İÇİNDƏKİLƏR
Detektiv ölüm yatağında ................................................... 5
Brüs Partinqton planları .................................................. 27
Ledi Frensis Karfeksin itməsi ......................................... 67
Şeytanayağı ........................................................................ 95
Qloriya Skot hadisəsi ..................................................... 129
4
Şerlok Holmsun ev sahibəsi xanım Hudsonun çəkdiyini
yəqin ki, başqa heç bir ev sahibi çəkməmişdir. O, evinin qa-
pısında qəribə və xoşagəlməz adamların toplaşması azmış
kimi, kirayəçisinin qəribə vərdişlərinə və nizamsız həyatına
da dözmək məcburiyyətində qalırdı. İnanılmaz dağınıqlığı,
uyğunsuz saatlarda musiqi dinləmə ehtirası, bəzən evin için-
də tapançayla məşq etməsi, murdar qoxuların yayılmasına
səbəb olan elmi təcrübələri və həyatından əskik olmayan zo-
rakılıq və təhlükələr Holmsu Londonun ən pis kirayəçisi he-
sab etməyə kifayət edərdi. Amma ödənişləri gecikdirməzdi.
Əminəm ki, Holmsun birlikdə işlədiyimiz illər ərzində ver-
diyi kirayəni yığsanız, böyük bir ev satın ala bilərdiniz.
Davranışları nə qədər qeyri
adi olur-olsun, ev sahibəsi
ona hər vaxt
hörmətlə yanaşar, işinə burnunu soxmağa cəsa-
rət etməzdi. Hətta, dostumun qadınlara qarşı nəzakətili dav-
ranışına görə, bu yaşlı qadın ondan xoşlanırdı.
Holms isə əks
cinsdən xoşlanmaz, onlara əsla güvənməzdi; bununla belə
kübarlığı da əldən buraxmazdı. Qadının Holmsa nə qədər
fədakar yanaşdığını bildiyim üçün, evliliyimin ikinci ilində,
qaldığım yerə gəlib dostumun düşdüyü vəziyyət haqqında
danışarkən onu ürək ağrısıyla dinlədim.
– O ölür, Doktor Uatson, – dedi. – Üç gündür yataqdan
çıxmayıb; təəssüf ki, bu gün də çıxa bilməyəcək. Həkim ça-
ğırmağıma icazə vermir. Bu səhər üzünün solğunlaşdığını və
çarəsizcə baxan böyük, parlaq gözlərini görüncə lap pis ol-
dum. “İcazəniz olsa da, olmasa da, cənab Holms, gedib hə-
kim tapacağam”, – dedim. “O zaman Uatson olsun”, – dedi o
da. Yerinizdə olsam tələsərdim cənab;
yoxsa onu bir daha
görməmək ehtimalınız var.
Xəstəliyindən xəbərim olmadığı üçün deyilənlər məni
dəhşətə gətirmişdi. Pencəyimi və şapkamı necə tələm-tələsik
7
qapıb yola düşdüyümü təxmin edə bilərsiniz. Yolda digər
detalları da soruşdum.
– Danışacağım elə bir şey yoxdur. Çayın kənarındakı
Roserhisedə baş vermiş bir hadisəni araşdırırdı yəqin; bu
xəstəliyə də orada yoluxub. Çərşənbə axşamı yatağa düşdü,
o gündən bəri də ayağa qalxa bilməyib. Üç gündür ki, boğa-
zından nə bir loxma keçir, nə də bir qurtum su içə bilir.
– Uca Tanrım! Bəs niyə həkim çağırmadınız?
– İcazə vermədi, cənab. Nə qədər inadçı olduğunu özü-
nüz də bilirsiniz. Sözlərinə qarşı çıxmağa cəsarət
edə bilmə-
dim.
Amma siz də görəcəksiniz, belə gedərsə yaşayan deyil.
Dostum həqiqətən də ağır vəziyyətdə idi. O dumanlı no-
yabr gününün alaqaranlığında Holmsun otağı kəsafətə bü-
rünmüşdü. Amma ürəyimi ən çox ağrıdan, yatağından mənə
baxan zəif, solğun üzü idi. Gözləri qızdırmanın çoxluğundan
parlayırdı; yanaqlarına xəstəliyin qırmızılığı çökmüşdü. Ör-
tüyünün üstünə çıxardığı nazik əlləri dayanmadan titrəyir,
səsi xırıldayırdı. Otağa girdiyim zaman yerindən tərpənmə-
di, amma gözlərindəki parıltıdan məni tanıdığını anladım.
– Görürsən, Uatson, uğursuzluq yaxamızdan yaman ya-
pışıb, – güclə eşidilən səslə dedi. Amma o hər zaman olduğu
kimi təmkinli davranırdı.
– Sevimli dostum! – deyib irəli atıldım.
– Dur! Yaxınlaşma! – dedi və bunu, yalnız ən
təhlükəli
zamanlarda olduğu kimi qətiyyətlə etdi. – Uatson mənə ya-
xınlaşsan, səni evdən çıxartmaq məcburiyyətində qalaca-
ğam.
– Axı niyə?
– Çünki belə istəyirəm. Olmaz!
8