Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 
– Və mən də şimal deyirəm, – dedim. – Çünki orada tə-
pələr yoxdur və dostumuz, arabanın təpəyə çıxdığını xatır-
lamadığını söyləyir. 
–  Elə  isə  baxaq,  –  deyə  müfəttiş  gülərək  dilləndi;  çox 
əla, dörd fərqli fikir. Kompası aramızda bölüşdük. Siz səsi-
nizi kimə verirsiniz bu vəziyyətdə? 
– Hamınız yanılırsınız. 
– Amma hamımızın yanılması mümkün deyil. 
–  Amma  elədir,  –  dedi  Holms.  Məncə  buradır.  Bar-
mağını çevrənin mərkəzinə qoydu. Bax, onları burada tapa-
cağıq. 
– Yaxşı on millik səfər nə oldu? – deyə soruşdu Haser-
ley tərəddüd içində. 
–  Beş  irəli,  beş  geri.  İşdə  bu  qədər  sadədir.  Arabaya 
mindiyiniz  zaman  atın  yorğun  olmadığını  özünüz  söylədi-
niz. On mil o pis yollarda qaçmış olsaydı necə yorğun olma-
ya bilərdi? 
–  Həqiqətən də  çox  mümkün  görünən  bir  hiylədir,  – 
deyə fikirini ifadə etdi Bradstrit fikirli şəkildə. Və bu günah-
karların işi mövzusunda da heç bir şübhə yoxdur. 
   – Əlbəttə. Şübhəsiz  ki, bu adamlar böyük  fırıldaqçı-
lardır. Maşını, gümüş yerinə başqa xəlitələr meydana gətir-
mək üçün istifadə edirlər. 
– Bir müddətdir fırıldaqçı bir şəbəkənin iş başında ol-
duğunu bilirdik, – dedi müfəttiş. 
– Ölkə içinə heç olmasa min ədəd saxta pul paylayıb-
lar. Ridinqə qədər izlərinə düşə bilmişdik amma izlərini bö-
yük bir ustalıqla silmiş olduqları üçün təəssüf ki, daha irəli 
gedə  bilməmişdik.  Bu  da  işlərinin  əhli  olduqlarını  göstərir. 
27 
 


 
Amma  indi, əlimizə  keçən  bu  gözəl  fürsət  sayəsində  onları 
sıxışdırmağı  bacaracağımızı  düşünürəm. 
Amma  müfəttiş  yanılmışdı,  çünki  bu  cinayətkarların 
qanunun əllərinə düşməyə niyyətləri yox idi. Eyford stansi-
yasına  girdiyimiz  zaman,  bir  ağac  kötüyünün  arxasından 
yüksələn və ətrafı örtən böyük bir tüstü buludu gözümüzə 
dəydi. 
– Yanğınmı baş verib? – deyə soruşdu Bradstrit qatar 
bizi arxada qoyaraq yoluna davam edərkən. 
– Bəli, cənab! – dedi stansiya müdiri. 
– Nə vaxt başlayıb? 
– Gecə baş verdiyini eşitdim, cənab, amma getdikcə ar-
tır. Bütün ev alovlar içində qalıb. 
– Kimin evidir? 
– Doktor. Bexerin. 
Mühəndis dostumuz söhbətə qarışdı:    
–  Lütfən,  deyin  görüm  bu  Doktor  Bexer  uzun,  iti  bu-
runlu arıq bir Alman idi? 
Stansiya müdiri şən şəkildə gülməyə başladı: 
– Xeyr cənab, Doktor Bexer ingilisdir və kənddə ondan 
daha böyük göbəkli adam yoxdur. Amma onunla qalan bir 
cənab var; deyəsən xəstəsidir. O xaricidir və hətta yaxşı biş-
miş  bir  bifşsteks  ona  ziyan  edər.  Stansiya  müdiri  söhbətini 
bitirmədən hamımız yanğının olduğu istiqamətə doğru qaç-
mağa başlamışdıq. Yol kiçik bir təpəyə çıxırdı və önümüzdə, 
hər pəncərəsindən və qapısından alovlar fışqıran ağ bir bina 
dayanırdı.  Bağçasında  üç  xilasetmə  arabası  alovlarla  boğu-
şurdu. 
28 
 


 
–  Baxın,  buradır!  –  deyə  Haserley  həyəcanl  qışqırdı. 
Bura çınqıllı yoldur və bunlar da arasına yıxıldığım  gül kol-
ları. İkinci mərtəbədəki bu pəncərədən tullanmışdım.  
– Heç olmasa onlardan intiqamınızı almısınız. Şübhə-
siz ki, qaz lampanız presdə əzilərkən taxta divarları alovlan-
dırıb. O vaxt bunu fərq edə bilməyəcək qədər həyəcanla sizi 
qovmaqla  məşğul  idilər.  Hər  halda  çoxdan  qaçıb  gediblər 
amma siz yenə də köhnə dostlarınıza bir baxsanız yaxşı olar. 
Və Holmsın təxmini doğru çıxdı. Getmişdilər. O gün-
dən bəri nə o gözəl qadından,  nə uğursuz Almandan, nə də 
sırtıq İngilisdən bir xəbər çıxmadı. O səhər bir əkinçi, içində 
bir neçə insan və bir neçə böyük sandıq olan və sürətlə Ri-
dinqə doğru yol alan bir araba görmüş, amma bu, qaçaqlarla 
əlaqədar öyrənə biləcəyimiz son şey oldu. Holmsun müdhiş 
zəkası belə onların  harada olduqlarına dair bir ipucu tapıl-
masını  təmin  edə  bilmədi.  Yanğınsöndürənlər,  içəridə  tap-
dıqları qəribə şeylərə bir xeyli çaşmışdılar və ikinci mərtəbə-
dəki  pəncərənin  kənarında  qopmuş  insan  "baş  barmağı” 
tapmaları  təəccüblərini  daha  da  artırmışdı.  Axşama  doğru, 
səyləri nəhayət nəticə verdi və alovları məğlub etdilər. Am-
ma dam çökmüşdü və bütün ev elə bir xarabaya dönmüşdü 
ki, yeni tanışımız dostumuza o qədər baha başa gələn maşın-
dan, əzilmiş bir neçə silindr və dəmir boruların xaricində heç 
bir  şey  qalmamışdı.  Çoxlu  nikel  və  qalay  tapılsa  da  pul-
lardan əsər yox idi. Haqqında danışılan bu böyük qutuların 
izahı aydındır ki, burada yatırdı. Hidravlik mühəndisimizin 
şüurunu itirdiyi nöqtədən özünə gəldiyi nöqtəyə necə gəldi-
yi sualı, bağçadakı yumşaq torpaqda olan izlər olmasa, son-
suza qədər cavabsız qalardı. Biri çox kiçik, digəri də çox bö-
yük ayaqlı iki adam tərəfindən aparılmışdı. Böyük ehtimalla, 
29 
 


 
daha  az  cəsarətli  və  təcavüzkar  olan  səssiz  ingilis,  qadınla 
birlikdə huşsuz adamı təhlükədən uzaqlaşdırmışdı. 
– Bəli, – dedi mühəndisimiz kədərlə yenidən Londona 
qayıtmaq üçün yerlərimizi alarkən. Mənim üçün çox xoş ol-
du  doğrusu!  Baş  barmağımı  itirdim,  min  şillinqimi  itirdim. 
Yaxşı əlimə nə keçdi? 
– Təcrübə, – dedi Holms gülərək. Bu işə yaraya bilər, 
bilirsən.  Həyatının  sonuna  qədər  xatırlamağın  üçün  bunu 
sözlərə çevirməyin bəsdir. 
  
 
 
 
 
 
 
 
 
 
 
30 
 


 
 
 
 
SUBAY 
ZADƏGAN 
 
 
 
 
31 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə