Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
dur.  Qreqson,  Skotland  Yard  ofisinin  pilləkənləri  ilə  necə 
qalxırsa, indi də, qatili həbs etmək üçün eyni şəkildə dimdik 
və  səssizlik  içində  nərdivanlardan  yuxarı  dırmaşmağa  baş-
lamışdı. Pinkertondan gələn adam qabağına keçməyə çalışsa 
da  Qreqson,  qolunu  uzadaraq  ona  mane  oldu.  Londonun 
təhlükələri London təhlükəsizliyi ilə məşğul olanların işi idi. 
Üçüncü  mərtəbədə  soldan  ilk  mənzilin  qapısı  aralıq 
idi.  Qreqson  qapını  itələyərək  açdı.  İçəri  qaranlıq  və  səssiz 
idi.  Müfəttişin  əlindəki  lampanı  yandırmaq  üçün  bir  kibrit 
yandırdım. Kiçik alov otağı işıqlandıranda, hamımız nəfəslə-
rimizi tutduq. Sakit otağın taxta döşəməsində, hələ təzə, qan-
lı  ayaq  izləri  görünürdü.  Bu  qanlı  addımlar,  qapısı  bağlı  iç 
otaqlardan  birindən  uzaqlaşaraq,  bizim  dayandığımız  yerə 
doğru yönəlirdi. Qreqson bu qapını da açdı və biz çiyinləri-
nin üzərindən maraqla baxarkən işığı önünə tutdu. 
Otağının ortasında, yerdə, nəhəng bir adam uzanmış-
dı. Saqqalsız, əsmər üzü, qorxunc bir şəkil almışdı; başı, açıq 
rəngli  taxta  döşəməyə  böyük  bir  dairə  şəklində  yayılmış 
qandan  qoyub  bir  halə  ilə  çevrilmişdi.  Dizləri  gövdəsinə 
doğru  çəkilmiş,  qolları  iztirabla  iki  yana  açılmışdı.  Yuxarı 
dönük  əsmər  boynunun  ortasında,  dibinə  qədər  saplanmış  
bıçağın  dəstəyi  görünürdü.  Böyük  adam  olsa  da,  ölümünü 
gətirən bu zərbə qarşısında, başı kəsilən bir mal kimi yıxıl-
malı idi. Sağ əlinin yanında, iki üzü iti, buynuz saplı təhlü-
kəli bir xəncər vardı - onun yanında da qara əlcək. 
– Aman Tanrım! Bu Qara Corcianodur! – deyə qışqırdı 
amerikalı  müfəttiş.  Bu  səfər  kimlərsə  bizdən  əvvəl  hərəkət 
edib. 
–  Pəncərədəki  şam  buradadır  cənab  Holms,  –  dedi 
Qreqson. – Nə edirsiniz elə? 
119 
 


 
Holms, pəncərənin yanına gedib şamı yandırmış, son-
ra  da  onu  pəncərəyə  yaxınlaşdırıb-uzaqlaşdırmağa  başla-
mışdı. Ardınca qaranlıq küçəyə baxdı və şamı söndürüb yerə 
atdı. 
– Səhv etmirəmsə bu bizə kömək edəcək, – dedi. Sonra 
yanımıza gəldi və iki rəsmi dedektif cəsədi araşdırarkən də-
rin düşüncələrə daldı. Siz aşağıda gözləyərkən mənzildən çı-
xan üç adam görmüşdünüz elə deyilmi? – deyə soruşdu. 
– Bəli, doğrudur. 
– Yaxşı, bunlardan biri, otuz yaşlarında, qara saqqallı, 
əsmər, orta boylu bir adam ola bilərmi?  
– Bəli; son çıxan adam o idi. 
– Düşünürəm axtardığınız adam odur. Mən onu yox-
layaram; həm ayaq izləri də əlimizdədir. Bunlar sizin üçün 
bəs edər. 
– Çox deyil cənab Holms, Londonun əhalisini düşün-
səniz... 
–  Haqlı  ola  bilərsən.  Onsuz  da  onun  üçün  bu  xanımı 
köməyə çağırmağın yaxşı olacağını düşünürəm. 
Sözlərini  tamamlayanda  hamımız  arxamıza  baxdıq. 
Qapıda uzun boylu gözəl bir qadın dayanırdı – Blumsburi-
nin sirli kirayəçisi idi. Yavaş-yavaş bizə doğru irəlilədi, üzü 
əhəng  rənginə  bürünmüş,  böyük  gözləri  dəhşətlə  açılmış, 
yerdə yatan qaranlıq gövdəyə baxırdı. 
– Onu öldürmüsünüz! – deyə mızıldandı. Ah, Dio mio, 
onu  öldürmüsünüz!  Əvvəl dərindən nəfəs  aldığını  eşitdim; 
ardınca  sevinclə  qışqıraraq  havaya  sıçradı.  Otağının  içində 
rəqs etməyə başlamışdı - əl çalır, tünd rəngli gözləri xoşbəxt-
liklə parıldayır və ağızından minlərlə, şirin, italyanca söz tö-
külürdü. Belə bir mənzərə qarşısında bir qadının xoşbəxtlik-
120 
 


 
lə  özünü  itirdiyini  görmək  heyrətamiz   idi.  Sonra  durduğu 
sorğulayıcı gözlərlə bizə baxdı. 
– Amma siz! Siz polissiniz, elə deyilmi? Cüzeppe Cor-
cianonu öldürən sizlərsiniz, elə deyilmi? 
– Biz polisik madam. 
Qadın, otağının kölgəli künclərinə göz gəzdirdi. 
– Yaxşı, bəs Cennaro haradadır? – deyə soruşdu. O mə-
nim ərimdir, Cennaro Lucca. Mən adım da Emilia Lucca. İki-
miz  də  Nyu  Yorkdan  gəlmişik.  Cennaro  haradadır?  Bir  az 
əvvəl bu pəncərədən məni çağırdı - mən də var gücümlə qa-
çıb bura gəldim. 
– Sizi çağıran mən idim, – dedi Holms. 
– Siz məni necə çağıra bildiniz? 
– Şifrəniz heç də çətin deyildi madam. Bura gəlməniz 
lazım idi. Etməm lazım olan tək şeyi “Meni” ını vermək idi. 
Buna görən kimi gələcəyinizi bilirdim. 
Gözəl italyan, çaşqın gözlərlə dostuma baxdı. 
– Bunları haradan bildiyinizi anlaya bilmirəm, – dedi. 
Cüzeppe Corciano - o necə... dayandı, sonra üzü birdən qü-
rur  və  sevinclə  işıqlandı.  İndi  anladım!  Cennarom  mənim! 
Məni  bütün təhlükələrdən qorumuş  olan  canım  Cennarom, 
bir dənə Cennarom, o etdi bunu, öz güclü əlləriylə bu cana-
varı öldürən odur! Ah, Cennaro, sən möcüzəli adamsan! On-
un kimi bir adama hansı qadın layiq ola bilər ki?" 
– Çox yaxşı, xanım Lucca, – dedi, Qreqson səbirsizliklə 
və sanki qarşısındakı bir qadın deyil də küçə avarasıymış ki-
mi sərtcə qolundan yapışdı. Kim olduğunuzu tam olaraq bil-
mirəm, amma sizi Skotland Yardda görmək istəməyim üçün 
çox şey dediniz. 
121 
 


 
– Bir dəqiqə Qreqson, – dedi Holms. Əminəm buradakı 
xanımı ehtiyac duyduğumuz məlumatları bizə vermək möv-
zusunda son dərəcə istəkli olacaq. Anlayırsınız, deyilmi ma-
dam? Əriniz, önümüzdə yatan bu adamı öldürmək cinayəti 
ilə həbs olunub məhkəmə qarşısına çıxarılacaq. Deyəcəkləri-
niz məhkəmədə dəlil olaraq istifadə edilə bilər. Amma ərini-
zin bu hərəkət üçün haqlı səbəbləri olduğuna inanırsınızsa, 
bizə bütün hekayəni izah etməklə ona böyük köməyiniz to-
xunacağını bilməyinizi istəyərəm. 
– Artıq Corciano öldüyünə görə heç nədən qorxumuz 
qalmadı, – dedi qadın. O bir şeytan idi, bir canavar idi - və 
onu öldürdüyü üçün ərimə cəza verə biləcək heç bir hakim 
yoxdur yer üzündə. 
– O halda, – dedi Holms, bu qapını kilidləməyi və hər 
şeyi  gördüyümüz  kimi  burda  qoymağı  təklif  edirəm.  Xa-
nımla  birlikdə  mənzilinə  gedək və  fikirimizi  onun  izah  et-
diklərini dinlədikdən sonra  formalaşdıraq. 
Yarım saat sonra dördümüz sinyora Luccanın kiçik qo-
naq otağında oturmuş, təsadüfən şahid olduğumuz bu qəri-
bə  sonluqlu  qorxunc  hekayəni  dinləməyə  başlamışdıq.  Xa-
nım dilimizdə sürətli və axıcı, lakin son dərəcə pozuq danı-
şırdı; amma mən, oxucu tərəfindən başa düşülməsi üçün bu-
nu düzgün hala gətirərək köçürəcəyəm. 
–  Napoli  yaxınlarında  olan  Posilippoda  dünyaya  gəl-
mişəm,  –  deyə  danışmağa  başladı  qadın  və  bir  zamanlar  o 
bölgənin  qubernatorluğunu  da  etmiş  olan  baş  prokuror 
Augusto Barellinin qızıyam. Cennaro atamla birlikdə çalışır-
dı və mən, orada yaşayan hər bir qadın kimi, ona könül ver-
mişdim. Cennaronun pulu da, yaxşı bir mövqeyi də yox idi –
yeganə olan yaraşığı, gücü və enerjisi idi – atam evlənməyi-
122 
 


 
mizə  qarşı  çıxdı.  Birlikdə  qaçdıq,  Baridə  evləndik  və  bizi 
Amerikaya aparacaq pulu əldə etmək üçün də ləl-cəvahirat-
larımı satdıq. Bunlar dörd il əvvəl idi; o zamandan bəridir ki
Nyu Yorkdaydıq. 
Əvvəllər bəxtimiz gətirirdi. Cennaro, italyan bir cəna-
ba  kömək  etdi  -  Bovery  deyilən  bir  yerdə  onu  avaraların 
əlindən qurtardı və beləcə yaxşı bir dost qazanmış oldu. Cə-
nabın adı Tito Casalotte idi və Nyu Yorkun qabaqcıl meyvə 
idxalat  şirkətlərindən  “Casalotte  &  Zamba”nın  ortağı  idi. 
Sinyor  Zamba  yatalaq  olduğu  üçün,  yeni  dostumuz  Casal-
otte,  üç  yüzdən  çox  fəhləsi  olan firmada  tək  başına  söz  sa-
hibidir. Ərimi işə götürdü, onu hissə şəriki etdi və bizə hər 
baxımdan yaxşı davrandı. Sinyor Casalotte subay idi və əri-
mi öz oğulu kimi sevdiyinə inanıram, çünki ərim də, mən də 
onu bir ata olaraq qəbul edib sevmişdik. Bruklinə baxan ki-
çik bir ev tutmuşduq və gələcəyimiz parlaq görünürdü - ta 
ki,  çox  keçmədən bütün səmanı  örtəcək  qara  bulud  ortaya 
çıxana qədər. 
Cennaro, bir gecə işdən dönərkən yanında həmvətən-
lərimizdən  biri  ilə  gəldi.  Adamın  adı  Corciano  idi  və  o  da 
Posilippodan gəlirdi. Yekə bir adam idi - cəsədini siz də gör-
dünüz. Təkcə fiziki cəhətdən nəhəng deyildi, adamın hər şe-
yi  nəhəng,  anormal  və  qorxunc  idi.  Səsi,  kiçik  evimizin  di-
varlarında  göy  gurultusu  kimi  əks-səda  verirdi.  Danışdığı 
zaman,  kiçik  evimizdə  dəli  kimi  oynatdığı  böyük  qollarına 
az qala yer qalmırdı. Düşüncələri, duyğuları, ehtirasları, hər 
şeyi  şişirdilmiş  və  canavarcasınaydı.  Elə  bir  enerjiylə  danı-
şardı ki – nərildəyərdi demək daha doğru olar – digər insan-
ların edə biləcəyi tək şey oturub onu dinləmək idi. Baxışla-
rındakı  qızğınlıq,  sizi  təsiri  altına  salmağa  bəs  edirdi.  Qor-
123 
 


 
xulu, başa düşülməsi çətin adam idi. Öldüyü üçün Tanrıya 
şükr edirəm! 
Corciano tez-tez gəlirdi evimizə. Lakin Cennaronun da 
onun  varlığından  mənim  qədər  narahat  olduğunu  zamanla 
anladım. Yazıq ərim bət-bənzi qaçmış halda oturar, qonağı-
mızın,  siyasət  ya  da  ictimai  problemlərlə  əlaqədar  bitmək 
bilməyən  söhbətlərini  dinləmək  məcburiyyətində  qalardı. 
Cennaro heç nə demirdi, amma onu çox yaxşı tanıdığım üç-
ün, daha əvvəl onda heç görmədiyim bir duyğu içində oldu-
ğunu fərq edirdim. Əvvəllər adamdan yalnız xoşlanmadığı-
nı düşünürdüm. Amma sonra bunun xoşlanmamaqdan baş-
qa bir şey olduğunu anladım. Qorxu idi Cennaroda gördüy-
üm; dərin, gizli bir qorxu. O gecə - qorxusunun fərqinə var-
dığım gecədən danışıram - onu qucaqladım və mənə duydu-
ğu sevginin, sevdiyi hər şeyin adına məndən heç bir şey giz-
lətməməsi üçün ona yalvararaq Corcianodan niyə qorxduğu-
nu izah etməsini istədim. 
Mənə hər şeyi izah etdi. Hekayəsini dinlədikcə ürəyi-
min  donduğunu  hiss  etmişdim.  Yazıq  Cennarom,  bütün 
dünya ona qarşıymış kimi hiss etdiyi dəli gənclik günlərində 
- dünyadakı haqsızlıqlar üzündən ağılını qaçırmaq üzrə ol-
duğu  zamanlarda  -  Karbonariylə  də  yandaş  olan  “Qırmızı 
Çevrə” adında bir Napoli cəmiyyətinə qoşulmuşdu. Haqqın-
da danışdığımız təşkilatın sirləri dəhşətli imiş; bir dəfə daxil 
oldunmu, bir daha əsla çıxa bilməzdin. Amerikaya qaçdığı-
mız zaman Cennaro onlardan tamamilə xilas olduğunu düş-
ünmüşdü. Buna görə bir axşam, özünü şəxsən üzvlüyə qəbul 
etmiş  olan  adama,  nəhəng  Corcianoya;  işlədiyi  saysız  cina-
yətlərə  görə  İtalyanın  cənubunda  “Ölüm”  olaraq  adlandırı-
lan adama küçədə rast gəlincə Cennaronun necə qorxduğu-
124 
 


 
nu  təxmin  edə  bilərsiniz!  Corciano,  İtalyan  polisindən  qaç-
maq üçün Nyu Yorka gəlmişdi və yeni evində o zamandan, 
təhlükəli cəmiyyətinin toxumlarını əkməyə başlamışdı. Cen-
naro bütün bunları mənə danışdıqdan sonra məhz o gün al-
dığı  çağırışı  göstərdi;  üzərinə  “Qırmızı  Çevrə”  çəkilmiş  bir 
kağız  idi;  altına  da,  yığıncağın  hansı  tarixdə  olacağı  yazıl-
mış, gəlməsinin vacib olduğu ifadə edilmişdi. 
Bütün bunlar azmış  kimi, çox keçmədən işlər daha da 
qorxunc bir hal aldı. Bir müddətdir ki, Corcianonun bizə gəl-
diyi  zaman  (həmişə  axşamlar  gələrdi)  haradasa  yalnız  mə-
nimlə danışdığını fərq etmişdim. O dəhşət verici, dəli və ca-
navar  baxışları  ərimlə  danışarkən belə  həmişə  mənim  üzə-
rimdə  olardı.  Və  bir  gecə  sirri  ortaya  çıxdı.  İçində,  onun 
“eşq” dediyi bir şey oyandırmışım - bir canavarın, bir vəhşi-
nin eşqi. O gün evimizə gələndə Cennaro hələ işdən qayıt-
mamışdı. O zorla içəri girdi, məni qorxunc qollarıyla tutub 
sinəsinə  sıxdı  və  üzümün  hər  yerini  öpüb  onunla  birlikdə 
getməyim üçün yalvardı. Mən qışqırıb çığıraraq etiraz etmə-
yə çalışarkən Cennaro gəlib üstünə atıldı. Corciano, ərimi bir 
zərbədə yerə sərdi və qaçaraq aradan çıxdı. O gecə, təhlükəli 
bir düşmən qazanmışdıq. 
Bir neçə gün sonra yığıncaq vardı. Cennaro oradan qa-
yıdanda, qorxunc bir hadisə baş verdiyi üzündən oxunurdu. 
Xəyal edə biləcəyimizdən belə  daha  dəhşətli idi.  Cəmiyyət, 
zəngin İtalyanlara şantaj edərək pul qazanır, ödəməyi qəbul 
etməyənlər  ölümlə  təhdid  edilirdi. Hətta  sevimli  dostumuz 
və xilaskarımız cənab Casalotteyə də şantaj edilmiş, amma o 
təhdidlərə qulaq asmayıb cəmiyyətdən gələn məktubları po-
lisə vermişdi. Yığıncaqda, başqa qurbanların da üsyan etmə-
sinin qarşısını almaq məqsədiylə Casalotteyə dərs verilməsi 
125 
 


 
qərarlaşdırılmışdı. Evi və özü dinamitlə partladılacaqdı  və 
vəzifəni kimin yerinə yetirəcəyini təsbit etmək üçün də püşk 
atılacaqdı.  Cennaro  əlini  torbaya  salanda  düşmənimizin iy-
rənc üzündə meydana çıxan gülümsəməyi əsla unuda bilmə-
yəcəyini deyirdi. Püşk, əvvəldən hazırlandığı üçün; Cennar-
onun  çəkdiyi  kağızda,  “Qırmızı  Çevrə”nin  ölümcül  işarəsi, 
yəni cinayət əmrini verən işarə varmış. Ya ən yaxşı dostunu 
öldürəcək ya da məni və özünü cəmiyyət qardaşlarının inti-
qamına  məruz  qoyacaqdı.  Cəmiyyətin  şeytani  qaydaları, 
qorxduqları ya da nifrət etdikləri adama zərər verməklə qal-
mır,  sevdiklərini  də  cəzalandırmağı  nəzərdə  tuturdu;  yazıq 
Cennaronu  dəhşətə  salıb  onu  narahatlıqdan  az  qala  dəliyə 
çevirən şey də bu idi. 
Bütün  gecə  bir-birimizi  qucaqlayıb,  önümüzdəki  qor-
xunc  günlər  üçün  bir-birimizə  güc  verməyə  çalışdıq.  Cina-
yət  növbəti  gecə  işlənəcəkdi.  Sabahısı  gün  günorta,  sevimli 
dostumuzu təhlükədən xəbərdar edib onu qoruma sözü ve-
rən polislərə də lazımlı məlumatları ötürdükdən sonra ərim-
lə birlikdə Londona doğru yola düşmüşdük. 
Bundan  sonrasını  zatən  bilirsiniz,  cənablar.  Düşmən-
lərimizin  bizi  izləyəcəyindən  əmin  idik.  Corcianonun,  inti-
qam  almaq  üçün  şəxsi  səbəbləri  vardı  və  nə  qədər  mərhə-
mətsiz, nə qədər hiyləgər və inadçı olduğunu bilirdik. İtali-
yada da, Amerikada da əlindəki əlaqələr sayəsində çox şey 
danışırdılar; bu əlaqələri indi işə salmasa, nə zaman salacaq-
dı?  Sevgilim qaçışımızın bizə yaratdığı  bir neçə günlük rah-
atlıqda  mənim üçün təhlükələrdən tamamilə uzaq qala bilə-
cəyim  bir  sığınacaq  təşkil  etdi.  Amerikan  və  italyan  polis 
gücləri ilə əlaqə qura bilmək üçün özü gizlənməyi rədd etdi. 
Harada və necə yaşadığını bilmirəm. Onunla yeganə əlaqəm 
126 
 


 
bir qəzetin sütunundan ibarət idi. Bu yaxınlarda pəncərədən 
baxanda,  evi  müşahidə  edən  iki  italyan  gördüm;  Corciano-
nun bizi tapmış olduğunu anladım. Cennaro son olaraq, qə-
zetdəki sütun vasitəsiylə, mənə pəncərədən işıqla şifrəli bir 
mesaj göndərəcəyini yazmışdı. Mesajı xəbərdarlıqlardan iba-
rət idi və qəflətən kəsildi. İndi anlayıram ki Cennaro, Corci-
anonun onu tapdığını  bilirdi. Tanrıya şükrlər olsun ki, hü-
cumuna hazır idi! Bəli, cənablar, qanunlardan qorxmağımız 
üçün bir səbəbimiz varmı deyə soruşmaq istəyərəm sizdən; 
dünyada, etdikləri üçün Cennaronu günahkar çıxara biləcək 
bir hakim varmı? 
– Bəli, cənab Qreqson, – dedi amerikalı, məmura baxa-
raq, siz ingilislərin fikri nədir bilmərəm, amma elə düşünü-
rəm ki, bu qadınla əri, Nyu Yorkda böyük bir təqdirlə qarşı-
lanacaq. 
–  Yenə  də  mənimlə  mərkəzə  qədər  getmək  məcburi-
yyətindədir,  –  deyə  cavab  verdi  Qreqson.  Dedikləri  təsdiq-
lənsə nə onun, nə də ərinin qorxmasına gərək olduğunu san-
mıram. Mənim anlaya bilmədiyim cənab Holms; bu hadisə-
yə siz necə qarşılaşdınız? 
– Öyrənmək, Qreqson, öyrənmək. Yeni məlumatlar əl-
də etmək həvəsi. Çox yaxşı Uatson, kolleksiyasına əlavə edə-
cək tragik və qorxunc bir hekayən də oldu. Ağılıma gəlmiş-
kən,  saat  hələ  səkkiz  olmayıb  və  bu  gecə  Kovent  stansiya-
sında Vagner konserti təşkil edilir! Tələssək bəlkə ikinci his-
səyə çata bilərik. 
 
 
  
  
127 
 


 
MÜNDƏRİCAT 
 
 
 
Mühəndisin baş barmağı............................................................3 
Subay zadəgan............................................................................31 
Visteria qəsri................................................................................59 
Qırmızı çevrə..............................................................................101
 
 
 
 
 
Artur Konan Doyl 
 
hekayələr toplusu 
 
 
 
 
Çapa imzalanıb: 03.11.2014 
Formatı: 70x100  1/16. Ofset çapı 
Həcmi: 8 
Sifariş № 27 
 
 
mətbəəsində çap olunub 
 
 
Qiyməti: 3 manat 50 qəpik 
 
128 
 

Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə