Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə9/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

tnsanlar  tez-tez  har  hansı  iki  şeyin  faydalı  olduğunu 
qəbul  edir  və  onlarm  hansının  daha  faydalı  olduğu  ba- 
rəsində mübahisə etdiklərinə görə, yuxarıda dediklərimizdən 
sonra  böyük  nemət  və  daha  çox  fayda  haqqında  məsələni 
araşdırmalıyıq.  Har  hansı  başqa  bir  şeydən  üstün  olan  bir 
şey  özündə  о  biri  şeydə olanı  və üstəlik ondan  başqa da  bir 
şeyi cəmləyir,  ondan geri qalan şey isə üstün  olandan  kiçik- 
dir.  Böyük  vahid  və  böyük  rəqəmlər  hər  hansı  kiçik  olanla 
hamişa belə münasibatdadir,  bütün böyük və kiçik, çox və az 
olanlar əksər predmetlərin vahidinə və ya sayma münasibat- 
də  belədir,  böyük  anlayışı  üstünlük,  kiçik  anlayışı  isə  azlığı 
bİldirir, çox və az anlayışları da belədir.
Biz  nemət  deyəndə  hər  hansı  başqa  şeyə  görə  deyil, 
özlüyiində  arzuolunan  şeyi,  hamınm  can  atdığı  şeyi,  agər 
şüur  va  düşüncəyə  sahib  olsaydılar,  onda  hər  şeyin  can  at- 
dığı şeyi və bu kimi şeyləri yaradan və qoruyan, elacə da on- 
larla bağlı olan her şeyi nemət adlandırırıq. Madam, məqsəd 
elə şeydir ki, onun naminə nə isə edilir və bütün qalan şeylər 
də  onun  naminə  edilir,  madam  nemət insan üçün elə şeydir 
ki, ona münasibətdə insan yuxarıda göstərilən xüsusiyyatlarə 
malik olur, onda bela bir nəticə çıxır ki, əgər vahid və az mi- 
qdar  böyüyün  tərkibinə  daxildirsə,  onda  böyük  miqdar  va­
hid  və  az miqdarla müqayisədə böyük nemətdir;  böyük mi­
qdar  sayca  üstünlüyə  malikdir,  onun  tərkibinə  daxil  olan 
vahid  va  kiçik  miqdar  bu  cəhətdən  ondan  geri  qalırlar.  Və 
əgər  hər  hansı növün nəhəng nümayəndəsi başqa növün  na- 
həng  nümayəndəsindən  üstündürsa,  onda  növün  özü  də 
ikinci  növü üstələyəcək va yaxud aksina, bir növ  başqa növ- 
dən  üstündürsa,  onda  birinci  növün  nəhəng  nümayəndəsi 
ikinci  növün  nahang  nümayandəsindan  üstün  olacaq,  mesa- 
tan,  əgər  ən  hündür  kişi  ən  hündür  qadmdan  hündürdürsə, 
onda  kişilər  ümumiyyatla  qadınlardan  hündürdürler  və  ya 
əksinə kişilər ümumiyyəüə  qadmlardan hündürdürlərsə,  on­
da  an  hündür  kişi  də  an  hündür  qadmdan  hündür  olacaq. 
Ona  göra  ki,  bir  növün başqa növdən üstünlüyü hamin növ-
34
lərdən olan iri nüsxələrin üstünlüyü ila analojidir. Nə zaman 
ki,  bir  nemət başqasmın  ardınca  gedir,  bu başqası  isa  onun 
ardınca  getmir,  onda bu başqası mehz  böyük  nemətdir.  Ar- 
dıcıllıq  üçtərəfli  ola  bilməz:  bir  hadisə  ya  başqası  ile  eyni 
vaxtda baş verir, ya da onun ardmca gəlir, ya da ondan asılı 
olur,  bu  zaman  hadisənin  varlığı  (chrSsis)  əvvəl  gələn  hadi- 
sənin  varlığında  bir mümkünlük kimi  artıq mövcuddur.  Mə- 
səlen, sağlamlıq hamişə həyat ilə bir yerdə olur, amma həyat 
sağlamlıq ilə heç da həmişə ayrılmaz olmur.
Ardıcılhq  əlaqasi  təlim  və  bilik  arasmda  da  mövcud- 
dur; mümkünlük əlaqəsi isə küfr və qarət arasmdadır, çünki, 
küfr  edib  müqəddəs  sayılan  şeyləri  təhqir  edən  adam  ümu- 
miyyətla  qaratə  qabildir.  Böyük  nemat  yaradanm  özü  də 
böyükdür,  çünki,  bu  ela  böyüyü  istehsal  etmak  üçün 
mümkünlük  deməkdir.  tstehsal  sababinin  daha  böyük  ol- 
duğu şey da daha  böyükdür, çünki,  agar sağlamlıq üçün fay- 
dalı  olan  xoş  olan  şeydan  üstündürsa,  onda  ham  də  onunla 
müqayisada  daha  böyük  nemətdir,  sağlamlıq  da  mamnu- 
niyyatdan  vacibdir.  Öz-özlüyündə  arzuolunan  öz-özlüyündə 
arzuolunmayandan  mühümdür,  məsələn,  qüvva  sağlamh- 
qdan  vacibdir,  çünki  sağlamlıq  öz-özüna  arzuolunan  deyil, 
qüvve isa özü-özüna arzuolunandır, nemətlərin meyarı məhz 
budur.  Əgar biri maqsəd, digari isa maqsad deyilsə,  onda  bi­
rinci üstiindür,  çünki,  ikinci başqa bir  şey üçün  arzuolunan- 
dır,  birincisi  isa  özü-özünə  göra  arzuolunandır,  məsalan, 
gimnastika  bədənin  yaxşı  vəziyyətdə  olması  üçün  lazımdır. 
Başqa  şeya va ya  şeylərə  daha az ehtiyacı  olan  da üstündür, 
belə ki,  o,  müstəqildir;  о  qədar da  vacib  olmayan va yüngül 
şeylara  ehtiyacı  olan  isa  az ehtiyacı  olandır.  Əgər har  hansı 
biri  başqa  birisi  olmadan  olmursa  va  ya  ola  bilmirsa  və  bu 
başqa  birisi  birincisiz  olur va  ola  bilirsə,  onda  heç  naya  eh- 
tiyacı olmayan  daha müstaqildir va  buna  görə  də böyük  ne­
mat kimi görünür.  Əgər hər hansı bir şey mənşədirsə, о birisi 
isa  deyilsə  va  ya  agar  bir  şey  səbəbdirsə,  о  birisi  isa  səbəb 
deyilsa,  onda  eyni  şeya  göra  birinci  ikincidan  vacibdir,  ona


görə  ki,  səbəb  və  mənşə  olmadan  пэ  varlıq,  пэ də yaranma 
ola bilməz.
fki  mənşənin  böyüyündən  yaranan  daha  böyükdür, 
eləcə də iki səbəbin böyüyündən baş verən də daha böyükdür 
və  əksinə,  iki  mənşədən  böyüyü  odur  ki,  o,  böyük  mənşəli 
olsun,  iki səbəbdən də vacibi odur ki,  böyüyün səbəbi olsun. 
Deyilənlərdən  aydm olur ki,  əgər  bir  şey mənşədirsə,  digəri 
isə mənşə deyilsə,  birincisi ikincisindən həm bu, həm də dig- 
ər  tərəfdən  böyük ola  bilər  və  eynilə digər halda  olduğu  ki­
mi,  birincisi  mənşə  deyilsə,  о  biri  isə  mənşədirsə,  onda  bi­
rincisi  daha  mühüm  görünə  bilər,  çünki,  məqsəd  mənşədən 
vacibdir.  Leodamant,  Kallistratı  ittiham edərək,  deyirdi  ki, 
məşvərətçi icraçıdan daha çox günahkardır. Çünki, məsləhət 
verilməsəydi,  hərəkət  də  baş  verməzdi.  Və  ya  əksinə,  Xabri 
əleyhinə  ittiham  nitqi  söyləyən  zaman  о,  deyirdi  ki,  icraçı 
məsləhətçidən daha çox günahkardır, çünki, işi görmək üçün 
adam  tapılmasaydı,  iş  görülməzdi:  insanlar sui-qəsdləri  ona 
görə  hazırlayırlar  ki,  kim  isə  onları  həyata  keçirsin.  Az-az 
tapılan  şey  bol-bol  olandan  yaxşıdır,  песэ ki,  məsələn, qızıl 
dəmirdən yaxşıdır,  onun daha  az faydalı olmasına baxmay- 
araq  qızıla  sahib  olmaq  böyük  nemət  sayılır,  çünki,  bu  çox 
çətin əldə olunur.  Digər tərəfdən isə bol-bol olan az tapılan- 
dan daha yaxşıdır,  çünki,  ondan daha geniş istifadə olunur, 
“tez-tez rast gəlinənin” “nadir olandan” üstünlüyü var, buna 
görə də deyilir:
Su hər şeydən yaxşıdır.42
Ümumiyyətlə,  daha  çətin  olan,  daha  yüngül  olandan 
yaxşıdır,  çünki,  ona  daha  az  rast  gəlinir,  digər  nöqteyi-nə- 
zərdən  isə daha asan olan daha çətin olandan yaxşıdır, çün- 
ki bizim istəklərimizə  tabedir.  Böyük  şəyə əks olan da, yox- 
luğu çox güclü hiss olunan şey də böyük nemətdir. Məziyyət 
isə  məziyyət  olmayan  şeydən  üstündür,  nöqsan  da  nöqsan 
olmayan  şeydən  üstündür,  çünki,  məziyyət və nöqsan  məq- 
səddir,  о  biri keyfiyyətlər  isə  belə  görünmürlər.  Səbəblərdən 
nəticələri yaxşı və ya pis tərəf üçün əhəmiyyətli olan səbəblər
36
vacibdir.  Yaxşı və ya  pis  tərəfləri  daha boyük  olanlann  nə- 
ticələri  də  daha  mühümdür,  ona  görə  ki,  səbəb  və  mənşə 
necədirsə, nəticə də elədir və nəticə necədirsə, səbəb və mən- 
şə də elədir.  Ali dərəcəsi daha gözəl və arzuolunan  şeylər də 
daha  yaxşıdır,  məsələn,  yaxşı  qoxu  bilməkdənsə,  yaxşı  gör- 
т э к   daha arzuolunandır,  çünki,  görmək qoxlamaqdan yax- 
şıdır.  Pulu sevməkdənsə dostları sevmək yaxşıdır, buna görə 
də dostpərəstlik mənfəətpərəstlikdən yaxşıdır. Yaxşı və gözəl 
olanm həddindən artıq dərəcəsi daha yaxşı və daha gözəldir; 
daha yüksək və  gözəl  istəklər yaradan  şeylər də eynilə daha 
yaxşı  və  gözəldir,  çünki,  daha  güclü  istəklər  daha  böyük 
obyektlərə  aiddir,  məhz  bu  səbəbdən  də  daha  gözəl  və 
yüksək predmetlər  tərəfindən  oyandırılmış  istəkbr  də  gözəl 
və  yüksəkdir.  Elmlər пэ  qədər  gözəl  və  dəyərlidirsə,  onların 
obyektləri  də  bir  о  qədər  daha  gözəl  və  dəyərli  olur,  çünki, 
elm  necədirsə,  onda  olan  həqiqət  də  elədir,  belə  ki,  hər  bir 
elm  öz  xüsusi  həqiqətinə  malikdir  (celeyei).  Buna  analoji 
olaraq  elmlərin  obyektləri  nə  qədər  gözəl  və  dəyərli  olarsa, 
elmbrin özü də daha gözəl və qiymətli olar. Ağıllı insanların, 
ya hamınm, ya onların böyük hissəsinin, ya çoxunun, ya on- 
lardan ən yaxşılarmın böyük nemət  kimi  təsdiq  edə  biləcək- 
ləri  və  ya  təsdiq  etdikləri  şeybr  ümumiyyətb  böyük  nemət 
hesab ediləcək,  həm də ona görə ki, onların fikirbri ağıllıdır. 
Bu  qaydalar  başqa  məsələbrə  də  aid  olunur,  ona  görə  ki, 
mahiyyət,  kəmiyyət və  keyfiyyət  şüur və biliyin  onları  qəbul 
etdiyi  kimi  olur.  Biz  nemət  haqqmda  məsələbrdən  danı- 
şaraq  neməti  şüurlu  olan  bütün  varlıqlarm  özbri  üçün  seçə 
bilmək  istədikləri  bir  şey  kimi  тйэууэп  etdik.  Buradan  ay­
dm  oldu  ki,  şüurun  daha  çox  üstünlük  verdiyi  şey  böyük 
nemət  sayılır.  Yaxşı  insanlarda  olan  keyfıyyətbr  böyük  ne- 
mətdir,  ya da  sözsüz böyük nemətdir,  ya da  ona görə böyük 
nemətdir  ki,  onlar  ən  yaxşı  adamlardır,  məsəbn,  mərdlik 
qüwədən  yaxşıdır.  Böyük  nemət  həm  də  ebsidir  ki,  ona 
üstünlüyü  yaxşı  adam  heç  bir  şərt  qoymadan  versin,  ya  da 
yaxşı  adam  olduğu  üçün  versin,  məsəbn,  ədabtsizliyə  döz-
37


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə