Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə1/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
  1   2   3   4   5   6   7   8   9   ...   38


 
ARTUR KONAN  
DOYL 
 
 
 
 
 
 
 
 
BOSKOMB 
VADİSİNİN SİRRİ 
hekayələr 
2-ci nəşr 
 
 
 
 
 
 
 
 
 
1
 
 


Türkcədən dilimizə uyğunlaşdıran:  
Cəlil Cavanşir 
  
Redaktor:  
Müşfiq XAN 
  
Korrektor:  
Asifə Əfəndiyeva 
  
Mətn tərtibatı:  
Rövşən Yerfi 
  
Dizayn və qrafika:  
Teymur Fərzi 
  
Texniki redaktor: 
Bəxtiyar Ələkbərov 
 
Artur Konan Doyl. Boskomb vadisinin sirri.  Hekayələr  
Hədəf  Nəşrləri, 2-ci nəşr. Bakı-2015. 168 s. 
 
 
“Boskomb  vadisinin  sirri”  kitabında  dünya  detektiv  ədəbiyyatının 
klassiklərindən  biri  sayılan  Artur  Konan  Doylun  bir  neçə  əsəri  toplanıb. 
Kitabı  oxumaqla  məşhur  xəfiyyə  Şerlok  Holms  və  onun  dostu  Doktor 
Uatsonun  səylə  araşdırdığı  bir-birindən  maraqlı  hadisələrlə  tanış  ola-
caqsınız. “Bohemiyada qalmaqal”, “Boskomb vadisinin sirri”, “Beş porta-
ğal çəyirdəyi”, “Qırmızı saçlılar klubu”, “Büzük dodaqlı adam”, “Bir şəx-
siyyət  hadisəsi”  kimi  əsərləri  sizə  müəmmalı  cinayətlərin  üstünün  açıl-
ması prosesinin şahidinə çevrilmək imkanı qazandıracaq.   
 
 
Hədəf Nəşrlərinin rəsmi razılığı olmadan kitabın, yaxud onun hər 
hansı bir hissəsinin təkrar çapı qadağandır. 
 
 
ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 5 3 - 8 
 
 
www.hedefnesrleri.az 
© Hədəf Nəşrləri / 2015
 
 
2
 
 


 
 
 
 
 
 
 
 
 
 
3
 
 


 
 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
 
 
 
 
 
 
BOHEMİYADA QALMAQAL........................................5 
 
BOSKOMB VADİSİNİN SİRRİ ...................................35 
 
BİR ŞƏXSİYYƏT HADİSƏSİ .......................................65 
 
QIRMIZI SAÇLILAR KLUBU ......................................89 
 
BEŞ PORTAĞAL ÇƏYİRDƏYİ ....................................117 
 
BÜZÜK DODAQLI ADAM ..........................................139 
 
 
 
4
 
 


 
 
 
 
 
BOHEMİYADA 
QALMAQAL 
 
 
5
 
 


 

 
 
Şerlok Holms onun haqqında danışanda deyirdi: “O qa-
dındır”. Ondan bəhs edərkən başqa ifadə istifadə etdiyini xa-
tırlamıram. Holmsun nəzərində cinsiyyətinin bütün özəllik-
lərini biruzə verən bir qadın idi. Holmsun İren Adlerə qarşı 
hiss etdiyi qətiyyən sevgi deyildi. Bütün duyğular, xüsusilə 
də bu duyğu onun maksimalist amma heyran olunacaq qə-
dər sabit düşüncələrinə həddindən artıq yad idi. Mənə görə 
o,  dünyanın  ən mükəmməl  ağıl  və  müşahidə  makinası  idi. 
Ancaq aşiq kimi o qədər də uğur qazana bilməyəcəyi aydın 
idi. 
Sevgi haqqında hər zaman lağlağıyla danışardı. Bir mü-
şahidəçi  üçün  bu  hisslər  insanın  məqsədlərinin  və  hərəkət-
lərinin  arxasında  qalan  həqiqəti  göstərən  işarələrdən  başqa 
heç nə deyildi. 
Amma  təcrübəli  bir  müdrik  belə  təhlükəli  duyğuların 
həssas və tarazlaşmış təbiətinə qarışmasına icazə versə, bun-
lar, gəldiyi məntiqi nəticələrə kölgə sala biləcək çaşdırıcı fak-
torlara  dönürdü.  Həssas  bir  ölçü  alətinin  üzərində  bir  toz 
zərrəsi nədirsə və ya güclü bir böyüdücü şüşədəki çatlaq nə 
idisə,  onun  kimi  təbiətə  sahib  insan  üçün  ehtiraslar elə  idi. 
Ancaq  hər  şeyə  rəğmən  onun  üçün  sadəcə  bir qadın  vardı: 
xatirələri şübhə və suallarla dolu olan İren Adler.  
Son  vaxtlar  Holmsu  çox  az  görürdüm.  Evli  olduğum 
üçün bir müddət idi ki, görüşmürdük. Mən öz torpaqlarının 
sahibi olmanın gözəlliyini kəşf etmiş bir insan olaraq, evimlə 
məşğul olub tamamən xoşbəxtliyi əldə etdiyim halda bohem 
ruhuyla sosial fəaliyyətin bütün növlərinə nifrət edən Holms 
6
 
 


isə özünü qədim kitablara həsr etmiş, həftələr keçdikcə ko-
kain və  ehtiyacları  arasında  vurnuxarkən,  dərmanın  yarat-
dığı  süstlük  və  güclü  təbiətin vəhşi  enerjisi  arasındakı  sa-
vaşla,  dəyişən  ruh  halları  ilə  Beyker  küçəsindəki  evimizdə 
qalmışdı. 
Düzü,  əvvəlki kimi cinayət  araşdırmalarına  davam  et-
miş, qeyri-adi bacarıqlarından və müşahidələrindən istifadə 
edərək rəsmi polisin belə çarəsiz qaldığı bəzi hadisələri çöz-
müşdü. Hərdənbir gördüyü işlərdən xəbərim olurdu. Trepov 
hadisəsində  Odessaya  çağrılmasını,  Trinkomalidəki  Atkin-
son qardaşlarının faciəsini aydınlığa çıxarmasını və son ola-
raq  Hollandiya  Kral  xanədanı  üçün  göstərdiyi  uğurlu  xid-
məti hər zaman izləmişdim. Doğrusunu desəm, gündəlik qə-
zetləri oxuyan hər kəs kimi əsas səhifələrdən əldə etdiyim bu 
məlumatlardan  başqa  köhnə  dostumdan  və  yoldaşımdan 
başqa xəbərim yox idi. 
20 mart 1888-ci ildən etibarən xüsusi həkimliklə məşğul 
olmağa  başlamışdım.  Bir  gecə  xəstələrimdən  birinin  yanın-
dan dönərkən, yolum təsadüfən Beyker küçəsinə düşdü. Ya-
dımda  “Qızıl  çalışma”nın  10  qaranlıq  hadisələri  ilə  özünə 
yer etmiş  o qapının qarşısından  keçərkən, Holmsu yenidən 
görmək və qeyri-adi imkanlarını necə istifadə etdiyinə yeni-
dən  şahid  olmaq  üçün  qarşısıalınmaz  bir  arzu  baş  qaldırdı 
içimdə. 
Otaqların işıqları yanırdı və yuxarı baxanda onun uzun, 
zəif kölgəsinin iki dəfə pərdənin qarşısından keçdiyini gör-
düm. Başını önə əymiş, əlləri arxasında otaqda ora-bura gə-
zir, sürətlə vurnuxurdu. Bütün vərdişlərini bilən biri olaraq, 
hərəkətlərinin mənasını o dəqiqə başa düşdüm. Yenə iş ba-
şında idi.  Narkotikin yaratdığı sərxoşluqdan sıyrılmış, yeni 
izə  düşmüşdü.  Qapının  zəngini  basdım  və  bir  zamanlar 
7
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə