Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

 Seçkili dövlət orqanlarına aid olan xüsusiyyətlərdən biri deyil?

A) Bu orqanlar hər kəs üçün məcburi olan normativlər qəbul etmək səlahiyyətinə malik deyillər;

B) Bu orqanlar seçkilər vasitəsi ilə formalaşır;

C) Bu orqanlar onu seçən vətəndaşlar qarşısında məsuliyyət daşıyır;

D) Bu orqanların qəbul etdiyi normativ hüquqi aktlar, təyinatlı orqanların aktlarından üstün hesab olunur;

E) Bütün cavablar düzgündür.

Direktivlər sosial münasibətlərin hansı tənzimləmə üsuluna aiddir?

A) Qeyri-normativ tənzimləmə üsuluna;

B) Normativ tənzimləmə üsuluna;

C) Psixoloji tənzimləmə üsuluna;

D) İnformasion tənzimləmə üsuluna;

E) Neqativ tənzimləmə üsuluna

Hüququn insan təbiətinə bağlı olduğunu izah edən nəzəriyyə aşağıdakılardan hansıdır?

A) Pozitiv hüquq nəzəriyyəsi

B) Hüququn realist məktəbi

C) Təbii hüquq nəzəriyyəsi

D) Psixoloji nəzəriyyə

E) Hüququn sosioloji məktəbi

 Qeyd olunan prinsiplərdən biri hüquqi fiksiyadan irəli gəlir?

A) Mülkiyyət toxunulmazdır;

B) Hər kəsin yaşamaq hüququ vardır;

C) Qanunu bilməmək məsuliyyətdən azad etmir;

D) Qanunla müəyyən olunmamış cinayət və cəza ola bilməz;

E) Hər kəs törətdiyi hüquq pozuntusuna görə yalnız bir dəfə cəzalandırıla bilər.




Tematik inkorporasiyanın necə xarakterizə olunur?

A) Normativ hüquqi aktlar tənzimlədikləri ictimai sfearaya uyğun sistemləşdirilir; 

B) Normativ hüquqi aktlar qəbul olunduqları tarixə görə sistemləşdirilir;

C) Normativ hüquqi aktlar internet resurslarında sistemləşdirilir;

D) Normativ hüquqi aktlar məcəllələşdirilir;

E) Normativ hüquqi aktlarda məzmun və mahiyyət dəyişiklikləri aparılaraq sistemləşdirilir.

Hüquq normalarının tətbiq olunmasının mərhələlərindən biri deyil. 

A) Hüquqi faktların araşdırılması

B) Hüquqi faktların, hüquq normaları ilə müəyyən olunmuş davranışların obyektiv tərəfinə uzlaşdırılması;

C) Hüquq normalarının təfsiri

D) Hüquqda boşluqların aradan qaldırılması

E) Hüquqda boşluqların həll edilməsi

Qeyd olunanlardan biri hüquqi aksiomadır.

A) Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur;

B) Heç kəs öz işinin hakimi ola bilməz;

C) Şəxs yalnız yekun məhkəmə qərarı əsasında təqsirli hesab oluna bilər;

D) Şəxsi həyat toxunulmazdır;

E) Bütün cavablar hüquqi aksiomadır

Jus cogens normaların xarakterizə edən xüsusiyyətlərdən biri deyil?

A) Öz məzmununda ümumbəşəri dəyərləri əks etdirir;

B) Dövlətin vətəndaş qarşısında öhdəliyini yaradır;

C) Dövlətin bütün normativ hüquqi aktlarından daha üstün qüvvəyə malikdir;

D) Bu normalar məhdudlaşdırıcı təfsir olunur;

E) Bu normalar bır sıra beynəlxalq hüquqi sənədlərdə təsbit olunub.




"Davranışın subyektiv tərəfi" aşağıdakı cavablardan hansında düzgün xarakterizə olunub?

A) Davranışın subyektiv tərəfi, şəxsin öz davranışına psixoloji münasibətidir;

B) Davranışın subyektiv tərəfi, onun hüquqa uyğun olan tərəfidir; 

C) Davranışın subyektiv tərəfi, onun faktlarla təsdiq olunan tərəfidir;

D) Davranışın subyektiv tərəfi, şəxsin öz davranışını etməkdə göstərdiyi qətiyyətidir; 

E) Davranışın subyektiv tərəfi, şəxsin hüququn subyekti ola bilmək qabiliyyətidir.

"Normativ hüquqi aktdan sui-istifadə imkanı" dedikdə nə başa düşülür?

A) Orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər;

B) Orqanın (şəxsin) öz seçimi ilə davranış imkanı;

C) Normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu;

D) Eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu)

E) Normativ hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış vahid sistemə çevrilməsi üzrə fəaliyyət;

Publik hüquq ilə xüsusi hüququ fərqləndirən xüsusiyyətlərdən biri deyil.

A) Publik hüquq münasibətlərində tərəflərdən biri hər zaman dövlətdir;

B) Publik hüquq münasibətlərində tərəflərin iradə azadlığı prinsipi mövcuddur;

C) Publik hüquq münasibətlərində tərəflərdən birinin (dövlətin) ümumməcburi davranış qaydaları müəyyən etmək hüququ var;

D) Publik hüquq münasibətlərində tərəflərdən birinin (dövlətin) güc tətbiq etmək səlahiyyəti var; 

E) Publik hüquq münasibətlərində hüquq pozuntusu törətmiş şəxsin təqsirsizlik prezumpsiyası hüququ olur.

 Qeyd olunanlardan hansı sosial normaya aid olan xüsusiyyət deyil? 

A) Sosial əhəmiyyətli məsələ ilə əlaqədar olmalıdır;

B) Konkret bir şəxsə aid olmalıdır;

C) Müəyyən zaman və məkanda qüvvədə olmalıdır;

D) Ümumməcburi xarakterli olmalıdır;

E) Sanksiya təminatı altında olmalıdır.




Normativ hüquqi aktda "diskresion səlahiyyətlərin geniş olması" hansı tip sui-istifadə amillərinə aiddir? 

A) Dövlət orqanlarının (vəzifəli şəxslərin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə;

B) Hüquqi boşluqların mövculuğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə;

C) Sistem xarakterli tipik sui-istifadə amillərinə;

D) Texniki xarakterli tipik sui-istifadə amillərinə;

E) Heç biri;

Bütün sosial normaların sanksiyası varmıdır? 

A) Xeyr, din normalarının sanksiyası yoxdur;

B) Bəli, adət normaları istisna olmaqla bütün sosial normaların sanksiyası vardır;

C) Xeyr, yalnız hüquq normalarının sanksiyası vardır;

D) Bəli, bütün sosial normaların sanksiyası vardır;

E) Düzgün cavab yoxdur

Hüquq normasının etibarlılığı nədir? 

A) Hüquq normasının etibarlılığı onun tətbiq olunmasının şərtidir;

B) Hüquq normasının etibarlılığı onun qüvvəyə minməsinin şərtidir;

C) Hüquq normasının etibarlılığı onun mövcudiyyətinin şərtidir;

D) Hüquq normasının etibarlılığı onun icra olunmasının şərtidir; 

E) Hüquq normasının etibarlılığı onun qəbul olunmasının şərtidir.

Dövlətlətin ərazi quruluşunun formaları aşağıdakılardan hansıdır? 

A) Federal və unitar dövlətlər;

B) Demokratik və antidemokratik dövlətlər;

C) Dini və dünyəvi dövlətlər;

D) Hüquqi və etatist dövlətlər;

E) Böyük və kiçik dövlətlər.




Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə