Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

Bunu  nəzərdən  keçirərək  müəyyən  edəcəyik  ki,  üslu- 
bun  yaxşı  cəhəti  onun  aydm  (saphO)  olmasından  ibarətdir; 
buna  sübut  kimi  onu  göstərmək  olar  ki,  nitq  aydm  olmay- 
anda  öz  məqsədinə  çatmır.  Üslub  пэ  çox  aşağı,  пэ  də  çox 
yüksək olmamalıdır, amma, nitqin predmetinə uyğun gəlmə- 
lidir.  Poetik  üslub  də  əlbəttə  ki,  aşağı  səviyyəli  üslub  deyil, 
amma,  o,  natiq  nitqinə  uyğun  deyil.  İsim  və  felbrdən  isə 
ümumi  istifadədə  olanlar  öz  aydınlıqları  ilə  seçilir.  Poetik 
sənətə aid əsərimizdə8 sadaladığımız digər şəxslər nitqi aşağı 
üslubda yaratmasalar da, ona bəzək-düzək vururlar, belə ki, 
gündəlik  danışıqdan  uzaqlaşmaq  nitqin  daha  dəbdəbəii 
görünməsinə  səbəb  olur  -   insanlar  üsluba  əcnəbilərə  və  öz 
vətəndaşlarına  yanaşan  kimi  yanaşırlar.  Buna  görə  də  dilə 
əcnəbi  xarakteri  vermək  lazımdır,  çünki,  insanlar  uzaqdan 
gələn  şeylərə  heyrətlənməyə  meyllidirbr,  heyrət  doğuran 
şeybr  isə  xoşluq  verir.  Şeirlərdə  beb  təsir  bağışlayan  şey 
çoxdur  və  bu  poeziya  üçün  yararlıdır,  çünki,  orada  sözüge- 
dən  predmet  və  şəxslər  gündəlik  həyatdan  daha  çox  uza- 
qlaşdırılıblar.  Amma,  prozaik  nitqdə belə vasitəbr daha az- 
dır, çünki,  onların  predmeti о  qədər də yüksək şey deyil; əg- 
ər,  bu halda, qul ya çox gənc adam, ya da əhəmiyyətsiz şey- 
lərdən  danışan  adam  yüksək  ibarəbrb  damşırsa,  bu  çox 
böyük  ədəbsizlik  olar.  Amma,  burada  da  şərh  olunan  pred- 
metə uyğun olaraq sözü deyərkən səsi gah alçaltmaq, gah da 
yüksəltmək olar.  Amma  bunu da gözə çarpdırmadan, özünü 
süni  deyil,  guya  təbii  danışırmış  kimi  qəbmə  verməkb  et- 
mək lazımdır,  çünki,  təbiilik inandırma qabiliyyətinə  malik- 
dir, süni olan isə əksinə. Adamlar onlara qarşı eb bil nəyinsə 
qəsdində olan adam təsiri bağışlayan natiqə qarşı eynilə qa- 
rışdırılmış  şərablara  qarşı  olan  kimi  etimadsız  münasibət 
bəsləyirlər.  Feodorun9  səsi  başqa  aktyorların səsindən  fərq- 
bndiyi kimi natiqin üslubu da fərqlənməlidir,  Feodorun səsi 
danışan  adamın  səsinə  bənzədiyi  halda,  aktyorlarm  səsbri 
tamam  saxta  səsbnir.  О  adam  öz  məharətini  yaxşı  gizbdə 
bilir  ki,  öz  nitqini  adi  danışıqdan  alınmış  ifadələrdən  təşkil
166
etsin,  buna  ilk  nümunə  göstərən  Evripid10  məhz  beb  etmiş- 
dir.
Nitq  isim  və  fellərdən  təşkil  olunur,  poetik  sənətə  aid 
əsərdə nəzərdən  keçirdiyimiz  qədər  isim növü  mövcuddur11, 
onların  sırasından  qeyri-adi  ifadəbri,  ikimənalı  sözbri  və 
yeni  yaradılmış  sözbri  nadir  hallarda  və  çox  az  yerdə  işbt- 
mək  olar.  Onların  məhz  harada  istifadə  olunması  haqqmda 
biz  sonra12  danışacağıq,  ona  görə  ki,  bu  sözbrin  istifadəsi 
nitqi  adi  nitqdən  lazım  olduğundan  artıq  dərəcədə  fərqli 
edir.  Doğma dib mənsub, ümumi istifadədə olan sözbr, me- 
taforalar13  -   prozaik  nitq  üslubu  üçün  yeganə  faydalı  olan 
materialdır.  Bu  onunla  sübut  olunur  ki,  hamı  ancaq  belə 
qəbildən  olan  ifadəbrdən  istifadə  edir  və  metaforaların, 
ümumi  istifadədə  olan  sözbrin  köməyi  ib  keçinir.  Amma, 
aydındır  ki,  bunu  məharətlə  edəndə  əcnəbi  söz  seçilmədən 
keçəcək  və  aydın  məna  daşıyacaq.  Natiq  nitqinin  qiyməti 
məhz bundadır.  Isimbrdən  omonimbr  sofıstbr üçün fayda- 
lıdır,  ona  görə ki,  onlarm  köməyi  ib   sofistbr  pis  fəndbrə əl 
atacaq;  şairbr  üçün  isə sinonimbr yararlıdır;  mən  sinonim- 
b ri  də  ümumi  istifadədə  olan  sözbrə  aid  edirəm,  məsəbn, 
poreyesthai “yola düşmək” və badidzein “getmək” kimi söz- 
lər,  onlanın  hər  ikisi  eynimənalı  və  ümumi  istifadədə  olan- 
dır.
Bu  terminbrin  hər  birinin  пэ  olması  haqqmda,  meta- 
foranm  neço  növü  olması  haqqında,  həm  də  metaforanm 
həm  nəsr,  həm də  nəzmdə  böyük  əhəmiyyəti  haqqında  artıq 
qeyd  etdiyimiz  kimi  poetikaya14  dair  əsərimdə  damşılıb, 
prozaik  nitqdə vəznli nitqə nisbətən köməkçi vasitələrdən пэ 
qədər  az  istifadə  edildikcə,  buna  daha  çox  diqqət  etmək  la- 
zımdır.
Metafora  yüksək  dorəcədə  aydınlığa,  xoşagəlimliliyə 
və yenilik gözəlliyinə yüksək dərəcədə malikdir və onu başqa 
şəxs adından mənimsəmək olmaz. Nitqə uyğun epitet və me- 
taforalar  işbtmək  lazımdır,  buna  isə  analogiyanın  köməyi 
ib   çatmaq  olar;  əks  halda  metafora  və  epitetbr  namünasib
167


kimi  görünəcək,  bunun  səbəbi  odur ki,  bu iki  anlayışın zid- 
diyyəti  ancaq  onlar  yanaşı  duranda  daha  çox  aydm  olur. 
Düşünmək lazımdır ki, alqırmızı plaş gəncə uyğundursa, bəs 
qocaya  uyğun  olan  nədir,  çünki,  həm  ona,  həm  də digərinə 
eyni  şey  yaraşmır.  Əgər  nəyi  isə  gözəl  mənada  təsvir  etmək 
istəyirsənsə,  onda bu qəbildən olan şeylərin içindən эп yaxşı 
°lan  predmetdən  metafora  iqtibas etmək  (götürmək)  lazım- 
dır;  əgər  nəyı  isə  pis  mənada  göstərmək  istəyirsənsə,  onda 
metatoranı  pis  şeylərdən  əldə  etməlisən,  sözügedən  anlayış- 
Iar eyni qəbildən olan şeylərin əks tərəfləri olduğu üçün, mə- 
sələn,  sədəqə  verilməsini  xahiş  edən  adamın  sadəcə  xahişlə 
müraciət  etdiyini,  xahişlə  müraciət  edən  adamın  isə  sədəqə 
xahiş etdiyini  demək  olar,  bunu  о əsasla demək  olar ki,  hər 
iki ifadə xahişi  bildirir,  bu da  göstərilrtiiş  şəkildə  hərəkət et- 
mək deməkdir.  Eynilə bu  üsulla Ifikrat da  Kallini məşəlgəz- 
dirən  kahin  deyil,  Kibelanm  dilənən  kahini  adlandıımışdı. 
Kalli cavabmda bildirir  ki,  İfikrat məbədin ayinbrindən  xə- 
bərdar  deyil,  əks  halda  onu  Kibelanın  dilənən  kahini  deyil, 
məşəlgəzdirən  kahini  adlandırardı.15  Həm bu,  həm də  digər 
vəzifə  ilahəyə  aiddir,  ancaq,  onlardan  biri  şərəflidir,  digəri 
isə deyil.  Eynilə  belə  кэпаг  şəxslər  Dionisini  əhatə  edənləri 
Dionisinin yaltaqları16,  onların  özləri isə özbrini rəssam ad- 
landırırlar.  Həm  bu,  həm  də  digər  ad  metaforadır,  amma, 
birincisi,  buna çirkin məna verənlərdən gəlir, digəri isə onun 
əksini nəzərdə tutanlardan.  Eynib  beb  soyğunçular özbrini 
porist17  (fövqəladə  vergiyığan)  adlandırırlar.  Eyni  əsasla 
ədabtsiz  hərəkət  etmiş  adam  haqqmda  demək  olar  ki,  o, 
səhv edib,  səhv edən adama isə ədalətsiz hərəkət etdiyini de- 
mək  olar  və  oğurluq  etmiş  haqqında  demək  olar  ki,  o,  gö- 
türüb, həm də demək  olar ki,  qarət edib.  Evripidin Telefinin 
dediyi:
Qılmcın  dəstəyi  altmda  hökmranlıq  edir  və  Miziyaya 
gəlir.18
168
ifadəsi  kimi  ifadəbr  uyğun  deyil,  çünki,  “hökmranlıq 
etmək”  ifadəsi  lazım  olduğundan  əhəmiyyətlidir  və  heç  пэ 
ib   pərdələnməyib.  Səhv  xoşagələn  səs  əlamətbri  olmayan 
hecalarm  özündə  ola  bibr,  məsəbn,  Mis  bqəbli  Dionisi  öz 
elegiyalarmda  poeziyam  о  əsasla  Kalliopamn19  harayı  ad- 
landırırdı ki, həm bu, həm də о səsbrdən ibarətdir. Bu meta­
fora ifadə olunmuş fikrin aydm olmamasına görə yaxşı dey­
il.  Bundan  başqa,  adsız  predmetlər  üçün  adları  uzaqdan 
götürmək  məsləhət  deyil,  eb  qohum  və  eynicinsli  predmet- 
lərdən  götürmək  lazımdır  ki,  baxan  kimi  aydm  olsun  ki, 
madam  ad götürülüb,  onda hər iki predmet qohumdur,  mə- 
səbn, məşhur tapmacada olduğu kimi:
Mən adam görmüşəm ki, misi odun köməyi
ib  adama yapışdırır.20
Bu  əməliyyatın  termini  yoxdur,  amma  bu  və  о  biri 
müəyyən  dərəcədə  yanına  qoymaq,  yapışdırmaq  mənasın- 
dadır, buna görə də banka qoyulmasına yapışdırma deyirik.
Ümumiyyətb, yaxşı tərtib olunmuş tapmacalardan gö- 
zəl  metaforalar  əldə  etmək  olar;  metaforaların  özbri  tap­
macalardan ibarətdir,  buna  görə də aydmdır ki,  tapmacalar 
yaxşı  tərtib  olunmuş  metaforalardır.  Adları  gözəl  predmet- 
brdən  götürmək  vacibdir.  Likimninin21  dediyi  kimi,  sözün 
gözəlliyi  səsin  özündə,  ya  da  onun  mənasındadır,  sözün  ey- 
bəcərliyi  haqqmda  da  eyni  şeyi  demək  olar.  Daha  bir  şərt 
var  ki,  onunla  sofıst  qaydaları  təkzib  edilir.  Brisonun22 
düzgün  olmayan  fıkrinə  görə,  eyni  bir  şeyi  bildiıən  sözbri 
bir-birinin yerində işlətmək heç də pis deyil.  Bu səhvdir,  ona 
görə ki, daha çox işlənən, daha çox uyğun gəbn söz məsəbni 
gözbrimizin  qarşısında  başqa  sözbrdən  daha  tez  təsəvvürə 
gətirə bibr.  Bundan başqa,  müxtəlif sözbr də predmeti eyni 
cür işıqlandırmır,  buna görə də bu cəhətdən  nəzərdə  tutmaq 
lazımdır  ki,  bir  söz  о  birindən  ya  gözəl,  ya  da  eybəcərdir. 
Нэг iki söz gözəl,  ya da eybəcər mənası versə də,  həmin şey-
169


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə