Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 
dərin bir təsir yaradacaq kim idisə, Amerikadan gəlmiş ola 
bilərdi. Bu Amerikalı ola bilərdi və üzərində belə böyük bir 
təsir  yarada  bilərdi.  Bir  doğma,  həyat  yoldaşı  ola  bilərdi. 
Gənc xanım gəncliyini qəribə yerlərdə keçirmiş olduğunu bi-
lirdim. Lord St. Simonu dinləmədən əvvəl bu nöqtəyə qədər 
gəlmişdim.  Kilsədəki  adamdan,  gəlinin  rəftarlarındakı  ani 
dəyişiklikdən,  bir  qeyd  çatdırmaq  üçün  hazırlandığı  aydın 
olan  buketi  salma  hadisəsindən,  qadının  xüsusi  xidmət-
çisiylə danışdığından da bəhs edincə hər şey aydınlaşmış ol-
du.  Bir  də  xidmətçiylə  danışarkən  eşitdiyini  söylədiyi  “da-
mar  qapma"nın,  mədənçi  jargonunda,  birinin  xüsusi  zəif 
nöqtəsinə  təsir  etmə  olduğunu  bildiyimdən  bu  nöqtəni  də 
açıqlığa  qovuşdurmuş  oldum.  Bir  adamla  qaçmışdı  və  bu 
adam ya bir doğma, ya də köhnə ər idi - bu ikincisinin olma 
ehtimalı daha yüksək idi. 
– Yaxşı onları necə tapdın? 
–  Bu  çətin  ola  bilərdi,  amma  dostumuz  Lestradenin 
əlində,  dəyərini  bilmədiyi  əhəmiyyətli  bir  məlumat  vardı. 
Qeyddəki baş hərflər də əhəmiyyətli idi amma daha da qiy-
mətlisi, bu həftə içində Londonun ən seçmə otellərindən bi-
rində qalması idi. 
– Yaxşı bəs seçmə bir otel olduğunu necə anladın? 
– Seçmə qiymətlərindən. Bir yataq üçün səkkiz şillinq, 
bir stəkan şərab üçün səkkiz peni, otelin nə qədər bahalı ol-
duğunu göstərirdi. Londonda bu qədər bahalı otellərin sayı 
çox deyil. Norsumberland prospektindəki ikinci otelin qeyd-
lərini  araşdırdım  və  oteldə  Francis  H.  Moulton  adında  bir  
Amerikalının  qaldığını,  bir  gün  öncə  ayrıldığını  və  qeydin 
arxasındakı  fakturanın  eynisini  kəsdiyini  öyrəndim.  Mək-
tubların Gordon meydanındakı ünvanına göndərilməsini is-
56 
 


 
təmişdi; bu ip ucuna görə mən də o ünvana getdim və bəx-
timdən  sevimli  cütlüyü  tapdım.  Vəziyyətlərini  həm  cəmiy-
yətə,  həm  də  Lord  St.  Simona  açıq  izah  etmələrinin  daha 
yaxşı  olacağı  istiqamətində  tövsiyə  etdim  və  onlara  burada 
görüşməyə təklif etdim.  Sən də  gördün,  sözlərinin  üstündə 
durdular. 
– Amma çox işə yaramadı, – dedim. Lord heç də yaxşı 
davranmadı.  
– Uatson, – dedi Holms gülümsəyərək, – bütün bu ha-
disələrdən və toydan sonra bir anda həm arvadı, həm də bö-
yük bir sərvəti qaçırsaydın sən də çox yaxşı davranmazdın. 
Nəticədə  Lord  St.  Simonu  anlayışla qarşılamalıyıq  və  onun 
vəziyyətinə düşmədiyimiz üçün şükr etməliyik. İndi yaxın-
laş və skripkamı ver; çünki artıq önümüzdə həll etməmyimiz 
lazım olan tək problem, bu soyuq payız axşamlarını necə ke-
çirəcəyimizdir. 
  
 
 
 
57 
 


 
58 
 


 
 
            
 
VİSTERİA QƏSRİ 
  
 
 
 
 
 
 
 
59 
 


 
Qeyd  dəftərimə  1892-ci  il  martın  son  günü  ilə  bağlı 
“tutqun və küləkli” deyə yazmışam. O gün günorta yeməyi-
nə oturduğumuz zaman Holmsa teleqram gəldi; dostum heç 
bir söz demədən cavab qaraladı. Düşüncəli bir ifadəylə bu-
xarının  qarşısına  oturdu,  tənbəkisini  yandırdı;  gözləri  hər-
dənbir teleqrama sataşırdı. Birdən mənə döndü; xoşagəlməz 
ifadəylə gözlərini qırpdı: 
– Sənə bir sual vermək istəyirəm, Uatson. Necə də olsa 
həkimsən, çox şey bilərsən! “Grotesk” sözünü necə izah ed-
ərsən? 
–  “Qəribə…  Əcaib…  Möhtəşəm”  deməkdir  məncə,  – 
deyə cavab verdim. 
İzahatıma başını buladı.  
–  Ola  bilər.  Amma  yarımçıq  izahatdır,  –  deyə  davam 
etdi.  Buna  bir  az  da  “tragik”  və  “dəhşəti”  əlavə  et.  Səbirli 
oxucularına izah etdiyin  o qədər hekayəni  xatırla,  içlərində 
nə qədər grotesk olanları vardı, deyilmi? Məsələn “Qırmızı 
saçlılar  klubu”  macərasını  xatırla!  Başlanğıcı  kifayət  qədər 
grotesk idi amma sonu ümidsiz bir oğurluq sınağıyla bitirdi. 
“Beş  portağal  çəyirdəyi”  hekayəsi  də  çox  grotesk    şəkildə 
başlayır və intiqamla nəticələnirdi. Bu sözü yaxşıca beyninə 
saldım. 
– Teleqramda da o söz var? – deyə soruşdum. 
Gələn teleqramı mənə uzatdı: 
"İnanılmaz və son dərəcə grotesk bir hadisə yaşadım. 
Sizinlə məsləhətləşə bilərəmmi?  
Skot Ekls, Çarinq Kross Poçtu" 
– Görəsən bunu yazan qadındır yoxsa kişi? – deyə so-
ruşdum. 
60 
 


 
– Təbii ki, kişidir. Bir qadın heç zaman cavab gözləyə-
cəyi teleqram göndərməz; ondansa özü durub gələr. 
– Qəbul edəcəksənmi? 
–  Sevimli  Uatson,  Polkovnik  Karrutersi  həbsə  atdır-
dıqdan  sonra  necə  darıxdığımı,  partladığımı  görmürsənmi? 
Mənim beynim yarış mühərrikinə bənzəyir; etməsi lazım ol-
duğu  işi  edə  bilməyəndə  öz-özünə  pozulur.  Həyat  adi,  qə-
zetlər də dadsız-duzsuz. Cəsarət və romantizm cinayət dün-
yasını  tamamilə  tərk  edib  sanki.  Bu  vəziyyətdə  zırt-pırt  da 
olsa yeni bir problemi araşdırmaq istəyimi necə soruşarsan? 
Deyəsən müştərimiz də gəldi yəqin. 
Pilləkəndən  ağır  addım  səsləri  gəldi,  az  sonra  içəriyə 
bığlı, yekə bir adam girdi; ciddi və qürurlu görünürdü. Hə-
yat  hekayəsi  dərin  üz  xəttlərindən və  əzəmətli  ədalarından 
oxunurdu.  Ayaqqabılarının  tozundan qızıl  çərçivəli eynəyi-
nə qədər bütün görünüşü dindar, mühafizəkar və son dərəcə 
namuslu bir vətəndaş təəssüratı yaradırdı. Lakin başına gə-
lən maraqlı bir hadisə, təbii olaraq dincliyini pozmuşdu; belə 
ki, saçları dağılmış, yanaqları hirsindən qızarmış, həyəcanlı 
və təlaşlı görünürdü. Otağa girər-girməz danışmağa başladı. 
– Bişmiş toyuğun başına gəlməyən şey mənim başıma 
gəlib, cənab Holms, – dedi. Olanları mütləq kiməsə danışma-
lıyam.  Həyatımda  beləsinə  bərbad  bir  vəziyyətə  heç  vaxt 
düşməmişdim.  Çox  çirkin  bir  hadisədir!  Bir  izahı  olmalıdır 
mütləq. Səsi gedərək yüksəlir, hiddətdən köpürürdü. 
– Lütfən oturun, cənab Skot Ekls, – dedi Holms, sakit 
səs tonuyla. Mənim yanıma niyə gəldiyinizi soruşa bilərəm-
mi?  
– Əlbəttə cənab. Polisi maraqlandıracaq bir işə bənzə-
mir.  Hadisələrin  hansı  şəkildə  inkişaf  etdiyini  izah  etsəm 
61 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə