77
sıxlıq artır, yaraşıqlı ictimai binaların və yaşayış evlərinin tikintisi geniş vüsət alır.
Məsud ibn Namdar ş əhərdəki məscid, mədrəsə, karvansara və bazarlardan bəhs edir
(Масуд ибн Намдар, 1970). Başqa bir mənbədə bildirilir ki, Beyləqanda "çoxlu
binalar t ikilir və əyanla r oraya köçürlər" (Əca ib əd-dünya, 1954, s əh. 202).
Beyləqan şəhər yerində aparılmış arxeo loji qazıntılar za man ı XI -XIII əsrin
əvvəllərinə aid mü xtəlif həcmli və görkəmli tikililər aşkar olunmuşdur. Şəhərin
mə rkə zində bir neçə yerdə üzə çıxa rılmış və öz mürə kkəb görkə minə görə mübahisə
yaradan tikili qalıqları daha çox maraq doğurur. Şəhər yerinin I və V qazıntı
sahələrində tətbiq olunan belə tikililə rdən birin in döşəməsi 40x40x8 sm və 20x20x5
sm ö lçüdə olan bişmiş kə rpic lərlə səliqə ilə döşənmiş, d ivarla rına isə həndəsi fiqurla r
şəklində olan kərp iclərdən naxışlı ü z çəkilmişdir. Onun baş divarında böyük və kiçik
dilovlar düzə ldilmiş, döşəməsində isə ağzı kərpic lə hörülmüş quyu qazılmışdır.
Döşəmənin quyu olan sahəsi nisbətən çökəkdir. Döşəməyə tökülən su süzülüb
quyuya axmışdır. Bu qəbildən sahəsi 10 kv.m olan digər tikili kvadrat biçimdə olub
döşəməsi 38x38x7 sm ölçüdə bişmiş kərp iclə döşənmişdir (tablo 7, şək. 2).
Döşəmənin mərkəzində ağzı səkkizguşəli uldu z formasında hörülmüş quyu var.
Tikintin in üç divarının qalıqları mühafizə olunmuş, dördüncü divar is ə uçub
döşəməyə tökülmüşdür. Divarlar burada da həndəsi fiqur şəkilli kərp iclərdən
hörülmüş naxışlı d ivarlar tip indədir. Tikintinin "köynəyini" təşkil edən belə ü z
divarlar əsas divarın nəin ki nöqsanlarını örtür, hə m də onun dayanaqlığını artırırdı.
Divardakı qapı yerlərindən məlu m o lur ki, bu tikilidə ən azı üç qapı olub. Onlardan
ikisi cənub-şərq, biri isə şimal-şərq divarında qalmışdır. Şima l-şərq divarındakı qapı
küçəyə açılırmış (Q.M.Əh mədov, 1979, səh. 47-48). A.L.Yakobson 1953-1954-ci il
qazıntılarının nəticəsinə əsaslanaraq bu tip tikili qalıqların ı hamam adlandırmışdır
(A.Л.
Я
KO
6
COH
,
1959, стp. 69-98). Hə min tikintilə ri hərtərəfli tədqiq edən
Q.M.Əh mədov onların kiçik həyət olduğunu bildirir və qeyd edir ki, "belə
həyətlərdə evlərin da mından tökülən yağış suyu döş əməsində olan dərin quyuya
axırdı, onlar eyni zamanda yay vaxtları təmiz havada istirahət etmək üçün də çox
yararlı idi" (Q.M .Əh mədov, 1979, səh. 48).
XI-XIII əsrin əvvəllə rində Beyləqanın şəhristanındakı evlərin əksəriyyəti
çoxotaqlı olub əsasən bişmiş kərpicdən inşa edilmişdi. 1962-63-cü illərdə V qazıntı
sahəsində aşkarlanan altı otaqdan dördü, tədqiqatçıların fikrincə, vahid bir
ko mple ksə aiddir. Gö rünür, otaqlardan biri qonaq otağı, dig əri "əndərun" (qadın və
uşaq otağı), üçüncüsü təndirxana, dördüncüsü isə təsərrüfat xarakterli olub bir
tərəfdən anbar, digər tərəfdən isə tualet kimi istifadə olunmuşdur (Q.M.Əh mədov,
1979, səh. 49).
78
Başqa bir dördotaqlı ev 1968-ci ildə VI qazıntı sahəsində tədqiq edilmişdir.
Onun 2,3x2,3
m ölçüdə kiçik həyəti vardır. Həyətin mərkəzi n isbətən çökək olub,
ortasında yağış sularının süzülməsi üçün quyu düzəldilmişdir.
Be lə qənaətə gəlmək o lar ki, kiç ik sahəli həyəti olan evlər Beyləqan şəhəri
üçün XII-XIII əsrin əvvəllərində səciyyəvi olmuşdur.
Daş bünövrəli çiy kərpicdən inşa olunmuş möhtəşəm tikililərə Arran
mə ktəbinin digər mərkə zi Dəbil şəhərinin arxeoloji qazıntılarında da rast
gəlin mişdir. Şəhərin narınqalasında üst mədəni təbəqədə daş bünövrəli ç iy kərp icdən
hörülmüş bir neçə mərtəbəli, ço xotaqlı binanın qalıqları aşkar edilib təmizlən mişdir.
300 illik mövcudluğu dövründə bu bina dəfələrlə təmirə və dəyişikliyə məru z
qalmışdır. Onun döşəməsi kərpiclə döşənmiş, divarları isə gəc oymalarla
bəzədilmişdir. Yaşayış otaqlarından başqa bu kompleks ə zə rgər, dulusçu, dəmirç i
emalatxanası, hamam və başqa tikililər də daxil id i (K.Q.Kafadaryan, 1952;
К.Кафадарян, 1960).
Dəbil şəhərinin ictimai tikililərindən bəhs edərkən ilk növbədə vaxtilə şəhərin
cənubunda yerləşmiş karvansara tipli binanın qalıqların ı qeyd etmək la zımd ır. Ya xş ı
yonulmuş tuf daşdan inşa olunmuş həmin tikilinin bir neçə sıra sütunları olmuşdur
(К.Кафадарян, 1960).
XI əsrin ortala rında qis mən Arran məktəbin in, q ismən isə Orta Asiyadan
gələn cərəyanların təsiri ilə forma laş mış Na xçıvan-Marağa me ma rlıq mə ktəbi
özünün çiçəklən mə çağın ı XII əsrdə, Azərbaycan Atabəylərinin hakimiyyəti
dövründə keçirir. Atabəylər dövründə Naxçıvan şəhərinin tərəqqisindən bəhs edən
mənbə burada geniş inşaat işlərinin aparılmasını qeyd edir: "Orada ço xlu köşklər,
təmtəraqlı eyvanlar, şəhərin ya xın lığ ında daşdan tikilmiş qala, bu qalanın içərisində
mədrəsə və məscidlə r və qalada çox gözə l bulaqlar var... Bütün bunlar kərpicdən və
gəcdən tikilmişdir. Köşklərin çox h iss əsi bürclər kimi üç və dördtəbəqəlidir
(mərtəbəlidir)... Əlahə zrət Eldənizin va xtında (Na xç ıvan) ən əzə mətli şəkil aldı.
Orada darülmü lk və dövlətxana tikild i" (Əcaib əd-dünya, 1954, səh. 208).
Naxçıvan memarlıq məktəbinin səciyyəvi əlamətlərin i Xaraba-Gilanda
arxeolo ji qazıntılarla öyrənilmiş yaşayış evlərinin və ictima i binala rın qa lıq ları da
qabarıq əks etdirir. Şəhərin şəhristan sahəsində bişmiş kərpiclə inşa olunan məscid,
türbə və digər iri b inaları bədii tərtibatı ilə d iqqəti cəlb edir. İctimai b inaların
əksəriyyəti, o cü mlədən karvansaralar, hamamlar və dəyirman lar şəhristanın
məhə llə ləri a rasında yerləşmişdi. Yaşayış evləri şəhərin hansı sahəsində
yerləşməsindən asılı o laraq plan quruluşuna və inşaat texnikasına görə seçilirlər.
Yaşayış evləri əsasən çoxotaqlı və ikimərtəbəli olub, bədii tərtibatının zənginliyi ilə
fərqlənir. Narınqalada yaşayış evləri əsasən mərkə zdə cə mləşmişdir. Onla r