Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

istəməsəydi,  onda  həya sənin  gözlərini  tutm azdı  v ə   sən əda- 
lətli olanı deyərdin”.55
İnsanların  qorxunun  təhriki  olmadan g ö rd ü y ü   iştar də 
gözəldir, insanlar şöhrətlənmək üçün iş görəndə  b elə hərəkət 
edirlər.  ö z   təbiəllərinə  görə  эп  yaxşı  olan  a d am la rın   məziy- 
yətləri  və  işləri  də  gözəldir,  məsələn,  kişilərin  məziyyətləri 
qadmların  məziyyətlərindən  yüksəkdir.  Həm  d ə   elə  mə- 
ziyyətlər  gözəldir  ki,  onlar  bizim  özünıüzdənsə  başqalarma 
daha  çox  fayda  versin;  məhz  buna  görə  də  b ü tü n   ədalətli 
olan  şeybr  və ədabtin  özü də  gözəldir.  Düşmənlərdən  qisas 
almaq  da,  onlarla  barışmamaq  da  gözəldir56,  o n a   görə  ki, 
əvəz  çıxmaq  ədalətlidir,  ədalətli  olan  isə  gözəldir,  həm  də 
mərd  insana  öz  üzərində  qələbə  qazanmağa  im k an   vermə- 
mək xasdır.  Həm qələbə,  həm də şöhrət gözəl şeylər sırasına 
daxildir,  ona  görə  ki,  hər ikisi  hətta  heç  bir m addi  mənfəət 
ib  bağlı olmasalar da, arzuolunandırlar və hər ikisi görkəmli 
məziyyətlərin əlamətidir.  Bütün xatirə şeybri gözəldir və çox 
xatırlanan  şey bir  о  qədər də  gözəldir.  Bizdən  so n ra   da ya- 
şayacaq,  şərəf və şöhrətb  bağlı,  fövqəladə xarakterli hər şey 
gözəldir. Təkcə bir insanda olan şey də gözəldir,  çünki, beta 
şeytar daha çox  diqqəti cəlb edir.  Eləcə  də,  gəlir  gətirməyən 
mülkiyyət  də  gözəldir,  çünki,  bu,  azad  insanm  ləyaqətinə 
daha çox uyğundur.  Ayrı-ayn xalqlarda gözəl sayılan  şeytar 
də,  onlarda  şərəfli  bir  şeyin  əlaməti  hesab  edilənlər  də  gö- 
zəldir:  məsələn:  Lakedemoniyada  uzun  saça  m alik   olmaq 
azad  vətəndaş  olmağın  əlaməti  olduğuna  görə  gözəl  sayılır 
və  beta saçı  olan  insan  üçün  qulların  gördüyü  h ər  hansı  bir 
işi  görmək  heç  də  asan  deyil.57  Alçaq  bir  sənətlə  məşğul ol- 
mamaq da gözəldir, beta ki,  azad insana başqalarm dan asılı 
olaraq yaşamaq xas deyil.
Bununla  yanaşı,  məlum  keyfiyyətlərə  yaxın  keyfıy- 
yətbri  həm  təqdir,  həm  də  tənqid  edən  zaman  o n ları  bir- 
birinin eyni  kimi qəbul etməliyik,  məsələn,  ehtiyatlı  insanı -  
soyuq  və  məkrli,  sadəlövh  insanı  -  xeyirxah,  küt  hissiyyatlı 
insam sakit insan kimi  qəbul etməliyik və hər b ir xüsusiyyəti
46
daha  yaxşı  tərəfə  yozmalıyıq,  məsələn,  qəzəbli  və  ipə-sapa 
yatmayan  insanı  sadə və hiybsiz,  öz bildiyini edən insani ali 
və  ləyaqətli  insan  kimi  və  ümumiyyətb  hər  hansı  bir  key- 
fiyyətə  ifrat  səviyyəsində  malik  olan  insanları  məziyyətbrə 
sahib  olan  insan  kimi  qəbul  etməliyik,  məsələn,  dəlicəsinə 
qoçaq  olanı  mərd  insan  kimi,  israfçı  insanı  səxavətli  kimi 
qəbul  etməliyik,  onsuz da  kütbdə  beta təəssürat  yaranacaq, 
Bununla  yanaşı,  burada  səbəbdən  paralogizm58  qurmaq 
olar:  əslində  əgər  insan  zəruri  olmayan  yerdə  özünü  təhlü- 
кэуэ  atırsa,  onda tam ehtimal  var  ki,  o,  vəzifəsinin  təbb et­
diyi  yerdə  bunu  daha  böyük  canfəşanlıqla  edəcək.  Əgər  in­
san  qarşısına  çıxan  hər  kəsə  qarşı  əliaçıqdırsa,  onda  o,  öz 
dostlarına  qarşı  da  beb  olacaq,  çünki,  hamıya  qarşı  xeyir- 
xahlıq  etmək  məziyyətin  ifrat  həddidir.  Bu  zaman  diqqət 
vermək lazımdır ki,  tərif kimlərin  arasmda söylənilir,  çünki, 
Sokratm  təbiri  ita  desək,  afinalıları  eb   afınalılar  arasmda 
tərifləmək  asandır.59  Tərif  edən  adam  bilməlidir  ki,  hansı 
xüsusiyyət sözügedən  insan qrupları arasmda,  məsələn,  skif- 
lərin və ya lakonilılarm,  ya da  fılosoflarm  arasında  qiymət- 
ləndirilir.  Ümumiyyətlə,  şan-şöhrət  anlayışmı  gözəl  anlayışı 
ilə  yanaşı  qoymaq  lazımdır,  ona  görə  ki,  bu  anlayışlar  bir- 
birinə yaxmdır.  Münasib və ləyaqətli olanı tərifləmək lazım- 
dır,  məsələn,  əcdadlarımızm  ad-samna  və  bizim  daha  əvvəl 
gördüyiimüz  işlərə  layiq  olanları,  çünki,  insanın  öz  şan- 
şöhrətini  artırmağı  xoşbəxtlikdir  və  gözəldir.  Bizim  gözlə- 
diyimizdən daha yaxşı  və gözəl baş verənlər də gözəldir, mə- 
sələn,  xoşbəxt  olan  zaman  mülayim  olan  insanın,  bəd- 
bəxtliyə  düçar  olanda  alicənab  olması  və  ya  birinin  yük- 
səldikcə  yaxşı  və  sadə  olması.  Ifikratın  sözləri  də  bu  qə- 
bildəndir:  “Мэп  haradan  gəlirəm  və  haraya  gəlmişəm?”, 
eləcə  də  Olimpiya  oyunlarmda  qalib  gələnin  sözbri:  “Vaxt 
vardı  ki,  mən  əyriçiyin ağacı  çiynimdə...”.60  Simonidin  şeiri 
də  bu qəbildəndir:  “Tiranların  qıa,  arvadı  və  bacısı  olmaq­
la ...”.61  Insan gördüyü işlərə görə tərifləndiyi üçün və mənəvi 
cəhətdən  yaxşı  insana  əvvəlcədən  qəbul  olunmuş  niyyətə
47


əsasən  iş görmək  xas  olduğu üçün,  onda  biz göstərməyə  ça- 
lışmalıyıq  ki,  təriflədiyimiz  insan  əwəlcədən  qəbul  etdiyi 
niyyətə  uyğun  hərəkət edir.  Tez-tez belə  hərəkət edən insan 
kimi görünmək də yaxşıdır;  buna görə də təsadüfləri və bilə- 
rəkdən olmayan səhvbri bizim niyyətimizə daxil olan bir şey 
kimi qələmə verməliyik vs> əgər bunlara  bənzər çoxlu  hallan 
misal  gətirə  bilsək,  onda  onlar  məziyyət  və  niyyətli  hərəkət 
əlaməti kirai görünərlər.
Тэг if hər  hansı  bir  insanın  böyük  məziyyətbrini  izhar 
etmək üçün vasitədir; 'ou səbəbdən də göstərmək lazımdır ki, 
tərifbnən  insanm  fəaliyyəti  məziyyət  xarakteri  daşıyır.  En- 
komi  isə işbrin  özünə aiddir  (xarici xarakterin  başqa cəhət- 
İəri,  məsələn,  nəcib  mənşə  və  tərbiyə səbəb  rolunu  oynayır, 
beb ki,  yaxşı  əcdadlardan  yaxşı  nəslin  törəməsi  və  beb tər- 
biyə  görmüş  insanm  məhz  bu  cür  olması  təbiidir)  E b   buna 
görə  də  biz  enkomibrdə  nə  isə etmiş  insanları  mədh  edirik, 
fəaliyyət isə məlum əxlaqi xarakterin əlamətidir; axı  biz beb 
fəaliyyət göstərməmiş  adamı da tərifləyə bilərdik,  əlbəttə ki, 
onun  beb fəaliyyət göstərə  biləcəyinə  əmin  olsaydıq.  Maca- 
rismos  “bəxtiyarlığm  tərifı” və eydamonismos  “xoşbəxtliyin 
tərifi”  adlanan  şeybr  öz  aralarmda  oxşardırlar,  amma  tərif 
və enkomi cəhətdən oxşar deyildirbr:  песэ ki, xoşbəxtlik an- 
layışı  özündə  məziyyət  anlayışını  daşıyır,  eləcə  də  macaris- 
mos  və eydamonismos  da  tərifı  və ya enkomini  əhatə etmə- 
lidir.
Tərif  və  məsbhət  öz  görkəmlərinə  görə  bənzərdirbr, 
ona  görə  ki,  məsləhət  verən  zaman  nəsihət  olan  şey  ifadə 
üsulu  dəyişən  zaman  tərifə  çevrilir:  madam  ki,  biz  hərəkət 
etməli olduğumuzu və песэ olmalı olduğumuzu bilirik, onda 
bunu  məsləhət  kimi  vermək  üçün  bizə  ifadəbr  və  onlarm 
yerbrini  dəyişdirmək lazımdır,  məsələn,  “biz  taleyin verdiyi 
ib   deyil,  özümüzün  əldə  etdiyi  ilə  fəxr  etməliyik”.  Bu 
müddəanm tərif xarakterli  ifadəsi belədir:  “O,  ona tale  tərə- 
fmdən  bağışlananla  deyil,  öziinün  əldə  etdiyi  ilə  fəxr  edir”. 
Ona görə də, sən tərifləmək istəyəndə bax gör ki, sən пэ məs-
48
b hət  verə  bibrsən,  məsləhət  vermək  istəyəndə  isə  gör  nəyi 
tərifləyə bilərsən. О ki, qaldı ifadə üsuluna, o,  burada zəruri 
olaraq  əks  olacaq, çünki,  yerdəyişmə birinci halda qadağan 
xarakterli, ikinci halda isə qadağan xarakteri olmayan ifadə- 
lərə aiddir.  Bir sıra əlverişli şəraitbri də nəzərə almaq lazım- 
dır,  məsələn,  bilməliyik  ki,  tərifləmək  istədiyuniz  insan  tək 
hərəkət edib, ya bu işdə birinci  olub və ya bəzi insanlar ona 
kömək  göstəriblər, çünki,  bunların hamısı gözəldir.  Нэгэкэ- 
tin edildiyi vaxtı göstərməkb də (məhz nəzərə çarpdırmaqla) 
faydalanmaq  olar,  yəni  filan  şey  qeyri-əlverişli  vaxta  və  şə- 
raitə baxmayaraq həyata  keçirildi.  Eyni bir işin öhdəsindən 
tez-tez  gələn  adam  da  təriflənir:  bu  həm  çətindir,  həm  də 
ona  sübutdur  ki,  təriflənən  müvəffəqiyyətə  görə  təsadüfə 
deyil,  özünə  borcludur.  Həm  də  e b   insanlar  da  tərifə  layi- 
qdir  ki,  onların  şərəfinə  müəyyən  həvəsbndmnə  və  alqışla- 
ma üsulları icad  olunsun və həyata keçirilsin,  məsəbn,  şərə- 
fmə  nəğmə  bəstələnib,  tərənnüm  edibn  ilk  insan  olan  Hip- 
polax kimi,  şərəfinə Aqorada62 heykəlbr qoyulan ilk  insan­
lar olan Harmodi və Aristogiton kimi.  Əks xarakterli halla- 
ra münasibətdə də eynilə beb mülahizəbrin əhəmiyyəti var. 
Əgər  insflnın  özünə  görə  damşmağa  söz  tapmırsansa,  onu 
başqaları  ib   müqayisə  et,  məhkəmədə  danışmağa  adət  et- 
məmiş  Isokrat  da  beb  edirdi.  Insanı  məşhur  adamlarla 
müqayisə  etmək  lazımdır,  çürıki,  əgər  həmin  insan  hörmətə 
layiq  adamlardan  yaxşıdırsa,  o,  bundan  ancaq  qazanacaq. 
Mübaliğə  ədabtli  olaraq  təriflərdə  istifadə  olunur,  ona  görə 
ki,  tərif üstünlük anlayışı  ilə bağlıdır, üstünlük isə gözəl olan 
şeybrin  sırasına  daxildir,  buna  görə  də  əgər  insanı  məşhur 
adamlarla  müqayisə  eləmək  olmazsa,  onda  onu  ümumiy- 
yətb  başqa  adamlarla  müqayisə  etmək  lazımdır,  çünki, 
üstünlük  məziyyət  əlamətidir.  Нэг  üç  növdən  olan  nitqbr 
üçiin  eyni  olan  üsullardan  biri  olan  mübaliğə  эп  çox  epi­
deyktik  nitqlərə  uyğundur,  çünki,  burada  natiq  danılmaz 
fakt kimi qəbul olunmuş hərəkətbrb üzləşməli olur,  ona  bu 
hərəkətbri əzəmət və gözəlliklə ancaq  bürümək qalır.  Misal-
49


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə