissələrinə  bölsək,  o,  böyük  görünəcək,  ona  görə  ki, 
onun böyüklüyü şeybrin  say çoxluğu ib   təmsil olunub.  Me- 
leaqrı üsyan  etmək üçün  necə  inandırmaqları  haqqında  şai- 
rin hekayəsi məhz bunlardandır:
Düşmən  tərəfmdən  tutulmuş  şəhərdə  əhalinin  üstünə 
bəlalar tökülür;
Vətəndaşları evbrində doğrayırlar, bütün şəhəri
od bürüyüb,
Qadın və uşaqlan alçaqcasma bağlayaraq
əsir aparırlar.44
Epiharmm45 istifadə etdiyi ayrıca hissələrin müqayisəsi 
və  birbşdirilməsi  və  eyni  səbəblər üzündən  də onların  ayrıl- 
ması  da eyni  məna daşıyır,  çünki  hissəbrin  müqayisəsi  tam 
olana  güclü  üstünlük  görkəmi  verir  və  məhz  о  zaman  tam 
olan  böyük  şeybrin  mənbəyi  və  səbəbi  kimi  görünür.  Çətin 
olan  və nadir  tapılan  şeylər daha yaxşı  olduğu  üçün,  şərait, 
yaş,  zaman,  məkan və qüwə göstəricibri şeyin qiymətini ar- 
tıra bibr, ona görə ki, həmin şey qüvvə və yaşa baxmayaraq, 
bizim  kimilərin  пэ  etdiyinə  baxmayaraq  edilibsə  və  əgər 
məhz harada isə və məhz nə zaman isə edilibsə,  onda həmin 
şey  gözəlliyinə,  faydalılığma  və  ya  ədabtli  olmasına  görə 
üstün  görkəm  qazanır  və  ya  onlara  əks  olan  şeybrin  üstün 
görkəmini qazamr. Olimpiya oyunlarmda qalib gəbn birinin 
şərəfınə yazılmış epiqram buradan götürülüb:
Vaxt vardı ki, т э п  əyri çiyin ağacı ib  
Arqosdan Tegeyaya balıq daşıyardım.46
39


İfikratın47 özünü tərifləyərək “budur, man bundan baş- 
lamışam”  deməyi  də  buradandır.  Insana  təbiət  tərəfmdən 
verilmişlər  kənardan  əldə  edilmişlərdən  daha  yaxşıdır, 
çünki, birincisi çətindir; məhz buna görə də şair deyib:
Mən öz-özünə öyrənmiş adaraam.48
Hər  hansı  bir  böyük  olanın  эп  böyük  hissəsi  də  daha 
çox  əhəmiyyətə  malikdir;  Perikl  “Qəbrüstü  nitqində” deyib 
ki, vətən üçün gəncbrin itirilməsi elə bir əhəmiyyətə malikdir 
ki, bunu ancaq ilin fəsillərindən baharın itirilməsi ilə müqay- 
isə  eləmək  olar” .49  Böyük  ehtiyac  zamanı,  məsələn,  qocalıq 
VƏ 
xəstəlik zamanı yardım göstərmək də yaxşıdır. İki nemət- 
dən  isə  məqsədə  daha  yaxm  olanı  dəyərlidir,  eləcə  də  həm 
mənim  üçün,  həm  də  ümumiyyətlə  yaxşı  olan  yaxşıdır. 
Mürakün  olan  raümkün  olmayandan  üstündür,  çünki,  bi- 
rincisinin  insan  üçün  əhəmiyyəti  var,  ikincisinin  ısə  yox. 
Həyatın  sonunda  olanlar  daha  yaxşıdır,  çünki,  sonda olan­
lar  məqsədin  xüsusiyyətlərinin  əksəriyyətini  özündə  cəmlə- 
miş olur. Həqiqət sahəsinə aid olanlar ad-san şöhrət xatirinə 
edilənlərdən yaxşıdır, şöhrət xatirinə edilənlər sahəsinə elələ- 
ri aiddir ki, onlar sirr kimi qalsaydı, heç kəs onları  etməzdi. 
Məhz  buna  görə  də  belə  insan xidmət  göstərməkdənsə,  xid- 
mətdən  istifadə etməyi üstün  tutur;  çünki,  o,  xidmətdən  nə- 
zərə çarpmadan istifadə edə bilər,  amma,  o,  xidmət göstərə- 
rək  kölgədə  qalmağı  lazımlı  hesab  etmir.  Həqiqətən  yaxşı 
olmaq  əslində  ancaq  yaxşı  görünməkdən  çox  vacibdir, 
çünki,  bu  həqiqətə  daha  yaxmdır.  Bununla  beb,  bəziləri 
yaxşı  olmaqdansa,  belə  görünməyi  üstün  tuturlar  (düzdür, 
bu sağlamlığa aid deyil) və buna görə də, ədaləti пэ isə əhə- 
miyyətsiz bir şey  hesab edirlər.  Müxtəlif münasibətlərdə çox 
faydalı  olanlarm,  məsələn,  bizə yaşaraağa,  xoşbəxt  olmağa, 
xoş şeylərdən istifadə etməyə və yaxşılıq etməyə kömək edən 
şeylərin də dəyəri çoxdur,  məhz buna  görə də  var-dövlət və 
sağlamlıq  ali  nemətlər  hesab  olunur  -   axı,  onlar  bütün  bu 
nemətlərin  şərtidir.  Az  dərd  gətirən,  məmnunluqla  bağlı 
olan şeylər də yaxşıdır, çünki,  belə şeydə iki nemət var, belə
40
ki,  həm məmnunluq nemətdir,  dərdin yoxluğu da  nemətdir. 
tki nemətdən  böyük  olanı odur ki,  о  birisi kimi böyüklükdə 
nemətlə  birləşəndə  böyük  tam  əmələ  gətirsin.  tştirakı  gözə 
çarpan  iştirakı  gözə  çarpmayandan  daha  yaxşıdır,  çünki, 
birincisi,  həqiqətə  yaxındır;  buna  görə  də  varlı  görünmək- 
dənsə,  varlı  olmaq  daha  yaxşıdır.  Sevilən  şeylər  də  daha 
qiymətlidir,  eyni  bir  predmet həmin predmetdən ancaq biri- 
пэ  sahib  olan  üçün  həmin  predmetin  çox  miqdarma  sahib 
olan  adam  üçün  olduğundan  daha  çox  qiymətlidir.  Məhz 
buna  görə  də,  bir  gözü  olan  insanm  gözünü  kor  edənlə,  iki 
gözii  olan  insamn  bir  gözünü  kor  edənə  eyni  cəzanı  ver- 
mirbr,  ona görə ki, birinci halda  insandan onun üçün xüsu- 
sib əziz  olan  bir orqanmı alıblar.  Bebliklə,  biz kimi isə yola 
gətirmək  və  ya  yoldan çəkindirmək  iiçiin  inandırma üsulla- 
rını  təqribən  haradan  əldə  etmək  lazım  olduğu  haqqında 
danışdıq.
8.  Maşvəratçi  natiq  müxtəlif idarə formalarım yaxşı  bilməlidir. 
Dörd idarə forması:  demokratiya,  oliqarxiya,  aristokratiya, 
monarxiya.  -  Har bir idarə formasmm maqsədi.  -  Mdşvarat- 
çi natiq idarə formalarmm hər birinin adətlərini bilməlidir.
Inandırmaq  və  yaxşı  məsləhətbr  vermək  iqtidarında 
olmaq üçün эп  vacib və  uyğun  gələn vasitə bütün  idarə  for- 
malarım, onlarm hər  birinin ənənə  və qanunlarmı  başa  düş- 
mək  və  onlarm  hər  biri  üçün  nəyin  faydalı  olduğunu  müəy- 
yən  etməkdir,  ona  görə  ki,  hamı  faydalı  olanı  rəhbər  tutur, 
faydalı  olan  isə  odur  ki,  o,  dövbt  quruluşunu  saxlasın.  Ali 
hakimiyyətin  iradəsinin  ifadəsi  də  həlledici  əhəmiyyətə  ma­
likdir,  ali  hakimiyyət  növləri  isə  dövbt  quruluşu  növlərinə 
görə fərqbnirbr: neçə cür  idaro forması varsa, bir о qədər də 
ali hakimiyyət  növü var.  İdarə formalan dörddür: demokra­
tiya,  oliqarxiya,  aristokratiya və monarxiya50,  buna görə  də 
ali  hakimiyyət  və  məhkəmə  hakimiyyəti  ya  bütün  dövbt 
üzvbrinə,  ya  da  onlann  bir  hissəsinə  aiddir.  Demokratiya 
e b  bir idarə formasıdır ki, orada vəzifəbr püşkatma yolu ib
41


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə