Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə7/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   2   3   4   5   6   7   8   9   10   ...   64

tuturam.  Ümumiyyətlə,  var-dövlətin  mahiyyəti  ona  sahib 
olmaqdansa,  onun  istifadə  edilməsindədir;  axı,  mülkiyyət 
predmetləri  üzərində  əməliyyatlar  və  onlardan  istifadə  et- 
mək elə var-dövlət deməkdir.
Yaxşı  ad-sam  olmaq  bütün  insanlar  arasmda  sanballı 
adam kimi  sayılmaq və ya  elə bir şeyə  malik  olmaq  demek­
dir  ki,  o,  hamının  və  ya  əksər  insanlarm  və  ya  yaxşı,  ağıllı 
adamların  can  atdığı  bir  şey  olsun.  Hörmət  xeyirxah,  hami 
adamın  ad-sammn  əlamətidir;  əsasən  xeyirxahlıq  etmiş  in­
sanlarm  hörmət  görməsi  ədabtlidir,  amma,  həm  də  xeyir- 
xahlığm  baş  verməsinə  və  olmasına  imkan  verənlər  və  ya 
əldə edilməsi sözügedən yerdə və vaxtda çətin olan bir sərvət 
və  ya  nemətə  aidiyyatı  olanlar  da  hörmət  görürlər.  Çoxları 
iizdən bir о qədər də əhəmiyyətli olmayan işlərə görə hörmət 
qazanırlar  ki,  bunun  səbəbi  görülən  xidmətin  yeri  və  vaxtı- 
dır.
Hörmət  və  ehtiram  özünü  qurbanlarm  kəsilməsində, 
nəsr  və  nəzmdə  şöhrətləndirilmədə,  fəxri  hədiyyələrdə, 
müqəddəs  torpaqdan  verilən payda,  fəxri yerbrdə  dəfn  mə- 
rasimlərində,  heykəllərdə  və  dövbt  hesabma  təminatda  gö- 
stərir;  barbarlarda  isə  üz  üstə  yıxılıb  təzim  etmək,  yer  gö- 
stərmək,  həmin  xalqlarda  şərəfli  hesab  olunan  hədiyyələrin 
verilməsi  hörmət  və  ehtiram  əlaməti  hesab  olunur.  Hədiyyə 
həm məlum əmlakın verilməsi, həm də hörmət əlaməti hesab 
olunur;  məhz  buna  görə  də  hədiyyəbri  həm  mənfəətgüdən, 
həm  də  şöhrətpərəst  adamlar  əldə  etmək  istəyirbr;  hədiyyə 
həm bu, həm də digər  adamlara lazım xüsusiyyətə malikdir: 
hədiyyə mənfəət güdən  adamlarm can atdığı тйэууэп  dəyə- 
гэ malikdir,  həm də,  şöhrətpərəst adamlarm can atdığı hör- 
mət və ehtiram ib  bağlıdır.
Sağlamlıq  fıziki  məziyyət  olub,  insanın öz  bədənindən 
ağrısız istifadə etməsi deməkdir,  çünki,  bir  çoxları, məsələn, 
rəvayətbrdəki Herodik31  kimi  e b   sağlamlığa  malikdirbr  ki, 
heç  kəs  onlara  qibtə  edə  bilməz,  beb  ki,  onlar  insan  üçün
26
mümkün  olan  hər  şeydən  və  ya  çox  şeydən  imtina  etməli 
olurlar.
Gözəlliyə  gəldikdə  isə,  o,  hər  bir  yaş  üçün müxtəlifdir. 
Gəncliyin  gözəlliyi ağır zəhmətlərə qatlaşa biləcək bir bədə- 
nə  malik  olmaqdan  ibarətdir,  bu  özünü  qaçışda  və  ya 
qüvvədə  göstərə  bibr.  Gözəllik  həm  də  zövq  verən  xarici 
görünüşə  malik  olmaqdır;  məhz  buna  görə  də  pentatl32  ib 
məşğul  olan  atletbr daha  çox  gözəlliyə malikdirbr,  beb  ki, 
onlar öz təbiətbrinə görə həm güləşməyə,  həm də sürətli qa- 
çışa qabildirbr.
Yetkinlik yaşınm gözəlliyi hərb sənətinin ağırlığına dö- 
zən, xoş və həm də sanballı görkəmə malik olmaqdır.
Qocanın  gözəlliyi  zəruri  işbri  görmək  üçün  kifayət 
olan qüwəyə qadir olmaqda və qocalığı biabır edən heç bir 
şeyin olmaması nəticəsində qayğısız ömür sürməkdədir.
Qüvvə,  başqasmı  -   insanı  və  ya  predmeti,  öz  istəyinə 
uyğun  hərəkət  etdirməkdir,  bunu  isə  onu  sürüyərək  və  ya 
itəbyərək,  ya  qaldıraraq,  ya  sıxışdıraraq,  ya  da  sıxaraq  et- 
mək olar, belə ki, güclü adam bütün hərəkətbrdə və ya onla­
rm bəzibrində güclü olmalıdır.
Qamətli  insanlar  çoxlarından  boyda  hündür  olaraq, 
möhkəm  və  enlikürəkdirlər,  amma,  bu  keyfıyyətlərin  çox- 
luğu heç də onun hərəkətbrini bngitmir.
Yarışlar  üçün  lazım  olan  atletik  hünər  boy,  qüvvə  və 
cəldlikdən  ibarət  olan  keyfıyyətbrdən  yaranır,  axı  sürətb 
qaçan insan  həm də güclü insandır, məlum  qaydada ayaqla- 
rmı  sürətb  hərəkət  elətdirə  bilən  və  uzaq  məsmafədə  bunu 
davam  etdirən  adam  qaçışa  qabildir;  öz  rəqibini  sıxıb  sax- 
laya  bibn  isə  güləşməyə  qabildir;  zərbə  vurmağı  bacaran 
adam yumruq döyüşünü də bacarar, həm bunu, həm də onu 
edə  bibn  insanlar isə  pankratiyaya33  qabildir;  bütün  göstər- 
diyimiz  badən  hərəkətbrinə  qabil  olan  insana  gəldikdə  isə, 
o, pentatla da qabildir.
Yaxşı qocalıq -  gec gəbn və dərdsiz-qəmsiz olan qoca- 
lıqdır.  Nə  tez  qocalan,  пэ  də  gec  qocalsa  da  qocalığı  əzab-
27


əziyyətlə  müşayiət  olunan  insanlarm qocahğı xoşbəxt deyil. 
Yaxşı qocalıq həm insanın yaxşı fıziki keyfiyyətlərinin,  həm 
də yaxşı taleyinin nəticəsidir, çünki sağlam və güclü olmayan 
insan əzablardan məhrum olmayacaq,  eynib, pis tale nəticə- 
sində insanın həyatı xoş və uzunömürlü ola bilməz. Qüvvə və 
sağlamlıqdan  başqa,  elə  şərtlər  də  mövcuddur  ki,  onlar  in­
sanm ömrünü uzadır; çoxları yaxşı fiziki keyfiyyətlərə malik 
olmasalar  da,  uzunömürlüdürlər.  Bu  barədə  burada  danış- 
mağa heç bir ehtiyac yoxdur.
Polyphilia -  “çoxlu dostlara malik olmaq”  və chrSstop- 
hilia -  “yaxşı adamlarla dostluq” anlayışları aydmdır, çünki, 
dostun tərifi  belə verilib:  dost -   bu elə  adamdır ki,  o,  başqa 
adam  üçün  xeyirli  hesab  etdiyi  şeyi  edir  və  bunu  həmin 
adamın  xatirinə  görə  edir.  Polyphilos  -   məhz  çoxlu  dostu 
olan  insandır,  chrSstophilos  isə  dostları  həm  də  yaxşı  adam 
olan insandır.
Uğur (eytychia) isə təsadüfı hallarda э1э düşən nemətlə- 
rin ya hamısma, ya da böyük bir hissəsinə, ya da ən əsasları- 
na  sahib  olmaqdır.  tnsanm  məharəti  sayəsində  əldə  edə  bi- 
ləcəyi  bəzi  nemətlərin  əldə  edilməsinə  təsadüf34  səbəb  olur, 
amma  bəzi  nemətləri  təsadüf nəticəsində  əldə  etmək  qeyri- 
mümkündür,  təbiətin  bizə  bəxş  etdiyi  nemətlər  buna  misal- 
dır.  Təsadüf nəticəsində  əldə  edilən  bəzi  nemətlər  təbiətdən 
asıh  olmayaraq  mövcud  ola  bilərlər;  məsələn,  sağlamhğm 
mənbəyi  sənət  ola  bilər,  amma  gözəlliyin  və  qamətin  mən- 
bəyi  ancaq  təbiətdir.  Ümumiyyətlə  desək,  bunlar  həsəd  ya­
radan  təsadiifi  mənşəli  nemətlərdir.  Təsadüf  bəzən  heç  bir 
hesabla  nəzərə  alınmayan  nemətlərə  də  səbəb  ola  bilər,  mə- 
sələn,  bütün  qardaşlar  kifır  və  ancaq  biri  gözəldirsə  və  ya 
heç  kimin  nəzərinə  çarpmayan  xəzinəni  birisi  tapırsa  və  ya 
ox birinin yanmda duran adama  dəyirsə,  ona isə heç bir zə- 
rər  yetirmirsə və ya hər hansı bir yerə daim gedən insan ora 
getmirsə, ora ilk dəfə gedən başqaları isə həlak olursa; bütün 
buna bənzər hadisələr uğurun nəticəsi sayılır.
28
Məziyyətlər  haqqında  təlimin  təriflər  haqqında  təlim 
ilə  ən çox  əlaqəsi olduğuna görə,  biz,  məziyyətbr  haqqmda 
məsələni tərif haqqında danışanda araşdıracağıq.
6.  Məşvəratçi nitqin məqsədi faydadır, fayda-nemətdir; nemətin 
tərifi;  - Fəaliyyətdə olan səbəbhrin  üç növü.  -  Nemət kateqo- 
riyasma  aid olanlar:  məziyyət,  məmmniyyst,  xoşbəxtlik,  mə- 
nəvi məziyyəthr,  gözəllik və sağlamlıq,  sərvət  və dostluq,  şərəf 
və şöhrat,  yaxşı danışmaq  və hərəkət etmək bacartğı, fitri iste- 
dad,  elmlər,  bilikhr  və  sənətbr,  həyat,  ədafot.  -   Mübakisəli 
nemətlər.  -   Nemətin  bir  daha  tərifı.  -   Mümkün  olanın  iki 
növü.
Beblikb,  aydındır  ki,  biz gələcəkdə  arzu olunan  və ya 
artıq  indi  mövcud  olan  nəyi  nəzərdə  tutaraq,  kimi  isə  dib 
tutub yola gətirməliyik və ya nəyi isə nəzərdə tutub, kimi isə 
d ib   tutub,  nədən  isə çəkindirməliyik;  çünki,  ikinci  birinciyə 
əksdir.  Məşvərətçi  natiqin  məqsədi  faydadır,  çünki,  məşvə- 
rəti son məqsəd haqqmda deyil, son məqsədə aparan vasitə- 
lər  barəsində  aparırlar,  bu  vasitələr  isə  işbrin  mövcud  və- 
zıyyətində  ən faydalı  olanlardır,  faydalı  olan  isə nemətdir -  
bütün  bunlarla  əlaqədar  olaraq,  ümumiyyətb  xeyir  və  fay- 
dam n əsas elementbrini araşdırmaq lazımdır.
Nemətə öz-özlüyündə arzu  olunan,  uğrunda başqa  şey 
də arzuladığımız,  hamınm,  demək  olar ki,  hiss etməyi baca- 
ran  və  şüurlu olan  hamınm  can  atdığı  bir  şey  kimi  tərif ve- 
гэк.
Nemət  şüurun  göstərişbrinə  uyğun  gəbn  bir  şeydir; 
hər  bir  insan  üçün  nemət  odur  ki,  şüuru  onu  hər bir  ayrıca 
hal  üçün  göstərsin;  nemət  elə  şeydir  ki,  onun  olması  insanı 
sakit  və  özündən  razı  edir;  nemət  özlüyündə e b   əhəmiyyətli 
olan  bir  şeydir  ki,  bu  vəziyyətin  yaranmasına  və  davam  et- 
məsinə  səbəb  olur  və  bu  vəziyyəti  müşayiət  edir,  əks  və- 
ziyyətə mane olaraq onu aradan götürür.
Müşayiət burada iki cür ola bilər: пэ isə başqa bir şeyb 
eyni  zamanda  mövcuddur  və  ya  başqasından  sonra  mey-
29


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə