47
divarlarından içəridəki sahədə mədəni təbəqənin qalınlığı 3-5 m təşkil edir. Şəhərin yanı
ilə orta əsrlərdə Arazla Qarqarçayı birləşdirən Govurarx a xırmış; onun izləri bəzi
yerlərdə indi də aydın bilinir.
Govurarxın suyundan şəhərin qala xəndəyini doldurmaq və ətraf əraziləri
suvarmaq üçün istifadə olunurdu. Şəhər üç hissədən ibarət olmuşdur: 40 hektarlıq sahəni
əhatə edən Böyük şəhər, onun cənub-şərq küncündə yerləşən 14 hektarlıq sahəsi olan
Kiçik şəhər və Böyük şəhərdən cənub-qərb tərəfdə qala divarlarından kənarda yerləşən
sənətkarlar məhəlləsi (tablo 6, şək. 2). Bu sahələrin hamısında çoxlu miqdarda saxsı
qab, bişmiş kərpic, metal, şüşə, fayans və s. qırıqlarına və mis pullara rast gəlinir. Belə
tapıntılara həm də şəhər yerini əhatə edən ərazilərdə, xüsusilə şimal-qərb tərəfdə
yerləşən, adını düzənliyə vermiş Mil-Minarənin xarabalığına qədər olan sahələrdə
təsadüf edilir.
Yu xarıda qeyd olunduğu kimi, Örənqalada 1933 və 1951-ci illərdə kiçik həcmli
qazıntılar aparılmış, 1953-1968-ci illərdə isə ardıcıl və sistemli olaraq böyük qazıntı işləri
görülmüşdür (Q.M.Əh mədov, 1962; 1979).
1951-ci ildə əsas iş Böyük şəhərlə Kiçik şəhərin şimal-şərq qala divarının kəsişdiyi
yerdə görülmüşdür. Burada Böyük şəhərin qala divarının bir bürcünün hiss əsi aşkara
çıxarılmışdır. Həmin bürcü Kiçik şəhərin şimal qala xəndəyi kəsmişdi. Məlum
olmuşdur ki, Böyük şəhərin ilk qala divarı və bürcləri 49x49x17 sm ölçüdə olan çiy
kərpiclə hörülmüşdür. Xeyli şirli və şirsiz qab, fayans, şüş ə qırıqları, pul və s. əldə
edilmişdir.
1953-1968-ci illərdə Örənqalada 6 sahədə qazıntı aparılmışdır: şimal-şərq (II
qazıntı), şimal-qərb (VI qazıntı) qala divarlarında, Kiçik şəhərin içərisində, onun şimal-
qərb divarı yanında (I qazıntı), həmin qazıntı şimal-qərbə doğru genişləndirilərək qala
divarı, xəndək kəsilmiş və Böyük şəhərin buradakı xəndəkyanı sahəsi əhatə olunmuşdur
(V qazıntı) və sənətkarlar məhəlləsində (III və IV qazıntılar).
I qazıntıda şəhərin VI-XIII əsrləri əhatə edən təbəqələri aydınlaşdırılmış, yaşayış
binalarının qalıqları aşkar olunmuş (tablo 7, şək.l), küllü miqdarda maddi mədəniyyət
nümunələri əldə edilmişdir. Burada mədəni təbəqənin qalınlığı və stratiqrafiyası
müəyyənləşdirilmiş, şəhərin tikintilərində tarixən əmələ gələn dəyişikliklər izlənmiş,
təbəqələr üzrə əşyavi materialların dövrü müəyyənləşdirilmiş, şəhərin sənət istehsalı və
mədəni həyatının inkişaf mərhələlə ri aydınlaşdırılmışdır.
VI qazıntı sahəsində aparılan qazıntılar nəticəsində müəyyən edilmişdir ki,
Böyük şəhərin şimal-qərb qala divarı da şimal-şərq divarı kimi eyni üslubda və eyni
material ilə tikilmişdir. Bu divarın da üstündə yaşayış tikintiləri və müsəlman qəbirlərinin
qalıqları aşkar olunmuşdur. Divarın qala xəndəyində, içərisində XIII əsrə aid şar-
konusvari qablar olan dulus kürəsi tapılmışdır. Bu qazıntıda şəhərin şimal-qərb (Bərdə)
48
darvazasının müxtəlif inşaat dövrləri, kərpic kürəsi qalıqları və şəhərin kanalizasiya
xəttinin hissəsi üzə çıxa rılmışdır.
V sahədəki qazıntılardan aydın olmuşdur ki, Kiçik şəhərin şimal-qərb qala divarı
Əmir Teymurun dövründə inşa edilmişdir. Qazıntının şimal-qərbə davam edən hissəsində
həmin divarın xəndəyi müəyyənləşdirilmiş, Böyük ş əhər tərəfdə isə VI-XIII əsrin
əvvəllərinə aid yaşayış evlərinin qalıqları aşkara çıxarılmışdır.
Şəhər yerinin cənub-qərb qurtaracağında, Govurarxa yaxın olan yerdə, şəhərin
sənətkarlar məhəlləsi yerləşmişdi. Buradakı təpə kimi yerdə (III sahə) XIII əsrin
əvvəllərinə aid 7 ədəd dulus kürəsi, üstü örtülü olmuş su kəməri və XII-XIII əsrin
əvvəllərinə aid təsərrüfat əhəmiyyətli böyük bir kompleks tikinti qalıqları üzə
çıxarılmışdır (tablo 8). 1221-ci ildə monqol qoşunları tərəfindən şəhər dağıdıldıqdan
sonra sənətkarlar məhəlləsi qəbiristanlığa çevrilmişdir, burada (III sahədə) ətrafında
onlarla müsəlman qəbirləri olan dörd dördkünclü türbə, IV sahədə isə içərisində dörd
qəbir olan, mozaika və boyalı rəsmlərlə na xışlanmış səkkizguşəli türbənin qalıqları
aşkara çıxarılmışdır. İkinci türbənin içərisində, mehrab yerində yazı qalığı və türbənin
ətrafında isə iki müsəlman qəbiri olmuşdur.
III və IV sahələrdəki qazıntıların şəhərin plan quruluşunu, s ənətkarlar məhəlləsinin
xüsusi ərazidə cəmləşməsini, dulusçuluq, metalişləmə, şüşə istehsalı və digər sənət
sahələrinin inkişaf mərhələlərini, şəhərin dağıdılması tarixini və bir sıra başqa məsələləri
öyrənmək üçün böyük əhəmiyyəti var.
Beləliklə, Örənqalada ardıcıl və planlı şəkildə aparılan qazıntılar nəticəsində
şəhərin meydana gəlməsi, mədəni təbəqələrin dövrləri, Böyük şəhərin və Kiçik şəhərin
bir-birinə münasibəti, sonrakının ayrılma tarixi, şəhərin sənətkarlıq və ticarət mərkə zinə
çevrilməsi məsələləri həll edilmiş, Örənqalanın orta əsr mənbələrində adı çəkilən
Beyləqan şəhərinin xarabalığı olduğu qəti dəqiqləşdirilmiş və ümumiyyətlə,
Azərbaycanın orta əsr şəhər tarixi və mədəniyyəti problemlərin in öyrənilməsi üçün
geniş perspektivlər açılmışdır.
Ən alt mədəni təbəqə iri təsərrüfat quyularının çoxluğu ilə fərqlənmişdir. Qalınlığı
1,52 m olan bu təbəqədə yanıq izləri və ilk orta əsrlərə aid sönük, az miqdarda maddi-
mədəniyyət qalıqları - əsasən saxsı qab qırıqları tapılmışdır.
IX-X əsrlərə aid olan təbəqə 2 m qalınlığındadır, ilk abbası pulları və ilk şirli
qab qırıqları ilə yaxşı müəyyənləşdirilir.
Yaşayış, ictimai və təsərrüfat xarakterli tikinti qalıqları, külli miqdarda məişət və
mədəniyyət əşyaları ilə zəngin olan XII-XIII əsrin əvvəllərinə aid mədəni təbəqə
şəhərin iqtisadi və mədəni inkişafının çiçəklənmə dövrünü əks etdirir. Bu inkişaf
monqol dağıntılarına qədər yüksələn xətlə davam etmişdir.