Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

 "Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan 

Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir" ifadəsini necə xarakterizə edə bilərsiz? 

A) Definitiv normadır;

B) Təsbitedici normadır;

C) Deklarativ normadır;

D) Prinsip normadır;

E) Hamısı düzdür.

İnterpretativizm nəzəriyyəsinin görkəmli nümayəndəsi aşağıdakı bəndlərdən hansında düzgün qeyd olunub?

A) H.L.A.Hart 

B) Lon Fuller

C) John Finnis

D) Tomas Aquinasa

E) Ronald Dvorkin

Hüququn mənbələri aşağıdakı bəndlərdən hansında düzgün qeyd olunub?

A) Tənzimləyici və mühafizəedici mənbələr;

B) Sosial və texniki mənbələr;

C) Şifahi, yazılı və ideal mənbələr;

D) Təbii və pozitiv mənbələr;

E) Pozitiv və neqativ mənbələr.

Hüquq normasının mahiyyəti onun hansı struktur elementində ifadə olunur?

A) Hipotezada;

B) Dispozisiyada;

C) Sanksiyada;

D) Norma prinsiplərdə;

E) Hüquq normasının bütün elementlərində.



Aşağıda qeyd olunan ifadələrdən hansı cəmiyyəti düzgün xarakterizə etmir? 

A) Ümumi maraqlar əsasında qarşılıqlı əlaqə və əməkdaşlıq

B) İctimai maraqların ümumməcburi davranış qaydaları vasitəsilə tənzimlənməsi

C) İctimai münasibətlərin hüquqi tənzimlənməsinin normativləşdirilməsi

D) Təkmilləşmə və yenilənmə üçün real imkanın olması

E) Şüur və iradəyə malik olan fərdlərin məcmusu

 Xalq suverenliyini müəyyən edən əlamətlərə aid deyil.

A) Dövlətin və cəmiyyətin inkişafının əhəmiyyətli problemlərinin xalqın özü tərəfindən həll olunması hüququ

B) Xalqın dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək hüququ

C) Dövlət və cəmiyyət həyatının müxtəlif problemlərinin həlli ilə bağlı qeyri-dövlət siyasi təşkilatları ilə əməkdaşlığın həyata keçirilməsi

D) Xalqın öz müqəddəratını həll etmək hüququ

E) Dövlət hakimiyyətinin fəaliyyətinə xalq tərəfindən nəzarətin həyata keçirilməsi

Bəndlərdən birində ifadə olunan məsələ xalq suverenliyindən irəli gəlmir?

A) Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır;

B) Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır;

C) Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər;

D) Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir;

E) Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.

 Hüquq normalarının ierarxik strukturunun formalaşdırılmasında nəzərə alınmalı olan prinsiplərdən biri deyil?

A) Ümumxalq səsverməsində qəbul olunan normalar bütün hüquq normalarından üstündür;

B) Seçkili orqanların qəbul etdiyi normalar, təyinatlı orqanların qəbul etdiyi normalardan üstündür; 

C) Kollegial orqanların qəbul etdiyi normalar təkbaşına qəbul edilən normalardan üstündür;

D) Mülki Məcəllə digər qanunlardan üstündür;

E) Mərkəzi icra hakimiyyəti orqanlarının aktları, yerli icra hakimiyyəti orqanlarının aktlarından üstündür.




Normativ hüquqi aktların ierarxiyasi dedikdə nə nəzərdə tutulur?

A) normativ hüquqi aktların hüquqi qüvvəsinə görə sıralanması

B) normativ hüquqi aktların etibarlılıq müddəti

C) normativ hüquqi aktların etibarlılıq şərtləri

D) normativ hüquqi aktların məzmunu

E) normativ hüquqi aktların məqsədi

Hüquq normasının üstünlüyünü müəyyən edən prinsiplərdən biri deyil.

A) Jus cogens

B) Lex superiori

C) Lex specialis

D) Lex posteriori

E) Jus civilium

Qeyd olunanlardan biri hüquq prezumpsiyasının məzmununa daxil deyil.

A) Təsbit olunmuş halın əksinin sübut olunması zərurəti;

B) Sübutetmə yükünün iddia irəli sürən tərəfin üzərində olması;

C) Şəxsin öz təqsirsizliyini sübutetmə vəzifəsi;

D) Yükun məhkəmə qərarının olması zərurəti;

E) Yalnış cavab yoxdur.

Hüququn şifahi mənbələri yazılı mənbələrə necə təsir edir??

A) Hüquq normaları qəbul olunarkən əxlaq normalarına istinad olunur;

B) Hüquq normaları qəbul olunarkən din normalarına istnad olunur;

C) Hüquq normaları qəbul olunarkən hamı tərəfindən qəbul olunmuş hüquq doktrinalarının müddəalarına üstünlük verilir;

D) Hüquq yaradıcılığı və hüquq tətbiqetmə prosesində əxlaq və din normalarına istinad olunur;

E) Heç biri.




 Dövləti xarakterizə edən üç ünsür hansı bənddə düzgün göstərilib?

A) Ərazi, əhali, dövlət rəmzləri;

B) Dövlət büdcəsi, silahlı qüvvələr, dövlət rəmzləri;

C) Ərazi, suverenlik, beynəlxalq aləmdə tanınma;

D) Ərazi, əhali, hakimiyyət;

E) Düzgün cavab yoxdur.

"Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər." 

cümləsində "Dövlət ehtiyacları" anlayışı necə şərh olunmalıdır?

A) Genişləndirici şərh olunmalıdır;

B) Məhdudlaşdırıcı şərh olunmalıdır;

C) Qrammatik şərh olunmalıdır;

D) Teleoloji şərh olunmalıdır;

E) Analogiyadan istifadə olunmalıdır.

"Acquiescence" prinsipinin mahiyyəti aşağıdakılardan hansında düzgün qeyd olunub?

A) Dövlət, insanlara qanunla verilmiş bütün hüquqlara hörmət etməlidir;

B) Əgər şəxs öz hüquqlarının başqa bir şəxs tərəfindən pozulduğunu bilə-bilə buna susursa, o zaman buna razı olduğunu ifadə etmiş olur;

C) Yekun məhkəmə qərarı verilmiş işdə eyni predmet üzrə yeni məhkəmə araşdırması aparıla bilməz;

D) Xüsusi mülkiyyətinin dövlət mülkiyyətinə keçirilməsi ilə əlaqədar dövlətin müstəsna hüququ vardır;

E) Müqavilə ilə müqavilə tərəflərindən başqa heç kəsə hüquqlar verilə bilməz və heç kəsin üzərinə öhdəliklər qoyula bilməz.

 "Hər kəsin mülkiyyət hüququ vardır." cümləsində "mülkiyyət" anlayışı necə şərh olunmalıdır?

A) Genişləndirici şərh olunmalıdır;

B) Məhdudlaşdırıcı şərh olunmalıdır;

C) Qrammatik şərh olunmalıdır;

D) Teleoloji şərh olunmalıdır;

E) Analogiyadan istifadə olunmalıdır.



Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə