Lestradeni düşürüb otelimizə getdik. Günorta yeməyi
bizi gözləyirdi. Holms, üzündə içindən çıxılmaz bir vəziy-
yətə düşmüş kimi ağrı dolu bir ifadə ilə səssizcə oturmuşdu.
-Qulaq as, Uatson, - dedi, masa yığışdıqdan sonra, - bu
stulda otur sənə izah edim. Nə edəcəyəmi bilmirəm və töv-
siyənə ehtiyacım var. Bir siqar yandır və dinlə.
-Lütfən davam et.
-Bu hadisədə, gənc Makkartinin hekayəsində, mənim le-
hinə olduğunu düşündüyüm, sənin də əleyhinə olduğunu
düşündüyün iki nöqtə vardı. Biri, atanın oğlunu görmədən
işarə verməsi, digəri də ölmədən əvvəlki son sözləri. Başqa
şeylər də demişdi amma oğlu yalnız bunları tuta bilmişdi.
İndi, araşdırmamız bu iki nöqtədən yola çıxmalıdır. Gəncin
söylədiklərinin tamamilə doğru olduğunu fərz edək.
-Yaxşı bu “Kuuii” səsi haradan çıxdı o zaman?
-Oğluna işarə verə bilməz. Onun Bristolda olduğunu
düşünürdü. Yaxınlıqda olması tamamilə təsadüfdür. Bu səsi,
görüşünə getdiyi adamın diqqətini çəkmək üçün çıxarıb.
Amma bu “Kuuii”səsi Avstraliyaya xas səsdir, yəni Avs-
traliyalılar arasında istifadə edilir. O halda, Makkartinin Bos-
komb gölü sahilində görüşəcəyi adamın Avstraliyada yaşa-
mış olması ehtimalı güclüdür.
-Yaxşı bu “arat” nə deməkdir?
Şerlok Holms, cibindən solğun bir kağız parçası çıxara-
raq, masanın üzərinə sərdi. Bu Viktoriya koloniyasının xəri-
təsidir, - dedi, - keçən gecə Bristola xəbər göndərdim, ordan
göndəriblər. Əlini xəritənin bir bölgəsinin üstünə qoydu. Nə
oxuyursan?
-“ARAT” , - dedim.
-Bəs indi, əlini qaldırıb göstərdi.
-“BALLARAT.”
57
-Elədir. Əslində adamın söylədiyi söz bu olub amma oğ-
lu yalnız son iki hecanı eşidə bilib. Qatilin adını deməyə ça-
lışıb. Yəni Ballaratla əlaqədar bir adam.
-Mükəmməl, - deyə dilləndim.
-Hər şey aydındır. İndi, gördüyün kimi halqanı olduqca
daraltdım. Əgər oğlun ifadəsini doğru qəbul etsək, bir də
boz bir plaş var. Bu vəziyyətdə araşdırmamızı, Ballaratda
yaşamış boz plaşlı bir avstraliyalıya qədər sadələşdirdik.
-Elədir.
-Və bu bölgədən kimsə olmalıdır, çünki gölə ya ferma-
dan, ya da ətrafındakı ərazidən gedilir və bu bölgələrə də xa-
ricilər asanlıqla girə bilmir.
-Doğrudur.
-Sonra, bir də bu günkü araşdırmamız var. Ərazini araş-
dırdıqdan sonra o axmaq Lestradeyə də verdiyim bir məlu-
mat vardı.
-Bəs bu məlumatları necə əldə etdin?
-Metodumu bilirsən. Detalların müşahidə edilməsi üzə-
rində qurmuşam.
-Boyunu addımlarının hədsiz uzun olmasından təxmin
etdiyini bilirəm. Çəkmələri də izlərinə baxaraq təxmin edə
bilərsən.
-Bəli, qəribə çəkmələrdi.
-Yaxşı topallığı?
Sağ ayağının izi həmişə sol ayaqdan az hiss olunurdu. O
ayağın üzərinə daha az ağırlıq düşürdü. Niyə? Çünki axsa-
yırdı.
-Bəs solaxaylığı?
-Həkim hesabatında yaralanma formasını sən də oxu-
dun. Zərbə tam arxadan vurulub amma kəllənin sol tərəfinə.
Belə bir şey solaxay biri tərəfindən edilməyibsə, bəs kim tə-
58
rəfindən edilə bilər? Qatil, atayla oğul arasındakı mübahisə
əsnasında orada, ağacın arxasında imiş. Hətta siqar belə çə-
kib. Tütünlər haqqındakı informasiyalarıma əsaslanaraq,
tapdığım külün bir hind siqarına aid olduğunu başa düş-
düm. Bu barədə bəzi araşdırmalarım olduğunu bilirsən.
Hətta 140 fərqli tənbəki, siqar və siqaret tütünü haqqında bir
məqaləm də var. Külü tapdıqdan sonra ətrafa baxdım və yo-
sunların arasında siqarın kötüyünü də tapdım. Rotterdamda
bükülən hind siqarlarından biri idi.
-Yaxşı, müştük məsələsi?
-Kötüyün ağıza dəymədiyini hiss etdim. Demək müştük
istifadə edib. Ucu dişlənilməmişdi, kəsilmişdi və bu kəsik
nahamar idi, bu məlumata əsaslanaraq, küt ağızlı bıçağı təx-
min etdim.
-Holms, dedim, qatilin qaça bilməyəcəyi tor qurmusan.
Onu asacaq ipi kəsərək, günahsız bir insanın həyatını qurtar-
dın. Bütün bunların işarə etdiyi nöqtəni anlaya bilirəm. Gü-
nahkar...
Xidmətçi qapını açaraq qonağı təqdim etdi:
-Cənab Con Turner.
İçəri girən adam qəribə və maraqlı tip idi. Asta, axsayan
addımları əldən-ayaqdan düşdüyünü, amma sərt, dərin xətt-
li üzü və yekəpərliyi, hələ köhnə gücünə sahib olduğunu
göstərirdi. Qıvrılmış saqqalı, çallaşmış saçı və gur qaşları gö-
rünüşünə nüfuz və əzəmət qazandırırdı. Amma üzü əhəng
kimi ağappaq ağarmışdı, dodaqları və burnunun ətrafında
mavi ləkələr meydana çıxmışdı. Ölümcül bir xəstəliyin
pəncəsində olduğunu dərhal, ilk baxışda anladım.
-Lütfən divana buyurun, - Holms nəzakətlə dəvət etdi. -
Məktubumu aldınızmı?
59
-Bəli, gözətçi gətirdi. Bir qalmaqalın qarşısını almaq
üçün məni burada görmək istədiyinizi yazmısınız.
-Əgər məhkəməyə bildirsəm, insanların qulağına çata-
cağını düşündüm.
-Yaxşı məni niyə görmək istədiniz? - Sanki soruşduğu
sualın cavabı verilmiş kimi, yorğun və ümidsiz gözlərlə ba-
xırdı.
-Bəli, - dedi Holms, sözlərdən çox baxışlara cavab verə-
rək. - Elədir. Makkarti ilə bağlı hər şeyi bilirəm.
Yaşlı adam, əlləri ilə üzünü tutdu.
-Tanrı yardımçım olsun, - dedi. - Amma onsuz da gən-
cin məhv olmasına icazə verməyəcəkdim. Məhkəmə, əleyhi-
nə qərar versəydi ortaya çıxıb hər şeyi izah edəcəkdim.
-Bunu eşitdiyimə çox məmnun oldum, - Holms ciddiy-
yətlə dedi.
-Arada sevimli qızım olmasa çoxdan söyləmişdim. Am-
ma həbs olunduğumu eşitsə ürəyi qırılar deyə...
-Bu nöqtəyə qədər gəlməyə bilər, - dedi Holms.
-Necə?
-Mən rəsmi dedektiv deyiləm. Bura gəlməyimi qızınız
istədi və mən onun xeyrinə bu işlə məşğul oluram. Yenə də
gənc Makkarti azad olunmalıdır.
-Mən yavaş-yavaş ölürəm, - dedi yaşlı Turner. - İllərdir
şəkər xəstəliyinin pəncəsindəyəm. Həkimim, ən çox bir ay
ömrüm qaldığını deyir. Amma həbsdə ölməkdənsə, öz da-
mımın altında ölməyi seçərəm.
Holms qalxaraq masanın ətrafında oturdu. Əlinə bir qə-
ləm və kağız götürərək:
-Yalnız həqiqəti izah edin, - dedi. - Mən yazım, siz im-
zalayın və Uatson da şahid olsun. İşlər pis gedərsə, bu etira-
60
Dostları ilə paylaş: |