Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?

Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

Geriyə qüvvəsi olan qanunlar necə adlanır?

A) Ex ante qanunlar

B) Ex post facto qanunlar;

C) Jus civilius;

D) Statik qanunlar;

E) Dinamik qanunlar.

 Hüququn ümumi prinsiplərindən biri olmayan bəndi seçin. 

A) Humanizm prinsipi;

B) İradə azadlığı prinsipi;

C) Demokratizm prinsipi;

D) Təqsirə görə məsuliyyət prinsipi;

E) Hüquqi müəyyənlik prinsipi;

Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinin yaradılması hansı dövlət orqanına həvalə edilmişdir?

A) Azərbaycan Respublikasının Milli Məclisinə

B) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

C) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə

D) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman)

E) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə

Hüququn ümumi nəzəriyyəsinə uyğun olaraq, hüquq pozuntusunun obyektiv tərəfinin zəruri elementləri olan bəndi seçin. 

A) Subyektin yaş həddi;

B) Anlaqlılıq;

C) Təqsir, məqsəd və motiv;

D) İstifadə olunan alət və vasitələr;

E) Əməl, zaman və məkan.

 Qeyri-normativ hüquqi akt hansı xüsusiyyəti ilə xarakterizə olunur?

A) Qeyri-müəyyən şəxslər dairəsi üçün dəfələrlə tətbiq olunması məqsədi ilə qəbul edilən hüquqi aktlardır;

B) Konkret kateqoriyalı şəxslər dairəsi üçün dəfələrlə tətbiq olunması məqsədi ilə qəbul edilən hüquqi aktlardır; 

C) Konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən hüquqi aktlardır;

D) Yerli özünüidarə orqanlarının hüquqi aktlarıdır;

E) Heç biri.

 Aşağıda qeyd olunan bəndlərdən birində hüquqi faktlar düzgün göstərilibdir? 

A) Əməl, zaman və məkan;

B) Davranışın obyektiv və subyektiv tərəfi;

C) Hadisələr, hərəkərlər, hallar;

D) Hüquqauyğun və hüquqazidd davranışlar;

E) Adi, aktiv və passiv davranışlar.

Hüquq sisteminin tərkib elementləri aşağıdakı hansı bənddə düzgün qeyd olunub? 

A) Hüquq sahələri, yarım sahələri və institutları

B) Normativ-hüquqi aktlar və normativ xarakterli aktlar

C) Ölkənin qanunvericilik sistemini təşkil edən bütün normativ aktların məcmusu

D) Sahəvi, sahədaxili və kompleks qanunvericilik aktları

E) Hipoteza, dispozisiya və sanksiya

Hüququn analogiyası nədir? 

A) Hüquqda boşluqların lex superior prinsipi ilə həll olunması

B) Hüquqda boşluqların hüququn ümumi prinsipləri vasitəsilə həll olunması;

C) Hüquqda boşluqların oxşar qanun normasının tətbiq olunması ilə həll olunması;

D) Hüquqda boşluqların lex posteriori prinsipi ilə həll olunması;

E) Hüquqda boşluqların diqqətə alınmaması.

 Hüquq normasının hipotezasının məzmunu nələrdən ibarət olmalıdır? 

A) Hüquq və öhdəliklərdən;

B) Vəzifə və səlahiyyətlərdən;

C) Ümumməcburi davranış qaydalarından;

D) Hüquqi faktlardan;

E) Hamısı düzdür

"Lex uniusta non est lex" ifadəsinin mənası nədir? 

A) ədalət ən ali dəyərdir

B) qanun şahdir, şah qanun deyil

C) bütün qanunlar hüquqdur

D) ədalətsiz qanun, hüquq deyil

E) qanun ədalətsiz olsa da qanundur

Aşağıdakı ifadələrdən hansında mürəkkəb hipoteza vardır? 

A) Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı seçilə bilər;

B) Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir;

C) Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan 

Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər;

D) Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan 

Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır;

E) Heç biri.

Aşağıdakı ifadələrdən hansında sadə hipoteza vardır? 

 Alternativ hipoteza olmayan bəndi seçin. 

A) Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına 

əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.  

B) Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu 

Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır;

C) Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan 

Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər;

D) Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan 

Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır;

E) İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər 

Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

 “Grundnorm” və ya “Basic norm” ideyası hansı alimə məxsusdur? 

A) H.L.A.Harta 

B) Lon Fullerə

C) John Finnisə

D) Tomas Aquinasa 

E) Hans Kelsenə

Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə