Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   ...   29

 
Mənə şübhəylə baxıb: 
– Elə isə işimizə başlasaq daha yaxşı olacaq, – dedi. 
– Cənab Ferqyuson ilə birgə sizi maşına aparacağıq. 
– Papağımı qoysam yaxşı olar. 
– Yox, yox! Maşın evin içindədir. 
– Nə? Gilli torpağı evin içindənmi çıxardırsınız? 
– Xeyr, xeyr, burada yalnız presləyirik. Bunları boş ve-
rək, sizdən istədiyimiz tək şey maşını araşdırıb bizə nasaz-
lığın harada olduğunu söyləmənizdir. 
Polkovnik, lampayla birlikdə ən qabaqda, mən və kök 
köməkçi  arxasınca,  birlikdə  üst  mərtəbəyə  çıxdıq.  Koridor-
ları, keçidləri, dar nərdivanları və kiçik alçaq qapılarıyla la-
birint kimi bir ev idi. Üst mərtəbədə heç bir yerdə xalça ya 
da mebel yox idi, divar kağızları tökülürdü və nəmişlik di-
varlarda  yaşıl  şəkillər  meydana  gətirmişdi.  Hər  şeyi  təbii 
qarşılayırmış kimi görünməyə çalışdımsa da qadının xəbər-
darlıqlarını  unutmamışdım.  Söylədiklərini  ciddi  hesab  et-
məmişdim  amma  gözüm  yenə  də  bu  iki  adamın  üzərində 
idi.  Ferqyuson,  sakit    adama  bənzəyirdi.  Söylədiyi  bir  neçə 
sözdən,  heç  olmasa  mənim  kimi  İngilis  olduğunu  anladım. 
Nəhayət  Polkovnik  Lisander  Stark,  kilidini  açdığı  kiçik  bir 
qapının qarşısında dayandı. 
Qapı eyni anda üçümüzün sığa bilməyəcəyi qədər ki-
çik, kvadrat  formasında bir otağa açılırdı. Ferqyuson çöldə 
gözləyərkən Polkovnik məni içəriyə dartdı.  
–  Hazırda    hidravlik  presin  içindəyik,  –  dedi.  Və  biri 
mexanizmi bu anda işlədəsi olsa, düşünürəm bu bizim üçün 
çox da xoş bir təcrübə olmaz. Bu kiçik otağının tavanı, əslin-
də enən bir porşenin ucunu meydana gətirir və enəndə üzə-
rində  dayandığımız  bu  metal  döşəməyə  tonlarla  güc  tətbiq 
19 
 


 
edərək  presləmə  əməliyyatını  tamamlayır.  Çöldə  gücü  qar-
şılayıb  mütəxəssislik  sahənizə  girdiyi  üçün  anlaya  biləcəyi-
niz şəkildə onu çatdıran və qat-qat artıran kiçik hidravliklik 
texnika var. 
Maşın  işləyir  amma,  zaman  zaman  ilişir  və  nədənsə 
gücündən  düşür.  Maşını  araşdırıb  vəziyyətini  necə  düzəl-
dəcəyimizi izah etsəniz sevinərik. 
Lampanı əlindən aldım və maşını diqqətlicə nəzərdən 
keçirdim. Böyük, inanılmaz dərəcədə təzyiq tətbiq edə bilə-
cək tutumda bir maşın idi. Çölə çıxıb, idarə düymələrindən 
birini çevirdiyimdə çıxan səsdən, silindrlərdən birində kiçik 
bir  sızıntı  olduğunu  dərhal  anladım.  Etdiyim  araşdırmalar 
nəticəsində porşenin başındakı rezin lentin xarab olub funk-
siyasını yerinə yetirə bilməz hala gəlmiş olduğunu gördüm. 
Güc itkisinin səbəbi yəqin ki, bu idi. Söylədiklərimi diqqətlə 
dinləyib, nasazlığın necə aradan qaldıracağına dair məntiqli 
suallar  yönəldən  yoldaşlarıma  bunları  göstərdim.  Lazım 
olan  izahı  verdikdən  sonra  öz  marağımı  aradan  qaldırmaq 
üçün  maşının  ana  parçasının  yerləşdiyi  otağa  girdim.  Gilli 
torpaqla  bağlı  hekayənin  uydurma  olduğunu  anlamamaq 
üçün  kor  olmaq  lazım  idi;  bu cür  güclü  bir  mexanizmi, elə 
axmaq bir əməliyyat üçün istifadə etmək çox məntiqsiz olar-
dı. Divarlar taxta idi amma, döşəmə böyük bir dəmir parça-
sından ibarət idi. Döşəməni daha yaxından araşdırdığımda, 
bütün döşəməni örtən nazik metal toz qatı olduğunu fərq et-
dim. Dayanıb metal tozun olduğunu yaxşıca anlamaq üçün 
tozu  qarışdırırdım  ki  arxamdan  öz-özünə  Almanca  nə  isə 
zümzümə  edən  Polkovnikin  səsini  eşitdim.  Rəngi  ağarmış 
halda mənə baxırdı. 
– Nə edirsən orada? – deyə sərt şəkildə soruşdu. 
20 
 


 
Mənə danışdığı axmaq hekayəyə inandığım üçün əsə-
biləşmişdim. 
– Heyranlıqla, gilli torpağın keyfiyyətini seyr edirdim, 
dedim. – Düşünürəm nə üçün istifadə etdiyinizi bilsəm, ma-
şınınızla əlaqədar bilmək istədiyiniz hər şeyə daha asan ca-
vab verə bilərdim. 
Sözlər ağızımdan çıxdığı anda o qədər sərt danışdığı-
ma peşman oldum. Polkovnikin üzü sərtləşdi və boz gözlə-
rində uğursuz bir parıltı meydana gəldi. 
– Çox yaxşı, – dedi. Maşınla əlaqədar hər şeyi öyrənə-
cəksiniz.  Geriyə  doğru  bir  addım  atdı,  kiçik  qapını  sürətlə 
bağladı və açarı çevirdi. Ona doğru qaçıb dəstəkdən yapış-
dım amma təpiklərimin, yumruqlarımın qarşısında dayanan 
möhkəm bir qapı idi. 
–  Ey!  –  deyə  qışqırdım.  Ey!  Polkovnik!  Çıxarın  məni 
buradan! 
Və  birdən,  səssizliyin  ortasında,  ürəyimi  ağızıma  gə-
tirən bir səs eşitdim. 
Qaldırıcının  taqqıltısı  və  sızdıran  silindrin  səsləri  idi. 
Polkovnik  mühərriki  işlə  salmışdı.  Lampa,  mühərriki  araş-
dırmaq üçün dayandığım zaman qoyduğum yerdə idi. Yay-
dığı  işıqda,  qara  tavanın  yavaş-yavaş,  titrəyərək  üzərimə 
doğru gəldiyini gördüm. Bəlkə ilk baxışda o qədər təhlükəli 
görünmürdü amma yaxşı bilirdim ki, gücü, bir dəqiqədən az 
bir müddətdə məni şəkilsiz bir püre halına gətirə biləcək qə-
dər çoxdur. Qışqıraraq  qapıya atıldım və dırnaqlarımla kili-
di  parçalamağa  çalışdım.  Polkovnikə  məni buraxması  üçün 
yalvarırdım  amma  mexanizmin  mərhəmətsiz  səs-küyü  qış-
qırıqlarımı  boğurdu.  Tavan,  başımın  on  –  on  beş  santimetr 
üzərinə  qədər  enmişdi;  əlimi  qaldırdığımda  sərt,  nahamar 
21 
 


 
səthini  hiss  edirdim.  Birdən,  ölümümün  ağrısının,  onu  nə 
mövqedə  qarşıladığıma  görə  olduqca  dəyişəcəyi  fikri  ağı-
lımdan  bir  ildırım  kimi  keçdi.  Üzü  üstə  yatdığım  təqdirdə 
ağırlıq  onurğama  çökəcəkdi;  o  qorxunc  anı  düşünmək belə 
məni dəliyə çevirməyə bəs edirdi. Bəlkə digər variant daha 
asan  olardı;  amma  düşününcə,  yerdə  yatıb,  üzərimə  gələn 
qara kölgəyə baxacaq qədər qorxmaz ola biləcəkdimmi? Ar-
tıq  dik  dayana  bilmirdim  ki  gözüm,  içimdəki  ümid  işığını 
canlandıran bir şeyə sataşdı. Əvvəl də söylədiyim kimi otağ-
ın döşəməsi və tavanı dəmirdən, divarları taxtadan idi. Ət-
rafıma son  olaraq  sürətli  nəzər salanda, iki  taxtanın  arasın-
dan sızan və oradakı kiçik bir panel geriyə doğru çəkildikcə 
genişlənən, sarı, nazik bir işıq gördüm. Orada xilas olmamı 
təmin edəcək bir qapı olduğuna heç cür inana bilmirdim. Bir 
saniyə  sonra  o  keçiddən  sıyrılmıb,  yarı  huşsuz  halda  digər 
tərəfdə  yatırdım.  Panel,  arxamdan  təkrar  bağlanmışdı  am-
ma  lampanın  səsi  və  ondan  sonra  metal  səthlərinin  birləş-
məsindən çıxan səs, ölümdən necə xilas olduğumu izah edir-
di. 
Biləyimin  sərt  şəkildə  çəkişdirilməsiylə  özümə  gəl-
dim. Dar bir koridorda daş döşəmənin üstündə yatırdım və 
yanımda, sağ əliylə bir şam tutan, sol əliylə məni çəkişdirən 
bir qadın vardı. Axmaq kimi davranıb xəbərdarlığına qulaq 
asmadığım dostum idi. 
– Gəl! Gəl! deyə qışqırırdı təngnəfəs. Hər an gələ bilər-
lər.  Orada  olmadığını  görəcəklər.  Çox  az  zamanımız  var, 
dərhal gəlməlisən! 
Bu dəfə xəbərdarlığına qarşı çıxmadım. Titrəyən qıçlar-
la  ayağa  qalxdım  və  arxasınca  koridordan  və  pilləkəndən  
aşağıya qaçdım. Tam başqa bir koridora çatmışdıq ki, qaçan 
22 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə