Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 
–  Başqa  bir  şey  yoxdur?  –  deyə  soruşdu  Holms əsnə-
yərək. 
–  Əslində  var.  Hanover meydanındakı  St.  Corc Kilsə-
sində sadə bir mərasim keçiriləcəyi, bir neçə səmimi dostun 
çağırılacağı və mərasimin cənab Aloysius Doranın yeni satın 
aldığı Lancasterdəki evində təşkil ediləcəyi də əlavə olunub. 
İki  gün  sonra  isə  -  bu  keçən Çərşənbəylə  üst-üstə  düşür  – 
qısa bir elanla toyun edilmiş olduğu və mərasimin Lord Bak-
vaterin Petersfielddəki evində keçiriləcəyi bildirilir. Gəlin it-
mədən əvvəlki xəbərlər belədir. 
– Nədən əvvəlki? – deyə soruşdu Holms diksinərək. 
– Qadın itməmişdən əvvəl. 
– Yaxşı nə vaxt itib? 
– Toyun səhərisi gün. 
– Doğrudanmı? Bax indi maraqlı olmağa başladı; bir az 
da dramatik təbii. 
– Bəli, mənim də diqqətimi buna görə çəkmişdi. 
– Ümumiyyətlə ya mərasimdən əvvəl ya da bal ayı əs-
nasında  itirlər.  İndiyə  qədər  beləsinə  rast  gəldiyimi  xatırla-
ya bilmirəm. Lütfən, detalları izah edərsənmi? 
–  Amma  çox  yarıtmaz  olduqları  mövzusunda  xəbər-
dar etməliyəm səni. 
– Bəlkə gerisini biz tamamlayarıq. 
– Dünən səhər qəzetlərindən birində çıxan bir məqalə, 
hadisəni çox yaxşı yekunlaşdırır. 
Başlıq belədir:  
“Məşhur toyda qəribə hadisə” 
"Lord  St.  Simonun  ailəsi,  evliliklə  əlaqəli  olaraq  mey-
dana gələn qəribə və kədərli hadisələr üzündən çətin günlər 
yaşayır.  Dünən,  qəzetlərdə  də  elan  olunan  mərasim,  səhər 
36 
 


 
həqiqətən də  baş  tutdu;  amma  bir  müddətdir  ortalıqda  gə-
zən dedi-qoduların iç üzü daha yeni-yeni başa düşülür. Ya-
xınların hadisəni gizli saxlamaq istəklərinə baxmayaraq icti-
maiyyətə o qədər əks-səda verdi ki, artıq olanları ört-basdır 
etməyin mənası qalmadı. 
–  Hanover  Meydanındakı  St.  Corc  kilsəsindəki  sadə 
mərasimə, gəlinin atası cənab Aloysius Doran, Balmoral qra-
fı, Lord Bakvater, Lord Eustace və Ledi Clara St. Simon (kü-
rəkənin qardaşı    və  bacıları)  və  Ledi  Vhittington  başqa heç 
kəs  qatılmadı.  Mərasimdən  sonra,  hər  kəs  cənab  Aloysius 
Doranım Lankasterdəki evində hazırlanan nahara getdi. Adı 
bilinməyən bir qadının, Lord St. Simonla əlaqədar bəzi iddi-
aları olduğunu söyləyərək tədbirə müdaxilə etmək istəməsi 
üstündə kiçik bir narahatçılıq yarandığı deyilir. Qadın uzun 
müzakirələrdən  sonra  xidmətçilər  tərəfindən  uzaqlaşdırılıb. 
Gəlin isə bəxitindən evə bu xoşagəlməz hadisədən əvvəl gi-
rərək digərləriylə nahara oturmuş amma birdən xəstələndi-
yini  söyləyərək  otağına  çıxmışdır.  Uzun  müddət  gəlmədiyi 
üçün, atası ona baxmağa getmiş amma xidmətçilərdən, qızı-
nın otağa qısa bir müddətlik getdiyini, bir pencək götürərək 
aşağı endiyini öyrənib. Qapıçılardan biri, bir qadının evdən 
ayrıldığını gördüyünü amma digərləriylə birlikdə olduğunu 
düşündüyü  üçün  gedənin  gəlin  olmasına  fikir  vermədiyini 
deyib.  Cənab  Aloysius  Doran,  qızının  itdiyinə  əmin  olunca 
kürəkənlə  birlikdə  polisə  müraciət  etmiş  və  bundan  sonra 
dərhal istintaqlar başlanıb. Amma keçən gecəyə qədər itkin 
qadının harada olduğuna dair heç bir məlumat alına bilmə-
mişdir. Hadisədə çirkin bir oyun olduğu və polisin, evin gi-
rişində qarışıqlıq yaradan qadını həbs etdiyi deyilir. Bu qa-
37 
 


 
dının, qısqanclıq və ya başqa bir səbəbdən, gəlinin qəribə şə-
kildə itməyində barmağı olmasından şübhələnildiyi deyilir.” 
– Elə bu?  
– Başqa bir şəhər nəşrində kiçik bir məqalə də var. 
– Davam et. 
–  Qalmaqal  yaradan  xanım  Flora  Millerin  həbs  olun-
duğunu yazır. Əvvəllər Alleqroda rəqqasəlik etdiyi və kürə-
kəni  bir  neçə  ildir  tanıdığı  bilinir.  Mətbuatda  başqa  detal 
yoxdur. Gerisi sənin işindir artıq. 
–  Son  dərəcə  maraqlı  bir  hadisə  kimi  görünür.  Bunu 
qaçırmaq  istəmərəm.  Amma  indi  qapı  döyülür;  saat  dördü 
keçdiyinə görə gələn zadəgan müştərimiz olmalıdır. Getmə-
yi ağılından belə keçirmə Uatson, heç olmasa yaddaşım üçün 
bir şahidə ehtiyacım var. 
Xidmətçi uşaq qapını açaraq; "Lord Robert St. Simon," 
deyə  təqdim  etdi  qonağımızı.  Solğun  üzündə,  xoş,  mədəni 
bir  ifadə  və  insanları  idarə  etməyi  yaxşı  bildiyini  göstərən 
qərarlı  gözləriylə  bir  cənab  girdi  içəri.  Yüngül  donqarı  və 
yeriyərkən  bükülən  dizləri,  vaxtından  əvvəl  yaşlanmış  bir 
adam  kimi  görünməsinə  gətirib  çıxarırdı.  Papağını  çıxarın-
ca,  saçlarının  uclardan  ağarması  və  təpəsinin  keçəlləşdiyi 
bəlli oldu. Geniş yaxalığı, qara frakı, ağ pencəyi, sarı əlcək-
ləri,  dəri  ayaqqabıları  və  açıq  rəng  ketrləriylə  modabaz  bir 
geyim tərzi vardı. Yavaşca otağa girdi və başını soldan sağa 
çevirdi. Bir tərəfdən də sağ əlindəki eynək zəncirini yelləyir-
di. 
–  Xoş  gəldiniz  Lord  St.  Simon,  –  dedi  Holms,  ayağa 
qalxıb qarşısında əyilərək. Lütfən həsir kürsüyə oturun. Bu, 
dostum və həmkarım Dr. Uatsondur. Ocağa bir az yaxınlaşın 
bu məsələni müzakirə edək. 
38 
 


 
–  Siz  də  təxmin edirsiniz  ki,  mənim  üçün  çox  kədərli 
bir vəziyyətdir bu, cənab Holms. Məhv olmaq üzrəyəm. Əv-
vəllər  də  buna  bənzər  hadisələri  həll  etdiyinizi  eşitmişdim, 
lakin  hər  halda  heç  biri  indi  olduğu  kimi  zadəgan  çevrəni 
maraqlandırmırdı. 
– Tam tərsi. 
– Necə? 
– Belə çevrədən  son müştərim bir kral idi. 
–Ah, həqiqətənmi? Bilmirdim. Hansı kral? 
–Skandinaviya Kralı. 
– Nə? O da arvadını itirdi? 
–  Yəqin  başa  düşərsiniz  ki,  –  dedi  Holms  yumşaqca, 
müştərilərimin məsələlərində, sizdə də olacağı kimi bir giz-
lilik prinsipim vardır. 
–  Əlbəttə!  Çox  doğrudur!  Çox  doğrudur!  Üzr  istəyə-
rəm. Mənim problemimə gəlincə; bir fikir əldə etməniz üçün 
hər cür məlumatı verməyə hazıram. 
–  Təşəkkür  edirəm.  İndiyə  qədər,  mətbuata  əks  olu-
nan tərəfini  öyrəndim.  Düşünürəm  gəlinin  itməsiylə  əlaqə-
dar bu məqaləni doğru qəbul edə bilərik. 
Lord St. Simon qəzetə nəzər saldı.  
– Bəli, bura qədər hamısı doğrudur. 
–  Amma  qəti  bir  mühakimə  yürütmək  üçün  çox  mə-
lumat lazımdır. Düşünürəm  sizə yönəldəcəyəm sualların ca-
vablarıyla nəticəyə gələ bilərəm. 
– Lütfən davam edin. 
–  Xanım  Hatty  Doran  ilə  ilk  dəfə  harada  tanış  oldu-
nuz? 
– Bir il əvvəl San Franciscoda. 
– Amerikada səyahətdə idiniz? 
39 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə