Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   ...   29

 
Danışdığım müddət ərzində mənə sərt-sərt baxdı. Da-
ha əvvəl heç bu qədər şübhə dolu, sorğulayıcı bir baxış gör-
məmişdim. 
– Söz verirsinizmi elə isə? – dedi sonunda. 
– Bəli verirəm. 
–  Əvvəlində  və  sonrasında  tam  və  qəti  bir  səssizlik 
üçün eləmi? İşlə əlaqədar nə yazılı, nə də şifahi tək bir söh-
bət olmayacaq ki? 
– Sizə söz verdim. 
– Çox yaxşı. – Birdən ayağa qalxdı və ildırım sürətiylə 
otağının o biri tərəfinə qaçıb qapını açdı. Dəhliz boş idi. Geri 
döndü və: 
– Bu da tamam. Bəzi katibələrin müdirlərinin işləri ilə 
bağlı nə qədər maraqlı olduğunu bilərəm. Artıq rahat rahat 
danışa  bilərik,  –  dedi.  Kürsüsünü  mənimkinin  düz  yanına 
çəkdi və təkrar mənə o şübhə dolu baxışlarını yönəltdi. 
Adamın qəribə davranışları, içimdə qorxuya yaxın ik-
rah duyğusu oyandırmağa başlamışdı. Bir müştərini qaçırma 
qorxusu belə içimdəki narahatlığımı saxlamağıma çatmadı. 
– Xahiş edirəm artıq görüş səbəbinizi söyləyin cənab, – 
dedim;  “Zamanım  qiymətlidir.”  Son  cümləmi  deməmiş  ol-
mağı  necə  istəyərdim  bir  bilsəniz;  amma  sözlər  ağızımdan 
çıxmışdı. 
– Bir gecəlik iş üçün min yüz şillinqə nə deyərsiniz? 
– Çox gözəl. 
–  Bir  gecəlik  iş  deyirəm,  amma  bir  saat  demək  daha 
doğru olar. Sizdən istədiyim, xarab olan hidravlik bir təzyiq 
maşınına baxmağınızdır. Problemin harada olduğunu söylə-
səniz gerisini özümüz də həll edə bilərik. Nə deyərsiniz? 
– Asan bir iş kimi görünür. Üstəlik qazancı da əladır. 
11 
 


 
– Bəli elədir. Bu gecə son qatarla gəlmənizi istəyirik. 
– Hara? 
–  Berkşirə,  Eyforda.  Oksfordşir  sərhədinə  yaxın  kiçik 
bir yerdir. Paddinqtondan çıxan qatara minsəniz on ikiyə iy-
irmi dəqiqə işləmiş orada olarsınız. 
– Razılaşdıq. 
– Mən sizi orada bir araba ilə gözləyəcəyəm. 
– Demək xeyli bir yol gedəcəyik, eləmi? 
–  Bəli,  yerimiz  qəsəbənin  kənarındadır.  Eyeford  stan-
siyasından heç olmasa yeddi mil uzaqda. 
–  Elə  isə  gecə  yarısından  əvvəl  oraya  çatmamız  o  qə-
dər də mümkün görünmür. Böyük ehtimalla bir qatar da ta-
pa bilmərəm. Bu vəziyyətdə gecəni sizdə qalmaq məcburiy-
yətində olacağam. 
– Bəli, sizə asanlıqla bir otaq ayıra bilərik. 
–  Bu  olduqca  qəribə  bir  vəziyyətdir,  daha  uyğun  bir 
saatda gəlsəm olmazmı? 
–  Gec  gəlməyinizin  ən  yaxşı  variant  olacağı  mövzu-
sunda qərarlıyıq. Əslində işinin son ən yüksək zirvəsinə çat-
mış həmkarlarınıza ödənəcək bir miqdarı sizin kimi gənc və 
tanınmamış bir cənaba verməmizin səbəbi, bu vəziyyətə fikir 
verməməyiniz üçündür. Amma imtina etmək istəyirsinizsə, 
hələ heç bir şey üçün gec deyil. 
Təklif etdiyi pulu və mənim üçün nə qədər faydalı ola-
cağını düşündüm. – Xeyr imtina etmirəm, – dedim, istəkləri-
nizi məmnuniyyətlə yerinə yetirəcəyəm. Amma məndən nə 
gözlədiyiniz mövzusunda bir az da məlumat almaq istəyər-
əm. 
–  Təbii  ki,  sizdən  istədiyim  gizlilik  marağınızı  oyan-
dırmış olması çox təbiidir. Hər detalı təqdim etmədən sizdən 
12 
 


 
bir  şey  tələb  etmək  istəmirəm.  Axşam  üstü  kimsəni  gözlə-
mirsiniz deyilmi?  
– Qətiyyən, gözləmirəm! 
– Elə isə izah edim. Gilli torpağın nə qədər qiymətli ol-
duğunu və İngiltərədə yalnız bir iki yerdə olduğunu bilirsi-
niz hər halda. 
– Eşitmişəm. 
– Bir müddət əvvəl Ridinqə yaxın bir yerdə, kiçik, çox 
kiçik, bir yer almışam. Bəxtimdən ərazimdə gilli torpaq qay-
nağının  olduğunu  fərq  etdim.  Ancaq,  etdiyim  araşdırmada 
bu  qaynağın  olduqca  kiçik  olduğunu  və  sağında  solunda 
olan çox böyük iki qaynağı birləşdirdiyini gördüm. Heyf ki, 
bu iki qaynaq, qonşularımın torpaqlarında idi. Bu yaxşı in-
sanlar, az qala qızıl mədəni qədər qiymətli bu şeyin torpaq-
larında olduğundan tamamilə xəbərsiz idi. Təbii olaraq, on-
lar gerçək dəyərini kəşf etmədən torpaqlarını satın almaq is-
tədim, amma çox təəssüf ki, bunun üçün lazimi pulum yox 
idi. Nəysə, bir neçə dostuma sirrimi açdım və onlar da öz ki-
çik  qaynağımızı  gizlicə  işlədərək,  qonşuların  ərazisini  satın 
ala bilmək üçün lazım olan pulu qazana biləcəyimizi söylə-
dilər. İndi bir müddətdən bəri bunu edirik və işlərimizdə bi-
zə köməkçi olsun deyə hidravlik bir pres maşını qurmuşuq. 
Bu maşın, daha əvvəl də söylədiyim kimi, xarab oldu və indi 
sizin  köməyinizə  ehtiyac  duyuruq.  Sirrimizi  diqqətlə  qoru-
yuruq. Kiçik evimizə hidravlik mühəndislərinin girib çıxdığı 
öyrənilsə böyük bir maraq yaranacaq hətta bir araşdırma be-
lə  başlaya  bilər.  Başa  düşürsünüzmü,  belə  bir  şey  bütün 
planlarımızı pozar. Elə bunun üçün, bu gecə Eyforda getdi-
yinizi kimsəyə söyləməyəcəyinizə dair söz verməyinizi istə-
dim. Kifayət qədər aydın oldumu? 
13 
 


 
– Sizi çox yaxşı anladım, – dedim. Anlaya bilmədiyim 
tək nöqtə, gilli torpağı çıxarmaq üçün hidravlik bir pres ma-
şınına niyə ehtiyac duymağınızdır. Bildiyim qədəriylə bir çu-
xurdan çınqıl daşı çıxarmaq üçün necə kürək istifadə edilir-
sə, gilli torpaq üçün də eyni üsul istifadə edilir. 
– Ah! – dedi qəti əhəmiyyət vermədən, biz öz üsulları-
mızdan istifadə edirik. Torpağı kiçik kərpiclər halına gətiri-
rik,  beləcə  nə  olduqlarını  bildirmədən  onları  apara  bilirik. 
Amma bu əhəmiyyətsiz bir detaldır. Sizə hər şeyi izah etdim 
cənab Haserley və sizə güvəndiyimi göstərdim. Ayağa qalx-
dı.  Elə  isə  sizi  saat  on ikiyə  iyirmi  dəqiqə qalmış  Eyfordda 
gözləyəcəyəm, – dedi. 
– Orada olacağımdan narahat olmayın cənab. 
– Və heç kimə tək söz etmək yoxdur. – Mənə uzun, su-
al dolu baxışlarla baxdı və əlimi soyuq və zəif bir şəkildə sıx-
dıqdan sonra tələsik otağımdan çıxdı. 
Nə isə, hər şeyi sakit başla təkrar düşündüyüm zaman, 
mənə təklif edilən bu ani işə, sizin də anlayacağınız kimi ol-
duqca  çaşdım.  Bir  tərəfdən  çox  məmnun  idim,  çünki  təklif 
edilən  pul,  normalda  xidmətlərim  qarşılığında  alacağım 
miqdarın az qala on qatı idi. Üstəlik bu sifarişin arxasını da 
gətirə bilərdi. Digər yandan, müştərinin üzü və davranışları 
məndə çox mənfi bir təəssürat yaratmışdı. Gilli torpaqla əla-
qədar  şərhi  də  mənim  gecə  yarısı  oraya  getməyimi  tələb 
edəcək bir şey deyilmiş kimi görünürdü, bir də birinə bir şey 
danışaram deyə şişirdilmiş bir qorxusu vardı. Nə isə bütün 
qorxularımı bir tərəfə atdım, axşam yeməyimi erkəndən ye-
dim, Paddinqtona getdim və yola düşdüm.  
Ridinqə  çatanda  həm  avtomobil  həm  də  stansiya  də-
yişdirmək  məcburiyyətində  qaldım  amma  Eyforda  gedən 
14 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə