Arxeologiya, Etnoqrafiya 277
Tarix və onun problemləri, № 3 2013
NIYAMƏDDIN HACIYEV
Gəncə Dövlət Universitetinin müəllimi
E-mail: haciyevşniyaməddin@mail.ru
XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ DƏRBƏND ŞƏHƏRİNİN TEATR
VƏ MEMARLIQ ƏNƏNƏLƏRİNƏ DAİR
Açar sözlər: Dərbənd, şəbeh, Narınqala, Zövqi, muğam
Ключевые слова: Дербенд, шабех, Нарынгала, Зовги, мугам
Keywords: Derbend, shabeh, Naryngala, Zovgi, muqam
XIX əsrin ikinci yarısı XX əsrin əvvəllərində ümumrusiya miqyasında kapitalist isteh-
sal üsulunun coşqun inkişafı şəraitində Azərbaycan milli mədəniyyətin ümumi yüksəlişi ilə
bağlı olaraq Dərbənddə də mədəni ənənələr inkişaf etməkdə idi.
Azərbaycanın qədim və köklü tarixə malik ərazilərindən olan Dərbənd 1806-cı ildə çar
Rusiyası tərəfindən işğal olunsa da burada əsərlər boyu kök salmış və küll halında Azərbaycan
mədəniyyətinin tərkib hissəsi olan mədəni ənənələr işğaldan sonrakı dövrdə də öz milli
xüsusiyyətlərini qoruyub saxladı. Dərbənd şəhərində teatr ənənələri çoxəsrlik tarixə malik
olub ilkin köklərini hələ İslamın ilk dövrlərində meydana gəlmiş «şəbehlər»dən almışdır.
Məlumdur ki, hər il İslam təqvimi ilə Məhərrəm ayının birinci 10 günlüyündə şiə imamlarının
şərəfinə təşkil olunan «Şaxsey-vaxsey» mərasimlərində dini-teatral səhnələr-şəbihlər göstə-
rilirdi.
XIX əsrdə Dərbənd şəbihlərinin şöhrəti onun hüdudlarından çox-çox kənarlarda yayıl-
mışdı. Yerli şəbih mütəxəssislərindənQumru, Şuai, Sipeyri, Səməndər, Zövqi, Mirzə Əli-
Abbas və s. İran və Qafqazın şiə icmaları arasında məşhur idi. Onlardan biri olanQumru hətta
İran şahı tərəfindən şəxsən təltif edilmişdi. XVIII-XIX əsrlərdə Dərbənddə olan demək olar ki,
bütün rus müəllifləriDərbənddə keçirilən şəbihlər barəsində çox geniş şəkildə bəhs etmişlər
(7.18).
XIX əsrin ortalarında Dərbənd hərbi qarnizonunda şəhərdə ilk həvəskar teatr truppası
yarandı ki, onun da üzvlərini hərbçi zabitlər və onların qadınları təşkil edirdi. Teatr tamaşaları
hərbi qarnizonuna məxsus klubda və Şəhər cəmiyyətinə məxsus klubda göstərilirdi.
XIX əsrin sonunda Dərbənd şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan
müəllimlər və təhsil alan tələbələrin səyləri ilə Azərbaycan həvəskar teatrı fəaliyyətə başladı
(2.158).
XX əsrin 80-ci illərinin ortalarında Dərbənddə həvəskar türk dram teatr dərnəyi fəaliy-
yət başladı. Onun yaradılmasının təşəbbüskarları şəhərin azərbaycanlı ziyalılarının geniş
dairəsi - müəllimlər, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, musiqiçilər, muğam və xalq
mahnılarının ifaçıları və s. idi. Həmin dövrdə mövcud olan müsəlman ənənələrinə uyğun ola-
raq dərnək kollektivi ancaq kişilərdən ibarət idi və onlar tamaşalar zamanı həm də qadın
rollarını ifa edirdilər.
Müstəqil həvəskar artistlər Azərbaycanlı müəlliflərin pyeslərini səhnələşdirərək tama-
şaya qoyurdular.
XX əsrin əvvəllərində şəhərdə iki - Azərbaycan və rushəvəskar teatr truppasıfəaliyyət
göstərirdi. Teatr tamaşalarının göstərildiyi üç səhnə - Şəhər ictimai binası, Qunib ehtiyat
278 Arxeologiya, Etnoqrafiya
Tarix və onun problemləri, № 3 2013
batalyonunun kazarması, bundan başqa teatr tamaşaları üçün həm də«Mulen» və «Miraj»
kinoteatrlarına məxsuszallardan da istifadə olunurdu (8.2).
1904-cü ilin fevralında həvəskar Azərbaycan teatr truppasının xahişini nəzərə alan
şəhər rəhbərliyi «Dərbənd Azərbaycan musiqili-dram teatrının Əsasnaməsi»ni təsdiq etmək
üçün Daxili İşlər Nazirliyinə müraciət etdi. 1904-cü il 22 sentyabr tarixində teatrın Əsasna-
məsi Daxili İşlər nazirliyi tərəfindən təsdiq edildi. Məhz elə həmin tarixdən etibarən Dər-
bəndin çoxəsrlik mədəni-tarixi ənənələrinə biri də əlavə olundu. Şəhərdə ilk peşəkar teatr -
Dərbənd Azərbaycan musiqili-dram teatrı fəaliyyətə başladı. Yeni teatrın ilk aktyorları sıra-
sına isə xüsusi teatr təhsili olmasa da fitri aktyorluq istedadına malik olan və bütün ruhuyla
səhnəyə bağlı incəsənət xadimləri - Hüseynqulu Ərşad oğlu, Dirək Abbasqulu, Hüseyn Xan-
kişi oğlu, Fətullah Hacı Səlim oğlu, Pərviz Hacı Səlim oğlu, Mirələm Mir Sadıq oğlu, Hacı
Cubay Əliəkbər oğlu, Məşədi İbad Hacı Tağı oğlu, Miqdar Hacı Ağa oğlu və d. var idi. Sonra-
dan bütün bu aktyorların adı Qafqaz teatr incəsənəti tarixinə peşəkar incəsənət xadimi kimi
daxil oldu.
Dərbənddəki Türk dram teatrı o dövrün bütün şərq ölkələri üçün xarakterik olan adət-
ənənələrinə uyğun fəaliyyət göstərirdi. Müsəlman qadınlar səhnəyə çıxa bilməzdi. Şəriət buna
çox ciddi qadağalar qoyduğu üçün teatrda qadın rollarını Yunis, Ağababa kimi istedadlı kişi
aktyorlar oynayırdılar.
Dərbənddə türk teatrının yaranması və inkişafında Bakıda yaranan ilk peşəkar teatrın
çox böyük rolu oldu. Bakı aktyorları tet-tez Dərbənddə qastrol səfərlərində olur, dərbəndli
aktyorlarla görüşür, bilik və təcrübələrini onlara bölüşürdülər. Dərbənd tamaşaçıları qarşısında
çıxış edən aktyorlara misal olaraq Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasındakıMəc-
nun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski, sonralarSSRİ Xalq artisti olan Mirzağa Əliyev,
Hüseyn Ərəblinski (Xələfov),Əhməd Anadonlu, H.Hacıbababəyov, M.Bağırov və başqa
peşəkar Bakı aktyorları var idi. Öz növbəsində Dərbənd türk dram teatrı da Bakı və Quba şə-
hərlərində öz tamaşalarını nümayiş etdirirdilər.
1910-cu ildə Dərbənd şəhər ictimai binasının səhnəsində Dərbənd türk dram teatrının
quruluşunda dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun «Leyli və Məcnun»operası tamaşaya
qoyuldu. Həmin tamaşada Məcnun rolunu üç gənc aktyor - Hüseynqulu Ərşad oğlu, Dirək Ab-
basqulu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı Səlim oğlu, Leyli rolunu isə Yunis və Ağababa
qardaşları ifa edirdilər. Böyük müvəffəqiyyətlə baş tutan bu tamaşa o qədər geniş əks-səda
doğurdu ki, bütün Qafqaz miqyasında nəşr olunan məşhur mətbuat orqanları, o cümlədən Ba-
kıda çıxan «Kaspi», Tiflisdə nəşr olunan «Qafqaz», Vladiqafqazda nəşr olunan «Terek» qəzet-
ləri bu tamaşa haqqında xüsusi məqalə nəşr etmişdilər. Elə həmin səhnədə və həmin ildə
Üzeyir Hacıbəyovun «O olmasın bu olsun» komediyası tamaşaya qoyuldu. Tamaşada Məşədi
İbad rolunu Məşədi İbad Hacı-Tağı oğlu, Sultan bəy rolunu isə Miqdar Hacı ağa oğlu oyna-
mışdı. Həmin tarixdən etibarən Dərbənd türk dram teatrı Qafqazda fəaliyyət göstərən çox
azsaylı mədəniyyət ocaqları sırasına daxil oldu. Dirək Abbasqulu, Seyid Müzənfər, Hüseyn
Xankişi oğlu və s. kimi dərbəndli aktyorların da adı məşhur azərbaycanlı aktyorların sırasında
çəkilir (7.304).
1917-ci ilini inqilabi hadisələri vəbolşeviklərin oktyabr çevrilişindən sonra yaranmış
siyasi hadisələrlə əlaqədar Dərbənd türk dram teatrı fəaliyyətini dayandırmaq məcburiyyətində
qaldı.
XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid arxiv sənədlərində və mətbuat səhifələrində
Bakıdan, Tiflisdən, Həştərxandan, Moskvadan Dərbəndə peşəkar teatr kollektivlərinin qastrol
səfərləri ilə bağlı məlumatlar əks olunub. Bütün bunlar həm də o dövrdə Dərbənd şəhərində
Arxeologiya, Etnoqrafiya 279
Tarix və onun problemləri, № 3 2013
artıq teatr incəsənətinə geniş maraq göstərəngeniş tamaşaçı kütləsinin də mövcud olduğunu
sübut edir (9.224).
XIX yüzilliyin ikinci yarısında Dərbəndə memarlığının inkişafı özünəməxsusluğu ilə
seçilirdi. Qədim memarlıq ənənələrinə malik çox unikal şəhərlərdən biri olan Dərbənddə möv-
cud olan çoxsaylı abidələr memarlıq üslubuna görə eyni zamanda həm İslam Şərqinin, həm də
Avropanın memarlıq ənənələrini özündə əks etdirirdi. Bu dövrdə bir çox imperiya şəhərlərində
olduğu kimi Dərbənddə də "nizami" planlaşdırmaya və şəhərin abadlığının yaxşılaşdırılmasına
səy edilməsi müşahidə olunurdu. Nəzərdən keçirilən dövrdə Dərbənddə şəhərsalma və memar-
lığın inkişafının başlıca xüsusiyyətlərindən biri tikintidə plan-kompozisiya və bədii memarlıq
elementlərindən istifadə olunması idi. Bu, binaların fasadlarının xüsusi bəzəyində, eyvanlar,
parad kirişləri, ikiqat pilləkənlər və s. quruluşunda da nəzərə çarpırdı.
Dərbənd şəhərinə peşəkar memar təyin olunmasının zəruriliyi ilə bağlı məsələ ilk dəfə
olaraq şəhər müvəkkillərinin 31 avqust 1896-cı il tarixli yığıncağında qaldırıldı. Əslində Şəhər
özünüidarəsi haqqında Əsasnamədə tikinti planları və fasadların təsdiqi, yeni tikililərə nəzarət
funksiyasını həyata keçirmək üçünbelə bir vəzifə nəzərdə tutulmuşdu. Lakin ayrıca bir
memarın məvacibi üçün vəsait çatışmadığı üçün yerlimühəndislər bu vəzifəni tutmaqdan im-
tina edirdilər. Şəhər müvəkkillərinin yığıncağında deputatlar Juçenko, Sadıqov və Axundova
tikinti işlərində şəhər rəisinə köməklik göstərmək tapşırıldı. Şəhər idarəsi məvacibli daimi me-
mar tutmaq qərarına gəldi və elə bu məqsədlə də dəmiryolu mühəndislərindən biri ilə müqa-
vilə imzalandı. Dərbənd şəhərinin ilk memarı vəzifəsini Q.Vodopyanov tutdu. O, bu vəzifəsini
1900-cü ilə qədər icarə etdi. Ondan sonra Dərbəndin memarı vəzifəsini Qolyaşkin (1900-
1903), Jdanov (1903-1907), A.Miçko (1907-1914), Qubkin (11914-1918), Mustafa Hacı oğlu
Qasımov və b. Tutdular (3.258).
XIX əsrdə Dərbənddə eyni zamanda iki memarlıq məktəbi mövcud idi. Birincisi yerli
memarlıq ənənələrinin davamçısı idi. Bura mədrəsə, məscid, yaşayış evləri, bulaqlar və s.
daxil idi. Digər memarlıq məktəbi isə Rusiya işğalından sonra yaranmışdı özündə rus memar-
lıq üslubunun ənənələrini əks etdirirdi.
Dərbəndin qədim abidələri - möhtəşəm müdafiə istehkamları, Narın qala, Cümə məsci-
di kompleksi, hamamlar, orijinal minarələr, Qırxlar məscidi, qeyri-adi dəniz divarları, qədim
şəhərin layihəsi, gözəl sərdabələr və s. şəhərin qədim memarlıq ənənələrinə malik olduğunun
əyani sübutudur.
Qədim memarlıq ənənələri bütün Dərbənddə XIX əsrdə də davam etdirilməkdə
idi.1847-ci ilə aid olan şəhər sxemində Daşqapı darvazaları yanında «Qubernator evi» əks
olunmuşdur. Bu kronşteyn və əjdaha formasında yonulmuş vahid daşdan tikilmiş çox unikal
memarlıq üslubuna malik dəbdəbəli tikilidir. Həmin tikilidə Dərbəndin ilk qubernatoru, ge-
neral mayor A.İ.Qaqarin qalırdı, sonradan digər qubernatorlar və şəhər rəisi də bu binada
qalmışdı. Binanın sonuncu sakini isə Qəzənfər Talıbov adlıolmuşdu. Sovet hakimiyyəti döv-
ründə həmin memarlıq abidəsi müsadirə olunaraq süd tədarükü binasına çevrilmiş, baxım-
sızlıq ucbatından dağılmışdı (4.48).
1849-cu ildə Dərbənd şəhərinin mərkəzi hissəsində yerləşən kilsə meydanında inşa
olunan fəvvarə də bəhs olunan dövrün möhtəşəm memarlıq abidələrindən biridir. Dərbənd
şəhərinin yeni tikilən aşağı (Dübarə) hissəsində su olmadığı üçün Qafqaza yeni canişin təyin
olunmuş knyaz M.S.Voronsov Dərbənddə olarkən hərbi qubernatorA.İ.Qaqarin ona şəhərin
yaxınlığında, Calqan dərəsində bir neçə şirin sulu bulağının olması haqqında məruzə etmişdir.
Knyaz Voronsov dərhal bu bulaqlardan şəhərin baş meydanına su kəmərinin çəkilməsi üçün
icazə verir. 1849-cu ilin mayında orada fəvvarə tikilir (7.139).
280 Arxeologiya, Etnoqrafiya
Tarix və onun problemləri, № 3 2013
Fəvvarənin arxa divarı yarımdairə formasında Yermolayev küçəsi səviyyəsində olan
təpəyə söykənmişdir. Fəvvarə һər iki tərəfdən meydana tərəf uzanırdı. Fəvvarə şəhərin gör-
kəmli memarlıq abidələrindən olan GeorgiPobedonosets məbədi ilə birlikdə şəhərin mərkəzi
meydanında yerləşirdi.
İstifadə olunmuş ədəbiyyat:
1.
Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.
2.
Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı, 2007.
3.
Azərbaycan tarixi. (1900-1920-ci illər). Yeddi cilddə. V cild. Bakı, 2007.
4.
Абдуллаев М.А. Мыслители Дагестана XIX- нач. ХX вв. Махачкала, 1963 г.
5.
Абдуллаев М.А. Из истории научной и педагогической мысли досоветского
Дагестана. Махачкала, 1986 г.
6.
Гаджиева С.С. Дагестанские азербайджанцы. М., 1999.
7.
Гусейнов Г. Энциклопедия города Дербента. Москва, 2009.
8.
Каймаразов Г.Ш. Очерки истории культуры народов Дагестана. М., 1967.
НИЯМЕДДИН ГАДЖИЕВ
Преподаватель Гянджинского Государственного Университета
К ТЕАТРАЛЬНЫМ И АРХИТЕКТУРНЫМ ТРАДИЦИЯМ
Г. ДЕРБЕНД В КОНЦЕ XIX – НАЧАЛЕ XX ВВ.
В данной статье на основе широких источников и исторической литературы рас-
сматривается вопросы, связанные с историей развития театра и архитектуры в г. Дер-
бенд. Автор убедительно доказывает, что дербендское искусство являлось неотъем-
лемой составной частью все азербайджанской культуры.
NIYAMADDIN HAJIYEV
Teacher of the Ganja State University
ON THE THEATRICAL AND ARCHITECTURAL TRADITIONS
OF DERBEND IN THE LATE XIX EARLY XX CENTURİES
In this paper, based on extensive historical sources and literature considered issues
related to the history of theatre and architecture in the city of Derbend. The author argues
convincingly that Derbend art is an integral part of the Azerbaijan culture.
Rəyçilər: t.ü.f.d. P.Kərimzadə, t.e.d.Q.S.İsmayılov
Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının 11 iyul 2013-cü il tarixli
iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№14).
Dostları ilə paylaş: |