Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə49/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   45   46   47   48   49   50   51   52   ...   195

111 

 

saxlan ılan   ta xıl  haqqında  da  demək  o lar  (А.Л.Я



КОБСОН

,

 



1959,  стp.  102).  Orta  

əsrlərdə ehtiyat taxıl saxlamaq nəinki kənd əhalisi, hətta şəhər əhalisi üçün də adi hal 

olmuşdur.  Beyləqanda  aparılan  qazıntılar  zamanı  yan mış  taxıl  qalıq ları  əsasında 

xüsusi taxıl anbarlarının  mövcud olduğu müəyyən edilmişdir (Q.M.Əh mədov, 1979, 

səh.  49).  Əsasən  ilk  orta  əsrlər  dövrü  üçün  s əciyyəvi  olan  kəsik  konus  forma lı 

təsərrüfat  quyuları  (dia metri  1-1,5  m-dən  2-3,5  m-dək,  dərinliyi  1-3,5  m)  

(А.Л.Я

КОБСОН


,1965. c тp.  9; Q.M.Əh mədov, 1979, səh. 21) IX-X əsrlərdə də geniş 

istifadə  olunurdu.  Hər  halda  Beyləqan,  Qəbələ,  Daşbulaq,  Qıraq  Kəsəmən,  III 

Hacıalılı və digər abidələrdə aparılan qazıntılar bunu deməyə əsas verir.  Bu dövrdən 

etibarən  isə  bütün  inkişaf  et miş  orta  əsrlər  boyu  belə  quyuları  iri  silindrik  forma lı 

(dia metri  170-130  sm,  dərin liyi  2-3,5  m)  quyular  əvəz  ed ir  (Q.M.Əh mədov,  1979, 

səh.  21).  Bununla  bərabər,  xüsusilə  XII-XIII  əsrin  əvvəllərində  anbar  otaqlarından 

və  iri  təsərrüfat  küplərindən  geniş  şəkildə  istifadə  edilird i.  Ba kıda  İçərişəhərdə  (II 

sahə)  böyük  anbar  otağı  aşkar  olunmuşdur.  Orada  beş  böyük  küp  tapılmışdır. 

Küplərdən  dördü  xüsusi  daş  cilovun  içərisində  qoyulmuş  və  kirəc  məhlulu  ilə 

bərkid ilmişdi  (F.İbrahimov,  1999).  Beyləqanda  isə  hətta sıradan  çıxmış  təndirlərdə  

də  taxıl  (darı)  sa xlan ıld ığı  müşahidə  edilmişdir  (Q.M.Əh mədov,  1979,  s əh.  23). 

Beyləqanda bir təndir isə buğda ilə dolu qalmışdır (А.Л.Я

КОБСОН

,

 



1959, c тp.  126). 

İstər təsərrüfat quyuları,  istərsə də iri təsərrüfat küpləri Azərbaycanın demək olar  ki, 

bütün  orta  əsr  şəhərlərində  (Bey ləqan,  Qəbələ,  Bərdə,  Naxçıvan,  Şamaxı,  Bakı, 

Şabran  və  s.)  aparılan  qazıntılar  zamanı  IX-XIII  əsr  mədəni  təbəqələrində  aşkar 

olunmuşdur.  Şəhərlərin  taxıl  anbarlarında,  təsərrüfat  quyuları  və  iri  təsərrüfat 

küplərində  arpa,  buğda,  darı,  çəltik  saxlan ıld ığı  həmin  taxıl  növlərinin  yanmış 

qalıqlarından tam aydın olur. Bey ləqan qazıntılarında bu taxıl növlərinin qalıq larına, 

demə k  olar  ki.  bütün  qazıntı  sahələrində  təsadüf  edilmişdir.  Maraq lı  burasıdır  ki, 

Beyləqanda  otaqlardan  birində  dərz  qalıq ları  belə  aşkar  edilmişdir  (Q.M.Əh mədov, 

1979,  səh.  74).  Gö rünür,  bu  təsadüfi  deyildi.  Orta  əsrlə rdə  mövcud  olmuş  anla ma  

görə  "...buğdanı  sünbüllü  saxlasalar,  həmçin in  uzun  müddət  qalıb  xarab  olmaz"  

(A.İbrahimov, 1961, səh. 105; T.Ə.Bünyadov, 1964, səh. 47). 

Taxılın emalından bəhs edərkən ilk növbədə qazıntılardan və bəzən təsadüfi 

tapılan əl dəyirman ı və su dəyirmanı daşları haqqında məlu mat vermək lazımd ır. Əl 

dəyirmanı  (kirkirə  daşları)  a rxeolo ji  qazıntılar  aparılan,  de mə k  o lar  ki,  bütün 

abidələrdə tapılır.  Görünür, bu ə mək a ləti ehtiyat üçün evlərdə daim sa xlanılırdı. Su  

dəyirmanları  işlə məyəndə  (suyun  kəsilməsi,  donması  və  s.  səbəblərdən)  əl 

dəyirmanları  kəndlə rdə  olduğu  kimi  ş əhərlərdə  də  əhalinin  ə lindən  tuturdu.  Əl 

dəyirmanı iki (alt və üst) dairəvi qalın daşlardan ibarət olub, alt daşın ortasına dikinə  

ox  bə rkidilir,  hə min  o xa   ortası  deşikli  üst  daş  keçirilirdi.  Üst  daşın  ortasında olan 




112 

 

deşiyə dən tökülür və üst daş alt daşdakı o xun ətrafına fırlandırılırdı. Bunun üçün üst 



daşın kənarında xüsusi deşiyə bənd edilən ağac dəstəkdən istifadə edilird i. Qədim və 

müasir  əl  dəyirmanları  və  ondan  istifadə  qaydaları  arxeoloji  (R.M.Vahidov,  1961, 

səh. 71; A.Mə mmədov, 1992, səh. 54-55) və etnoqrafik (T.Ə.Bünyadov, 1964, s əh. 

53-54)  ədəbiyyatda  təfsilatı  ilə  təsvir  olunduğundan  burada  təkrar  etməyə  ehtiyac 

duymuruq.  Ancaq  bir  tapıntı  haqqında  danışmağa  dəyər.  Həmin  daş  Beyləqanda 

VIII  əsrə  a id  abbası  pulları  ilə  b irlikdə  tapılmış  əl  dəyirmanın ın  (kirkirənin)  üst 

daşıdır  (tablo  82,  şək.  11).  Maraq lı  burasıdır  ki,  bu  daşın  altında  (dən  deşiyinin 

yanlarında) təvərə keçirmə k üçün 1 sm uzunluğunda gəz açılmışdır  (Q.M.Əh mədov. 

1962, səh.  8;  Q.M.Əh mədov, 1979, s əh. 36).  Eyni formalı əl dəyirman ının üst daşı 

Şabran şəhərinin qazıntılarından da məlu mdur (T.M.Dostiyev, 2001, səh. 191-192). 

Be lə  daşların   o xşarına  Rusiyanın  Vşije  ş əhər  yerində  təsadüf  olunmuşdur.  Vşije  

kirkirə daşı XII-XIII əsrlə rə aiddir.  B.A.Rıbakov hə min  kirkirənin istifadə olun ması 

yollarını  ço x  müfəssəl  təsvir  etmişdir  (Б.А.Рыбаков,  1948,  cтp.  421-422).  Bu  

təsvirdən aydın olur ki, təvərəli dən daşları, müasir su dəyirmanla rı kimi, dənin iri və  

narın  üyüdülməsi  üçün  nizama  salına  bilin ird i.  Hər  halda  Bey ləqandan  təvərə  gəzi 

olan  kirkirə  daşının  tapılması  o  dövrdə  hətta  şəhər  əhalisinin  su  dəyirmanı  ilə  

tanışlığını sübut edən əsaslı dəlild ir. Beyləqanda su dəyirmanlarının olması haqqında 

X əsr ə rəb coğrafiyaşünası İbn Hövqəlin verd iyi məlu mat ı bu a rxeo loji dəlil b ir daha 

təsdiqləyir.  XI  əsrin  sonu  -  XII  əsrin  əvvəllərində  Beyləqanda  yaşamış  Məsud  İbn 

Namdarı  ərəb  xəlifəsinə  və  Gəncə  divanına  yazdığı  şikayət  məktublarından  məlu m 

olur ki, Məsudun Əliyan və Divakən ad lı yerlə rdə su dəyirmanları vard ı (Macyд 

ИБН 


Н

АМДАР


, 1970, стp. 93

В

/ 198). 



Bərdə  şəhərində  aparılan  qazıntılar  za manı  VIII-IX  əsrə  a id  mədəni 

təbəqədən  su  ilə  hərəkətə  gətirilən  dəyirman  daşların ın  nümunələri  tapılmışdır 

(A.Б.Hypиев,  1985a,  стp.  283;  A.Б.Hypиев  1986,  стp.  22).  Eyni  forma lı  su 

dəyirmanı  daşları  Gəncə  qazıntılarından  X-XI  əsrlə rə  aid  təbəqədən  məlu mdur 

(Р.Дж.А хмедов,  1985).  Onla r  formaca  müasir  su  dəyirmanı  daşlarına  ta m  o xşar 

şəkildə  düzəld ilmişdir.  Həmin  daşların  su  dəyirmanlarında  necə  istifadə  edildiyi 

etnoqrafik və a rxeo loji ədəbiyyatda geniş ş əkildə şərh olun muşdur (T.Ə.Bünyadov, 

1964, səh. 55-57; A.Mə mmədov, 1992, s əh. 57-58). 

Orta  əsrlərdə  Azərbaycanda  çəltik,  kətan,  pambıq  və  digər  te xniki  bit kilə rin  

də  becərildiy i  haqqında  nəinki  dövrün  yazılı  mənbələ rində  mə lu mat  verilir  (Əcaib  

əd-dünya,  1954,  səh.  199),  həm  də  arxeo loji  materiallarla  təsdiqlənir.  VIII-IX 

əsrlərdən başlayaraq Azərbaycanda çəltikçiliy in in kişafında mühü m  irəliləy işlər baş 

verir.  Çəltikçilik  Şabran,  Şəki,  Muğan-Talış,  Naxçıvan,  Təbriz  nahiyələrində 

xüsusilə geniş yayılmışdı. Bəzi vilayətlərdə o qədər çox məhsul istehsal olunurdu ki, 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə