Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   ...   29

 
yimdə hələ ağrı var idi. Bundan sonra biləyimin ətrafına dəs-
malımın bir küncünü möhkəmcə sarıdım və bir taxtayla söy-
kəndim. 
– Bir sözlə mükəmməl! Operator olmalı idiniz. 
– Əslində hidravlik bir vəziyyətdir, bu da bildiyiniz ki-
mi ixtisas sahəmdir.  
Yaranı  araşdırdım  və  diaqnozu  qoydum:  Bu  çox  ağır 
və iti bir şeylə edilib. 
– Çapacaq  kimi bir şey idi, – dedi. 
– Bir qəza idi hər halda? 
– Xeyr, qətiyyən. 
– Necə? Bir hücum idi? 
– Qətiyyən. 
– Məni qorxudursunuz. 
Yaranı təmizlədim və sarğı bezi ilə bağladım. Arada sı-
rada dodağını dişlədisə də əməliyyat boyunca səsini çıxart-
madan oturdu. İşimi bitirib 
– İndi necəsiniz, – deyə soruşdum.  
– Möcüzə! Brendiniz və sarğınız sayəsində yenidən do-
ğulmuş  kimiyəm.  Çox  halsız  düşmüşdüm  amma  həqiqətən 
də yorucu bir gecə idi. 
– Bir müddət danışmasanız daha yaxşı olar. Aydındır 
ki sinirləriniz pozulub. 
– Yox, yox, artıq yaxşıyam. Hekayəmi onsuz da polisə 
danışmaq məcburiyyətində qalacağam, amma aramızda qal-
sın,  bu  yaram  olmasa  mənə  inanacaqlarını  düşünmürəm, 
çünki başıma gələnlər fövqəladə şeylərdir. Üstəlik danışdıq-
larımı əsaslandıra bilmək üçün dəlilim də yoxdur. Mənə ina-
nacaq olsalar belə onlara təqdim edə biləcəyim ipucları o qə-
dər azdır ki, ədalətin yerini tapma ehtimalı azdır. 

 


 
– Aha, – deyə qışqırdım. – Həll edilməsini istədiyiniz 
bir  problem  varsa,  polisə  getmədən  əvvəl  dostum  Şerlok 
Holmsa müraciət etməyinizi təklif edərəm. 
– Onun adını daha əvvəldən eşitmişdim, – dedi qona-
ğım. Hadisəyə diqqət ayırsa çox sevinərdim. Təbii ki, polisə 
də getməyim lazım olacaq amma əvvəl dostunuza müraciət 
etsəm yaxşı olar; oraya necə gedəcəyimi izah edərsinizmi?" 
–  Daha  yaxşısını  da  edərəm;  sizi  onun  yanına  özüm 
apararam. 
– Sizə həqiqətən minnətdar olaram. 
–  Bir  araba  çağırıb  birlikdə  gedərik.  Vaxtında    getsək 
birlikdə nahar da edə bilərik. Nə deyirsiniz? 
–  Onsuz  da  hekayəmi  danışana  qədər  özümü  rahat 
hiss edə bilmərəm. 
– Elə isə xidmətçimə söyləyim bir araba çağırsın. Mən 
dərhal qayıdıram. 
Yuxarı qaçıb arvadıma vəziyyəti qısaca izah etdim; beş 
dəqiqə  sonra  Beyker  küçəsinə  doğru  yola  düşmüşdük.  Şer-
lok Holmsu, tam təxmin etdiyim kimi, yüngül paltarda qo-
naq  otağında  oturmuş, “Times”dakı  şəxsi elanlar sütununu 
oxuyarkən  gördük.  Bir  gün  əvvəldən  qalama,  buxarısının 
üzərində  diqqətlicə  qurutmuş  olduğu  tütün  qırıntılarından 
ibarət  səhər  yeməyi  öncəsi  tənbəkisini  tüstülətdirirdi.  Bizi 
hər zamankı sakit ovqatı ilə qarşıladı, üçümüzə nahar söylə-
di  və  birlikdə  mükəmməl  səhər  yeməyi  yedik.  Yeməyimiz 
bitəndən  sonra  qonağımızı  kresloya  dəvət  etdi,  başının  ar-
xasına yumşaq bir yastıq yerləşdirdi və dərhal yanına bir stə-
kan brendi və su qoydu. 
–  Başınıza  gələn  hadisə  hər  nədirsə,  cənab Haserley, 
adi bir şey olmadığını görə bilirəm, – deyə sözə başladı. Xa-

 


 
hiş edirəm uzanın və özünüzü evinizdəki kimi hiss edin. Bi-
zə  danışa  biləcəyiniz  hər  şeyi  danışın;  yorulanda  dayanıb 
gücünüzü  toplamaq  üçün  bir neçə  qurtum  su  içməyi  unut-
mayın. 
–  Təşəkkür  edirəm,  amma  həkim  yaramı  sarıyandan 
bəri özümü çox yaxşı hiss edirəm və sizin səhər yeməyiniz 
də müalicəni tamamladı məncə. Qiymətli vaxtınızı mümkün 
olduğu  qədər  az  xərcləmək  üçün  yaşadıqlarımı  danışmağa 
dərhal başlayacağam. 
Mən tam qarşısında oturarkən, Holms, maraqlı və oya-
nıq şəxsiyyətini gizləyən o əldən düşmüş və yorğun halıyla 
böyük  kreslosuna  oturdu  və  birlikdə  qonağımızın  maraqlı 
hekayəsini dinləməyə başladıq. 
–  Londonda  tək  başına  yaşayan  yetim  və  subay  ada-
mam. Hidravlika mühəndisiyəm və tanınmış bir firma olan 
“Venner & Matheson”da yeddi il işləmişəm. İki il əvvəl, ar-
tıq vəzifəmi tamamlamış və yazıq atamın ölümüylə olduqca 
böyük məbləğdə pula da sahib olmuşkən, öz işimi qurmağa 
qərar verdim və Viktoria prospektində bir yer tutdum. Dü-
şünürəm ki, öz işini qurmağa qərar verən hər kəs ilk təcrü-
bələrin çətin olduğunu bilir. Mənim üçün də elə oldu. İki il 
boyunca üç görüşmə və kiçik bir işdən başqa bir şey edə bil-
mədim. Peşəmin mənə verdiyi tam olaraq bu qədər idi. Hər 
gün, səhər saat doqquzdan, günortadan sonra saat dördə qə-
dər kiçik iş yerimdə oturub gözlədim. Təbii ki, sonunda ümi-
dim tükəndi və əsla bacara bilməyəcəyimə inanmağa başla-
dım. Nəysə, dünən ofisimi tərk etmək üzrəydim ki, katibəm 
otağıma  girərək,  çöldə  mənimlə  iş  üçün  görüşmək  istəyən 
bir cənabın gözlədiyini söylədi. Üzərində “Polkovnik Lisan-
der Stark” yazan bir kart gətirmişdi. Dərhal arxasınca  pol-

 


 
kovnikin özü də otağa girdi. Olduqca uzun boylu amma ina-
nılmaz  dərəcədə  arıq  bir  adam  idi. Həyatım  boyunca  onun 
qədər zəif bir adam gördüyümü xatırlamıram. Çox iti burnu 
və çənəsi vardı və yanaqlarının dərisi, iti üz xəttlərindən ötə-
ri gərgin görünürdü. Yenə də sağlam görünürdü çünki göz-
ləri  parlaq,  addımları  sürətli  və  hərəkətləri  enerji  dolu  idi. 
Sadə  amma  qəşəng  geyimli  idi  və  yaşı  da  təxminimə  görə, 
qırxa yaxın idi. 
– 
Cənab Haserley? – dedi, alman aksentinə bənzər bir 
aksentlə.  Mənə  tövsiyə  edildiniz,  cənab  Hatherley.  Sırf,  pe-
şəsini  professionalca  görən  biri  olaraq  deyil;  eyni  zamanda 
ehtiyatlı və sirr saxlaya bilən biri olduğunuz üçün. 
Belə bir iltifat qarşısında hər gənc adamın hiss edəcəyi 
kimi qürur duydum  və ehtiramla əyildim.  
– Məni belə gözəl təqdim edənin kim olduğunu soru-
şa bilərəmmi? – dedim. 
–  Bəlkə  də  sizə  bunu  bu  an  üçün  söyləməsəm  daha 
yaxşı olar. Eyni qaynaqdan öyrəndiyimə görə yetimsiniz, ev-
li deyilsiniz və Londonda tək yaşayırsınız. 
– Bütün bunlar doğrudur, – deyə cavab verdim. Mara-
ğımı bağışlayın amma bunun peşə qabiliyyətlərimlə əlaqəsi-
ni  anlaya  bilmədim.  Səhv  anlamadımsa  mənimlə  iş  görüş-
məsinə gəlmisiniz. 
– Doğrudur. Söylədiyim hər şeyin əhəmiyyətini onsuz 
da görəcəksiniz. Sizin üçün bir işim var amma gizlilik şərt... 
Anlayırsınız,  tam  gizlilik  və  bunu  ailəsiylə  yaşayan  bir  ad-
amdansa  tək  yaşayan  birindən  gözləmək  daha qəbul edilər 
bir şeydir. 
– Sirr saxlayacağıma dair söz versəm, – dedim, – bunu 
yerinə yetirəcəyimi bilmənizi istəyirəm. 
10 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə