Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   2   3   4   5   6   7   8   9   ...   64

Tərif  və  ya  məzəmmət  edən  insanlar  üçün  məqsəd  -  
gözəl  və  nöqsanlı  olam  fərqləndirməkdir, amma  bura  da 
başqa mülahizələr əlavə olunur.
Ног  bir  növdən  olan  nitq  üçün  məhz  bizim  dediyimiz 
məqsədin  olmasmın  sübutu  odur  ki,  bəzi  hallarda  qalan 
başqa  bəndbrə  görə  qətiyyən  mübahisə  etmirlər;  məsələn, 
iddiaçı heç vaxt inkar etmir ki, fakt həqiqətən olub və ya bu 
fakt  həqiqətən  də  ziyan  törədıb,  amma,  o,  ədalətsiz  iş 
gördüyü  haqqında  fikirb  razılaşmır,  çünki,  əgər  belə  olma- 
saydı, onda heç bir məhkəmə lazım olmazdı.
Məsbhət  verən  natiqbr  də  eynilə  bu  cür,  qaian  hər 
şeydə  tez-tez  güzəşt  etsələr  də,  heç  vaxt  boyun  almırlar  ki, 
xeyirsiz  məsləhətlər  verirbr  və  ya  xeyirli  şeylərdən  çə- 
kindirirbr;  məsəbn,  onlar çox vaxt qətiyyən  diqqət  vermir- 
b r  ki,  qonşulan  və  ya  bizə  heç  bir  pislik etməyən  adamları 
əsarət  altma  almaq  песэ də  ədalətsizdir.  Eynib,  tərif və  ya 
məzəmmət  edən  natiqbr  də  bu  adaraın  пэ  isə  xeyirli  və  ya 
ziyanlı  bİr  şey  etməsinə  baxmırlar,  hətta  bəzən ona  görə  tə- 
rifləyirbr  ki,  öz  faydasına  zidd  olaraq  пэ  isə  gözəl  bir  şey 
edib;  məsələn,  Axilli  ona görə  tərif edirbr  ki,  o,  özünün  bu 
vaxt öb  biləcəyini bib-bib dostu Patrokla yardım göstərir26, 
halbuki,  onun  yaşamağa  tam  imkam  var  idi.  Onun  üçün 
ölüm nə isə daha gözəl bir şey kimi,  həyat isə faydalı  bir şey 
kimi təsəwür olunur.
D eyibnbrdən aydmdır ki, hər şeydən əvvəl göstərilmiş 
hər  bir  qəbildən  olan  nitqbrin  hər  birinin  mühakimələrini 
ayrıca  bilmək  vacibdir,  çünki,  sübutlar,  ehtimallar  və  əla- 
m ətbr ritorikanın mühakiməbridir.  Axı, ümumilikdə desək, 
sillogizm mühakimələrdən tərtib olunur,  entimema isə admı 
çəkdiyimiz  mühakimələrdən  tərtib  olunmuş  sillogizmdir. 
Beb  ki,  keçmişdə  baş  verə  bilməyən  qeyri-adi  bir  şey  gə- 
ləcəkdə də baş verməyəcək, həmişə ancaq mümkün olan şey- 
b r   baş verir  və eynilə beb,  пэ isə  mümkün  olmayan bir  şey 
heç  vaxt  keçmişdə  baş  verə  bilmədiyi  kimi,  gəbcəkdə  də 
mümkün olmayan bir şey baş verə bilməz; buna görə də həm
18
məsləhət  verən,  həm  də  məhkəmə  və  ya  epideyktik  nitqlər 
söyləyən  natiqbr  üçün  mümkün  olan  və  mümkün  olmayan- 
lar  haqqmda,  nəyin  isə  olduğunu  və  ya olmadığmı,  olacağı 
və ya olmayacağı haqqmda mühakiməbri qabaqcadan hazır 
tutmaq zəruridir.
Bundan  başqa,  həm  tərif edən  və  ya  məzəmmət  edən, 
həm  də dilə  tutub inandıran,  ya da  dilə  tutub fıkrindən da- 
şmdıran,  eləcə  də  günahlandıran,  ya  da  bəraət  qazandıran 
bütün  natiqlər  təkcə nəyi  isə sübut etməyə can atmırlar,  on­
lar  həm də xeyir  və  ya  şərin,  ədalətin  və  ya  haqsızlığm,  gö- 
zəlliyin  və  ya  mənfurluğun  böyüklüyünü  və  ya  miskinliyini 
göstərməyə çalışırlar və bu zaman predmetləri öz-özlüyiində, 
ya  da  bir-biriləri  ilə  müqayisə  edərək  nəzərdən  keçirirbr. 
Bütün bunları nəzərə alaraq, aydmdır ki, ucahq və miskinlik 
və böyüklük və kiçikliyə aid həm ümumi, həm də xüsusi xa- 
rakterdə  olan  mühakimələri  əldə  hazır  saxlamaq  lazımdır; 
məsəbn,  nəyi  böyük  və  ya  kiçik  fayda  və  ya  böyük,  ya  da 
kiçik  cinayət  və  ya  çox,  ya  da  az  dərəcədə  ədalətli  hərəkət 
adlandırmaq olar; bu eynilə qalan predmetlərə də aiddir.
Bebliklə,  biz  nəyə  dair  mühakiməbrin  əldə  hazır  tu- 
tulmasımn  zəruri  olması  haqqmda danışdıq.  Bundan  sonra 
isə  hər  bir  növdən  olan  nitqlərin  predmetini  ayrıca  araşdır- 
maq lazımdır:  bu həm  məşvərətçi,  epideyktik,  həm də məh- 
к э тэ  nitqlərinə aiddir.
4. Məşvarətçi nitqlərdə natiq nadan damşmah olur? -  İnsanların 
əlaqədə oiduğıı  məsəfefarin müfassal suratdə  ləhlili ritorikanm 
sahəsina aid deyildir.  -  Ritorikaya analitik və siyasi elementhr 
daxildir.  -   Məşvərətçi  nitqhrin  söyhnməsina  dair  beş  band: 
maliyyə,  müharibə  və sülh,  ölkənin  qorunmast,  ölkənin  ərzaq 
ehtiyatı,  qanunvericilik.  -   Natiq  dövht  quntluşu  qayddarmı 
bilmalidir.
Beblikb, hər  şeydən  əvvəl müəyyən etmək lazımdır ki, 
insan hansı qəbildən olan fayda və ziyan barəsində məşvərət 
edir,  beb ki,  məşvərəti  bütün fayda,  nemət  və ziyanlar  haq­
qmda  deyil,  ancaq  həm  mümkün  ola  bilən  və  həm  də
19


mümkün  ola  bilməyənlər  haqqmda  etmək  olar.  Hökmən 
mövcud  olan  və  ya  olacaq  və  ya  olmayacaq  və  ya  ola  bil- 
тэуэсэк  şeylər  haqqında  isə  heç  bir  məşvərət  ola  bilməz. 
Amma,  ola  biləcək  şeylərin  hamısı  haqqmda  da  məşvərət 
etmirlər, çünki, ola biləcək və bilməyəcək  nemətbr arasında 
elələri də  var ki,  onlar şeylərin  təbii  axarında  və ya  təsadüfi 
olaraq  meydana  çıxırlar  və  onlarm  haqqmda  məşvərət  et- 
məyin heç bir xeyri yoxdur.  Aydındır ki,  ancaq elə hadisələr 
haqqında  məşvərət  etmək  olar  ki,  onlar  təbiətbrinə  görə 
bizdən  asılıdır  və  onların  yaranma  mənbəyi  bizim 
özümüzdədir.  Axı  biz  о  vaxta  qədər  məlum  şeyləri  tədqiq 
edirik  ki,  onları  düzəltməyimizin  mümkünlüyünü  və  qeyri- 
mümkünlüyünü müəyyən edək.
Burada  biz  insanların  adətən  əlaqədə  olduğu  məsə- 
lələri  bir-bir,  müfəssəl  şəkildə  nəzərdən  keçirərək  növlərə 
bolməyi  qarşımıza  məqsəd  qoymalıyıq,  lakin,  onlara  həqi- 
qətə  uyğun  tərifı  mümkün  qədər  verməməliyik,  çünki,  bu 
ritorikanm  sahəsinə  aid  olmayıb,  başqa,  daha  dərin  və  hə- 
qiqi  elmin  sahəsinə  aiddir,  həm də,  indİ  ritorikaya  ona  xas 
olandan daha çox məsələ aid edilib.
Bizim,  əvvəl  də  qeyd  etdiyimiz  kimi  ritorikanm  ana- 
litik  elm  ilə  əxlaqa  dair  siyasət  elmindən  ibarət  olması  və 
onun  bəzi  münasibətdə  dialektikaya,  digarində  isə  sofıst 
mühakimələrinə  oxşarlığı  düzgündür.26  Əgər  biz  dialektika 
və  ritorikam  qabiliyyət  kimi  deyil,  elm  kimi  nəzərdən  ke- 
çirmək istəsək, onda özümüz də hiss etmə  dən onların təbiə- 
tini  məhv  edərik,  belə ki,  onlara  beb  münasibət  bəsləməklə 
biz eb  elmlərin sahəsinə keçməli olacağıq ki, onlarm sahəsi- 
пэ  təkcə  mühakiməbr  deyil,  həm  də  məlum  predmetbr  də 
daxildir.
tndi  isə  eb   məsəbbrdən  danışaq  ki,  onları  kateqo- 
riyalara  bölmək  faydalıdır  və  onlarm  siyasət  elmi üçün əhə- 
miyyəti  vardır.  Haqqmda  insanların  məşvərət  etdiyi və  na- 
tiqbrin fikir söybdiyi şeybri əsasən beş bəndə ayırmaq olar:
20
maliyyə,  müharibə və sülh,  ölkənin müdafıəsi,  ərzağm  idxalı 
və ixracı və qanunvericilik.
Maliyyəyə  dair  məsbhət  vermək  istəyən  şəxs  bütün 
dövlət gəlirbrinin  bütün  mənbələrini,  onlarm  necə və пэ qə- 
dər olduqlannı bilməlidirbr ki, onlardan hər hansı biri yad- 
dan  çıxsa,  onu  gəlirə  əlavə  etsin  və  başqa  birisi  lazım  ol- 
duğundan az olanda onu artırsın; bundan başqa bütün xərc- 
ləri  mütləq  bilmək lazımdır  ki,  məxaricin  bir bəndi  faydasız 
çıxarsa  onu  bğv  etsin,  hər  hansı  başqa  birisi  isə  lazım  ol- 
duğundan  çox  böyükdürsə,  onu  azaltsın,  belə  ki,  insanlar 
ancaq  əllərində  olanlara  əlavə  etməkb  varlanmırlar,  bunu 
həm də xərcbri azaltmaq yolu ib  əldə etmək olar.
Bütün  bu məlumatları  təkcə bir işin  təcrübəsindən əldə 
etmək olmaz:  buna dair məsləhətlər vermək üçün m ütbq bu 
sahədə  başqalarmm  qazandıqları  təcrübəbri  də  bilmək  la- 
zımdır.
Müharibə və sülhə gəldikdə isə burada dövbtin gücünü 
bilmək  vacibdir.  Indiki  zamanda  onun  gücünün  böyüklüyü 
nə qədərdir və əvvəl пэ qədər olub, dövlətin  gücü indi  nədə- 
dir və  onu hansı  cəhətdən  daha  da  artırmaq  lazımdır.  Bun­
dan  başqa,  bilmək  vacibdir  ki,  dövlət  hansı  müharibəbri 
aparıb  və  necə  aparıb  -   bütün  bunları  təkcə  öz  dövlətinə 
qarşı  münasibətdə  deyil,  həm  də  qonşu  dövbtlərə  qarşı 
münasibətdə  də  бугэптэк  lazımdır.  Həmçinin  bilmək  la- 
zımdır ki, hansı qonşularla müharibə etmək ehtimalı var.  Bu 
ona görə lazımdır ki, daha güclü olanlarla sülh qorunub sax- 
lansm,  zəiflərə  gəldikdə  isə,  eb  ebmək  lazımdır  ki,  müha- 
ribənin başlanması həmişə bizdən asılı olsun.
Düşmənlərin hərbi qüvvələrini  bilmək də vacibdir,  on­
larm  qüvvələrinin  bizim  qüvvələrə  uyğun  gəlib-gəlmədiyini 
bilməliyik,  çünki,  bu  yolla  biz  həm  faydalana  bilbcəyik, 
həm də ziyan vura biləcəyik.  E b  bunun üçün də  təkcə  bizim 
deyil,  yadlarm da  apardığı  müharibəbri  nəzərdən  keçirmək 
vacibdir, çünki eyni səbəblərdən eyni nəticələr alınır.
21


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə