Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   ...   29

 
ayaqların səsləriylə iki adamın qışqırıqlarını eşitdik. Biri bi-
zim olduğumuz  mərtəbədən digərinə səslənir, o birisi də alt 
mərtəbədən cavab verirdi. Bələdçim durduğu  yerdə dondu 
və dəli olmaq üzrəymiş kimi ətrafına baxdı. Sonra, pəncərə-
sindən ayın parıldadığı bir yataq otağına açılan  qapını açdı. 
–  Bu  yeganə  şansındır,  –  dedi.  Çox  yüksəkdir  amma 
bəlkə də tullana bilərsən. 
O,  danışarkən  keçidin  o  biri  ucunda  bir işıq  göründü 
və bir əlində lampa, digər əlində bir qəssabın baltasına bən-
zəyən silahıyla Polkovnik Lisander Stark bizə doğru qaçma-
ğa başladı. Otağının o biri ucuna qaçıb pəncərəni açdım və 
çölə  baxdım. Ay  işığında  sükuta  dalmış  bağça nə qədər  də 
dinc, sakit və şirin görünürdü. Yüksəklik on metrdən çox ola 
bilməzdi.  Pəncərəyə  dırmaşdım  amma  məni  təhdid  edən 
adamla  xilaskarım  arasında  nə  danışıldığını  eşitmədən  tul-
lanmaq istəmədim. Əgər ona pis davranacaq olsaydı, bütün 
təhlükələri gözə alıb ona köməyə qaçmağa qərar vermişdim. 
Bu düşüncə ağılımdan keçmiş idi ki, Polkovnik qapıda pey-
da oldu. 
Qadını kənara itələyərək keçməyə çalışdı amma o, qol-
larını adama dolayıb mane olmağa çalışdı. 
–  Fritz! Fritz!  –  deyə  qışqırdı. –  Keçən səfərdən sonra 
mənə verdiyin sözü unutma. Bir daha olmayacaq demişdin. 
Susacaq. Heç kəsə danışmayacaq. 
– Havalanmış olmalısan Elis! – deyə qışqırdı qadından 
xilas  olmağa  çalışaraq.  Hamımızın  sonunu  gətirəcəksən.  O 
lap çox şey bilir. Burax da keçim deyirəm sənə. Qadını bir tə-
rəfə itələyərək pəncərəyə qaçdı və böyük silahıyla mənə hü-
cum etdi. Mən özümü boşluğa buraxmışdım və yalnız əllə-
rimlə  kandardan  yapışırdım.  Tam  o  anda  baltanı  endirdi. 
23 
 


 
Yüngül bir ağrı hiss etdim, əllərim boşaldı və aşağıdakı bağ-
çaya  düşdüm.  Çox  çox  sarsılmışdım  amma  yıxılanda  mənə 
heç nə olmamışdı Hələ təhlükədə olduğumun fərqindəydim, 
onun  üçün  ayağa  qalxdım  və  bütün  gücümlə  kolların  ara-
sıyla  qaçmağa  başladım.  Qaçarkən,  birdən-birə  şiddətli  bir 
baş gicəllənməsi və ürək bulanması hiss etdim. Ağrıyla dö-
yünən əlimə baxdım və ilk dəfə o zaman baş barmağımın ol-
madığını və yaramdan qan fışqırdığını gördüm. Dəsmalımı 
ətrafına bağlamaq üçün məşğul oldumsa da qulaqlarım qəf-
lətən cingildəməyə başladı və dərhal  huşsuz halda gül kol-
larının arasına yıxıldım. 
Huşsuz  halda  nə  qədər  yatdığımı  bilmirəm.  Olduqca 
uzun müddət ola bilər, çünki geyimlərim çirkli və islaq, pen-
cəyimin qolu yaralı əlimdən axan qanla qıpqırmızı olmuşdu. 
Ağrı, gecə yaşadığım bütün hadisələrin hər detalını bir sani-
yədə geri gətirdi. Qovanların hələ arxamda ola biləcəyini dü-
şünərək dərhal ayağa qalxdım. Təəssüf ki, ətrafıma baxanda 
nə bir ev, nə də bir bağça görə bilirdim. Yaşadığım narahat 
anları sizə izah edə bilmərəm. Əsas yolun yanındakı ağacın 
dibində  yatırdım.  Azca  aşağıda,  yanına  gedib  baxdığımda 
əvvəlki gecə bura çatarkən enmiş olduğum stansiya olduğu 
ortaya  çıxan  uzun  bir  bina  vardı.  Əlimdəki  iyrənc  yara  ol-
masa o saatlar boyunca yaşamış olduğum hər şeyin pis bir 
yuxu olduğunu düşünərdim. 
Yarı  huşsuz  bir  halda  stansiyaya  girib  səhər  qatarını 
soruşdum. Bir saat içində Ridinqə biri çatacaqmış. Gecə get-
diyim  zaman  xidmətdə  olan  adamın  hələ  orada  olduğunu 
fərq etdim və ona Polkovnik Lisander Stark adını eşidib eşit-
mədiyini soruşdum. Ad ona yad idi. Əvvəlki gecə məni göz-
ləyən arabanı fərq etmişdimi? Xeyr, fərq etməmişdi. Yaxın-
24 
 


 
larda bir polis polis bölməsi var idimi? Üç mil kənarda biri 
varmış. Zəif və xəstə halımla mənim üçün çox uzaq idi. Po-
lisə hekayəmi danışmağı şəhərə dönənə qədər təxirə salma-
ğa  qərar  verdim.  Çatanda  saat  altını  bir  az  keçirdi,  onun 
üçün əvvəl yaramı sarıtdırmağa getdim, sonra da həkim, bu-
ra  qədər  mənə  yoldaşlıq  etdi.  Nəticə  çıxarmağı  ixtiyarınıza  
buraxıram və nə tövsiyə etsəniz edəcəyimə dair söz verirəm. 
Bu  maraqlı  hekayəni  dinlədikdən  sonra  ikimiz  də  bir 
müddət səssizcə  oturduq.  Sonunda  Şerlok  Holms,  kitabxa-
nasına gedərək içinə qəzetdə tapdığı maraqlı yazıları yapış-
dırdığı kitabını çıxardı. 
– Burada sizə maraqlı  gələcək elan var, – dedi. Təxmi-
ni olaraq bir il əvvəl bütün qəzetlərdə verilmişdi. Dinləyin: 
“İtkin. Cənab Jeremiah Haylinq. İyirmi altı yaşında, hidrav-
lika mühəndisi. Gecə saat onda evini tərk etdikdən sonra bir 
daha xəbər alına bilməmişdir. Üzərində qara…və s. , və s…” 
Aha! Aydındır ki, Polkovnik, maşınını daha əvvəl də təmir 
etdirib.  
– Aman Tanrım! – deyə qışqırdı xəstəm. Bu, qızın de-
diklərini də açıqlayır. 
–  Çox  haqlısınız.  Polkovnikin,  heç  kimsənin  onun  ki-
çik  oyununu  pozmasına  icazə  verməyəcək,  soyuqqanlı  və 
mərhəmətsiz bir adam olduğu açıq-aşkar ortadadır. İndi sa-
niyələrin belə əhəmiyyəti var. Özünüzü yaxşı hiss edirsiniz-
sə əvvəl Skotland Yarda gedək sonra da Eyforda səfər hazır-
lıqlarına başlaya bilərik. 
Təxminən üç saat sonra, hamımız, Ridinqdən çıxıb ki-
çik Berkşir qəsəbəsinə gedən qatarda birlikdə idik. Yəni Şer-
lok Holms, hidravlika mühəndisi, Skotland Yarddan müfət-
tiş  Bradstrit,  bir  sıravi  polis  və  mən.  Bradstrit,  kreslosunun 
25 
 


 
üstünə ətrafı əhatə edən bir xəritə açmış və Eyfordu çevrələ-
yən bir halqa çəkməklə məşğul idi. 
– Deməli bu halqa, qəsəbənin ətrafındakı on millik sa-
həni əhatə edir. Axtardığımız yer  halqanın xəttinə yaxın bir 
yerlərdə ola bilər. Düşünürəm on mil demişdiniz, elə deyil-
mi cənab? 
– Bir saat davam edən ağır səfər idi. 
–  Və  sizi huşsuz haldaykən  o  qədər  yolu  geri qaytar-
dıqlarını düşünürsünüz, eləmi? 
– Elə olmalıdır. Həm də qaldırılıb harasa aparıldığıma 
dair qarışıq bir şeylər də xatırlayıram. 
– Mən başa düşmürəm, – dedim, səni bağçada huşsuz 
halda  tapdıqlarında  niyə  öldürməyiblər?  Bəlkə  də  qadının 
Polkovnikə yalvarması işə yarayıb. 
– Bunun o qədər də mümkün olacağını düşünmürəm. 
Polkovnikin  üzü  qədər  duyğusuz  bir  sifəti  daha  əvvəl  heç 
görməmişdim. 
– Tezliklə çözəcəyik onsuz da, – dedi Bradstrit. – Mən 
dairəni bura çəkdim. Kaş ki, izində olduğumuz insanları tam 
olaraq hansı nöqtədə axtarmaq lazım gəldiyini bilsəydik. 
–  O  nöqtəni  tapa  biləcəyimi  düşünürəm,  – Holms  sa-
kitcə dilləndi. 
– Doğrudanmı? – deyə soruşdu  müfəttiş. Ehtimalları-
nız var demək! Baxaq görək sizə kim qoşulacaq. – Məncə cə-
nubdadır, deyirəm çünki oranın torpaqları daha çox boşdur. 
– Məncə şərqdədir, – dedi xəstəm. 
– Mən də qərb deyirəm, – dedi, – sıravi polis. Oralarda 
çox səssiz kiçik kənd var. 
26 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə