Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   ...   29

 
son qatara çatdım və saat on biri azacıq keçmiş, kiçik, işıq-
landırılmamış stansiyaya çatdım. Orada enən tək yolçu mən 
idim  və  platformanın  üzərində,  əlində  lampası yarı  yuxulu 
bir  qapıçıdan  başqa  heç  kəs  yox  idi.  Kiçik  qapıdan  çölə  çı-
xanda, səhərki qonağımı küçənin qarşısındakı kölgədə  məni 
gözləyən gördüm. Heç bir söz demədən qolumdan tutub qa-
pısı açıq dayanan bir arabanın içinə soxdu. İki tərəfdəki pən-
cərələri qaldırdı, taxtaya bir neçə dəfə vurdu və sürətlə yola 
düşdük. 
– Tək atlı? – deyə müdaxilə etdi Holms. 
– Bəli. Yalnız bir. 
– Rəngini görə bildinizmi?  
– Bəli, arabaya minəndə yanlardakı işığından gördüm. 
Şabalıdı idi. 
– At yorğun idimi, yoxsa istirahət etmişdi?  
– İstirahət etmiş və qıvraq idi. 
– Təşəkkür edirəm. Sözünüzü kəsmək məcburiyyətin-
də qaldığım üçün təəssüf edirəm. Lütfən bu son dərəcə ma-
raqlı hekayənizi danışmağa davam edin. 
Yola  çıxdıqdan  sonra  ən  az  bir  saat  boyunca  getdik. 
Polkovnik  Lisander  Stark  mənə  yalnız  yeddi  mil  demişdi 
amma getdiyimiz sürəti və müddəti hesablayanda ən az on 
iki mil olduğuna mərc gələrəm. Bütün yol boyunca yanımda 
səssizcə  oturdu.  Hərdən  bir  ona  doğru  göz  ucuyla  baxdı-
ğımda,  məni  böyük  bir  diqqətlə  araşdırdığını  fərq  etdim. 
Oraların yolları çox yaxşı deyil yəqin, çünki qorxunc bir şə-
kildə silkələnirdik. Çölə baxıb olduğumuz yerlə əlaqədar bir 
şeylər  görmək  istədimsə  də  pəncərələr  görünməz  şüşələrlə 
örtülmüş olduğu üçün görə bildiyim tək şey, yanından arada 
bir keçdiyimiz işıqların solğun parlaqlığı idi. Arada bir səfə-
15 
 


 
rin monoton havasını pozmaq üçün bir neçə söz sərf etdimsə 
də  polkovnik  tək  hecalı  cavablarla  kifayətlənirdi  və  söhbət 
başlamadan bitirdi. Nəhayət ki, xaraba yol, yerini düz çınqıl 
daşlı  bir  yola  çıxdı  və  araba  dayandı.  Polkovnik  Lisander 
Stark dərhal çölə atıldı. Arxasınca  enəndə  məni tez, açıq bir 
qapıdan içəri itələdi. Arabadan enmiş və dərhal bir dəhlizə 
girmişdik, beləcə evin önünə aid ən  kiçik bir şey də görə bil-
məmişdim. Qapıdan içəriyə addım atar-atmaz qapı arxamca 
sürətli bir şəkildə bağlandı və uzaqlaşan arabanın müəyyən 
təkər səslərini eşitdim. 
Evin  içi  zülmət  qaranlıq  idi  və  polkovnik,  donqulda-
naraq  kibrit  axtarmaq  üçün  əl  havasına  fırlanırdı.  Birdən 
dəhlizin o biri başında bir qapı açıldı və, altından bir işıq ha-
ləsi düşdü. Başının üzərinə qaldırmış olduğu bir qaz lampası 
tutan və bizə maraqlı gözlərlə baxan bir qadın göründü. 
Gözəl olduğunu görə bilirdim və üzərinə vuran işığın 
köməyiylə, üzərində bahalı paltar olduğunu da anladım. Bil-
mədiyim bir dildə, qulağıma bir sual kimi gələn nə isə dedi 
və polkovnik tək hecalıq bir mırıltıyla cavab verəndə qadın 
elə çaşdı ki, az qala lampanı əlindən salacaqdı. Polkovnik Li-
sander Stark, yanına gedib qulağına bir şey pıçıldadı və son-
ra onu gəldiyi otağının içinə doğru itələyib əlində lampayla 
təkrar mənə döndü.  
– Bu otaqda bir neçə dəqiqə gözləməyinizi xahiş edə-
cəyəm, – dedi, başqa bir qapını açaraq. 
Ortasında, üzərində bir çox almanca kitab olan, yumru 
bir masası olan kiçik, səssiz və sadə döşənilmiş bir otaq idi. 
Polkovnik Lisander Stark lampanı qapının yanında dayanan 
bir tumbanın üzərinə qoydu. 
– Sizi çox gözlətməyəcəyəm, – dedi və qaranlıqda itdi. 
16 
 


 
Masanın  üzərindəki  kitablara  bir  nəzər  saldım  və  al-
manca məlumatsızlığıma baxmayaraq, ikisinin elmi kitablar, 
digərlərinin isə şeir kitabları olduğunu anlaya bildim. Mən-
zərəylə maraqlanıb çölünü görə bilmək üçün pəncərəyə get-
dim, amma görə bildiyim tək şey möhkəmcə bağlanmış, pa-
lıd qapı oldu. 
Tam  mənasıyla  səssiz  bir  ev  idi.  Dəhlizdə  bir  yerdə, 
yüksək səslə  taqqıldayan  köhnə  saatın  səsini eşidə  bilirdim 
amma ondan başqa heç bir səs yox idi. Narahat olmağa baş-
ladım. Bu Almanlar kim idi və bu qəribə, gözdən iraq yerdə 
niyə yaşayırdılar? Bura haradır? Eyforddan on millik uzaq-
lıqdaydım; tək bildiyim bu idi. Şimaldamı, cənubdamı, şərq-
dəmi, qərbdəmi bu mövzuda heç bir fikirim yox idi. Amma 
o mövzuya gəlincə, Ridinq və böyük ehtimalla digər böyük 
qəsəbələr də on millik yaxınlıqda olardı, yəni bura bəlkə də 
sandığım qədər  gizli  bir  yer  deyildi.  Yenə  də səssizliyi  göz 
önünə  alanda  şəhər  kənarında  olduğumuz  dəqiq  idi.  Ota-
ğının  içində,  aşağı-yuxarı  vurnuxur,  əhvalımı  düzəltmək 
üçün  öz  özüm  üçün  mahnı  zümzümə edir  və min  şillinqin 
haqqım  olduğunu  düşünürdüm.  Birdən-birə,  əvvəldən səs-
sizliyi pozan heç bir işarə olmadan, otağının qapısı yavaşca 
açıldı. Daha əvvəl görmüş olduğum qadın, arxasınca dəhli-
zin  qaranlığı,  maraqlı  və  gözəl  üzündə  lampanın  sarı  işığı 
əks olunmuş halda qapıda göründü. Qorxudan üzü ağappaq 
idi. Görünüşü içimi ürpərtdi. Titrəyən barmağıyla səssiz ol-
mağım  üçün  işarə  etdi.  Və  arxasındakı  alaqaranlığa  qorxa-
qorxa nəzər salıb xarab ingiliscəylə bir neçə söz pıçıldadı. 
– Sizin yerinizdə olsam gedərdim, – dedi sakitləşməyə 
çalışaraq;  gedərdim  burada  qalmazdım.  Burada  edə  biləcə-
yiniz bir şey yox idi. 
17 
 


 
– Amma xanım, – dedim, – hələ vəzifəmi tamamlama-
mışam. Maşını görmədən getməyim mümkün deyil.  
– Gözləməyiniz yaxşı deyil, – deyə davam etdi. – Qapı-
dan  çıxa  bilərsiniz,  kimsə  mane  olmaz.  Gülümsəyib  başmı 
yellədiyimi görüncə utancaqlığını üzərindən atıb əllərini qal-
dırıb bir addım irəli atıldı.  
– Tanrı eşqinə, – deyə pıçıldadı, – çox gec olmadan get 
buradan! 
Amma  mən  doğuşdan  bir  az  inadkaram,  yoluma  bir 
maneə çıxanda, bir işi bitirməyə daha da həvəslənərəm. Ala-
cağım pulu, yorucu səfərimi və ətrafda heç də xoş keçməyə-
cək olan gecəni düşündüm; Bütün bunlara boş yerə dözür-
düm? Mənə verilən vəzifəni yerinə yetirmədən və pulmu al-
mamış  niyə  qaçmalıyam?  Bu  qadını  heç  tanımırdım,  bəlkə 
də bir az narahat idi. Söylədikləri, məni etiraf edə bilməyə-
cəyim qədər sarsıtmış olsa da cəsarətlə başmı yelləməyə da-
vam  edib  olduğum  yerdə  qalmağa  qərarlı  olduğumu  ifadə 
etdim.  
Tam, istəyini təkrar edəcəkdi ki yuxarıda bir qapı bağ-
landı və nərdivanda ayaq səsləri eşidildi. Bir anlıq, qulağını 
səslərə verdi, əllərini çarəsizlik içində qaldırdı və eynilə gəl-
diyi kimi səssiz bir şəkildə çəkilib getdi. 
Yeni  gələnlər  Polkovnik  Liysander  Stark  və  mənə  cə-
nab Ferqyuson olaraq təqdim edilən qısaboylu, kök bir adam 
idi.  
– Şəxsi katibim və köməkçimdir, – dedi Polkovnik.  Bu 
arada, bu qapını bağlamamışdım? Ümid edirəm küləkləmə-
di. 
– Xeyr, əksinə, – dedim, otaq mənə bir az havasız gəl-
diyi üçün özüm açdım. 
18 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə